Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-20/2026 15.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Quliyev X5 Surə Urfullah qızının məhkəmə iclas katibliyi, Protokol tərtib edən orqanın nümayəndəsi X1, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakları ilə, X4 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin *(*-**)- ***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə baxaraq m ü ə y y ə n e t d i m: Naxçıvan Şəhər Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə X4 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətlə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilmə barədə qərarının ləğv edilərək X4 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157- ci maddəsi ilə inzibati tənbeh verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs şikayətində göstərmişdir ki, məhkəmə işə baxarkən düzgün araşdırma aparmamışdır. Belə ki, ## ###### 2026-cı il tarixli polisə müraciət ərizəsində X2 və X4 tərəfindən qolunu tutub sıxdığını, daycanısı Adilənin boğazını cırdığını sinəsindən vurduğunu bildirmişdir. Habelə cinayət işinin rəd olunma qərarında tərəflərin izahatı alınaraq hadisənin X2 və X4 tərəfindən törədilməsi təsdiq olunmuş, sadəcə olaraq komissiyanın ##.##.2026-cı il tarixli ekspert rəyində sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcə təyin edilmədiyindən həmin şəxslərə cinayət işinin başlanması rədd olunaraq əməllərində Azərbayacn Respublikasının Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün inzibati qaydada tədbir görülməsi üçün Naxçıvan şəhər Polis idarəsinə göndərilmişdir. Iş materiallarında mövcüd olan ərizə cinayət işinin rədd olunması qərarında şəxslərin zahatından hadisənin baş verdiyi yer, zaman və hadisəni törədən şəxslər müəyyən olunmuşdur. Məhkəmənin qəbul etdiyi qərarda qeyd edir ki, subyekt müəyyən olunmur. Bu tamamilə əsassız bir bəhanədir. Məhkəmə qeyd edir ki, işə protokola sübutlar əlavə edilməmişdir. Məhkəmə qərarının 1-ci və 2-ci səhifəsində qeyd edir ki, X4 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili Işlər Nazirliyinin Naxçıvan şəhər Polis Idarəsi 1-ci Polis bölməsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Belə olan halda sübutların protokola əlavə olunmamışdır kimi yanaşması kökündən əsassızdır. Sübutlar açıq aşkar iş materiallarında mövcüddur. Qararın verilməsi zamanı sübutlar işin faktiki halları məhkəmə tərəfindən əsaslı araşdırılmamış və obyektiv qiymət verilməmişdir. Yuxarıda qeyd olunan sübut və dəlillərdən aydın olur ki, X4 əməlində Azərbaycan Respublikası IXM-nin 157-ci maddəsinin tərkibi vardır. Iş üzrə keçirilən ##.##.2026-cı il tarixli məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək X4 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından vermiş olduğu apellyasiya şikayətindən imtina etdiyini, X4 ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Protokol tərtib edən orqanın nümayəndəsi X1 məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 qanuni qərar qəbul edilməsini xahiş etdi. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il # ###### tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Şikayətin geri götürülməsi ilə bağlı məsələ inzibati xətalar qanunvericiliyi ilə tənzimlənmədiyindən cinayət-prosessual qanunvericiliyi analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.11-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya tələbindən imtina edilməsi barədə ərizə təmin edilməli, X4 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391-ci maddəsini rəhbər tutaraq qərar verdim: Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya tələbindən imtina edilməsi barədə ərizə təmin edilsin. X4 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin *(*-**)- ***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-1)-20/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-20/2026
15.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver