Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-98/2025 21.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinin səlahiyyətli nümayəndəsi X2, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakları ilə, X3 Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər DYPŞ Polis Polkovnik leytinantı Eldəniz Həsənovun 26 dekabr 2024-cü il tarixli qərarı ilə barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 333.1-ci ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Hesab edir ki, Gəncə şəhər DYPŞ Polis Polkovnik leytinantı Eldəniz Həsənovun 26 dekabr 2024-cü il tarixli qərarı qanunsuz və əsassızdır. Belə ki, o, spirtli içki qəbul edərək 10 MG772 dövlət qeydiyyat nişanlı NİSSAN MAXİMA minik markalı avtomaşını sükan arxanasına əyləşib idarə etməmiş və həmin avtomaşını idarə edən zaman polis əməkdaşları onu saxlamayıblar. Bundan başqa qeyd edir ki, xx.xx.2024-cü il tarixdə dostunun ad gününü qeyd etmək üçün Gəncə şəhərində yerləşən Aşur restoranında həmin avtomaşın idarə etmək üçün atasını gözləyərkən və avtomaşından kənarda olan zaman X9 əməkdaşları ona yaxınlaşaraq avtomobili evakuatorla dayanacağa aparacaqlarını bildirmişlər. O isə avtomobilin evakuator vasitəsilə aparılacağı təqdirdə maşının ötürücü sistemi zədələnməsin deyə maşının açarını polis əməkdaşlarına vermişdir. Lakin buna baxmayaraq, avtomaşın dayancağa aparıldıqdan sonra onu alkotestr aparatı ilə yoxlayaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib etdilər. Halbuki, qanunvericiliyin tələblərinə əsasən onun spirtli içiki qəbul edərək avtomaşını idarə etməyini sübut etmək vəzifəsi onun barəsində inzibati xəta haqqında protokol tərtib edən şəxsin üzərinə düşür. Lakin bu halı təsdiq edən sübut olmasına baxmayaraq, onun barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən, Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğu üçün ləğv edilməlidir. Məhkəmə iclasında iştirak etmiş şikayətçi X5 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, o, avtomobilini hərəkət etdirməmişdir. Sadəcə içkili olduğu üçün idarə etdiyini bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinin səlahiyyətli nümayəndəsi X4 bildirdi ki, şəxsin inzibati xəta törətməsini əks etdirən DVD diski məhkəməyə təqdim edir və X3 barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı, nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş: X3 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 333.1 və 332.1-ci maddələri ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Alkotester qəbzindən görünür ki, X3 nəfəsində alkoqol miqdarı 0.418 promil müəyyən edilmişdir. Məhkəmə iclasında Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinin səlahiyyətli nümayəndəsi X4 tərəfindən təqdim edilmiş DVD diskə baxış keçirilmişdir. Diskə baxış zamanı müəyyən olunmuşdur ki, X5 avtomobili geriyə verərək avtombilini hərəkət etdirmişdir. Eyni zamanda o, içkili olduğunu sadəcə avtombilin yeri narahat etdiyi üçün avtombili geri verdiyini bildirmişdir. 25 dekabr 2024-cü il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktından görünür ki, nəqliyyat vasitəsinin saxlanmasının səbəbi aradan qaldırıldığından nəqliyyat vasitəsi duracaqdan buraxılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli 27 iyun 2014-cü il tarixli qərarının 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab olunur. Məhkəmə qeyd edir ki, X3 şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Eyni zamanda o, avtomobilini hərəkət etdirmədiyini bildirsədə, DVD diskə baxış zamanı müəyyən olunmuşdur ki, o, avtomobilini idarə etmişdir. O, hadisə baş verdiyi zaman içkili olduğunu bildirmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 333.1 və 332.1-ci maddələri ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X3 təqsiri təsdiq olunur. Beləliklə, X3 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iş materiallarına baxış keçirərkən müəyyən etmişdir ki, şikayətçinin məhkəmə iclasında və şikayət ərizəsində bildirdikləri iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, o, şikayətində avtomobilini sükan arxasında əyləşib idarə etmədiyini qeyd etsə də, videomateriala baxış zamanı bu fakt öz təsdiqini tapmır, əksinə o, özü maşını hərəkət etdirdiyini bildirmişdir. Buna görə də, X3 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-98/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-98/2025
21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver