Məhkəmə qərarları › İş №3(3-1)-27/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-27/2026

06.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Naxçıvan şәhәri İş № 3(3-1)-27/2026 06.05.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mәn, Naxçıvan Muxtar Respublikası Ali Mәhkәmәsinin hakimi Mirzәyev Ilqar Mәhәrrәm oğlu, mәhkәmә iclas katibi Hüseynbәyli Mәftunә Firәddin qızının katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “xxxx” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtin direktoru Mәmmәdov Elşad Pirmәmmәd oğlunun iştirakı ilә “xxxx” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 262.2.3-cü maddәsi ilә tәqsirlәndirilmәsinә dair inzibati xәta haqqında iş üzrә Naxçıvan Şәhәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, 3(078)-559/2025 nömrәli qәrarından apellyasiya şikayәti verilmәsi üçün müәyyәn edilmiş prosessual müddәtin bәrpa edilmәsinә dair Naxçıvan Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “xxxx” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtin direktoru Mәmmәdov Elşad Pirmәmmәd oğlu tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Naxçıvan MR Ali Mәhkәmәsinin inzibati binasında açıq mәhkәmә iclasında baxaraq müəyyən etdim: “xxxx” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 262.2.3-cü maddәsi ilә nәzәrdә tutulan inzibati mәsuliyyәtә cәlb edilmәsinә dair Azәrbaycan Dövlәt Su Ehtiyatları Agentliyi yanında Suların Istifadәsinә vә X3 Xidmәti ** saylı X2 tәrәfindәn ##.##.2025-ci il tarixli MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokolu vә ona әlavә edilmiş sәnәdlәri aidiyyәti üzrә baxılması üçün Naxçıvan Şәhәr Mәhkәmәsinә göndәrmişdir. Inzibati xәta haqqında protokoldan vә ona әlavә edilmiş sәnәdlәrdәn görünür ki, Əliabad qәsәbәsi 3B ünvanında yerlәşәn “Dadlı qaymaq” sexindә ## ###### 2025-ci il tarixdә içmәli mәişәt tullantı sularının tәyinatsız axıdılması faktı aşkarlanmışdır. Naxçıvan Şәhәr Mәhkәmәsinin (hakim A.Heydarov) ## ###### 2026-cı il tarixli, 3(078)- 559/2025 nömrәli qәrarı ilә hüquqi şәxs “xxxx” Mәhdud Mәsuliyyәtli Cәmiyyәti Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 262.2.3-cü maddәsi ilә tәqsirli bilinmiş vә barәsindә 2000 (iki min) manat mәblәğindә inzibati cәrimә növündә inzibati tәnbeh tәdbiri tәtbiq edilmişdir. “xxxx” Mәhdud Mәsuliyyәtl Cәmiyyәtin direktoru Mәmmәdov Elşad Pirmәmmәd oğlu ## ##### 2026-cı il tarixdә Naxçıvan Şәhәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, 3(078)- 559/2025 nömrәli qәrarından şikayәt verilmәsi müddәtinin buraxılmamış hesab edilmәsinә dair vәsatәtlә mәhkәmәyә müraciәt edәrәk, Naxçıvan Şәhәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, 3(078)- 559/2025 nömrәli qәrarından şikayәt verilmәsi müddәtinin buraxılmamış hesab edilmәsini vә şikayәtin baxılması üçün Naxçıvan MR Ali Mәhkәmәsinә göndәrilmәsini xahiş etmişdir. Naxçıvan Şәhәr Mәhkәmәsinin (hakim A.Heydarov) ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadı ilә vәsatәt tәmin edilmәmiş, Naxçıvan Şәhәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, 3(078)-559/2025 nömrәli qәrarından “xxxx” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtin direktoru Mәmmәdov Elşad Pirmәmmәd oğlu tәrәfindәn apellyasiya şikayәti verilmәsi üçün müәyyәn edilmiş prosessual müddәt bәrpa edilmәmişdir. Qәrardaddan “xxxx” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtin direktoru Mәmmәdov Elşad Pirmәmmәd oğlu ## ##### 2026-cı il tarixdә şikayәtlә Naxçıvan Muxtar Respublikasının Ali Mәhkәmәsinә müraciәt edәrәk Naxçıvan Şәhәr Mәhkәmәsinin (hakim A.Heydarov) ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadının lәğv edilmәsi, şikayәt verilmәsi üçün müddәtin ötürülmәmiş hesab edilmәsinә dair vәsatәtin tәmin edilmәsi vә iş materiallarının növbәti prosessual hәrәkәtlәrin edilmәsi üçün birinci instansiya mәhkәmәsinә göndәrilmәsinә dair qәrar qәbul edilmәsini mәhkәmәdәn xahiş etmişdir. “xxxx” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtin direktoru Mәmmәdov Elşad Pirmәmmәd oğlu şikayәtindә göstәrmişdir ki, “xxxx” MMC-nin e-mehkeme portalında e-kabinetinin heç vaxt olmadığına dair vәsatәtdә göstәrdiyimiz hәqiqәtdir. ‘xxxx” MMC-nin guya, ##.##.2023-cü ildә emehkeme portalında e-kabinetinin olması barәdә qәrardadda yazılanlar hәqiqәti әks etdirmir. Hazırki işә qәdәr, “xxxx” MMC-nin ümumiyyәtlә mәhkәmә mübahisәsi olmamışdır vә tәrәfimizdәn dә bu MMC-nin istifadәsi üçün e-kabinet yaradılmamış, qeydә alınmamış, istifadә olunmamışdır. Bununla yanaşı, “...kommersiya mübahisәlәrindә hüquqi şәxslәrin iştirakı yalnızca elektron kabinet üzәrindәn hәyata keçirilir...” mövqeyi hazırki iş üzrә hakimin prosessual hәrәkәtlәrinin tәnzimlәnmәsini müәyyәn edәn Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin tәlәblәrinin ziddinә, Mülki Prosessual Mәcәllәsinin tәlәblәrinә müraciәt etdiyini göstәrir. Bu yanaşma әsassız vә qanunsuzdur. Inzibati Xәtalar Mәcәllәsindә mәhkәmә sәnәdlәrinin çatdırılmasının konkret qaydaları müәyyәn edildiyi halda, hakimin kommersiya mübahisәlәrindә hüquqi şәxslәrin iştirakı qaydalarına istinad etmәsi qanunsuz olmaqla yanaşı, barәsindә inzibati xәta icraatı aparılan şәxsә qarşı qәrәzli yanaşmanın bariz nümunәsidir. Göründüyü kimi, ##.##.2026-cı ildә qәrar qәbul etmiş hakim hәmin qәrarı IXM-in 57-ci maddәsindә nәzәrdә tutulmuş qaydada “xxxx” MMC-ә rәsmi tәqdim etmәmәklә qanunsuzluq etmәsi ilә yanaşı, hәmin qanunsuzluğu “pәrdәlәmәk” üçün kommersiya mübahisәlәrindә işlәrin aparılması qaydasına uğursuz istinad etmişdir. Belә ki, ##.##.2026-cı il tarixdә Naxçıvan Şәhәr Icra vә Probasiya Şöbәsindәn ünvanımıza gәlәn bildirişdәn mәlum olmuşdur ki, "xxxx” MMC-nin barәsindә Naxçıvan Şәhәr Mәhkәmәsindә ##.##.2026-cı il tarixli qәrar qәbul olunmuşdur. Bildirişi aldıqdan dәrhal sonra, MMC-nin direktoru E.Mәmmәdov tәrәfindәn mәhkәmәyә әrizә ilә müraciәt olunaraq ##.##.2026-cı il tarixli qәrarın tәqdim edilmәsi xahiş olunmuşdur. Mәhkәmәyә gedәn vә әrizәni şәxsәn tәqdim edәn hüquqi şәxsin direktoruna hakimin dәftәrxanasından (katibi) bildirilmişdir ki, ##.##.2026-cı il tarixli qәrar “xxxx” MMC-nin e-mәhkәmә kabinetinә yerlәşdirilmişdir. Dәftәrxanaya bildirmişik, bir daha qeyd edirik ki, “xxxx” MMC-nin emehkeme portalında e-kabineti heç vaxt olmamışdır, hazırda da e-kabineti yoxdur. MMC-nin ##.##.2026-cı il tarixli әrizәsindә göstәrilәn xahişә әmәl edilmәmiş, hakim qәrarı rәsmi tәqdim etmәkdәn imtina etmişdir. Hakim A.Heydarov mәnim әrizәmә cavab yazaraq, “qәrarın tәkrar tәqdim olunması üçün rüsum ödәyәrәk mәhkәmәyә müraciәt etmәk hüququnuzun olduğunu” izah etmişdir. Hakimin katibi/kömәkçisi rüsum ödәmәyәcәyim halda, qәrarı mәnә vermәyәcәklәrini qәti şәkildә bildirәrәk, mәni rüsum ödәmәyә dә mәcbur etmişdir. Dәfәlәrlә get-gәldәn sonra, nәhayәt, ##.##.2026-cı ildә Mәhkәmәdәn MMC-nin direktoruna qәrar rәsmi tәqdim edilmişdir. Bununla bildiririk ki, ##.##.2026-cı il tarixli qәrar rәsmi qaydada 03.04.20206-cı il tarixdә hüquqi şәxsә tәqdim edildiyinә görә, qәrardan şikayәt verilmәsi müddәti ötürülmәmiş hesab edilmәlidir. Belә ki, iş materialından birmәnalı müәyyәn olunur ki, hazırki iş üzrә ##.##.2026-cı il tarixli qәrar “xxxx” MMCә IXM-in 57-ci maddәsindә nәzәrdә tutulmuş qaydada yalnız ##.##.2026-cı il tarixdә tәqdim edilmişdir. Qәrarın rәsmi tәqdim olunduğu ##.##.2026-cı il tarixdәn 10 gün müddәt keçmәdәn, 09 aprel tarixindә şikayәt verildiyinә görә, müddәtin buraxılmamış hesab edilmәsinә dair vәsatәt verilmişdir. IXM-in 130.1-ci maddәsinin tәlәbinә әsasәn, qәrarın surәti bu Mәcәllәnin 57-ci maddәsindә nәzәrdә tutulmuş rәsmi qaydada verildiyi vaxtdan on gün müddәtindә inzibati xәta haqqında iş üzrә qәrardan şikayәt verilә bilәr. Xüsusilә nәzәrә alınmalıdır ki, Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin (IXM) 57-ci maddәsinә әsasәn, hakim qәrarı hüquqi şәxsә bu maddәdә göstәrilәn qaydada tәqdim etmәlidir. Göstәrilәn maddәdә hakimin qәrarının e-kabinetә yerlәşdirilmәklә tәqdim edilmәsi, ümumiyyәtlә, nәzәrdә tutulmamışdır. Barәsindә şikayәt verilәn qәrardadda hakimin istinad etdiyi hüquqi müәyyәnlik prinsipi әn ümumi mәnasında qanunçuluğa әmәl edilmәsi, hәmçinin, inzibati xәtalar qanunvericiliyinin tәlәblәrinә riayәt edilmәsini, elәcә dә hakimin qәbul etdiyi qәrardan barәsindә inzibati xәta tәnbehi tәtbiq edilmiş şәxsin mәhkәmә müdafiәsi hüququndan istifadәsinә qanunla müәyyәn edilmiş imkanın yaradılmasını da әhatә edir. Inzibati xәtalar qanunvericiliyinin vә Konstitusiya Mәhkәmәsi Plenumunun hüquqi mövqeyinә istinadla hesab edirik ki, Naxçıvan Şәhәr Mәhkәmәsinin (hakim A.Heydarov) ##.##.2026-cı il tarixli qәrardadı әsassız vә qanunsuz olduğundan lәğv edilmәlidir. Barәsindә şikayәt olunan ##.##.2026cı il tarixli qәrardad ##.##.2026-cı ildә Naxçıvan Şәhәr Mәhkәmәsi tәrәfindәn rәsmi qaydada imza edilmәklә “xxxx” MMC-nin direktoruna tәqdim olunmuşdur. Apellyasiya şikayәtinin hüquqi әsası kimi Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 1, 4, 6, 57, 130.1, 133.2.8-ci maddәlәrinә vә “Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 135.1.5 vә 135.2-ci maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2021-ci il tarixli qәrarına istinad edilmişdir. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “xxxx” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtin direktoru Mәmmәdov Elşad Pirmәmmәd oğlu mәhkәmә baxışı iclasında işin hallarını qeyd edәrәk şikayәtin tәmin edilmәsini, Naxçıvan Şәhәr Mәhkәmәsinin qәrardadının lәğv edilmәsini vә vәsatәtin tәmin edilmәsinә dair qәrar qәbul edilmәsini xahiş etdi. Inzibati xәta haqqında işin materiallarını şikayәtin dәlillәri ilә әlaqәli şәkildә araşdıraraq hesab edirәm ki, şikayәt tәmin edilmәmәli vә Naxçıvan Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, “xxxx” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtin direktoru Mәmmәdov Elşad Pirmәmmәd oğlu Naxçıvan Şәhәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, 3(078)-559/2025 nömrәli qәrarından apellyasiya şikayәti vermәk üçün nәzәrdә tutulmuş prosessual müddәti buraxmış vә müddәtin bәrpası barәdә mәhkәmәyә müraciәt etmişdir. Naxçıvan Şәhәr Mәhkәmәsi dә haqlı olaraq ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadında Naxçıvan Şәhәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, 3(078)- 559/2025 nömrәli qәrarından “xxxx” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtin direktoru Mәmmәdov Elşad Pirmәmmәd oğlu tәrәfindәn apellyasiya şikayәti verilmәsi üçün müәyyәn edilmiş prosessual müddәti bәrpa etmәmişdir. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “xxxx” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtin direktoru Mәmmәdov Elşad Pirmәmmәd oğlunun apellyasiya şikayәtindә vә mәhkәmә iclasında verdiyi izahatında hüquqi şәxs “xxxx” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin emehkeme portalında e-kabinetinin heç vaxt olmaması vә hazırda da e-kabinetinin mövcud olmamasını bildirmәsi barәdә dәlillәrinә münasibәtdә qeyd edir ki, “Elektron Mәhkәmә” Informasiya Sistemindәn görünür ki, “xxxx” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin ##.##.2023-cü il tarixdәn hәmin sistemdә şәxsi elektron kabineti mövcud olmuşdur. Hәmçinin iş materiallarından görünür ki, Naxçıvan Şәhәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, 3(078)-559/2025 nömrәli qәrarı hüquqi şәxs “xxxx” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtin “Elektron Mәhkәmә” Informasiya Sistemindә yaradılan Elektron Kabinetindә elektron imza ilә tәsdiqlәnmәklә ##.##.2026-cı il tarixdә, saat 15:31-dә yerlәşdirilmiş vә belәliklә dә qәrar barәdә hüquqi şәxsә rәsmi qaydada mәlumat verilmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin (bundan sonra Inzibati Xətalar Məcəlləsi) 130.1-ci maddәsinә әsasәn bu Mәcәllәnin 126.1-ci vә 127-4.1-ci maddәlәrindә nәzәrdә tutulmuş hallar istisna olmaqla, qәrarın surәti bu Mәcәllәnin 57-ci maddәsindә nәzәrdә tutulmuş rәsmi qaydada verildiyi vaxtdan on gün müddәtindә inzibati xәta haqqında iş üzrә qәrardan şikayәt vә ya protest verilә bilәr. Hәmin Mәcәllәsinin 130.2-ci bәndinә görә bu Mәcәllәnin 130.1-ci maddәsindә nәzәrdә tutulmuş müddәt üzrlü sәbәbdәn buraxıldıqda, şikayәt vә ya protest verәn şәxsin vәsatәti ilә bu müddәt hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) tәrәfindәn bәrpa edilir. “Azәrbaycan Respublikasının mәhkәmәlәrindә kargüzarlığın aparılmasına dair Tәlimat”a әsasәn, hakimin güclәndirilmiş elektron imzası ilә tәsdiq edilmiş bütün mәhkәmә sәnәdlәri proses iştirakçılarının “Elektron mәhkәmә” informasiya sistemindә (bundan sonra – “EMIS”) yaradılmış “Elektron kabinet”indә yerlәşdirilir vә onlara bu barәdә mәlumat EMIS vasitәsilә elektron qaydada (elektron poçt, SMS vasitәsilә) çatdırılır. (98-ci bәnd) EMIS-in istifadәçilәri elektron kabinetlәri vasitәsilә konkret iş üzrә özlәrinә aid sәnәdlәri (mәlumatları) әldә edә, onları çap edә, ödәnişlәr vә digәr әmәliyyatlar hәyata keçirә bilәrlәr. Mәhkәmә apellyasiya şikayәtinin dәlillәri ilә razılaşmayaraq qeyd edir ki, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun “Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 132.1.2 vә 53-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair” ## ###### 2021-ci il tarixli Qәrarında qeyd olunmuşdur ki, cinayәt-prosessual qanunvericiliyinin analogiya üzrә inzibati xәta haqqında iş üzrә icraat prosesindә tәtbiqi istisna edilmir. Inzibati Xәtalar Mәcәllәsinin 6.3-cü maddәsi inzibati xәtalar qanunvericiliyinin analogiya üzrә tәtbiqinә mәhdudiyyәt qoysa da, bu, hәmin hüquq sahәsinin maddi hüquq normalarına (mәsuliyyәti müәyyәn edәn normalara) aiddir. Lakin qanunun analogiya üzrә tәtbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibәtlәr inzibati xәtalar qanunvericiliyindә müvafiq norma ilә tәnzimlәnmәsin. Belә ki, Azәrbaycan Respublikasının Cinayәt Prosessual Mәcәllәsinin: - 51-1.1-ci maddәsinә әsasәn elektron qaydada mәhkәmә icraatı, hәmçinin mәhkәmә nәzarәtinin hәyata keçirilmәsi qaydasında mәhkәmәlәrdә aparılan icraat bu Mәcәllә ilә müәyyәn edilmiş prosessual qaydalara uyğun olaraq “Elektron mәhkәmә” informasiya sistemi vasitәsi ilә aparılır. Cinayәt prosesini hәyata keçirәn digәr orqanların informasiya sistemlәri prosessual sәnәdlәrin vә digәr materialların bu Mәcәllә ilә müәyyәn edilmiş prosessual qaydalara uyğun olaraq mәhkәmәlәrlә elektron qaydada mübadilә edilmәsi üçün “Elektron mәhkәmә” informasiya sisteminә inteqrasiya olunur. - 51-1.2-ci maddәsinә әsasәn mәhkәmә, cinayәt prosesinin iştirakçıları vә cinayәt prosesindә iştirak edәn digәr şәxslәr tәrәfindәn prosessual sәnәdlәrin elektron formada tәrtib edilmәsi, göndәrilmәsi, qәbulu, sәnәdlәrin elektron qeydiyyatı vә elektron dövriyyәsi Mәhkәmә- Hüquq Şurasının Azәrbaycan Respublikasının Ali Mәhkәmәsi vә Azәrbaycan Respublikasının Baş Prokurorluğu ilә razılaşdırmaqla müәyyәn etdiyi cinayәt mühakimә icraatında “Elektron mәhkәmә” informasiya sistemindәn istifadә qaydalarına uyğun olaraq hәyata keçirilir. - 51-1.3-cü maddәsinә әsasәn “Elektron mәhkәmә” informasiya sistemindә cinayәt prosesinin iştirakçılarının vә cinayәt prosesindә iştirak edәn digәr şәxslәrin iştirak etdiyi iş üzrә prosesin gedişi, çıxarılan qәrarlar, onların icra vәziyyәti, onlardan verilәn şikayәt vә ya protestlәr barәdә mәlumat almaq, prosessual sәnәdlәri göndәrmәk vә qәbul etmәk imkanlarını tәmin edәn elektron kabinet yaradılır. - 51-1.5-ci maddәsinә әsasәn “Elektron imza vә elektron sәnәd haqqında” Azәrbaycan Respublikasının Qanununda nәzәrdә tutulmuş qaydada elektron sәnәd formasında tәrtib edilmiş prosessual sәnәdlәr kağız daşıyıcıda olan sәnәdlәrlә eyni hüquqi qüvvәyә malikdir. - 51-1.11-ci maddәsinә әsasәn “Elektron mәhkәmә” informasiya sisteminin tәtbiq olunduğu mәhkәmәlәrdә, mәhkәmә, bu Mәcәllәyә müvafiq olaraq qәbul etdiyi hökm, qәrar vә digәr prosessual sәnәdlәri elektron sәnәd formasında tәrtib edәrәk bu Mәcәllәdә hәmin prosessual sәnәdlәr üçün müәyyәn edilmiş müddәtlәrdә “Elektron mәhkәmә” informasiya sistemindә yerlәşdirir. - 51-1.12-ci maddәsinә әsasәn “Elektron mәhkәmә” informasiya sisteminin tәtbiq olunduğu mәhkәmәlәrdә mәhkәmәnin yekun qәrarının nәticәvi hissәsi barәdә mәlumat hәmin qәrarın elan edildiyi gün hakimin elektron imzası ilә tәsdiq edilmәklә “Elektron mәhkәmә” informasiya sistemindә yerlәşdirilir. “Elektron mәhkәmә” informasiya sistemi haqqında Əsasnamәsi **** nömrәli, ## #### 2020-ci il tarixli Azәrbaycan Respublikası Prezidentinin Fәrmanı ilә tәsdiq olunmuşdur. Hәmin Əsasnamәnin: - 9.2-ci bәndinә әsasәn informasiya sistemi iştirakçılarının aşağıdakı vәzifәlәri vardır: - 9.2.13. mәhkәmә işlәri üzrә işdә iştirak edәn şәxslәr Informasiya sistemindә qeydiyyatdan keçmişlәrsә, mәhkәmә sәnәdlәrini bu şәxslәrin hәmin sistemdә yaradılmış elektron kabinetlәrindә yerlәşdirmәk vә onlara bu barәdә mәlumatı hәmin sistem vasitәsilә elektron qaydada (elektron poçt vә SMS vasitәsilә) çatdırmaq; - 9.2.18. mәhkәmә qәrarları tәrtib vә güclәndirilmiş elektron imza ilә tәsdiq edildikdәn sonra onların avtomatlaşdırılmış qaydada, işdә iştirak edәn şәxslәrin elektron kabinetlәrindә yerlәşdirilmәsini tәmin etmәk; - 10.1. Informasiya sistemi istifadәçilәrinin aşağıdakı hüquqları vardır: - 10.1.1. mәhkәmәnin fәaliyyәt istiqamәtlәrinә aid olan xidmәtlәrdәn Informasiya sistemi vasitәsilә istifadә etmәk; - 10.1.2. xidmәtlәrdәn istifadә etmәk üçün elektron kabinet yaratmaq; - 10.1.3. iştirak etdiklәri bütün mәhkәmә işlәri, o cümlәdәn mәhkәmә proseslәri barәdә mövcud mәlumatlarla tanış olmaq; - 10.1.4. әrizә, şikayәt vә digәr sәnәdlәri mәhkәmәyә elektron qaydada göndәrmәk; - 10.1.5. iştirak etdiyi iş üzrә prosesin gedişi, çıxarılan qәrarlar, onlardan verilәn şikayәt vә ya protestlәr barәdә elektron qaydada (elektron poçt vә SMS vasitәsilә) mәlumat almaq; - 13.1. Informasiya sistemindәn istifadә “Vahid mәhkәmә portalı” vә onun tәrkib hissәsi olan elektron kabinet vasitәsilә hәyata keçirilir. - 13.2. Istifadәçilәr “Vahid mәhkәmә portalı” vasitәsilә açıq sәnәdlәrlә (mәlumatlarla) tanış ola, X1 (“ASAN login”) ilә eynilәşdirildikdәn sonra avtomatik qaydada yaradılmış elektron kabinetlәri vasitәsilә özlәrinә aid sәnәdlәri (mәlumatları) әldә edә, habelә onların güclәndirilmiş elektron imza ilә tәsdiq edilmiş elektron variantlarını çap edә, ödәnişlәr vә digәr әmәliyyatlar hәyata keçirә bilәrlәr. - 13.6. Mәhkәmә vә proses iştirakçıları tәrәfindәn әrizә, şikayәt vә digәr sәnәdlәrin elektron formada tәrtib edilmәsi, göndәrilmәsi, qәbulu, sәnәdlәrin elektron qeydiyyatı vә elektron dövriyyәsi Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 10-1.2-ci, Azәrbaycan Respublikası Inzibati Prosessual Mәcәllәsinin 9-1.2-ci vә Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 51-1.2-ci maddәlәrindә nәzәrdә tutulan “Elektron mәhkәmә” informasiya sistemindәn istifadә qaydalarına uyğun olaraq hәyata keçirilir. “Azәrbaycan Respublikasının mәhkәmәlәrindә kargüzarlığın aparılmasına dair Tәlimat”ın tәsdiq edilmәsi barәdә Mәhkәmә-Hüquq Şurasının * nömrәli, ## #### 2025-ci il tarixli Qәrarının 8-ci bәndindә qeyd edilmişdir ki, mәhkәmәlәrdә kargüzarlığın elektron qaydada aparılması HYPERLINK "https://e-qanun.az/framework/46950" \o "Azәrbaycan Respublikasının Cinayәt-Prosessual Mәcәllәsi"Cinayәt-Prosessual, HYPERLINK "https://e-qanun.az/framework/46945" \o "Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsi"Mülki Prosessual, HYPERLINK "https://eqanun.az/framework/46956" \o "Azәrbaycan Respublikasının Inzibati Prosessual Mәcәllәsi"Inzibati Prosessual, HYPERLINK "https://e-qanun.az/framework/46960" \o "Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsi"Inzibati Xәtalar mәcәllәlәrinin tәlәblәrinә, “HYPERLINK "http://eqanun.az/framework/5916" \o "Azәrbaycan Respublikasının 2004-cü il 9 mart tarixli 602-IIQ nömrәli Qanunu"Elektron imza vә elektron sәnәd haqqında”, “HYPERLINK "https://eqanun.az/framework/19675" \o "Azәrbaycan Respublikasının 2010-cu il 11 may tarixli 998-IIIQ nömrәli Qanunu"Fәrdi mәlumatlar haqqında” Azәrbaycan Respublikasının qanunları, Azәrbaycan Respublikası Prezidentinin HYPERLINK "https://e-qanun.az/framework/40020" \o "Azәrbaycan Respublikası Prezidentinin 2018-ci il ## ######## tarixli *** nömrәli Fәrmanı"2018-ci il ## ######## tarixli *** nömrәli Fәrmanı ilә tәsdiq edilmiş “Dövlәt informasiya ehtiyatları vә sistemlәrinin formalaşdırılması, aparılması, inteqrasiyası vә arxivlәşdirilmәsi Qaydaları”, Azәrbaycan Respublikası Prezidentinin HYPERLINK "https://e-qanun.az/framework/2284" \o "Azәrbaycan Respublikası Prezidentinin 2003-cü il ## ######## tarixli *** nömrәli Fәrmanı"2003-cü il ## ######## tarixli *** nömrәli Fәrmanı ilә tәsdiq edilmiş “Dövlәt orqanlarında, dövlәt mülkiyyәtindә olan vә paylarının (sәhmlәrinin) nәzarәt zәrfi dövlәtә mәxsus olan hüquqi şәxslәrdә vә büdcә tәşkilatlarında kargüzarlığın aparılmasına dair Tәlimat”, habelә bu Tәlimata vә digәr aidiyyәti normativ hüquqi aktlara uyğun olaraq hәyata keçirilir. 9-cu bәndinә әsasәn mәhkәmә icraatı ilә bağlı işlәrin (materialların), digәr sәnәdlәrin elektron qaydada qәbulu, qeydiyyatı, bölüşdürülmәsi, mәhkәmә qәrarlarının anonimlәşdirilmәsi vә s. ilә bağlı kargüzarlıq hәrәkәtlәri Azәrbaycan Respublikası Prezidentinin HYPERLINK "https://e-qanun.az/framework/45080" \o "Azәrbaycan Respublikası Prezidentinin 2020-ci il # #### tarixli **** nömrәli Fәrmanı"2020-ci il # #### tarixli **** nömrәli Fәrmanı ilә tәsdiq edilmiş “Elektron Mәhkәmә” Informasiya Sistemi haqqında Əsasnamә”nin tәlәblәrinә uyğun olaraq “Elektron Mәhkәmә” Informasiya Sistemi (bundan sonra – EMIS) vasitәsi ilә hәyata keçirilir. 10-cu bәndinә әsasәn mülki işlәr vә kommersiya mübahisәlәri üzrә, habelә inzibati mәhkәmә icraatları zamanı mәhkәmә vә proses iştirakçıları tәrәfindәn EMIS-dәn istifadә edilmәsi Mәhkәmә-Hüquq Şurası tәrәfindәn tәsdiq edilmiş “Elektron mәhkәmә” informasiya sistemindәn istifadә Qaydaları”na uyğun olaraq hәyata keçirilir. Belә ki, birinci instansiya mәhkәmәsinin mövqeyini әsaslı hesab edәrәk qeyd edirәm ki, apellyasiya şikayәtinin dәlillәri şikayәtin tәmin edilmәsi üçün әsas tәşkil etmir. Mәhkәmә baxışı zamanı inzibati işin materiallarını apellyasiya şikayәtinin dәlillәri ilә tәhlil edәrәk bir daha qeyd edirәm ki, birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә işin faktiki hallarına uyğundur. Hәmçinin inzibati xәta haqqında işә apellyasiya qaydasında baxılarkәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “xxxx” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtin direktoru Mәmmәdov Elşad Pirmәmmәd oğlu tәrәfindәn yeni sübutlar tәqdim edilmәmişdir. Belәliklә, yuxarıda göstәrilәnlәri ümumilәşdirәrәk qeyd edirәm ki, birinci instansiya mәhkәmәsinin qәrarı qanuni vә әsaslı, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “xxxx” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtin direktoru Mәmmәdov Elşad Pirmәmmәd oğlu tәrәfindәn verilmiş apellyasiya şikayәtinin dәlillәri subyektiv mülahizә xarakteri daşıdığından әsassızdır, birinci instansiya mәhkәmәsinin qәrarı dәyişdirilmәdәn, şikayәt tәmin edilmәdәn saxlanılmalıdır. Inzibati Xәtalar Mәcәllәsinin: - 4-cü maddәsinә әsasәn bu Mәcәllә insan vә vәtәndaş hüquqlarına vә azadlıqlarına hörmәt edilmәsi, qanunçuluq, qanun qarşısında bәrabәrlik, tәqsirsizlik prezumpsiyası, әdalәtlilik vә inzibati xәtaların qarşısının alınması prinsiplәrinә әsaslanır; - 131.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә daxil olduğu gündәn on gün müddәtindә baxılır. - 133.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә hakim vә ya vәzifәli şәxs tәrәfindәn tәkbaşına baxılır. - 134.1 vә 134.1.1-ci maddәsinә görә inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Yuxarıda qeyd edilәnlәrә әsasәn belә nәticәyә gәlirәm ki, “xxxx” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 262.2.3-cü maddәsi ilә tәqsirlәndirilmәsinә dair inzibati xәta haqqında iş üzrә Naxçıvan Şәhәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, 3(078)-559/2025 nömrәli qәrarından apellyasiya şikayәti verilmәsi üçün müәyyәn edilmiş prosessual müddәtin bәrpa edilmәsinә dair Naxçıvan Şәhәr Mәhkәmәsinin ## ##### 2026cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “xxxx” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtin direktoru Mәmmәdov Elşad Pirmәmmәd oğlu tәrәfindәn verilmiş şikayәt әsaslı olmadığından tәmin edilmәmәli, Naxçıvan Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadı dәyişdirilmәdәn saxlanılmalıdır. Göstәrilәnlәri vә Inzibati Xәtalar Mәcәllәsinin 133, 134.1.1, 136.1 vә 136.2-ci maddәlәrini rәhbәr tutaraq qərara aldım: “xxxx” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 262.2.3-cü maddәsi ilә tәqsirlәndirilmәsinә dair inzibati xәta haqqında iş üzrә Naxçıvan Şәhәr Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, 3(078)-559/2025 nömrәli qәrarından apellyasiya şikayәti verilmәsi üçün müәyyәn edilmiş prosessual müddәtin bәrpa edilmәsinә dair Naxçıvan Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “xxxx” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtin direktoru Mәmmәdov Elşad Pirmәmmәd oğlu tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Naxçıvan Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadı dәyişdirilmәdәn qüvvәdә saxlanılsın. Qәrar elan olunduğu andan qanuni qüvvәyә minir. Qәrardan şikayәt verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar