Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-992/2024 18.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Azərbaycan Respublikası BDYP-nin İX tağım YPX tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 30 (otuz) manat inzibati cərimə olunması barədə xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək qərarın ləğv edilməsini və xx.xx.2024-cü il tarixdə saat 08:45 - 09:10 radələrində postun video müşahidə kameraları vasitəsi ilə araşdırılıb polis X3nun barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il səhər saat 09:02 radələrində öz şəxsi avtomobili “KİA RİO” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı- Qazax yolunun 380-ci km/də üzü Şəmkir rayonu istiqamətində hərəkətdə olarkən arxadan yaxınlaşan “CHANGAN” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı (sürücüsü: X9, Yol Polis serjantı döş nişanı 1077) avtomobilin X7 300-350 metr məsafədə körpünün üstündə olarkən güzgüdə arxadan avtomobilinin işıqlarını yandırıb söndürərək ona işarə etdiyini görmüş, lakin ona məhəl qoymayaraq yol hərəkət qaydalarına və sürət həddinə uyğun olaraq hərəkətinə davam etmişdir. **-DZ-*** dövlət qeydiyyat nişanlı “CHANGAN” markalı avtomobil yol hərəkət qaydalarını kobud formada pozaraq (tək xətt nişanını pozaraq körpüdən ana yola çıxan hissədə) yola çıxmış, ona yaxınlaşıb əl-qol hərəkətləri edərək qarşıda saxla işarəsi vermiş, onun fikrini yayındıraraq qəza şəraiti yaradıb sürətlə posta daxil olmuşdur. “CHANGAN” markalı avtomobilin sürücüsü onun avtomobilinə yaxınlaşaraq icazəsiz və kobud formada əlini pəncərədən içəri salıb avtomobilin işıq sisteminə (söndürüb yandırmaqla) müdaxilə etmiş, yol hərəkəti qaydaları əleyhinə olan İXM-in 329.3-cü maddəsinə əsasən 30 manat cərimə yazacağını bildirmişdir. Ülfət Verdiyev maşına icazəsiz əl atıb müdaxilə etməsinə iradını bildirərək arxadan avtomobilin işıqlarının sönülü və yanılı olduğunu necə gördüyünü, hava şəraiti (duman, yağış, qar və başqa şəraitdə, habelə toranliqda) pis olduğu halda 300 metr məsafədə görmə məhdudiyyəti yaranarsa sürücü işıqları o halda yandırmalıdır. Postun kameraları vasitəsilə video görüntülərin protokolla birgə təqdim etməsini tələb etmiş və qanunsuz cərimə yazdıqlarını, 102 qaynar xəttinə şikayət edəcəyini bildirmişdir. Polis X3 15 ilin polisi olduğunu, kimə və hara istəyirsən get şikayət et, yaxşı edirəm deyib getmişdir. Beləliklə, barəsində xx.xx.2024-cü il tarixli TP ******* saylı qərar əssasız olaraq tərtib edilmişdir. Odur ki, qeyd olunan əməldə təqsiri olmadığını bildirmişdir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, inzibati protokolu tərtib edən BDYP-nin İX tağım YPX-nin nümayəndəsi və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə, saat 09:02 radələrində Bakı-Qazax yolu istiqamətində idarə etdiyi “KİA RİO” minik markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-in 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 30 (otuz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, onun səs siqnalından istifadə etdiyi sübuta yetirilmədən ona əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, şikayətçinin göstərdiyi dəlillər xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsas ola bilməz. İlk növbədə qeyd edilməlidir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən YPX əməkdaşı xətanın mövcudluğunu, yəni sürücü tərəfindən törədilən qayda pozuntusunu bilavasitə özü aşkar etmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun Xİ-ci hissəsinə əsasən səs siqnallarından yalnız aşağıdakı hallarda istifadə oluna bilər: yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda; yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Sadalanan hallardan başqa sürücü tərəfindən səs siqnalından istifadəsi yol hərəkətinin qayda pozuntusu hesab edilir və İXM-in 329.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Beləliklə, məhkəmə hesab edir ki, X1 xx.xx.2024-cü il tarixdə, saat 09:02 radələrində “KİA RİO” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən siqnaldan istifadə etməsi öz təsdiqini tapmışdır. Məhkəmə heab edir ki, X2 yazdığı şikayətdə özünü müdafiə xarakteri daşıyır. Ona görə də onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 30 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X2 yol hərəkəti qaydasını pozaraq Azərbaycan Respublikası İXM-in 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından və Baş Dövlət Yol Polisinin İX tağım YPX-nın xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası BDYP İX tağım YPX tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-992/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-992/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver