Məhkəmə qərarları › İş №3(125)-977/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-977/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-977/2024 17.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, DƏMX-nin GDRŞ-nin baş əmək müfəttişi X2, Şikayətçi Zərərçəkmiş şəxs, Barəsində icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru X1 iştirakı ilə, Hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Gəncə-Daşkəsən regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: DƏMX-nin GDRŞ-nin baş əmək müfəttişi X6 tərəfindən "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə 26 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. DƏMX-nin GDRŞ-nin baş əmək müfəttişi X6 bildirmişdir ki, Zərərçəkmiş şəxs "xxxx" MMC-də (bundan sonra - Cəmiyyət) əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Vətəndaşın etdiyi müraciətinə Cəmiyyətin xx.xx.2024-cü il tarixli məktubu və məktuba əlavə olunan sənədlər əsasında baxılmışdır. Məlum olmuşdur ki, Zərərçəkmiş şəxs ilə Cəmiyyət arasında xx.xx.2023-cü il tarixdə yazılı əmək müqaviləsi bağlanılmış, işə başlama tarixi xx.xx.2023cü il tarixi qeyd edilmiş, Məcəllənin 49- cu maddəsinin (bu Məcəllənin 7-ci maddəsinin 2-1 -cı hissəsi və bu maddənin 1-2-cı hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.) tələbləri pozularaq o, xx.xx.2023-cü il tarixədək işə cəlb edilmiş və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə “Əmək və Məşğulluq” altsisteminə daxil edilmiş, həmçinin V Ağaverdiyeva xx.xx.2023-cü il tarixdə yenidən işə qəbul edilmiş işə başlama tarixi xx.xx.2023-cü il tarixi qeyd edilmiş, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə “Əmək və Məşğulluq” altsisteminə daxil edilmiş və yazılı əmək müqaviləsi bağlanmadan xx.xx.2024-cü il tarixədək Cəmiyyətdə işə cəlb edilmişdir. Nəticədə hüquqi şəxs kimi "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 26 fevral 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şikayətçi Zərərçəkmiş şəxs bildirmişdir ki, o, xx.xx.2023-cü tarixdə işə başlamış, lakin sonradan ona məlum olmuşdur ki, onun bağlanmış əmək müqaviləsi elektron informasiya sisteminə xx.xx.2023-cü il tarixdə daxil edilmişdir. Daha sonra ona heç bir məlumat verilmədən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023cü il tarixdə xitam verilmişdir. Daha sonra onun razılığı olmadan, onunla yenidən yazılı əmək müqaviləsi bağlanılmadan onu EİS-də 0,5 ştata daxil etmişlər. O, xx.xx.2024-cü il tarixədək yazılı əmək müqaviləsi olmadan orada işləmiş, həmin tarixdə isə onun məlumatı olmadan Tair Quliyev onu işdən azad etmişdir. Bu günədək işlədiyi dövr üçün cəmi nəğd formada ona 590 manat əmək haqqı ödənilmişdir. O, DƏMX-nin GDRŞ-nə şikayət ərizəsi ilə müraciət etdikdən sonra Cəmiyyət tərəfindən şöbəyə təqdim edilmiş sənədlərlə tanış olmuş, həmin sənədələrdə olan əmək cədvəlindəki imzalar ona məxsus deyil. O, əmək haqqı alarkən işəgötürən tərəfindən tərtib olunmuş dəftərə imza çəkmişdir. Sonda o, pozulmuş bütün hüquqları ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş, tədbirlərin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin direktoru X3 bildirmişdir ki, MMC-də menecer vəzifəsində işləyən Zərərçəkmiş şəxs əmək intizamını davamlı olaraq pozmuşdur. Müdiriyyət tərəfindən ona dəfələrlə irad tutulmasına baxmayaraq , işdə heç bir dönüş yaratmamış, öz pozuntulara davam etmişdir. Bütün bunları nəzərə alaraq, şifahi məlumatlandırılaraq Zərərçəkmiş şəxs öz razılığı ilə dekabr ayından 1 ştat vahidindən 0,5 ştat vahidinə keçirilmişdir. Buna baxmayaraq o yenədə mütəmadi bəhanələrlə yarım və ya bir ştatdan artıq iş yerində olmamış və heç bir intizama riayət etməmişdir. Menecer olaraq otağında saxlanılan mühasibatçılıq və digər sənədlərin götürüldüyü zaman məlum olmuşdur ki, o öz əmək kitabçasını, əmək müqaviləsini və Sentyabr 2023 -cü il maaş cədvəlini aylıq tikilmiş sənədlərin arasından cırıb götürmüşdür. Beləliklə Zərərçəkmiş şəxs əvvəlcədən düşünülmüş qaydada iş intizamına riayət etmək əvəzinə Mərkəzin fəaliyyətinə zərər vurmağı qarşısına məqsəd qoymuş, göstərilən etimaddan sui istifadə edərək Mərkəzin fəaliyyətinə qəsdən maneə törətməyə cəhd etməkdə davam etmişdir. Bütün bunlar nəzərə çatdırıldıqdan sonra işə gəlməmiş və işdən çıxmağa dair ərizə verməkdən imtina etmişdir. Sonda o, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan: - 26 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ARƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş, nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. - Əmək Müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinə əsasən Zərərçəkmiş şəxs"xxxx" MMC-də menecer vəzifəsinə təyin edilmiş və ona aylıq 345 manat əmək haqqı ödənilməlidir. İşçinin iş saatı 09:00-dan 17:00-dək, nahar fasiləsi 12:00-dan 13:00-dək, işçinin istirahət vaxtı hər həftənin bazar günü, əsas məzuniyyəti 28 təqvim günü olmuşdur. - Gəncə Naftalan Sağlamlıq Mərkəzi” MMC-nin direktoru T.Quliyev Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Gəncə- Daşkəsən regional şöbəsi tərəfindən verilmiş məktuba cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs 04 avqust 2024 -cü il tarixdən Gəncə Naftalan Sağlamlıq Mərkəzi " MMC-yə menecer kimi işə qəbul edilmişdir. Onun əsas fəaliyyəti Mərkəzin yenidən işə başlaması ilə əlaqədar mövcud prosedurların aparılmasına dair müalicə məntəqələrində təbliğat və məlumatlandırma işi aparmaqla yanaşı, tibbi xidmətlərin yüksəldilməsinə yönəlmişdir. Lakin keçən 5 ay müddətində guya məlumatlandırma işləri ilə məşğul imiş kimi, davamlı işə ayrı - ayrı vaxtlarda gəlmiş , az bir müddətdə mərkəzdə olmuş, işdə heç bir əməli fəaliyyəti hiss edilməmişdir. Baxmayaraq tərəflərindən dəfələrlə nəzərinə çatdırmışdır ki, işə vaxtında gəlmək lazımdır və fəaliyyəti barədə məlumat hazırlaması , görəcəyi işə dair plan tərtib etməsi bildirilmişdir. Ancaq V. Ağaverdiyeva deyilənlərə dair işdə heç bir dönüş etməmişdir. Sonradan məlum olmuşdur ki, Zərərçəkmiş şəxs öz əvvəlki fəaliyyəti ilə yəni ki, firma dərmanlarının satışının həkimlər arasında təbliği ilə məşğuldur. Sonuncunun işdə çox az müddətdə olduğuna görə özünün istəyi ilə xx.xx.2023 - cü ildən 0,5 ştata keçirilmişdir . Lakin ondan sonra işə davamiyyəti mütamadi pozaraq, heç bir xəbərdarlığa məhəl qoymamışdır. Bu səbəbdən ndan işdən çıxma ərizəsi istənilmiş, lakin ərizə verməyəcəyini bildirərək, öz əmriniz ilə işdən çıxarın deyərək 10 yanvar 2024 -cü il tarixdən işə gəlməmişdir. O, işdən çıxarılmadan öz əmək kitabçısını və əmək müqaviləsini götürərək , sentyabr 2023-cü əmək haqqı cədvəlini cırıb özü ilə apararaq , işdə onlaraproblemlər yaradacığını elan etmiş və əlavə pul tələb edib Mərkəzə cərimə etdirəcəyi ilə hədələmişdir. - Əmək müqaviləsinə xitam verilməsi barədə 16 nömrəli əmrdən görünür ki, "xxxx" MMC bölməsində menecer vəzifəsində işləyən Zərərçəkmiş şəxs ilə baölanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə, AR ƏM-nin 75. 2a tərəflərin qarşılıqlı razılığı maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi barədə 17 nömrəli əmrdən görünür ki, "xxxx" MMC bölməsində menecer vəzifəsində işləyən Zərərçəkmiş şəxs ilə baölanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə, AR ƏM-nin 68.2 a tərəflərin qarşılıqlı razılığı maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. - "xxxx" MMC-nin əmək haqqının hesablanması dekabr 2023-cü il tarixli cədvəlindən görünür ki, Zərərçəkmiş şəxs vəzifəsi menecer, vəzifə maaşı 175, iş günü 26, faktiki iş günü 26, normal saat 78, alınacaq məbləği 163,50 manat təşkil etmişdir. - "xxxx" MMC-nin əmək haqqının hesablanması avqust 2023-cü il tarixli cədvəlindən görünür ki, Zərərçəkmiş şəxs vəzifəsi menecer, vəzifə maaşı 345, iş günü 27, faktiki iş günü 24, normal saat 144, alınacaq məbləği 282,33 manat təşkil etmişdir. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, "xxxx" MMC tərəfindən İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də "xxxx" MMC-yə İXM-nin 192.1-ci mаddəsinin sаnksiyаsı həddində inzibаti tənbeh tətbiq edilməlidir. "xxxx" MMC-nin nümayəndəsi MMC ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Həmin yazılı müqavilədə işə başlanma tarixi 04 avqust 2023-cü il tarix göstərilmişdir. Həmin müqavilə haqqında elektron bildiriş isə 06 avqust 2023-cü il tarixdə elektron sistemə daxil edilmişdir. Belə olan halda işçinin əmək müqaviləsi qüvvəyə minmədən 2 gün (xx.xx.2023-xx.xx.2023) müddətində işlərin görülməsinə cəlb edilməsi aşkardır. Daha sonra xx.xx.2023-cü ildən işçinin 0,5 ştata keçirilməsinə dair elektron müqavilə bildirişi elektron sistemə daxil edilsə də, məhkəmə həmin bildirşə dair yazılı əmək müqaviləsinin nüsxəsini nə işçidə, nə də işəgötürəndə aşkar etməmişdir. Barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında bu halı şikayət vermiş şəxs Zərərçəkmiş şəxs yazılı əmək müqaviləsinin işəgötürəndəki nüsxəsini özü ilə aparması ilə izah etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs isə yazılı əmək müqaviləsinin mövcudluğunu ümumiyyətlə təkzib etmiş, barəsində icraat aparılan hüquqi şəxs tərəfindən həmin müqavilənin nüsxəsini təqdim etməməsinin məhz bununla bağlı olmasını bildirmişdir. Bundan əlavə, işçinin 0.5 ştata keçirilməsinə dair elektron bildiriş sistemə xx.xx.2023-cü il tarixdə daxil edilsə də, işə başlama tarixi xx.xx.2023-cü il tarix göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işə götürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işə götürən “X5 Mərkəzi” MMC tərəfindən işçi ilə müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Buna görə də, məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Gəncə-Daşkəsən regional tərəfindən işçinin əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş "xxxx" MMC barəsində haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-nin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 192.1-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə "xxxx" MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, hüquqi şəxs "xxxx" MMC İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və İXM-nin 18.5, 40, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci mаddəsi ilə təqsirli bilinib, 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar