Məhkəmə qərarları › İş №3(3-1)-26/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-26/2026

12.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-26/2026 12.05.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin ## ###### 2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət üzrə Açar sözlər: Meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə görə inzibati tənbehvermə haqqında qərar qəbul olunmuş, birinci instansiya məhkəməsində şikayət təmin edilməmiş, apellyasiya icraatında fiziki şəxsin inzibati xətaya görə təqsiri müəyyən olunmadığından inzibati təhbehvermə haqqında qərar ləğv edilmiş. Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu, Seyidova Mehriban Mehdi qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs), Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin ## ###### 2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət üzrə çıxarılmış Culfa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İ. Birinci instansiya məhkəməsində icraat

1. Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidməti tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib olunmuş ## ###### 2026-cı il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) Culfa rayon Ərəfsə kəndində Milax bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində meşə fonduna daxil olmayan ərazidə yaş halda olan 6 ədəd qovaq, 1 ədəd söyüd və 2 ədəd gilənar ağaclarını kəsib məhv edərək inzibati xəta törətmiş, Xidmətin ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) törətdiyi inzibati xətaya görə 2000 (iki min) manat məbləğində cərimə edilmiş, Xidmətin ## ###### 2026-cı il tarixli “Meşə fonduna daxil olmayan torpaq sahəsində yerləşən yaşıllıqlara dəymiş ziyanın hesablanmasına dair” rəyində 6 ədəd qovaq və 2 ədəd gilənar ağacının kəsilərək məhv edilməsi nəticəsində dəymiş ziyan 1800 (bir min səkkiz yüz) manat məbləğində müəyyən edilmişdir.

2. Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə Culfa Rayon Məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir.

3. Culfa Rayon Məhkəməsinin (hakim M.Məmmədov) ## #### 2026-cı il tarixli *(*-**)- **/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməyərək Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidməti tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. II. Şikayətin dəlilləri və izahatlar a) Şikayət və şikayətin dəlilləri

4. Culfa Rayon Məhkəməsinin (hakim M.Məmmədov) ## #### 2026-cı il tarixli *(*-**)- **/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək, onun barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında Culfa Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli ## #### 2026-cı il tarixli qərarının əsassız olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Qərardan şikayət verən orqan (şəxs) şikayəti onunla əsaslandırmışdır ki, hazırkı torpaq sahəsinin bələdiyyəyə aid olan hissəsinin onların mülkiyyəti olduğunu bilmiş və bu gündə həmin torpaq sahəsindən öz mülkiyyətləri kimi istifadə etmişlər. Göstərdiyi torpaq sahəsini dəmir məftillə hasara almışlar, onların mülkiyyətində olduğunu bilmişdir. Həmin torpaq 1989-cu ildə atasına verilmiş, 1994-cü ildə həmin torpağa texniki pasport alınmış, 2006-cı ildə də həmin torpağı özəlləşdirmişlər, torpaq sahəsində əlavə artıq zəbt torpağının olmasını bilməmiş, bu günə kimi nə bələdiyyədən nə də icra nümayəndəliyindən torpaq sahəsində əlavə zəbtin olması ilə bağlı ona şifahi və ya yazılı heç bir xəbərdarlıq edilməmiş, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq sahəsinin koordinantları dəqiqləşdirilmiş və müəyyən edilmişdir ki, 70 sm bələdiyyəyə məxsus olan torpaq öz həyətyanı sahəsinə qatılmış, həmin zəbt dedikləri torpaq sahəsini 1989-cu ildən dəmir məftillə hasara aldığı həyətyanı sahəsinin içərisindədir. İstifadəsində olan torpaq sahəsində vaxtaşırı mövsümi tərəvəzlərin, meyvə ağaclarının və digər ağacların əkilməsi üçün istifadə edir. Əkdiyi meyə və başqa ağacları buduyur, quruyan zaman isə kəsir. Qanunvericilikdə mülkiyətində olan torpaq sahəsində yetişdirilmiş ağacların kəsilməsi üçün məsuliyyət müəyyən edilməmişdir. Əvvəllər də mərhum atası ilə birlikdə əkdikləri ağacların budanması, həmçinin quruyanların da kəsilməsini həyata keçirmişlər. Məhkəmə maddi vəziyyətini kifayət qədər araşdırmadan, tətbiq etdiyi cəriməni onun ödəyə bilib-bilməyəcəyini müəyyən etmədən, ödəyə bilməyəcəyi təqdirdə onu növbəti dəfə hansı tənbeh və cəza növlərinin gözlədiyini nəzərə almalı və qərarını bu kimi hallara görə verməli idi. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) şikayətə uyğun izahat verərək əlavə olaraq faktı birinci polisin aşkarladığını, sonra Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə birlikdə gəlib baxış keçirdiklərini, torpaq sahəsini zəbt etmədiyini, həmin torpaq sahəsinin bacısının mülkiyyətində olduğunu, bacısının isə ona həvalə etdiyini, özəlləşdirilmə aparıldıqdan sonra çəpəri nə bir qarış önə, nə də arxaya çəkmədiyini, əgər çəpər daxilində bələdiyyəyə məxsus torpaq sahəsi də var idisə, onu bununla bağlı məlumatlandırmalı olduqlarını, həmin ağacları öz həyətləri bilib əkdiyini, onun iştirakı olmadan gəlib ölçdüklərini bildirərək şikayətinin təmin olunmasını xahiş etmişdir. Suallara cavabında həmin yeri öz torpaqları kimi bildiklərini, özəlləşdiriləndə heç kimin çəpər daxilinə bələdiyyə torpağını da daxil etdiklərini demədiyini, çəpəri önə çəkmədiklərini, 2006-cı ildə aparılan özəlləşdirmədən sonra çəpərin yerinin dəyişdirilməsi ilə bağlı heç bir araşdırma aparılmadığını, Heyvagülün onun bacısı olduğunu, ailə qurub başqa rayonda yaşadığını, polis əməkdaşının onun da izahatını aldığını, ağacları da bacısının razılığı ilə kəsdiyini, çəpərin yarısını selin apardığını, 20 sm hissəsinin torpaqdan yuxarıda olduğunu, qalanının torpağın altında qaldığını, torpaq sahəsini 1989-cu ildə aldıqlarını, çəpərin isə təxminən 1992-ci ildə çəkildiyini bildirdi.

7. Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsi nümayəndə1 ##.##.2025-ci il tarixdə Culfa rayon Polis şöbəsindən qanunsuz ağac kəsilməsi faktı ilə bağlı material daxil olduğunu, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən 18 ədəd ağac kəsildiyini, həmin ağaclardan 9 ədədinin Culfa rayon Milax Bələdiyyəsinə məxsus olduğunun müəyyən edildiyini bildirərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Suallara cavabında şəxsi mülkiyyətdə olan torpaq sahələrinə düşən ağacların kəsilməsi ilə əlaqədar olaraq mülkiyyətçilərdən ərizə alındığını, heç birinin şikayət və tələblərinin olmadığını bildirdi.

8. Şahid şahid2 izahatında X1 Xidmətində baş məsləhətçi vəzifəsində işlədiyini, Culfa rayon Polis şöbəsindən Eltun müəllim ilə əraziyə baxış keçirdiklərini, Eltun müəllimin kəsilən ağacların bələdiyyə mülkiyyətində olduğunu dediyini, ölçü apardıqlarını, baxış aktı tərtib etdiklərini bildirdi. Suallara cavabında bələdiyyənin nümayəndəsinin baxış keçirilərkən iştirak etmədiyini, ağacların 2 hissədə, bir torpaq sahəsinin yuxarı hissəsində, bir də aşağı hissəsində olan ağacların kəsildiyini, aşağı hissənin çaya yaxın olduğunu, tam olaraq çəpərin olubolmadığını xatırlamadığını, kəsilən ağacların alt tərəfində çəpərin olmadığını bildirdi.

9. Şahid şahid3 izahatında Culfa rayon Milax Bələdiyyəsinin sədri vəzifəsində işlədiyini, Qərardan şikayət verən orqan (şəxs) torpaq sahəsinin ona məxsus olub-olmamasını dəqiqləşdirmək üçün zəng etdiyini, ölçü barədə məlumatının olmadığını, polisin bələdiyyəyə məxsus torpaq sahəsinin çəpərin içərisində olduğunu dediyini, bundan başqa heç bir məlumatının olmadığını bildirdi. Suallara cavabında həmin əraziyə gedib baxmadığını, kəsilən ağaclarla bağlı şikayət və tələblərinin olmadığını, bu məsələ ilə bağlı bələdiyyə üzvləri ilə heç bir müzakirələrin, iclasların olmadığını bildirdi.

10. Şahid şahid1 izahatında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” publik hüquqi şəxsin tabeliyində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Torpaq kadastrı şöbəsinin müdiri vəzifəsində işlədiyini, Culfa rayon Polis şöbəsindən məktub daxil olduğunu, ölçüləri apardıqlarını, həmin ölçülər əsasında sxematik plan hazırlayıb təqdim etdiklərini bildirdi. Suallara cavabında həyətin yuxarı hissəsinin çəpərin içərisində olduğunu, aşağı tərəfdən çay hissəyə yaxınlaşanda çəpəri təyin edə bilmədiyini, həmin hissənin kolluq olduğunu, sadəcə olaraq kəsilən ağacları təyin etdiyini, gəlib daxili ölçmə işləri ilə köhnə sənədləri üst-üstə yerləşdirəndə kəsilən ağacların şəxsin mülkiyyətində olan torpaq sahəsindən kənarda qaldığını gördüklərini, kəsilən ağaclar ilə şəxsin mülkiyyətində olan torpaq sahəsinin sərhəddi arasındakı məsafənin təxminən 2-3 metr olduğunu, həmin ağacların vətəndaşın hasarının içərisində olduğunu, kəsilən ağacların şəxsin mülkiyyətində olan torpaq sahəsində deyil, istifadəsində olan torpaq sahəsində olduğunu, baxış keçirərkən bələdiyyəni cəlb etmədiklərini, ancaq ölçü götürəndən sonra, kameral şəraitdə xəritənin üzərinə köçürdükdən sonra torpaq sahəsinin kimə məxsus olmasını bilə bildiklərini, sahənin bələdiyyənin və ya hər hansı vətəndaşın olub-olmamasını ancaq ölçü götürəndən və kameral formada araşdırandan sonra bildiklərini, Milax kəndində 2006-cı ildən etibarən ölçmə işlərinin aparılmadığını, muxtar respublika üzrə Şərur, Kəngərli, Şahbuz və Babək rayonunun ərazilərində ölçmə-dəqiqləşdirmə işlərini apardıqlarını, hazırda Ordubad rayonu üzrə ölçü işləri getdiyini, hələ Culfa rayonu üzrə ölçü-dəqiqləşmələri aparmadıqlarını bildirdi. III. Hüquqi məsələlər c) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

11. Maddə 253.2. Meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir.

12. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

13. Maddə 6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. (Qanunçuluq prinsipi)

14. Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. (Təqsirsizlik prezumpsiyası prinsipi)

15. Maddə 13. İnzibati xətanın qəsdən törədilməsi - İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur.

16. Maddə 14. İnzibati xətanın ehtiyatsızlıqdan törədilməsi - İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur.

17. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IV. Məhkəmənin hüquqi mövqeyi

18. Məhkəmə işin materiallarını, tərəflərin izahatlarını, tətbiq edilən hüquq normalarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, sübutlara obyektiv və hərtərəfli qiymət verməmiş, şəxsin təqsirli olması məsələsinə hüquqi baxımdan düzgün qiymət verməmişdir.

19. Məhkəmə qeyd edir ki, İXM-in 13-cü maddəsinə əsasən, inzibati xətanın qəsdən törədilməsi üçün şəxs öz əməlinin hüquqazidd xarakterini dərk etməli, onun zərərli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Hazırkı iş üzrə Qərardan şikayət verən orqan (şəxs) kəsdiyi ağacların bələdiyyə mülkiyyətinə aid olduğunu bildiyi halda bu hərəkəti törətdiyi sübuta yetirilməmişdir. Əksinə, şəxs ağacların 1989-cu ildən bəri hasarlanmış və 2006-cı ildə özəlləşdirilmiş həyətyanı sahə daxilində yerləşdiyini bildiyindən, öz əmlakına dair qanuni sərəncam verdiyinə səmimi şəkildə inanmışdır. Bu isə şəxsin əməlinin hüquqazidd xarakterini dərk etmədiyini göstərir və qəsdi istisna edir.

20. İXM-in 14-cü maddəsi inzibati xətanın ehtiyatsızlıqdan törədilməsini iki formada müəyyən edir: özünəgüvənmə (nəticələri qabaqcadan görmüş, lakin qarşısını alacağını əsassız güman etmişdir) və etinasızlıq (nəticələri görməli olduğu halda görməmişdir). Məhkəmə hesab edir ki, 35 ildən artıq eyni sərhədlər daxilində hasarlanmış və bu müddətdə dövlət orqanları tərəfindən heç bir irad bildirilməmiş, həmin ərazi üzrə dövlət orqanı tərəfindən hələlik ölçmə-dəqiqləşdirmə işləri aparılmamış ərazidə koordinat xətasını sıravi vətəndaşın aşkar etməməsi "etinasızlıq" kimi tövsif edilə bilməz. Şəxs "lazımi diqqət və ehtiyatlılıq" göstərsə belə, peşəkar topoqrafik cihazlar olmadan mülkiyyət sənədindəki koordinatlarla faktiki hasar arasındakı cüzi fərqi müəyyən etməli olduğu və edə biləcəyi hal iş üzrə müəyyən olunmur.

21. İş materiallarından görünən və Qərardan şikayət verən orqan (şəxs) şikayətində qeyd etdiyi faktlar, o cümlədən torpağın 1989-cu ildə atasına verilməsi, 1994-cü ildə texniki pasport alınması və 2006-cı ildə özəlləşdirilməsi bacısının mülkiyyət sərhədləri barədə legitim gözləntisinin olduğunu təsdiq edir. İXM-in 253.2-ci maddəsinin qeyd hissəsinə əsasən, həyətyanı sahədəki yaşıllıqlara bu maddənin şamil olunmaması müddəası vətəndaşın hasar daxilindəki ağaclara mülkiyyətçi kimi yanaşmasını tam qanuniləşdirir. Bələdiyyə mülkiyyətinə düşən zolaq faktiki olaraq uzun illərdir bu həyətyanı sahənin tərkibində olmuşdur.

22. İnzibati orqan mübahisənin mahiyyətini və şəxsin subyektiv vəziyyətini araşdırmadan, yalnız ağacların bələdiyyə torpağı koordinatına düşməsi faktını (obyektiv tərəfi) əsas götürərək cərimə tətbiq etmişdir. Lakin İXM-in 3 və 12-ci maddələrinə görə, təqsir sübuta yetirilmədən məsuliyyət yarana bilməz. İnzibati orqan Qərardan şikayət verən orqan (şəxs) kəsim anında koordinatların bələdiyyəyə aid olduğunu bildiyini və ya bilməli olduğunu sübut edən heç bir fakt (əvvəlki xəbərdarlıqlar, nişanlar və s.) təqdim etməmişdir.

23. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında işin toplanmış materiallarından şəxsin hərəkətlərində təqsirin heç bir forması (nə qəsd, nə də ehtiyatsızlıq) aşkar edilməmişdir. İnzibati orqan yalnız faktiki nəticəyə diqqət yetirmiş, lakin şəxsin əməlinin subyektiv tərəfini, yəni qəsd və ya ehtiyatsızlıq formasında təqsirli olmamasını nəzərə almamışdır. İXM-in 8.3-cü maddəsinə əsasən, təqsirlilik barədə bütün şübhələr barəsində icraat aparılan şəxsin xeyrinə həll olunmalıdır.

24. İş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirəm ki, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməli, Culfa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci və 135.1.2-ci maddlərini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilsin. Culfa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar çıxarılsın. Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin ## ###### 2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Hakim Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar