Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-30/2026 22.05.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Mirzəyev Ilqar Məhərrəm oğlu, məhkəmə iclas katibi Hüseynbəyli Məftunə Firəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X8 Xidmətinin ** saylı X10 nümayəndələri X4 və X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Culfa Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X8 Xidməti ** X5 Bölməsi tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 inzibati ərazi dairəsində, Naxçıvan-Ordubad yolunun 47- 6 ünvanında, ## #### 2026-cı il tarixdə yeməkxanada və ayaqyolunda formalaşan tullantı sularının təyinatsız axıdılması müəyyən edilmişdir. Nəticədə vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt ## #### 2026-cı il ****** nömrəli akt, digər materiallar, fotoşəkillər, CD, 27 vərəq ilə təsdiq edilir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X8 Xidməti ** X5 Bölməsi tərəfindən inzibati xəta haqqında MN ******* nömrəli protokol və iş üzrə toplanmış materialları aidiyyəti üzrə baxılması üçün ## ##### 2026-cı il tarixdə Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Culfa Rayon Məhkəməsinin (hakim M.F.Məmmədov) ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 800 manat məbləğində cərimə edilmişdir. Qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ### 2026-cı il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək, Culfa Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarını ləğv edərək inzibati xəta tərkibi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətində göstərmişdir ki, ilk öncə qeyd edim ki, Culfa rayon Yaycı kəndinin inzibati ərazisində Naxçıvan-Ordubad magistral yolunun 47-6 ünvanında "Daşarx" massivi adlanan ərazidə yerləşən yeməkxana və çörək sexini 2018-ci ildə əldə etmişəm. Həmin əmlakları əldə etdiyim zaman orada olan bütün kanalizasiya boruları yararsız vəziyyətdə idi. Bir müddət sonra həmin ərazidə yenidənqurma və təmir tikinti işləri aparmağa başladıq. Tikinti işləri bu gündə davam etdirilir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X8 Xidmətinin ** saylı X10 əməkdaşları yeməkxana və çörək sexinə gələrək əraziyə baxış keçirdikdən sonra əraziyə tullantı sularının təyinatsız axıdıldığını bildirərək, həmin ərazidə olan atama xəbərdarlıq edərək bunu 30 gün ərzində aradan qaldırmağı tapşıraraq müvafiq akt tərtib etmişlər və “nöqsanların aradan qaldırılması üçün xəbərdarlıq edirik" dedikləri üçün də atam tərəfindən akt imzalanmışdır. Tərəfimdən isə həmin çatışmazlıqlar 3 gün ərzində aradan qaldırılmış, fotoşəkilləri çəkilərək həmin əməkdaşların Whatsapp nömrələrinə göndərilmişdir. Lakin sonradan bizə məlum olmuşdur ki, həmin imzadan sonra protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd edim ki, bu hal açıq-aşkar aldatma və sui-istifadədir. Aldatma yolu ilə alınmış imza hüquqi qüvvəyə malik hesab edilə bilməz və protokolun qanuniliyinidə şübhə altına almış olur ki, həmin protokola müvafiq olaraq mənim məsuliyyətə cəlbedilməyim qanunsuzdur. Çünki səlahiyyətli orqanın əməkdaşları mənim təqsirim olmadan, bilərəkdən və məqsədli olaraq əraziyə tullantı sularının təyinatsız axıtmamağım qənaətinə gəldikləri üçün pozuntuların aradan qaldırılmasını deyərək məni xəbərdarlıq etdiklərini bildirmişlər. Bununla da məndə inzibati məsuliyyətə cəlb olunmayacağıma dair inam yaratmışlar. Lakin sonradan mənim inzibati məsuliyyətə cəlb olunmağıma dair protokol tərtib edilmişdir. Bu isə inzibati icraatın prinsiplərinə ziddir. Belə ki, səlahiyyətli orqanın əməkdaşları məndə əvvəlcə bir fikir formalaşdırsada, daha sanra buna zidd davranmışlar ki, bununla da hüquqlarım pozulmuş, hüquqi müdafiə qurmaq imkanımdan məhrum olmuşam. Bu əhəmiyyətli pozuntudur. Bu isə onu deməyə əsas verir ki, sübutların obyektivliyi və etibarlılığı ciddi şübhə altında olmaqla, iş üzrə etibarlı hesab edilə bilməzdi. Eyni zamanda qeyd edim ki, məhkəmənin qərarında işə məhkəmədə baxılarkən guya mənim özümü təqsirli hesab etməyim, əməlimdən peşman olmağım kimi ifadələr qeyd edilmişdir. Halbuki mən bildirmişəm ki, onu biz bilərəkdən etməmişik, həmin obyekti aldığımız zaman konalizasiya xətləri yararsız vəziyyətdə idi, təmir edərək səlahiyyətli orqanın nümayəndələrinə məlumat vermişik. Həmçinin qeyd edim ki, əraziyə baxış keçirilərək ##.##.2026-cı ildə akt tərtib edilməyinə baxmayaraq, inzibati xəta haqqında protokol geçikdirilməklə ##.##.2026-cı il tarixdə tərtib edilmişdir. Halbuki, inzibati xəta vardırsa aşkar edildikdən sonra dərhal protokol tərtib edilməli idi. Inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə inzibati araşdırma aparılır. Lakin tərtib edilmiş protokolda protokolun hansı səbəbdən zamanında tərtib edilməsi əsaslandırılmamış və bu barədə heç bir məlumat qeyd edilməmişdir. Bu isə protokolun dərhal tərtib olunması prinsipinin pozulmasına gətirib çıxarmışdır. Bu hal əsas prosessual məsələdir və sübutların etibarlılığına birbaşa təsir edir. Lakin buna baxmayaraq məhkəmə tərəfindən bu fakt obyektiv, tam və hərtərəfli araşdırılmamış, bunun səbəbləri müəyyən edilməmiş və protokolun gecikmə ilə tərtib edilməsinə hüquqi qiymət verilməmişdir. Bu isə məhkəmə qərarının əsaslandırılmamış və formal xarakterli olduğunu göstərir. Lakin hazırkı iş üzrə mənim inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi} törətmiş şəxs olmamağıma baxmayaraq, məhkəmənin heç bir mötəbər dəlillərə əsaslanmadan, işə düzgün qiymət verməməsi müqabilində barəmdə inzibati tənbehinin tətbiqi Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 3-cü, eləcə də 8.3-cü maddələrinin tələblərinin pozuntusu ilə nəticələnmişdir. Qanunvericilik aktlarının, o cümlədən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin müddəalarının birmənalı və düzgün müəyyən edilməsi böyük əhəmiyyət kəsb edir. Istənilən hüquqpozma və onun törədilməsinə görə sanksiya qanunla elə dəqiq müəyyən edilməlidir ki, məhkəmə təfsiri vasitəsilə hər kəs öz hərəkətinin və ya hərəkətsizliyinin inzibati-hüquqi nəticələrini görə bilsin. Qeyd olunmalıdır ki, "Həsənov Azərbaycana qarşı ## ##### 2022-ci il tarixli qərarında" Avropa məhkəməsi barəsində inzibati icraat aparılan şəxsə qarşı polislərin verdiyi şahid ifadələrinə əsaslanan Azərbaycan məhkəmələrinin qərarlarını Konvensiyanın 6-cı maddəsinin ciddi pozuntusu olaraq qiymətləndirmişdir. Avropa məhkəməsi həmin qərarında möve bu cür ifadə olunmuşdur: "milli məhkəmələrin qərarlarında kifayət qədər əsas olmadığım nəzərə alaraq Məhkəmə belə qənaətə gəlir ki, ümumiyyətlə baxılan ərizəçi barəsində inzibati mühakimə Konvensiyanın 6-cı maddəsinin § 1-ci maddəsinə əsasən ədalətli məhkəmə zəmanətlərinə uyğun deyildi (bax: GəfQəfqaz mədov, § 96; Ibrahimov və Başqaları, §115; «Hüseynli və başqaları«, § 135; Savalanlı, § 24 və Ibrahimov Azərbaycana qarşı, § 20, yuxanda sitat gətirilənlərin hamısı). Dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Qanunçuluq prinsipinin əsasını hüquq prinsiplərini, ümuminsani dəyərləri, sosial inkişafın obyektiv tendensiyalarını müvafiq şəkildə əks etdirən qanunvericilik təşkil edir. Bu prinsip inzibati xətalara dair iş üzrə icraatın bütün iştirakçılarının hərəkətlərinin müstəsna olaraq qanunvericiliyin maddi və prosessual normalarına müvafiq olmasını şərtləndirir. Həmçinin Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayətilə əlaqədar 2008-ci il ## ###### tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il ## ###### tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il ## #### tarixli qərarlar). Beləliklə də, hörmətli hakim, yüksək ədalətinizə sığınaraq xahiş edirəm ki, ədalətin təmin edilməsi üçün şikayətimə qanunla müəyyən edilmiş qaydada baxaraq qanunamüvafiq qərar qəbul edəsiniz. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2, 3, 4,6, 8.1, 8.2, 8.3, 48, 53.1.2, 101.1, 101.2, 128.1, 128.2, 134.1.3, 135.1.5-1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və V bəndlərinə, 127ci maddəsinin II bəndinə, 147-ci maddəsinə istinad edilmişdir. Şikayətə baxılması ilə əlaqədar keçirilən məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çıxışında apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Şikayətə baxılması ilə əlaqədar keçirilən məhkəmə baxışı iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X8 Xidməti ** saylı X10 nümayəndələri X4 və X1 çıxışlarında birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdilər. Inzibati xəta haqqında işin materiallarını şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, mübahisə olunan qərardan görünür ki, inzibati xəta haqqında işə baxan hakim məhkəmə iclasında tədqiq edilmiş materiallar və işdə iştirak edən şəxslərin izahatları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini sübuta yetirilməsi qənaətinə gələrək, inzibati icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində AR IXM-nin 262.2.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair yekun nəticəyə gəlmişdir. Həmçinin birinci instansiya məhkəməsi qərarında düzgün olaraq qeyd etmişdir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Iş materiallarına əlavə edilmiş ## #### 2026-cı il tarixli, ****** saylı aktdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ünvan 1i inzibati ərazisində Naxçıvan-Ordubad magistral yolunun 47-6 ünvanında “Daşarx” massivi adlanan ərazidə yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aid yeməkxanaya və çörək sexinə kənardan aparılan müşahidələr zamanı yeməkxanada formalaşan tullantı sularının təyinatsız olaraq axıdılması faktı aşkar edilmişdir. Iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən içməli, məişət, tullantı suları təyinatsız olaraq axıdılmışdır. Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsindən verilmiş ## ##### 2026-cı il tarixli, *-**-*-**-*/*-****/**** nömrəli məlumatın təqdim edilməsi haqqında məktubda qeyd edilmişdir ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (VÖEN:**********) ##.##.2016-cı il tarixdən 5629208 – Yeməkxanaların fəaliyyəti (əsas) fəaliyyət növü üzrə qeydiyyatdadır. ##.##.2022-ci il tarixdən ********** – 06001 kodlu təsərrüfat subyekti (obyekti) vergi orqanında qeydiyyatdadır. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə, apellyasiya şikayətində qeyd edilən “əraziyə baxış keçirilərək ##.##.2026-cı ildə akt tərtib edilməyinə baxmayaraq, inzibati xəta haqqında protokol gecikdirilməklə ##.##.2026-cı il tarixdə tərtib edilmişdir“ ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: - 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. - 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. - 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. - 102.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. - 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. Icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. - 102.6-cı maddəsinə əsasən inzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. Iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında ## #### 2026-cı il tarixli qərardadda ****** nömrəli, ##.##.2026-cı il tarixli akt və toplanmış material üzrə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması qeyd edilmişdir. Iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında ## ##### 2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, ünvan 1 inzibati ərazi dairəsində, Naxçıvan-Ordubad yolunun 47-6 ünvanında, ## #### 2026-cı il tarixdə yeməkxanada və ayaqyolunda formalaşan içməli, məişət, tullantı sularının təyinatsız axıdılması faktı aşkar edilmişdir. Apellyasiya şikayətində göstərilən “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X8 Xidmətinin ** saylı X10 əməkdaşları yeməkxana və çörək sexinə gələrək əraziyə baxış keçirdikdən sonra əraziyə tullantı sularının təyinatsız axıdıldığını bildirərək, həmin ərazidə olan atama xəbərdarlıq edərək bunu 30 gün ərzində aradan qaldırmağı tapşıraraq müvafiq akt tərtib etmişlər və “nöqsanların aradan qaldırılması üçün xəbərdarlıq edirik" dedikləri üçün də atam tərəfindən akt imzalanmışdır. Lakin sonradan bizə məlum olmuşdur ki, həmin imzadan sonra protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir.“ dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Inzibati Xətalar Məcəlləsinin: - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 99.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsidir. - 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. - 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. - 99.4.3-cü maddəsinə əsasən inzibati xata haqqında iş üzrə icraat bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad (qərar) qəbul edildikdə başlanılmış hesab edilir. Belə ki, müvafiq inzibati xəta haqqında iş üzrə icraat səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi səbəbilə başlanılmış, sözügedən ## #### 2026-cı il tarixli, ****** saylı aktın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs atası X2 tərəfindən imzalanması iş üzrə icraata başlamağa səbəb və ya əsas olmamışdır. Həmçinin apellyasiya şikayətində “tərəfimdən isə həmin çatışmazlıqlar 3 gün ərzində aradan qaldırılmış, fotoşəkilləri çəkilərək həmin əməkdaşların Whatsapp nömrələrinə göndərilmişdir“ kimi qeyd edilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən bu halı təsdiq edən hər hansı bir sübut nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiya məhkəməsində icraat zamanı məhkəməyə təqdim edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə bildirməyi zəruri hesab edir ki, şikayətdə qeyd edilən hallar birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyildir. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Inzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tənbeh etmişdir. Inzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən, içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Belə ki, Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. - 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. - 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. - 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 17-ci maddəsinə əsasən Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; - 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur - 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. - 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. - 134.1 və 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı inzibati iş üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, iş üçün əhəmiyyət kəsb edən halların araşdırılmaması iş materialları ilə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Culfa Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət əsaslı olmadığından təmin edilməməli, Culfa Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Inzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136.1 və 136.2-ci maddələrini rəhbər tutaraq qərar verdim: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Culfa Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Culfa Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-1)-30/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-30/2026
22.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver