Məhkəmə qərarları › İş №3(3-1)-23/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-23/2026

22.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-23/2026 22.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş Açar sözlər: Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə protokol tərtib olunmuş, şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsi tərəfindən icraata xitam verilmiş, sübutların düzgün qiymətləndirilməməsi Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu, Seyidova Mehriban Mehdi qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim qızının və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*- **)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Həsən qızı tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İ. Birinci instansiya məhkəməsində icraat

1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim qızının barəsində tərtib olunmuş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən ##.##.2026-cı il tarixli Naxçıvan ŞPİ-nin İstintaq və Təhqiqat Şöbəsinin qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs döyməsi müəyyən olunmuş, Naxçıvan MR Səhiyyə Nazirliyinin MTE və PAB-dən alınmış ##.##.2026-cı il tarixli ** saylı ekspert rəyindən Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən bədən xəsarəti alması müəyyən olunmuşdur.

2. Naxçıvan Şəhər Məhkəməsinin (hakim G.Səfərəliyeva) ## #### 2026-cı il tarixli *(*- **)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim qızının təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. II. Şikayətin dəlilləri və izahatlar a) Şikayət və şikayətin dəlilləri

3. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Həsən qızı şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilmə barədə qərarının ləğv edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim qızı barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Həsən qızı şikayəti onunla əsaslandırmışdır ki, ## ###### 2026-cı il tarixli Polisə müraciət ərizəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim qızı və X1 onun qolunu tutub sıxdığını, daycanısı Adilənin boğazını cırdığını, sinəsindən vurduğunu bildirmiş, habelə cinayət işinin rədd olunma qərarında tərəflərin izahatı alınaraq hadisənin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim qızı və X1 tərəfindən törədilməsi təsdiq olunmuş, sadəcə olaraq komissiyanın ##.##.2026-cı il tarixli ekspert rəyində sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcə təyin edilməmiş, iş materiallarında mövcüd olan ərizədə, cinayət işinin rədd olunması qərarında şəxslərin izahatından hadisənin baş verdiyi yer, zaman və hadisəni törədən şəxslər müəyyən olunmuş, sübutlar açıq-aşkar iş materiallarında mövcüddur. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli, ** saylı ekspert rəyində (canlı şəxsin ekspertizası) qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarət sağ bazusunda qançır, sol bazusunda və boynunda sıyrıqlar küt mexanizmdən, bərk küt əşyanın təsirindən törənmiş, eləcə də qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni ##.##.2026-cı il tarixdə döyülmə nəticəsində əmələ gələ bilərdi. Qeyd edilən xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Qərarın verilməsi zamanı sübutlar və işin faktiki halları məhkəmə tərəfindən əsaslı araşdırılmamış və obyektiv qiymət verilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

5. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Həsən qızı ## ###### 2026-cı il tarixində axşam saat 9-10 radələrində qapı çalındığını, həyətin qapısının ağzında olduğunu, xalası Şahid ona “Zəhra, gəl, qapı çalınır” dediyini, açarı tapıb qapını açdığını, yaşadıqları evin dayısı Fəxrəddin Əkbərovun mülkiyyətində olduğunu, qapını açdıqdan sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona nalayiq sözlər işlətdiyini, ona “Açarı ver, açarı ver” dediyini, ona “mən niyə açarı verməliyəm?” dediyini, özlərinin açarının olduğunu, qarajda birinin onun qolundan tutduğunu, birinin isə onu boğduğunu, qaçmaq istədiyini, boğazını cırdıqlarını, xalasının gəldiyini, ayaqqabılarını qoyub qaçdığını, ayaqqabıları onun arxasınca tulladıqlarını, Adilənin nalayiq sözlər işlətdiyini, həmin evdə xalası və nənəsi ilə yaşadığını, evin mübahisəli olduğunu, bölünmədiyini, Fəxrəddin Əkbərovun mülkiyyətində olan evin 1 otaq, 1 kolidordan ibarət möhrə bir ev olduğunu, qalanlarını xalasının tikdiyini, eyni evdə ayrı-ayrı otaqlarda yaşadıqlarını, Adilənin o gün gəlib xalasına da sillə vurduğunu, kameraya da düşdüyünü bildirərək şikayətin təmin olunmasını xahiş etmişdir. Suallara cavabında doğulandan burada yaşadığını, anasının Türkiyədə yaşadığını, həmin evdə nənəsinin, xalasının, hamının yaşadığını, küçə qapısından keçəndə qarajın, qarajdan keçəndə bir otağın olduğunu, qapını açanda qışqırdıqlarını, ikinci qapıya tərəf gedəndə Fəxrəddinin qollarından tutduğunu, Adilənin də açarı istəyəndə onun boğazından tutduğunu, boğazını cırdığını, dırnağının izinin keçdiyini, lakin onu yerə yıxmadıqlarını bildirdi.

6. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim qızı yanvar ayının 7-si həmin evə köçdüyünü, 9-u Zəhranın gəldiyini, köçənə kimi həmin evdə baldızının oğlunun yaşadığını, o vaxta qədər kirayədə yaşadıqlarını, həyat yoldaşının evi uşaqları ilə birlikdə yaşaması üçün baldızı Şahid verdiyini, Zəhranın hadisənin 10 yanvar gecə saat 9 radələrində olduğunu deməsinin yalan olduğunu, ifadəsində də yazıldığını, 11 yanvar tarixində saat 11-in yarısında evə gəldiklərini, onlarda da açarın olduğunu, açarı saldıqlarını, qapının açılmadığını, açarı qapının üstündə qoyduqlarını, qapını çox döydüklərini, Zəhranın 5 dəqiqə sonra gəldiyini, Zəhradan açar istəmədiyini, Zəhranın açarı qapının üstündən çıxarıb qaçıb xalasının yanına getdiyini, ona gücünün çatmasının qeyri-mümkün olduğunu, 60-dan yuxarı yaşı olduğunu, Zəhranın 20 yaşı olduğunu, xalası ilə də danışanda “bu nədir, açarı niyə qapının üstünə qoyursunuz? dediyini, cavab verilmədiyini, Şahid əvvəllər olmadığını, Polis şöbəsinə də getmədiyini, sonradan məhkəməyə gətirildiyini bildirərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Suallara cavabında Zəhraya heçnə etmədiklərini, əvvəllər Rusiyada yaşadıqlarını, bura qayıdandan bəri kirayədə yaşadıqlarını, Zəhra ilə barışmaq istəmədiyini bildirdi.

7. Şahid Şahid ## ###### 2026-cı il tarixində axşam saat 23 radələrində evdə o, anası və Zəhranın olduğunu, kameradan qapının döyüldüyünü gördüyünü, Kamera küçəni çəkdiyini, içərini çəkmədiyini, açarı çox vaxt qapının üstünə qoyduğunu, buna səbəb isə digər qardaşı Həsənin ya da oğlunun gəlib problem yaratmasından qorxması olduğunu, onlar qapını döyəndə Zəhraya “Zəhra qurban olum, qapını sən aç, mən getməyim” dediyini, Zəhra gedəndən sonra qışqırıq səsi gəldiyini, Zəhranın qaçdığını gördüyünü, Zəhra qaçanda qardaşının arxadan tutub onu çevirdiyini, qollarını tutduğunu, Adilənin “açarı ver, açarı ver” dediyini, gəlib onlara “nə edirsiniz?” deyərək qışqırdığını, Zəhranın arxasınca qardaşının ayaqqabılarını atdığını, Adilənin də onu boğduğunu gördüyünü, həm boğmağın həm də qaçmağın qısa müddətdə olduğunu, nə olduğunu belə başa düşmədiyini, Adilənin də Zəhranın boğazından tutub ağzına gələni dediyini bildirdi. Suallara cavabında birinci instansiyda Zəhranı yerə yıxıb boğurlar demədiyini, Zəhranın qaçanda yıxıldığını, onda da tam yıxılmadığını bildirdi. III. Hüquqi məsələlər c) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

8. Maddə 157. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

9. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

10. Maddə 21. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

11. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

12. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IV. Məhkəmənin hüquqi mövqeyi

13. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni, zərərçəkmiş şəxsin şikayətinin dəlillərini, məhkəmə iclasında verilmiş izahatları və toplanmış sübutları məcmu halda araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin icraata xitam verilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz.

14. İş materiallarında olan ## ###### 2026-cı il tarixli məhkəmə-tibbi ekspertiza rəyindən müəyyən edilir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Həsən qızının bədənində sağ bazuda qançır, sol bazuda və boyun nahiyəsində sıyrıqlar aşkar edilmiş, həmin xəsarətlərin küt mexanizmdən, bərk küt əşyanın təsirindən yarandığı, həmçinin göstərilən vaxt və şəraitdə, yəni döyülmə nəticəsində əmələ gələ bilməsi təsdiq olunmuşdur.

15. Birinci instansiya məhkəməsi yalnız ekspert rəyində xəsarətin sağlamlığa zərər vurmayan xəsarət kimi qiymətləndirilməsinə və xəsarətin məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim qızı tərəfindən yetirilməsinin sübuta yetirilmədiyi qənaətinə əsaslanaraq icraata xitam vermişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi xəsarətin kim tərəfindən yetirilməsini müəyyən etmək üçün deyil, xəsarətin xarakterini, mənşəyini və mümkün mexanizmini aydınlaşdırmaq üçündür.

16. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Həsən qızı istər polis orqanına ilkin müraciətində, istər birinci instansiya, istərsə də apellyasiya baxışı zamanı verdiyi izahatlarda hadisənin başvermə şəraitini ardıcıl, ziddiyyətsiz və eyni məzmunda təsvir etmişdir.

17. Bundan əlavə, şahid Şahid ifadəsi də zərərçəkmiş şəxsin izahatlarını təsdiq edir. Şahidin ifadəsi birbaşa müşahidəyə əsaslanır, hadisənin mahiyyətini aydın şəkildə təsdiqləyir və iş üzrə digər sübutlarla uzlaşır.

18. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim qızının hadisənin baş vermədiyi, ona böhtan atıldığı barədə izahatı isə iş üzrə digər sübutlarla təkzib olunur və müdafiə xarakterli izahat kimi qiymətləndirilir.

19. İş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirəm ki, birinci instansiya məhkəməsinin qərarı dindirilmiş şahid ifadəsinə ümumiyyətlə qiymət verilmədiyindən, sübutların natamam və qeyri-obyektiv qiymətləndirilməsinə əsaslandığından ləğv edilməli, zərərçəkmiş şəxsin şikayəti təmin olunmalı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmalıdır.

20. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

21. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim qızının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır.

22. İnzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, yəni onun 69 yaşının olmasını, inzibati həbs tənbeh növünün tətbiq olunmasının mümkün olmadığını, habelə əmlak vəziyyətini, pensiyaçı olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim qızının barəsində aşağı həddə inzibati cərimə tətbiq edilməlidir.

23. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə görə hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.2 və 135.1.2-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayəti təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib barəsində 300 (üç yüz) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Hakim Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar