Məhkəmə qərarları › İş №3(3-1)-29/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-29/2026

08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-29/2026 08.05.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş Açar sözlər: Aliment tutulmasına dair icra sənədindəki tələbin valideyn (ata) tərəfindən tam icra edilməməsinə görə protokol tərtib olunmuş, inzibati xəta tərkibi olmadığından icraata xitam verilmiş Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu, Seyidova Mehriban Mehdi qızının katibliyi, Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş çıxarılmış Babək Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs (birinci instansiya məhkəməsindəki icraatda şəxsin soyadı “Hacıyeva” kimi qeyd olunsa da, yeni şəxsiyyət vəsiqəsində “Səfiyeva” soyadına dəyişmişdir) tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İ. Birinci instansiya məhkəməsində icraat

1. Bakı Apellyasiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinə dair icra vərəqəsinə əsasən ##.##.2020-ci il təvəllüdlü X2 və ##.##.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manata mütənasib 2024-cü il üçün müəyyən olunmuş (gələcək artımlar nəzərə alınmaqla) ölkə üzrə minimum əmək haqqının 0.68 misli həddində sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi, alimentin tutulmasının ##.##.2024-cü il tarixdən hesablanması qət edilmiş, həmin icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dəfələrlə icra sənədinin könüllü olaraq icra edilməsi tələb olunsa da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini tam icra etməmiş, Babək Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ## ##### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilmişdir.

2. Babək Rayon Məhkəməsinin (hakim A.Əhmədova) ## ##### 2026-cı il tarixli *(*-**)- **/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. II. Şikayətin dəlilləri və izahatlar a) Şikayət və şikayətin dəlilləri

3. Babək Rayon Məhkəməsinin (hakim A.Əhmədova) ## ##### 2026-cı il tarixli *(*-**)- **/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək, Babək Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir.

4. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayəti onunla əsaslandırmışdır ki, borclu alimentin ödənilməsindən yayına bilməsi üçün formal olaraq işə qəbul edilərək aşağı maaşla işlədiyi göstərilmiş, bu yolla da o alimentin ödənilməsindən yayınmaqdadır. Artıq borclunun 3700 manat məbləğində borcu yaranmış, icra məmuru tərəfindən protokolda göstərilən 2126 manat məbləğində borc isə tamamilə əsassızdır. Artıq ikinci dəfədir ki, borclu barəsində tərtib edilmiş protokol üzrə onun inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmir. Bu da borcluya şərait yaradır ki, o alimentin ödənilməsində yayına bilsin. Beləliklə də hal-hazırda borclu alimentləri ödəmir, cəza almır va belə gedəcəyi təqdirdə bundan sonra da ödəməyəcəkdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

5. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında Nizami Rayon Məhkəməsinə alimentin azaldılması ilə bağlı müraciət etdiyini, sentyabr ayının 15-də məhkəmənin qərarı ilə aliment məbləğinin azaldılaraq, hər uşağa 200 manat olmaqla müəyyən edildiyini, zərərçəkmiş şəxsin həmin qərardan apellyasiya şikayəti verdiyini, maddi vəziyyəti imkan vermədiyi və işi ilə bağlı gedə bilmədiyi üçün təkrar alimenti artırdıqlarını, 400-450 manatdan yuxarı əmək haqqısı olan iş tapa bilmədiyini, bir neçə yerə də müraciət etdiyini, 4 ildir ki, qarşı tərəfin uşaqları ondan qaçırdığını, uşaqları 4 ildir görməməyinə baxmayaraq aliment ödəməkdən yayınmadığını, zərərçəkmiş şəxsin “mən uşağı öldürərəm, sizə göstərmərəm” dediyini, tələbi əmək haqqısına yönəltdiklərini, əmək haqqısından 70 faiz tutulduğunu bildirərək şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Suallara cavabında rəsmi olaraq əmək haqqısının 515 manat olduğunu, lakin müəyyən tutqular tutulduğu üçün 450 manat əmək haqqı aldığını, günlük iş rejiminin 12 saatlıq olduğunu, növbə ilə gecə də, gündüz də durduğunu, hal-hazırda başqa heç bir işlə məşğul olmadığını, ikinci iş yeri axtardığını, hazırkı iş yerində əmək haqqısı az olduğu üçün “xxxx” MMC-yə sürücü kimi düzəlmək üçün sənədlərini verdiyini, orada əmək haqqının 700-800 manat olacağını, “xxxx” MMC-yə 3 aydan artıqdır müraciət etdiyini, hələ ki, orada təmir işləri getdiyinə görə təmir işləri yekunlaşdıqdan sonra avtobusların fəaliyyətə başlayacağını, uşaqlarının birinin 5, digərinin də 6 yaşının olduğunu, Babək rayon Qahab kəndində valideynləri ilə yaşadığını, atasının birinci qrup əlil, anasının da pensiyaçı olduğunu bildirdi.

6. Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 izahatında icra sənədi üzrə borclunun əmək haqqından 70% tutulsa da, onun müəyyən borclarının yarandığını, bunun da işin icrasını çətinləşdirdiyini bildirərək borclunun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola yenidən baxılmasını xahiş etmişdir. Suallara cavabında araşdırma apardıqlarını, şəxsin qeyd etdiyi iş yerindən, aldığı əmək haqqından əlavə başqa gəlir və qazancının, əmlakının olmadığını bildirdi. III. Hüquqi məsələlər c) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

7. Maddə 528.1. İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

8. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

9. Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. (Təqsirsizlik prezumpsiyası prinsipi)

10. Maddə 53.1.2. İnzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

11. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

12. Maddə 105.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. IV. Məhkəmənin hüquqi mövqeyi

13. Məhkəmə işin materiallarını, şikayətin dəlillərini, tərəflərin izahatlarını və tətbiq edilən hüquq normalarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, sübutlara obyektiv və hərtərəfli qiymət vermişdir.

14. İş materiallarından aydın olur ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" MMC-də nəzarətçi vəzifəsində çalışaraq 515 manat əmək haqqı alır, onun adına heç bir daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir.

15. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyət icra sənədinin və ya icra məmurunun qanuni tələblərinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Həmin normanın dispozisiyasından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2018-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqedən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün borclunun qərəzli şəkildə məhkəmə qərarının icrasından yayındığı, icra üçün real imkanının olduğu halda bunu etmədiyi və icra məmurunun qanuni tələblərinə əməl etmədiyi müəyyən edilməlidir. Lakin hazırkı iş üzrə belə hallar müəyyən edilməmişdir.

16. İş materiallarından görünür ki, icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əmək haqqısına yönəlmə tətbiq edilmiş, onun əmək haqqısından aliment borcunun tutulması həyata keçirilmişdir. İcra məmuru Anar Məmmədov da məhkəmə iclasında verdiyi izahatında təsdiq etmişdir ki, borclunun əmək haqqından hər ay 70 faiz tutulur və aparılmış araşdırma nəticəsində onun rəsmi əmək haqqısından və qeyd edilən iş yerindən əlavə başqa gəlir mənbəyi müəyyən edilməmişdir.

17. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs da izahatında aliment öhdəliyini yerinə yetirməkdən yayınmadığını, maaşının aşağı olması səbəbindən aliment borcunun yaranmasını özü də istəmədiyini, daha yüksək əmək haqqı olan işə düzəlmək üçün "xxxx" MMC-yə 3 aydan artıqdır müraciət etdiyini, sənədlərini verdiyini bildirmişdir. Onun izahatı iş materialları ilə ziddiyyət təşkil etməmişdir.

18. Məhkəmə qeyd edir ki, borclunun davranışı aliment öhdəliyindən üzürsüz yayınma kimi qiymətləndirilə bilməz. İş materialları ilə müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əmək fəaliyyətini davam etdirməyə, daha yüksək əmək haqqısı olan iş tapmağa və bununla da aliment borcunu ödəmək imkanlarını artırmağa çalışmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əmək haqqısından mütəmadi tutulmaların aparılması, yeni iş yeri axtarması və əlavə gəlir əldə etməyə cəhd göstərməsi onun məhkəmə qərarını icra etmək niyyətində olduğunu göstərən hallar kimi qiymətləndirilməlidir. Borcun tam ödənilməməsi isə borclunun üzürsüz hərəkət və ya hərəkətsizliyinin deyil, əmək haqqı aşağı olmasının nəticəsidir.

19. Zərərçəkmiş şəxsin borclunun formal şəkildə aşağı əmək haqqı olan işdə işlədiyi və aliment öhdəliyindən qəsdən yayındığı barədə dəlilləri isə iş materialları ilə öz təsdiqini tapmamışdır. İcra məmuru tərəfindən aparılmış araşdırma zamanı borclunun əlavə gəliri və ya başqa qazanc mənbəyi müəyyən edilməmişdir. İşin xüsusiyyətləri baxımından isə əmək haqqının məbləği mövcud əmək bazarı baxımından ağılabatandır və məhkəmədə hər hansı şübhə doğurmur.

20. Beləliklə, hesab edirəm ki, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir və həmin qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsas yaratmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə qüvvədə saxlanılmalıdır.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilməsin. Babək Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Hakim Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar