Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-976/2023 24.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi Qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 14334078 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 20 (iyirmi) manat inzibati cərimə olunması barədə xx.xx.2023-cü il tarixli EQ 14334078 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verərək, elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası DİN-nin Baş X9i İdarəsinin EQ14334078 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) manat miqdarında cərimə olunmuşdur. O, "xxxx" ASC-də sürücü-inkassator vəzifəsində işləyir. İdarə etdiyi “VAZ 21214 minik” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC-yə məxsusdur. Həmin avtonəqliyyat vasitəsi xüsusi təyinatlı olmaqla, pul, qızıl-zinət və sair qiymətli əşyaların daşınmasına xidmət edir. Barəsində elektron qərar qəbul olunan zaman, yəni xx.xx.2023-cü il tarixdə, təxminən saat 08:50 radələrində xidməti işi ilə əlaqədar olaraq həmişə olduğu kimi "xxxx" ASCnin Gəncə filialının qarşısında dayanmışdır. Həmin gün xidmət aparılması ilə əlaqədar olaraq digər inkassator əməkdaşlarını gözləyirdi. Barəsində bu qaydada qərar qəbul olunmasından xəbəri olmamışdır. Həmin qərar ona xx.xx.2023-cü il tarixdə rəsmi qaydada poçt vasitəsilə göndərilmişdir. Qəbul olunmuş qərar əsassız və qanunsuzdur. Belə ki, yuxarıda qeyd etdiyi kimi, idarə etdiyi avtonəqliyyat vasitəsi xüsusi təyinatlıdır. Ondan xüsusi daşınma zamanı istifadə olunur. Buna görə də həmin avtonəqliyyat vasitəsinin Bankın qarşısında saxlanması zəruridir. Bu həm Bankın vəsaitinin, həm də inkassator əməkdaşların təhlükəsizliyi üçün vacibdir. Göründüyü kimi, Azərbaycan Respublikası DİN-nin Baş X9i İdarəsinin əməkdaşları bu halları nəzərə almamışdır. Buna görə də Azərbaycan Respublikası DİN-nin Baş X9i İdarəsinin EQ14334078 nömrəli xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun çıxış edərək, Azərbaycan Respublikası DİN-nin Baş X9i İdarəsinin EQ14334078 nömrəli xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilsə də, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14334078 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 20 (iyirmi) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, X1 şəhəri, H.Əliyev prospekti ilə İ.Məmmədov küçəsinin kəsişməsində xx.xx.2023-cü il tarixdə yol hərəkəti qaydasını pozaraq İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və buna görə də onun barəsində xx.xx.2023-cü il tarixli EQ 14334078 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. X2 şikayətində qeyd etmişdir ki, idarə etdiyi “VAZ 21214 minik” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC-yə məxsus olduğunu, həmin avtonəqliyyat vasitəsi xüsusi təyinatlı olmaqla, pul, qızıl-zinət və sair qiymətli əşyaların daşınmasına xidmət etdiyini, barəsində elektron qərar qəbul olunan zaman, yəni xx.xx.2023-cü il tarixdə, təxminən saat 08:50 radələrində xidməti işi ilə əlaqədar olaraq həmişə olduğu kimi "xxxx" ASC-nin Gəncə filialının qarşısında dayandığını, həmin gün xidmət aparılması ilə əlaqədar olaraq digər inkassator əməkdaşlarını gözlədiyini, buna görə də qəbul olunmuş qərarın əsassız və qanunsuz olduğunu bildirmişdir. Məhkəmə isə şikayətin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, xx.xx.2023cü il tarixli EQ 14334078 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan aydın şəkildə görünür ki, şikayətdə qeyd olunan inzibati xəta törədilmiş və İXM-də şikayətdə qeyd edilən nəqliyyat vasitələri üçün inzibati məsuliyyətdən azad etmə halları nəzərdə tutulmamışdır. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında elektron qərar və iş materiallarında olan foto şəkillərlə tam təsdiq olunur. O cümlədən məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar İXM-nin müddəalarına uyğun tərtib olunmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə X5 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmamalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin X3 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2023-cü il tarixli EQ 14334078 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14334078 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-976/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-976/2023
24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver