Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-980/2024 05.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X3, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, borclu Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)1244/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 8030 manat borc alınaraq tələbkar X2 ödənilməlidir.İcra sənədləri müvafiq olaraq xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdi. Elektron icra portalından edilmiş sorğular nəticəsində borclunun adma hər hansı əmlak və ya tələbin yönəldilə biləcəyi gəlir müəyyən edilməmişdir.Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuş izahatı alınmış və borcunu ödənilməsi tələb olunmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs borcundan müəyyən ödənişlər etmişdir. Şəxs maddi imkanının zəif olması səbəb gətirərək icra sənədini tam yerinə getirməmişdir. Bununla da inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Hal-hazırda Şəxs borcu 7500 manat təşkil edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X5 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Lakin borclu bugünədək borcundan 1030 manat ödəniş etmiş, ödənilməmiş 7000 manat borcu qalmışdır. Protokolu müdafiə edərək qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, maddi vəziyyəti aşağıdır. Borcunun bir hissəsini ödəmişdir, geri qalan hissəni isə hər ayın 10-u 200 manat məbləğində ödəyəcəkdir. Odur ki, zərərçəkmiş şəxslə razılığa gəlməsini və qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında və ərizəsində bildirmişdir ki, Şəxs borcundan 1030 manat ödəniş etmişdir. 7000 manat ödənilməmiş puluda yaxında ödəyəcəyini bildirmişdir. Həmin pulun aylıq 200 manat ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Bu səbəblə işə xitam verilməsini xahiş edir. İş materiallarında olan Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-1244/2021 nömrəli icra vərəqəsindən görünür ki, Şəxs 8030 (səkkiz min otuz) manat alınaraq tələbkar X2 verilməlidir. İş materiallarında olan icraat başlamaq haqqında qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli tələbin könüllü ödənilməsi haqqında bildirişdən görünür ki, həmin bildirişin borclu tərəfindən götürülməsi öz əksini tapmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli xəbərdarlığın sürətindən görünür ki, Şəxs borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, ödəmədiyi təqdirdə 500 manatdan 1000 manatadək cərimə və 30 gün müddətinədək həbs olunacağı bildirilmişdir. İş materiallarında olan “Borclunun axtarılması haqqında” qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. İş materiallarında olan 8(044)-31/2022 saylı xx.xx.2022-ci il tarixli Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin qərardadı ilə Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan 3(044)-352/2022 saylı xx.xx.2022-ci il tarixli Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə Şəxs barəsində 19 aprel 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən AR İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan ərizələrdən görünür ki, tərəflər arasında razılıq əldə olunmuşdur. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Şəxs borcundan 1030 manat ödəniş etmiş, ödənilməyən 7000 manat qalmışdır. Həmin pulu da ödəməmə səbəbini maddi imkanın yaxşı olmaması kimi bildirmiş və qalan borcunu hər ay 200 manat məbləğində ödəyəcəyini qeyd etmişdir. Bu barədə zərərçəkmiş şəxslə razılıq da əldə edilmişdir. Lakin bütün bu hallara baxmayaraq icra məmuru borclunun tələbin yönəldilə biləcəyi daşınar əmlaklarının olub-olmamasını, eləcə də gəlirlərinin olub-olmamasını araşdırmadan, bu barədə sübutları toplamadan borclunun inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, zərərçəkmiş şəxslə Şəxs arasında razılıq əldə edilmişdir və borclu borcunu ödəmək niyyətindədir. Göründüyü kimi, borclu borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-980/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-980/2024
05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver