Məhkəmə qərarları › İş №3(125)-996/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-996/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-996/2024 09.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin baş təhqiqatçısı gömrük xidməti polkovnik-leytenantı X2, “X9 ” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə Hüquqi şəxs “X9 ” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, 00900-00066/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan yaşıl dəhliz istifadəçisi olan “X9’ MMC-nin ünvanına Rusiya Federasiyasından 52563590 nömrəli vaqonda Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə gələn “üzlük karton” yükü xx.xx.2024-cü il tarixli **********3186 nömrəli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə Gəncə Gömrük İdarəsində (Gəncə şəhəri) bəyan edilmişdir. Gömrük orqanı tərəfindən qeyd olunan bəyannamə üzrə yükə baxış keçirilməsi üçün gömrük əməkdaşları MMC-nin ünvanına getmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin bəyannamənin gömrük orqanında rəsmiləşdirməsi başa çatmamış Şəxs MMC-nin ünvanına 52563590 nömrəli vaqonda gələn yükün plombu gömrük əməkdaşının iştirakı olmadan özbaşına qoparmış və yükü vaqondan boşaldaraq MMC-nin anbarına aparılmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixli **********3186 nömrəli gömrük bəyannaməsində göstərilən “üzlük karton” yükü anbarda eyniləşdirilmiş və bu zaman müəyyən edilmişdir ki, yük toxunulmadan və istifadə edilmədən anbarda saxlanılır. Bununlada MMC tərəfindən gömrük qanunvericiliyinin tələbləri pozulmuşdur. Qeyd olunan faktla bağlı Gəncə Gömrük idarəsi Əməliyyat və Təhqiqat şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1 -ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə 00900- 00066/24 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. ünvan 1 ünvanında qeydiyyatda olan yaşıl dəhliz istifadəçisi olan Şəxs MMC barəsində aparılan araşdırma ilə əlaqədar olaraq MMC-nin ünvanına xx.xx.2024-cü il tarixli 3-33-1600/2- 000195/2024 nömrəli məktub göndərilərək xx.xx.2024-cü il tarixdə Gəncə Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsinə dəvət olunmuşdur. Lakin bugünə kimi MMCnin heç bir nümayəndəsi Gəncə Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsinə gəlməmiş və gəlməməsinin səbəbi ilə bağlı müraciət etməmişdir. Beləliklə Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan yaşıl dəhliz istifadəçisi olan “X9’ MMC tərəfindən qanunvericiliyin tələbləri pozularaq gömrük orqanının iştirakı olmadan 52563590 nömrəli vaqonun plombunu qıraraq yükü özbaşına boşaldıb anbarına aparmışdır. Ona görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə təqsirli bilinmələrinə dair barələrində protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin baş təhqiqatçısı gömrük xidməti polkovnik-leytenantı X5 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan yaşıl dəhliz istifadəçisi olan “X9’ MMC-nin ünvanına Rusiya Federasiyasından 52563590 nömrəli vaqonda Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə gələn “üzlük karton” yükü xx.xx.2024-cü il tarixli **********3186 nömrəli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə Gəncə Gömrük İdarəsində (Gəncə şəhəri) bəyan edilmişdir. Gömrük orqanı tərəfindən qeyd olunan bəyannamə üzrə yükə baxış keçirilməsi üçün gömrük əməkdaşları MMC-nin ünvanına getmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin bəyannamənin gömrük orqanında rəsmiləşdirməsi başa çatmamış Şəxs MMC-nin ünvanına 52563590 nömrəli vaqonda gələn yükün plombu gömrük əməkdaşının iştirakı olmadan özbaşına qoparmış və yükü vaqondan boşaldaraq MMC-nin anbarına aparılmışdır. İş materiallarından da göründüyü kimi yükün buraxılma tarixi xx.xx.2024-cü il tarixdə olmuşdur. Lakin Şəxs MMC yükün buraxılması ilə bağlı məlumat daxil olmadan yükü qəbul etmiş,yükün plombunu açaraq yükü vaqona boşaltmışdır. Ona görə də protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi X3 izahatında göstərmişdir ki, onlara sistemə yük buraxılmaya hazırdır yazıldığına görə yükü boşaltmışlar. Əvvəllər olan sistemdə onların yükün buraxılması və ya arxivə göndərilməsi yox idi ona görə də onlar onun sistemdə görə bilmirdilər. Ona görə də barələrində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dinirilmiş X4 ifadəsində göstəmişdir ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan yaşıl dəhliz istifadəçisi olan “X9’ MMC-nin ünvanına Rusiya Federasiyasından 52563590 nömrəli vaqonda Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə gələn “üzlük karton” yükü xx.xx.2024-cü il tarixli **********3186 nömrəli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə Gəncə Gömrük İdarəsində (Gəncə şəhəri) bəyan edilmişdir. Gömrük orqanı tərəfindən qeyd olunan bəyannamə üzrə yükə baxış keçirilməsi üçün gömrük əməkdaşları MMC-nin ünvanına getmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin bəyannamənin gömrük orqanında rəsmiləşdirməsi başa çatmamış Şəxs MMC-nin ünvanına 52563590 nömrəli vaqonda gələn yükün plombu gömrük əməkdaşının iştirakı olmadan özbaşına qoparmış və yükü vaqondan boşaldaraq MMC-nin anbarına aparılmışdır. Şəxs nümayəndəsi X3 araşdırma aparılan zaman da dindirilmiş və səhvə yol verdiklərini etiraf etmişlər. Proses də hal-hazırda niyə belə dediyi ona məlum deyil. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 491.3 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilmiş, lakin İXM-in 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 492.1-ci maddəsində daha ciddi inzibati tənbeh növü nəzərdə tutulduğunu nəzərə alaraq, Şəxs MMC İXM-in 492.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan “yükə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Yaşıl dəhliz istifadəçisi olan Şəxs MMC-nin (VÖEN **********) ünvanına Rusiya Federasiyasından “Yalama” gömrük postundan 52563590 nömrəli vaqonda keçməklə təyinatı üzrə Gəncə Gömrük İdarəsinə gələn “gips-karton istehsalında nəzərdə tutulan üzlük karton” yükü Gəncə Gömrük İdarəsində rəsmiləşdirilməsi üçün xx.xx.2024-cü il tarixli **********3186 sorğu nömrəli bəyannaməsi ilə sərbəst dövriyyəyə buraxılış üçün bəyan edilmişdir. Yaşıl dəhliz iştirakçısı olan Şəxs MMC gömrük orqanı tərəfindən gömrük orqanının rəsmiləşdirməsi başa çatmadan MMC-nin səlahiyyətli nümayəndəsi gömrük əməkdaşının iştirakı olmadan vaqona vurulan gömrük təminatı vasitəsi olan plombu özbaşına qoparmışdır və vaqonlardakı yükləri boşaldaraq Goran qəsəbəsi 4 yol anbarına yığılmış və istifadə olunmadan anbarda saxlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********3186 nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından “Yalama” gömrük postundan 52563590 nömrəli vaqonda keçməklə təyinatı üzrə Gəncə Gömrük İdarəsinə gələn “gips-karton istehsalında nəzərdə tutulan üzlük karton” yükü Gəncə Gömrük İdarəsində bəyan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardaddan görünür ki, Şəxs MMC-nin barəsində AR İXM-nin 491.3 və 492.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması və inzibati araşdırma aparılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinə əsasən Gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı Şəxs MMC tərəfindən İXM-in 491.3 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materiallarında olan protokollar, şahid ifadəsi və digər sənədlərlə tam şəkildə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 18.1-ci maddəsinə əsasəm hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 491.3 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs MMC İXM-in 491.3 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə, ona İXM-in daha ciddi xəta hesab edilən 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan maddələrini, işin hallarını, inzibati xətanın xarakterini və hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən İXM-in 31.3-cü maddəsi ilə nəzərdə tutulmuş digər halları nəzərə alaraq hesab edir ki, hüquqi şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs (VÖEN **********, hüquqi şəxsin ünvanı - ünvan 3nzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 492.1ci maddəsinin sanksiyası həddində 1.000 (bir min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar