Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-22/2026 20.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Mirzəyev Ilqar Məhərrəm oğlu, məhkəmə iclas katibi Hüseynbəyli Məftunə Firəddin qızının katibliyi, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Babək Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayətinə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş ## ####### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə vətəndaş X1 “xxxx” MMC-də əmək hüquqlarının pozulması barədə müraciəti ilə bağlı AR Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən cəmiyyət rəhbərliyindən ##.##.2025-ci il tarixli *-**-*/*-*****/**** nömrəli məktubla aidiyyəti sənədlər 7 (yeddi) iş günü müddətində tələb olunmuş, lakin cəmiyyət rəhbərliyi tərəfindən sənədlər tam təqdim olunmamışdır. Nəticədə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt vətəndaşın müraciəti, “xxxx” MMC-yə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktub ilə təsdiq edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsi ## ###### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubu ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ## ####### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədləri Babək Rayon Məhkəməsinə göndərmişdir. Babək Rayon Məhkəməsinin (hakim G.M.Ismayıl) ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ilə «xxxx» MMC barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilən ## ####### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə hüquqi şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilmişdir. Qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə müraciət edərək, Naxçıvan MR Babək Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarının ləğv edilməsi və X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən “xxxx” MMC barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında “xxxx” MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə şikayətində göstərmişdir ki, X1 şikayəti əsasında Xidmətin Abşeron-Xızı regional şöbəsi aparılan araşdırma zamanı “xxxx” MMC-yə ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktub göndərilərək vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətin Bakı şəhər Idarəsinə verilməsi tələb olunmuşdur. “xxxx” MMC tərəfindən sənədlər natamam təqdim edilmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunvericilikdə müvafiq maddə ilə inzibati məsuliyyət təkcə sənədlərin təqdim edilməməsinə görə yox, həm də sənədlərin tam, düzgün və vaxtında təqdim edilməməsinə görə yaranır. Xidmətin Abşeron-Xızı regional şöbəsi tərəfindən müəyyən edilmiş müddət ərzində sənədlər tam təqdim edilmədiyindən inzibati xəta törədilmiş hesab edilir. Həmçinin, inzibati xəta haqqında protokol tərtib olunan dövrdə müvafiq sənədlər hələ də təqdim olunmadığı üçün inzibati xəta tərkibi yarandığından bundan sonrakı mərhələdə hüquq pozuntusunun aradan qaldırılmasının məsuliyyəti aradan qaldırması yalnız qanunla müəyyən edildiyi halda halda mümkün ola bilərdi. Məhkəmənin inzibati xətanın törədilməsində təqsirliliyin sübuta yetirilməməsi ilə bağlı qənaəti qanunaziddir. Həmçinin, nəzərinizə çatdırırıq ki, IXM-nin 539.3-cü madddəsi ilə bağlı məhkəmə inzibati tənbeh vermə haqqında şərti qərar qəbul edərək hüquq pozuntusunun aradan qaldırılması ilə bağlı müəssisəni yalnız cərimənin ödənilməsindən azad edə bilərdi. Çünki IXM-nin 116.3-cü maddəsində Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə inzibati cərimənin ödənilməməsi nəzərdə tutulmuşdur. Bu halda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Məcəllədə qanuni əsas müəyyən edilməmişdir. Bu mahiyyət etibarı ilə məsuliyyətin müəyyən edilməsinə xidmət edir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın şərtiliyi inzibati xəta törətmiş şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnməməlidir. Bu şərtilik eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi hallarını istisna edirsə, gələcəkdə məsuliyyətin müəyyən edilməsi zamanı təkrar halın müəyyən edilməsini mümkün etməyəcək. Beləliklə, Naxçıvan MR Babək Rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Xidmətin Abşeron-Xızı regional şöbəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən “xxxx” MMC-nin əməlində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Həmin Məcəlləsinin 135.1.2-ci maddəsinin tələblərinə əsasən, hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması onun qərarının ləğv edilməsi üçün əsasdır və Naxçıvan MR Babək Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ləğv edilməlidir. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2, 21 və 76.1-ci maddələrinə istinad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ## ##### 2026-cı il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə etiraz ərizəsi göndərərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ilə "xxxx" MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata müəssisənin əməlində inzibati xəta tərkibinin mövcud olmaması, eləcə də onun təqsirliliyinin qanunvericiliyin tələb etdiyi səviyyədə sübuta yetirilməməsi səbəbilə xitam verilmişdir. X3 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti isə nə faktiki halların düzgün qiymətləndirilməsinə, nə maddi hüquq normalarının düzgün tətbiqinə, nə də prosessual hüququn fundamental prinsiplərinə əsaslanır. Əksinə, həmin şikayət iş materiallarında əks olunan açıq və təkzibedilməz sübutları görməzdən gəlməklə, yalnız formal və şablon mülahizələr üzərində qurulmuş, hüquqi baxımdan zəif, məntiqi ardıcıllıqdan məhrum bir sənəd təsiri bağışlayır. Apellyasiya şikayətində irəli sürülən arqumentlər, mahiyyət etibarilə, birinci instansiya məhkəməsinin hərtərəfli, obyektiv və qanuna uyğun araşdırma nəticəsində gəldiyi qənaətləri təkzib etmək iqtidarında deyil və bu səbəbdən də hesab edirik ki, müvafiq şikayət təmin edilməməlidir. Iş materiallarının xronoloji ardıcıllıqla təhlili açıq şəkildə göstərir ki, müəssisə tərəfindən heç bir halda nə məlumatların təqdim edilməsindən imtina edilmiş, nə də icraatdan yayınma niyəti nümayiş etdirilmişdir. Əksinə, bütün yazışmalar və təqdim edilmiş sənədlər sübut edir ki, müəssisə dövlət orqanının hər bir sorğusuna operativ, məsuliyyətli və qanunvericiliyin tələblərinə uyğun şəkildə reaksiya vermiş, sorğulara cavablar yalnız formal xarakter daşımamış, eyni zamanda məzmun baxımından dolğun və əsaslandırılmış olmuşdur. Hər bir sənədin təqdim olunması prosesi obyektiv hallardan asılı olmuş və bu hallar müəssisənin iradəsindən kənar olmuşdur. ##.##.2025-ci il tarixli sorğunun müəssisəyə ##.##.2025-ci ildə daxil olmasına baxmayaraq, cəmi 5 gün ərzində — ##.##.2025-ci ildə cavab verilməsi, hüquqi baxımdan yalnız “cavab vermə” faktı deyil, həm də yüksək səviyyəli əməkdaşlıq niyyətinin və vicdanlı davranışın bariz göstəricisidir. Bu fakt özü-özlüyündə DƏMX-nin iddialarını ciddi şəkildə sarsıdır. ##.##.2025 və ##.##.2025-ci il tarixli əlavə sorğulara verilmiş cavablar da göstərir ki, müəssisə prosesə epizodik deyil, ardıcıl və sistemli şəkildə qoşulmuş, hər bir tələbə ayrıca hüquqi məsuliyyət hissi ilə yanaşmışdır. Apellyasiya şikayətində “natamamlıq” kimi təqdim edilən bank çıxarışları məsələsi hüquqi baxımdan tamamilə yanlış interpretasiya olunmuşdur. Belə ki, bu zaman həmin sənədlərin müəssisənin daxili sənədləri olmaması faktı şikayət verən tərəfindən nəzərə alınmamışdır. Onların əldə olunması üçün üçüncü tərəfin — bankın və fiziki şəxsin iştirakı zəruridir. Müəssisə isə bu sənədləri əldə etdiyi anda dərhal təqdim etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin tələblərinə görə, inzibati məsuliyyətin yaranması üçün yalnız formal gecikmə və ya texniki natamamlıq kifayət etmir. Hazırkı işdə isə məlumatlar vaxtında və qaydasında təqdim edilmiş, yanlış məlumat verilməsi faktı mövcud olmamışdır. Deməli, maddənin tətbiqi üçün zəruri olan obyektiv və subyektiv tərkib elementləri mövcud deyildir. DƏMX tərəfindən protokol tərtib edilərkən artıq təqdim edilmiş sənədlərin nəzərə alınmaması və ya məhkəməyə təqdim edilməməsi hüquqi baxımdan ciddi pozuntudur. DƏMX heç bir konkret sübut təqdim etmədən, yalnız ehtimallara əsaslanaraq, faktları şərh etməklə müəssisəni təqsirli kimi təqdim etməyə çalışmışdır. Babək Rayon Məhkəməsi isə mübahisələndirilən qərarı qəbul edərkən sübutları düzgün qiymətləndirmiş, hüquqi normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayəti isə konkret sübutlara əsaslanmır, faktları təhrif edir, hüquqi arqumentlərdən çox ümumi mülahizələrə söykənir. Belə olan halda isə apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas mövcud deyildir. Işin faktiki hallarından aydındır ki, məhkəmə icraatında olan iş materiallarından görünür ki, Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən ilk dəfə ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli sorğu ünvanlanmış, həmin sorğu isə ##.##.2025-ci il tarixdə «xxxx» MMC-ə çatdırılmışdır. Sorğunun qəbul edilməsindən sonra tələb olunan sənədlər ##.##.2025-ci il tarixli, ** nömrəli məktubla Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Abşeron-Xızı regional şöbəsinə təqdim edilmişdir. Buradan görünür ki, sənədlər 5 təqvim günü müddətində tərəfimizdən tərtib olunsa da, Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən əsassız olaraq «xxxx» MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə ##.##.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmənin nəzərinə çatdırmağı zəruri hesab edirik ki, Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Abşeron-Xızı regional şöbəsinin ##.##.2025-ci il tarixli sorğusunda aşağıdakı sənədlər tələb olunmuşdur: 1. Yazılı əmək müqaviləsi, 2. Işə qəbul əmri və işçinin ərizəsi, 3. Işlədiyi dövrlərdə məzuniyyətlərdən istifadə etməsi barədə əmrlərin surətləri və ərizələri, 4. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr və xitam verilməsini təsdiq edən təsdiqedici sənədlər (xitam verilibsə), 5. Iş vaxtının uçotu tabelləri, 6. Aylıq əmək haqqlarının hesablanması və ödənilməsini təsdiq eden sənədlər, 7. Işçinin son haqq-hesabının hesablanmasının tam açıqlaması ilə açılışı və ödənilməsini təsdiq edən sənədlər (əmək haqqı bank ödəniş tapşırığı), 8. Müraciətlə bağlı tam ətraflı cavab məktubu. Əməkhaqqı üzrə kart hesabından çıxarış X1 tərəfindən təqdim edildikdən sonra yenidən ** nömrəli məktubla tərəfimizdən Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Abşeron-Xızı regional şöbəsinə təqdim edilmişdir. O cümlədən tərəflər arasında aparılmış sonrakı rəsmi danışıqların xronologiyası aşağıdakı kimidir: - Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Abşeron-Xızı regional şöbəsinin ##.##.2025-ci il tarixli sorğusu ##.##.2025-ci il tarixdə çatdırılmış, ##.##.2025-ci il tarixdə cavablandırılmış – 3 gün fərqlə, ##.##.2025-ci il tarixli sorğusu ##.##.2025-ci il tarixdə çatdırılmış, ##.##.2025-ci il tarixdə isə cavablandırılmışdır – 6 gün fərqlə. Yuxarıda qeyd edilənlərdən də aydın olur ki, Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Abşeron-Xızı regional şöbəsinin göndərmiş olduğu sorğuların hamısı qanunvericiliyin müəyyənləşdirdiyi 7 günlük müddət daxilində lazımi qaydada, müvafiq sənədlər təqdim edilməklə cavablandırılmışdır. Belə olan halda isə «xxxx» MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən müvafiq protokolun tərtib edilməsinin hər hansı əsası olmamışdır. Odur ki, «xxxx» MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə ##.##.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsassız olduğundan ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə görə Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə məsuliyyət müəyyən olunur. Işin faktiki hallarından da aydındır ki, həmin maddə üzrə məsuliyyətin yaranması üçün qanunvericiliyin müəyyən etdiyi dispozisiya əlamətləri mövcud deyildir. Işin faktiki halları və işdə olan sübutlardan belə müəyyən olunur ki, hüquqi şəxs tərəfindən Müfəttişlikdən daxil olmuş sorğuya qarşı hər hansı laqeydlik nümayiş etdirilməmiş, tələb olunan mümkün sənədlər hazırlanaraq vaxtında təqdim olunması təmin olunmuşdur. Odur ki, «xxxx» MMC barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilən ## ####### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə hüquqi şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Beləliklə, qeyd olunanlardan aydın olur ki, Babək Rayon Məhkəməsinin "xxxx" MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilən ## ####### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə hüquqi şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməsi barədə qərarı tam qanunidir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmədən xahiş edirik, Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməsin. Naxçıvan MR Babək Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Etiraz ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3, 8.1, 8.2, 53.2, 61.1, 105.1, 114.2.1, 128.1, 128.2-ci maddələrinə istinad edilmişdir. Şikayətə baxılması ilə əlaqədar keçirilən məhkəmə baxışı iclasında protokol tərtib edən orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında onların nümayəndələri iştirak etməmişdirlər. Məhkəmə onların iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Inzibati xəta haqqında işin materiallarını şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş müraciət vərəqəsindən görünür ki, X1 ## #### 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əmək qanunvericiliyinin pozulması ilə bağlı şikayət xarakterli müraciət edərək "xxxx" MMC tərəfindən ## #### 2025-ci il tarixində əmək müqaviləsinə xitam verildiyini, müəssisə tərəfindən əmək haqqının yarımçıq ödənildiyini və geri qalan məbləğin ödənilmədiyini bildirmişdir. Iş materiallarından məlum olur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ## #### 2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli vətəndaş müraciətinin araşdırılması üçün məktub göndərilmiş, Əmək Məcəlləsinin 15.2-ci və “Vətəndaşların müraciətlərinə baxılması” haqqında Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələblərinə uyğun olaraq 7 (yeddi) iş günü ərzində X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə yazılı əmək müqaviləsi, işə qəbul əmri və işçinin ərizəsi, işlədiyi dövrlərdə məzuniyyətlərdən istifadə etməsi barədə əmrlərin surətləri və ərizələri, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr və xitam verilməsini təsdiq edən təsdiqedici sənədlər (xitam verilibsə), iş vaxtının uçotu tabelləri, aylıq əmək haqqlarının hesablanması və ödənilməsini təsdiq edən sənədlər, işçinin son haqq-hesabının hesablanmasının tam açıqlaması ilə açılışı və ödənilməsini təsdiq edən sənədlər (əmək haqqı bank ödəniş tapşırığı) və müraciətlə bağlı tam ətraflı cavab məktubu tələb edilmişdir. Iş materiallarından məlum olur ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ## #### 2025-ci il tarixli, ** nömrəli 23 vərəqdən ibarət qoşma olan məktub Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə göndərilmişdir. Iş materiallarından məlum olur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ## ######## 2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktub göndərilərək sorğuda qeyd edilən müddətdə sənədlər tam təqdim edilmədiyindən hüquqi şəxsin barəsində Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək üçün hüquqi şəxsin nümayəndəsi ##.##.2025-ci il tarixdə Xidmətə dəvət edilmişdir. Inzibati xəta haqqında işə baxan birinci instansiya məhkəməsi işin faktiki halları və işdə olan sübutlardan hüquqi şəxs tərəfindən Müfəttişlikdən daxil olmuş sorğuya qarşı hər hansı laqeydlik nümayiş etdirilmədiyini, tələb olunan mümkün sənədlərin hazırlanaraq vaxtında təqdim olunmasının təmin olunduğunu qeyd edərək «xxxx» MMC barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilən ## ####### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə hüquqi şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməsi nəticəsinə gəlmişdir. Məhkəmə işin materiallarını və tətbiq edilən hüquq normalarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, sübutlara obyektiv və hərtərəfli qiymət vermişdir. Belə ki, apellyasiya şikayətində qeyd edilmiş dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən hüquqi şəxsə sənədlərin təqdim edilməsi üçün sorğu göndərilmiş, hüquqi şəxs tərəfindən sorğuya əsasən müəyyənləşdirilmiş müddət ərzində müvafiq sənədlər protokol tərtib edən orqana göndərilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qərarında qeyd etmişdir ki, həmin sənədlərdə natamamlığın nədə ifadə olunması, hüquqi şəxsdə mövcud olub lakin göndərilməyən sənədlərin olub-olmaması, hüquqi şəxsdən asılı olan və ya olmayan səbəblərdən təqdim edilib-edilməməsi araşdırılmadan birbaşa protokolun tərtib edilməsi qanuni və ədalətli hesab edilməməlidir. Yuxarıda göstərilənləri ümumiləşdirərək bir daha qeyd edirəm ki, birinci instansiya məhkəməsi işi yetərincə və obyektiv şəkildə araşdırmış, düzgün olaraq iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsirliliyi Inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, hüquqi şəxsin təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən də müəyyən edilməmişdir. Belə ki, şikayətin dəlilləri əsassız olmaqla birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin hüquqi əsasını təşkil etmir. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizə xarakteri daşıdığından əsassızdır, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12-ci mаddəsinə əsasən bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. - 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. - 134.1 və 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı inzibati iş üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, iş üçün əhəmiyyət kəsb edən halların araşdırılmaması iş materialları ilə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Babək Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə tərəfindən verilmiş şikayət əsaslı olmadığından təmin edilməməli, Babək Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Inzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136.1 və 136.2-ci maddələrini rəhbər tutaraq qərar verdim: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Babək Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Babək Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-1)-22/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-22/2026
20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver