Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-976/2022 28.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1, inzibati xəta haqqında protokolu tərtib etmiş X3 iştirakları ilə, X1 barəsində Gəncə şəhər BPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Gəncə şəhər BPİ-nin DYPŞ-nin polis mayoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2022ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X4 şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 16 noyabr 2022-ci il tarixdə idarə etdiyi Mersedes Benz 220 minik markalı 20EP775 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri T.Arani küçəsində hərəkətdə olarkən Gəncə şəhər X13 Şöbəsinin Yol patrul xidməti inspektoru polis kiçik serjantı X6 heç bir səbəb olmadan, heç bir qanun pozuntusuda yol vermədiyi halda onu saxlamışdır. O, saxlanma səbəbini soruşduqda bildirmişdir ki, guya o, kəmər taxmamışdır. Halbuki kəmər taxmışdır və polis əməkdaşının özü də bunu aydın şəkildə görmüşdür. Beləliklə də yol polisi əməkdaşının iradı həqiqəti əks etdirmədiyi üçün o etirazını bidirmiş və protokola imza atmamışdır. Cəmi 5 dəqiqə sonra isə ona mesaj gəlmişdir ki, İXM-nin 329.1-ci maddəsi ilə 40 manat cərimə olunmuşdur. Məhkəmə iclasında iştirak edən X4 şikayət ərizəsində qeyd etdikləri ilə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirdi ki, o, təhlükəsizlik kəmərini bağlamışdır. Belə ki, təhlükəsizlik kəmərinin yalnız sinə hissəsini bağlamış, bel hissəsini bağlamamışdır. Lakin, qanunvericilikdə təhlükəsizlik kəmərinin yalnız sinə hissəsinin bağlanmasının inzibati xəta hesab edilməsinə dair norma yoxdur. Odur ki, şikayətin təmin edilməsini, onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi X6 izahatında bildirdi ki, o, Gəncə şəhər DYPŞ Yol patrul xidmətinin inspektoru vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə xidmətdə olan zaman Gəncə şəhəri Tağı Arani küçəsində hərəkətdə olan “Mercedes Benz 220” minik markalı **-EP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsünün, yəni adı sonradan məlum olan Rövşən Məmmədovun təhlükəsizlik kəməri taxmadığını görmüş və həmin avtomobilə saxla əmri vermişdir. O, xidməti nəqliyyat vasitəsindən düşüb həmin avtomobilə yaxınlaşan zaman sürücünün təhlükəsizlik kəmərini əli ilə arxa tərəfdən ön tərəfə keçirdiyini görmüşdür. Həmin vaxt təhlükəsizlik kəməri sürücünün bel nahiyyəsini bağlamamışdır. Təcrübədə ümumiyyətlə belə hallar çox olur. Belə ki, təhlükəsizlik kəməri üç hissədən bərkidilir. Sürücünün sol tərəfindən yuxarı və aşağı hissədən əvvəlcədən bərkidilmiş olur, üçüncü hissəni isə sürücü avtomobilə əyləşdikdən sonra bağlamalıdır. Bu zaman sürücünün həm sinə nahiyəsi, həm də bel nahiyəsi kəmər ilə bağlanmış olur. X5 idarə etdiyi Mercedes markalı avtomobildə də təhlükəsizlik kəməri məhz həmin qaydada təchiz olunmuşdur. Həmin vaxt aydın olmuşdur ki, avtomobilin sürücüsü Rövşən Məmmədov patrul avtomobilini gördükdən sonra təhlükəsizlik kəmərinin yalnız sinə tərəfini tutan hissəsini başın üstündən keçirmişdir. Bundan sonra sürücüyə yaxınlaşmış və onun hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün barəsində protokol tərtib edilməli olduğunu bildirmişdir. Sürücü ona etiraz edərək, tərtib olunmuş protokola imza etməkdən imtina etsə də, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra həmin protokol əsasında xx.xx.2022-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin şəxsin barəsində 40 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Rövşən Məmmədov həqiqətən də xx.xx.2022-ci il tarixdə təhlükəsizlik kəmərindən istifadə etməməklə İXM-nin 329.1-ci maddəsinin tələblərini pozmuşdur. Odur ki, onun tərəfindən tərtib olunmuş protokol əsaslı və qanuni olduğundan, həmin protokol əsasında qəbul edilmiş qərar da əsaslı və qanunidir. Bu səbəbdən məhkəmədən X4 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli qərarın dəyişdirilmədən saxlanılması və şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun məzmunundan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə saat 11:37 radələrində “Mercedes Benz 220” minik markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə, o, İXM-in 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, polis əməkdaşı tərəfindən ona qayda pozuntusu izah olunsa da, Rövşən Məmmədov protokola imza etməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş mobil telefonun ekran yazısının foto şəklindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 11:42-də X2 onun Daxili İşlər Nazirliyi tərəfindən İXM-in 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər BPİ-i DYPŞ-nin polis mayoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş X4 həmin maddədə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. X4 şikayətində göstərmişdir ki, o İXM-in 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmiş, onun barəsində inzibati tənbeh vermə haqqında qərar əsassız olaraq, heç bir sübuta əsalanmadan tərtib edilmişdir. Şikayətin həmin dəlilini də məhkəmə əsassız hesab edir. Belə ki, məhkəmə qeyd edir ki, X4 tərəfindən İXM-in 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi yol-patrul xidmətinin inspektoru tərəfindən bilavasitə aşkar edilmiş, onun idarə etdiyi avtomobil saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, lakin Rövşən Məmmədov həmin protokolu imza etməkdən imtina etmişdir. Bundan başqa, Rövşən Məmmədov barəsində İXM-nin 329.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat aparılarkən də hər hansı hüquq pozuntusuna yol verilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, onun barəsində inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş (İXM maddə 100), inzibati tənbeh vermə haqqında qərar İXM-nin 115-ci maddəsinin tələblərinə uyğun qəbul edilmişdir. Məhkəmə iclasında Rövşən Məmmədov izahatında bildirmişdir ki, o, təhlükəsizlik kəmərini bağlamışdır. Belə ki, təhlükəsizlik kəmərinin yalnız sinə hissəsini bağlamış, bel hissəsini bağlamamışdır. Lakin, qanunvericilikdə təhlükəsizlik kəmərinin yalnız sinə hissəsinin bağlanmasının inzibati xəta hesab edilməsinə dair norma yoxdur. Məhkəmə, Rövşən Məmmədovun həmin dəlilini əsassız hesab edir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ-ci hissəsinin 6-cı bəndində göstərilir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməlidir. Qanunvericiliyin həmin tələbinə əsaslanaraq məhkəmə qeyd edir ki, nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsində quraşdırılmış təhlükəsizlik kəmərindən onun konstruksiyasında nəzərdə tutulmuş qaydada istifadə etməlidir. Təhlükəsizlik kəməri qəza hadisəsi yerində və ya qəflətən dayanma zamanı sərnişini saxlamaq üçün nəzərdə tutulan passiv təhlükəsizlik vasitəsidir. X5 idarə etdiyi avtomobil təhlükəsizlik kəməri ilə təchiz edilmişdir və həmin avtomobildə təhlükəsizlik kəməri üç hissədən bərkidilir. Belə ki, kəmər sürücünün sol tərəfindən yuxarı və aşağı hissədən əvvəlcədən avtomobilin banına bərkidilmişdir, sürücü avtomobilə əyləşdikdən sonra o, kəmərin digər bağlanan hissəsini sinə və bel nahiyyəsindən keçməklə sağ tərəfindən quraşdırılmış qurğuya bərkitməlidir. Yəni, təhlükəsizlik kəmərinin bağlanmış hesab edilməsi üçün kəmər sürücünün həm sinə, həm də bel nahiyyəsini bağlamalıdır. Əks təqdirdə, təhükəsizlik kəməri təyinatı üzrə istifadə edilmiş hesab edilmir. Rövşən Məmmədov inzibati xəta hadisəsinin aşkar edildiyi vaxt təhlükəsizlik kəmərindən yalnız sinə nahiyəsini bağlayacaq şəkildə istifadə etmiş olsa da, bu vəziyyətdə o, qanunvericiliyin mənasına görə təhlükəsizlik kəmərini bağlamış sayıla bilməz. Beləliklə məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, işdə iştirak edən şəxslərin izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 133, 134.1.1 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsinin polis mayoru X7 tərəfindən X4 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X11
Məhkəmə qərarları › İş №3(125)-976/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-976/2022
28.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver