Məhkəmə qərarları › İş №3(3-1)-24/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-24/2026

06.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-24/2026 06.05.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Quliyev Vüqar Kərim oğlu, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi X1 və protokol tərtib edən orqanın nümayəndəsi Nümayəndə iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqdirləndirilməsinə dair iş üzrə Babək Rayon Məhkəməsinin “17” mart 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilən apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin Azərbaycan Respublikası IXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokola görə vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə uyğun olaraq müəssisəyə *-**-*/*-****/**** nömrəli, ##.##.2026-cı il tarixli sorğu məktubu göndərilərək, məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-in BŞI-yə təqdim edilməsi tələb edilmişdir. Sorğu məktubu işə götürənin elektron kabinetinə göndərilmiş, lakin müvafiq sənədlər qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində təqdim olunmamışdır. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası IXMin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Babək Rayon Məhkəməsinin “17” mart 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə ## ##### 2026-cı il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına müraciət edərək Naxçıvan MR Babək Rayon Məhkəməsinin ##.##.2026-сı tarixli *(*-**)-**/**** nömrəli qərarının ləğv edilməsini və "xxxx"MMC barəsində X4 Xidmətinin Bakı Şəhəri Idarəsi ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin halları qeyd edilərək vətəndaş X2 şikayəti əsasında X4 Xidmətinin Bakı Şəhəri Idarəsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən "xxxx" ММС-yə *-**-*/*-****/**** nömrəli, ##.##.2026-cı il tarixli məktub ünvanlandığı, məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində Xidmətin Bakı şəhər Idarəsinə təqdim edilməsi tələb olunduğu, lakin məktubun çatdırılmasına baxmayaraq sənədlərin təqdim olunmadığı, sözügedən 3-17-5/2- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli məktubun ##.##.2026-cı il tarixdə "Əmək və Məşğulluq Altsistemi" vasitəsilə işəgötürənin şəxsi kabinetinə yerləşdirildiyi, ##.##.2026-cı il tarixədək icra müddəti müəyyən edildiyi, məktubun işəgötürənin şəxsi kabinetinə yerləşdirilməsi barədə sənəd iş materiallarına əlavə edilsə də məhkəmə tərəfindən həmin sənədə düzgün hüquqi qiymət verilmədiyi, göründüyü kimi “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinin təsdiq olunduğu, odur ki, Xidmətin Bakı Şəhər Idarəsi tərəfindən "xxxx" MMC barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokolun qanuni və əsaslı olduğu, Naxçıvan MR Babək Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-85)- **/**** nömrəli qərarı qəbul edilərkən qanunvericilik normaları düzgün tətbiq edilmədiyi, xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilərək sübuta yetirildiyi, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinin tələblərinə əsasən, hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması onun qərarının ləğv edilməsi üçün əsas olduğu və Naxçıvan MR Babək Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarının ləğv edilməli olduğu göstərilmişdir. Apellyasiya şikayətinin hüquqi əsası kimi Inzibati Xətalar Məcəlləsinin 4, 5, 76 və 21-ci maddələrinə istinad edilmişdir. Məhkəmə baxışı iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi Nümayəndə çıxışında Xidmət tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdiyini bildirərək şikayətin təmin olunması Babək Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*- **)-**/**** nömrəli qərarının ləğv olunması və "xxxx"MMC barəsində X4 Xidmətinin Bakı Şəhəri Idarəsi ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi X1 apellyasiya şikayətini qəbul etmədiyini, ona hər hansı bir sənəd gəlmədiyini bildirərək Babək Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarının qanuni və əsaslı olduğunu və həmin qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi Inzibati xəta haqqında işin materiallarını şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, mübahisə olunan qərardan görünür ki, inzibati xəta haqqında işə baxan birinci instansiya məhkəməsi tərəfindən işin bütün hallarının məcmusu hərtərəfli, tam və obyektiv araşdırılmaqla iş üzrə sübutlar düzgün qiymətləndirilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, iş üzrə mübahisəlndirilən məktubun çatdırılmasını təsdiq edən mötəbər sübut iş materiallarında yoxdur. Eləcə də apellyasiya icraatında işin araşdırılması zamanı məlum olmuşdur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələb olunan sənədlər həmin tarixdə ümumiyyətlə tərtib olunmamış və mövcud olmamışdır. Belə ki, X2 əmək müqaviləsinə həmin müddətdə xitam verilmədiyi halda sorğu məktubunda əmək müqaviləsinə xitam verilməsinə dair sənədlər tələb edilmişdir. Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12-ci mаddəsinə əsasən bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. - 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. - 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. - 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. - 134.1 və 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsil ilə təqdirləndirilməsinə dair iş üzrə Babək Rayon Məhkəməsinin “17” mart 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayət əsaslı olmadığından təmin edilməməli, Babək Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Inzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136.1 və 136.2-ci maddələrini rəhbər tutaraq qərar verdim: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsil ilə təqdirləndirilməsinə dair iş üzrə Babək Rayon Məhkəməsinin “17” mart 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilən apelyasiya şikayəti təmin edilməsin. Babək Rayon Məhkəməsinin “17” mart 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar