Məhkəmə qərarları › İş №3(3-1)-25/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-25/2026

28.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-25/2026 28.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Quliyev Vüqar Kərim oğlu X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Həşimov Sinan Rəşad oğlunun iştirakı ilə Şahbuz Rayon Məhkəməsinin buraxılmış prosessual müddətin bərpası barədə vəsatətin rədd edilməsi haqqında “09” aprel 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərardadından Həşimov Sinan Rəşad oğlu tərəfindən verilən apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası DIN-in Naxçıvan MR DIN-in Şahbuz Rayon Polis şöbəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Həşimov Sinan Rəşad oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 30 (otuz) manat məbləğində inzibati cərimə tətbiq edilməsi müəyyən edilmişdir. Həşimov Sinan Rəşad oğlu Şahbuz Rayon Polis şöbəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmiş, Şahbuz Rayon Məhkəməsinin “09” aprel 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərardadı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Şahbuz Rayon Polis şöbəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ilə bağlı buraxılmış prosessual müddətin bərpası barədə vəsatətiin rədd edilməsi qərara alınmışdır. Şahbuz Rayon Məhkəməsinin “09” aprel 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərardadından narazı qalan barəsində inzibati xəta haqqında icraat aparılan Həşimov Sinan Rəşad oğlu ## ##### 2026-cı il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına müraciət edərək Şahbuz Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi, Şahbuz Rayon Polis Şöbəsinin polis rəisi X1 qəbul etdiyi ## ###### 2026-cı il tarixli MN******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ilə bağlı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Həşimov Sinan Rəşad oğlu apellyasiya şikayətində göstərmişdir ki, ##.##.2026-cı il tarixdə polislər onu iddia etdikləri IXM-nin 212.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə saxlayıblar həmin gün ona izahat yazdırıb boş protokola imza çəkdiriblər protokolu və qərarı həmin gün verəcəklərin bildirib lakin verməmişlər məhkəməyə şikayət etmək üçün qərar lazım olduğu üçün polisdən istəmiş və həmin sənədləri müşayiət məktubu ilə birlikdə təxmini martın 3-4 tarixində ona veriblər. O şikayəti 11 mart tarixində poçta vermiş yəni şikayət üçün nəzərdə tutulan prosessual müddəti ötürməmişdir. Şahbuz Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadında qeyd edilmişdir ki, mübahisələndirilən qərar onun tərəfindən ##.##.2026-cı il tarixdə qəbul olunmuş, həmin qərarı ##.##.2026-cı il tarixdə protokola imza edilərək təhvil alınıb, şikayət ərizəsi ##.##.2026-cı il tarixdə tərtib edilərək ##.##.2026-cı il tarixdə poçta verilmiş, beləliklə qərardan şikayət vermə müddəti buraxılmışdır. Məhkəmələr işlərə qərəzsiz, obyektiv və ədalətlə baxmalıdırlar. Hakimlərin sübutlara və materiallara qərəzli münasibət bəsləməsi, eləcə də qabaqcadan formalaşmış qənaətə əsaslanması qadağandır və yolverilməzdir. Lakin Şahbuz Rayon Məhkəməsi şüphə doğuran halların kifayət qədər olmasına baxmayaraq qanunda nəzərdə tutulmuş qaydada tərtib olunmamış protokolu geri qaytarmamış hətda istinad etmişdir. Inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar inzibati icraatın müxtəlif mərhələlərində tərtib olunan ayrı-ayrı sənədlərdir və hər birinin forması, məzmunu və hüquqi əhəmiyyəti fərqlidir. Protokol inzibati xəta faktını və iş üzrə ilkin məlumatları əks etdirir, qərar isə işə baxıldıqdan sonra inzibati tənbehin tətbiqi barədə çıxarılır. Qanunvericilikdə inzibati tənbeh vermə haqqında qərarın protokola əlavə olunması nəzərdə tutulmur; hər iki sənəd ayrıca tərtib edilir və aidiyyəti şəxslərə təqdim olunur. Praktikada protokola əlavə kimi deyil, qərar ayrıca sənəd kimi protokoldan sonra qəbul edilir və müvafiq qaydada icraata daxil edilir. Yəni protokol tərtib olunub yekunlaşdıqdan sonra qərar qəbul edilməlidir. Lakin Şahbuz Rayon Polis Şöbəsinin gördüyü işdən bu nəticəyə gəlmək olur ki işin icraatı zaman ardıcılığı kobud pozmuşdur. Protokol qəbul edilməmiş qərar qəbul edilmiş və Protokola əlavə edilmişdir. Digər bir səbəbi isə vətəndaşın qərardan şikayət verilməsinin qarşısını almaq üçün bu cür yola əl atmasıdır. ##.##.2026-cı il tarixdə onu iddia etdikləri inzibati xəta ilə saxlayıblar həmin gün izahat yazdırıb boş protokola imza çəkdirib protokolu və qərarı həmin gün verəcəklərin bildiriblər. qərar olmadan məhkəməyə şikayət edə bilməyəcəyi üçün qərarı polisdən istəmiş mart ayının texmini 3-4 tarixində qərarı ona vermişlər. O isə müddəti keçirtmədən şikayət etmişdir. Polis IXM-nin 596.2-ci maddəsinin tələbini pozaraq IXM-nin 101-ci maddəsində nəzərdə tutulan protokol tərtib etmək müddətini ötürmüşdür. Burada digər sübut ondan ibarətdir ki, əgər protokol ilə birlikdə mənə qərar verilibsə protokolun və qərarın ona göndərilməsinə dair ŞR Polis şöbəsinin *-**-**-**/*-****/**** nömrəli müşayiət məktubu (şəkil 1) niyə tərtib olunub protokolla təhvil verilmə tarixi qeyd olunmuşdursa buna nə gərək var? Burdan belə nəticəyə gəlmək olur boş protokola 21 fevralda qol çəkdirib sonra 24 fevrala tarixi yazıblar. Protokolla ümumi baxış keçirtsəniz protokola əl ilə yazılan xəttlərdən tək tarix hissələrinə yazılan xəttlər tam fərqlidir buda protokolun eyni şəxs tərəfindən eyni vaxtda yazıldığını təkzib edir. (şəkil 2,3) Əlavə olaraq eyd edir ki, Şahbuz Rayon Məhkəməsində iş icraata götürülməmiş Polis şöbəsindən ona və atasına hədə qorxu gəlinmişdir. Məhkəmələr və hakimlər haqqında AR qanunun 17-ci maddəsində qeyd olunur ki məhkəmə tərkibi ilə məhkəmə iştirakçıları arasında, yaxud işlərə baxılması ilə əlaqədar birinci instansiya, appelyasiya və kassasiya instansiyası məhkəmələri arasında qanunda nəzərdə tutulmamış qeyri-prosessual münasibətlər yolverilməzdir. Lakin Şahbuz Rayon Məhkəməsi tərəfindən şikayətlər qeydə alınmamış polisə məlumat verilmiş polis isə vətəndaşı sıxışdıraraq bildirir ki şikayəti geri götür yoxsa nəticəsi pis olacaq. Şahbuz Rayon Məhkəməsinə verdiyi şikayətində qeyd etdiyi kimi ## ###### 2026-cı il tarixdə saxlanmış lakin protokol araşdırma tələb edilmədiyi halda gec tərtib olunmuş yəni 24 fevral tarixinə yazılmışdır. Polis əməkdaşı R Seyidov Fuad fakt aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib etməmiş IXM-nin 101.1-ci maddəsinin tələbini pozaraq IXM-nin 596.2.maddəsində göstərilən inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Həşimov Sinan Rəşad oğlu apellyasiya şikayətini müdafiə etdiyini bildirməklə məhkəmə baxışı iclasında işin hallarını qeyd edərək şikayətin təmin edilməsini, Şahbuz Rayon Məhkəməsinin “09” aprel 2026-cı il tarixli, *(*-**)- **/**** nömrəli qərardadının ləğv edilməsini və Şahbuz Rayon Polis Şöbəsinin polis rəisi X1 qəbul etdiyi ## ###### 2026-cı il tarixli MN******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ilə bağlı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Inzibati xəta haqqında işin materiallarını şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət təmin edilməməli və Şahbuz Rayon Məhkəməsinin “09” aprel 2026-cı il tarixli, *(*- **)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin araşdırılan hallarından məlum olur ki, Şahbuz Rayon Polis şöbəsinin MN seriyalı, ******* saylı protokolun surəti Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ##.##.2026-cı il tarixdə imza edilərək təhvil alınmışdır. Apellyasiya şikayətində göstərilən dəlillərlə bağlı Həşimov Sinan Rəşad oğlu tərəfindən nə birinci instansiya məhkəməsinə nə də apellyasiya instansiya məhkəməsinə hər hansı bir sübut təqdim edilməmişdir. Bununla da məhkəmə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri şəxsi mülahizə xarakteri daşıyır və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.2-ci bəndinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, apellyasiya şikayətinin dəlilləri şikayətin təmin edilməsi üçün əsas təşkil etmir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən hesab edirəm ki, Şahbuz Rayon Məhkəməsinin buraxılmış prosessual müddətin bərpası barədə vəsatətin rədd edilməsi haqqında “09” aprel 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərardadından Həşimov Sinan Rəşad oğlu tərəfindən verilən apelyasiya şikayəti təmin edilməməli, Şahbuz Rayon Məhkəməsinin “09” aprel 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası IXM-in 134.1.1, 136.1, 136.2-ci maddələrini rəhbər tutaraq qərar verdim: Şahbuz Rayon Məhkəməsinin buraxılmış prosessual müddətin bərpası barədə vəsatətin rədd edilməsi haqqında “09” aprel 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərardadından Həşimov Sinan Rəşad oğlu tərəfindən verilən apelyasiya şikayəti təmin edilməsin. Şahbuz Rayon Məhkəməsinin “09” aprel 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar