Məhkəmə qərarları › İş №3(3-1)-31/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-31/2026

26.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-31/2026 26.05.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Mirzəyev Ilqar Məhərrəm oğlu, məhkəmə iclas katibi Hüseynbəyli Məftunə Firəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) və Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidmətinin nümayəndələri X1 və X3 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Babək Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidməti tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola görə Babək rayon Nehrəm qəsəbəsindən Arazkənd kəndinə gedən avtomobil yolunun yanında, çöllük ərazidə ##.##.2026-cı il tarixdə Ov etmək qaydalarını pozaraq, yəni lazımi icazə olmadan 4 (dörd) ədəd qaz cinsinə aid quş növü olan boz qaz ovlayaraq inzibati xəta törətmişdir. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra Inzibati Xətalar Məcəlləsi) 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Babək rayon Polis Idarəsindən ##.##.2026-cı il tarixdə daxil olan materiallar və digər iştirakçıların izahatları ilə təsdiq edilir. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidmətinin ## #### 2026-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 272- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2000 (iki min) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) ## ##### 2026-cı il tarixli şikayətlə Babək Rayon Məhkəməsinə müraciət edərək Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilməsi və yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin (hakim A.Ə.Əhmədova) ## ##### 2026-cı il tarixli, *(*-**)- **/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmiş və yeni qərar qəbul edilərək, inzibati tənbeh vermə haqqında qərarda müəyyən edilmiş 2000 (iki min) manat cərimə məbləği dəyişdirilərək 1000 (bir min) manat məbləğində müəyyənləşdirilmişdir. Qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) ## ### 2026-cı il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə müraciət edərək, şikayətin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarının ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidmətinin ## #### 2026-cı il tarixli, MN № ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilərək, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətində göstərmişdir ki, aşağıdakı əsaslara görə hesab edirəm ki, birinci instansiya məhkəməsi tərəfindən tam qanuni qərar qəbul edilməmişdir. Qeyd edilənlərə əsasən də, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Aşağıdakı qanunvericilik aktlarına əsasən, müəyyən edilir ki, hazırki inzibati xətanın törədilməsi üçün lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsi şərtdir. Hazırkı inzibati xətanın tərəfimdən sübut edilməsi barəmdə inzibati xəta haqqında iş üzrə icraat aparan orqanın, yəni Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidmətinin vəzifəsi idi. Buna baxmayaraq həmin orqan tərəfindən məhkəməyə hər hansı zəruri sübutlar təqdim edilməmişdir. Belə ki, həmin dövrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rəsmi olaraq ov mövsümü elan olunmuşdu. Həmin dövrdə tərəfimdən ov edilməsi qanunsuz hesab edilə bilməzdi. Bu halların olmasına baxmayaraq, X4 Xidmətinin əməkdaşları əsassız olaraq barəmdə inzibati tənbehvermə haqqında qərar qəbul etmişlər. Birinci instansiya məhkəməsi zamanı mənim Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində göstərilən əməli törətməyimlə bağlı zəruri sənədlərin məhkəməyə təqdim edilməsi, həmin orqandan tələb edilsə də, həmin orqanın əməkdaşları məhkəməyə buna dair zəruri sübutları təqdim etməmişlər. Inzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində ovun qadağan edilməsi üçün aşağıdakı şərtlərin olması vacibdir: Lazımi icazə olmadan ov edilməsi- barəmdə inzibati xəta haqqında iş üzrə icraat aparan orqanın nümayəndəsi məhkəməyə mənim ov etmək üçün icazəmin olmadığını təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir, halbuki məhkəmə həmin sənədin məhkəməyə təqdim edilməsini həmin tərəfdən tələb etmişdi. Eyni zamanda barəmdə inzibati xəta haqqında iş üzrə icraat aparan inzibati orqan buna dair zəruri sənədləri inzibati xəta haqqında iş üzrə icraat materiallarına da, əlavə etməmişdir. Bununla da, məhkəmə işin hallarını düzgün müəyyən etməmiş, mənim təqsirliliyim sübut edilməməsinə baxmayaraq, yalnız cərimə məbləğinə münasibətdə qərarı dəyişdirmişdir. Qadağan olunmuş yerlərdə ov edilməsi-bizim qadağan olunmuş yerdə ov etməyimizə dair məhkəməyə hər hansı sənəd inzibati orqan tərəfindən təqdim edilməmişdir. Eyni zamanda barəmdə inzibati xəta haqqında iş üzrə icraat materiallarında da, bunu təsdiq edən sənədlər yoxdur. Bununla da, məhkəmə tərəfindən işin halları düzgün müəyyən edilməmiş, mənim təqsirliliyim sübuta yetirilmədiyi halda, yalnız cərimə məbləği azaldılmışdır. Qadağan olunmuş müddətlərdə ov edilməsi-həmin dövrdə ovun qadağan edilməsinə dair məhkəməyə zəruri sənədlər təqdim edilməmiş, eyni zamanda inzibati xəta haqqında iş üzrə icraat aparılan zamanda materiallara ovun həmin dövrdə qadağan edilməsinə dair zəruri sənədlər əlavə edilməmişdir. Halbuki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında sırf ov mövsümü ovlanan qaza münasibətdə ## ###### 2025-ci il-## ###### 2026-cı il müəyyən edilmişdir. Göründüyü kimi, həmin ov ## ###### 2026-cı il tarixində ovun qadağan edilmədiyi dövrdə törədilmişdir. Ovun qadağan edilməsini təsdiq edən sənədlər təqdim edilməməsinə, bu halların əsaslandırılmamasına baxmayaraq, məhkəmə bu halları nəzərə almamış, əsassız olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verməmişdir. Qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsi-Bu halların təsdiq olunmasına dair sübutlar nə məhkəmə işindəki materiallarda, nə də ki, inzibati xəta haqqında icraat materiallarında göstərilməmişdir. Bu hallara baxmayaraq, əsassız olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməmişdir. Qarşı tərəfin nümayəndəsi məhkəmədə Naxçıvan Muxtar Respublikasında ovun qadağan edildiyini bildirmişdir, halbuki bu iddia tamamilə əsassız idi və hüquqi sənədlərə təsdiq edilməli idi. Bundan əlavə məhkəmə iclasında da, barəmdə inzibati xəta haqqında iş üzrə icraat aparmış şəxsin nümayəndəsi özü etiraf etmişdir ki, çağırışa gəlmədiyim üçün barəmdə maksimum həddə cərimə tətbiq edilmişdir. Bu hal qarşı tərəfin mənə qarşı qərəzli olduğunu sübut edir. Belə ki, inzibati xəta haqqında icraatı aparan orqan bir-bir yüngülləşdirici və ağırlaşdırıcı halları özü müəyyən etməli olduğu halda müəyyən etməmiş, heç bir ağırlaşdırıcı hal olmadığı, əksinə yüngülləşdirici hallar olduğu halda maksimum cəza təyin edilməsi qarşı tərəfin mənə qarşı qərəzini, mənim inzibati xətanı törətməkdə təqsirliliyimi sübut edə bilməməsini məhkəmə nəzərə almamışdır. Halbuki, qarşı tərəf inzibati xətanın tərkib əlamətlərini əks etdirən sübutları məhkəməyə təqdim etməmiş, inzibati xətanı törətdiyimi sübut edə bilməmişdir. Yalnız mənim tərəfimdən verilən Polisdə olan izahatlara istinad etsə də, həmin sənədlər inzibati xətanın törədilməsi üçün yeganə əsas ola bilməz. Mən təsir altında həmin izahatı vermiş ola bilərəm, bu hallar mənim ziyanıma yozula, mənim məsuliyyətə cəlb edilməyim üçün əsas ola bilməz. Avropa Məhkəməsi bir çox qərarlarında şəxsin öz əleyhinə ifadə verməsini onun iradəsinə uyğun addım kimi qiymətləndirilməsini təkzib edir, yəni bu izahatlar mənim əleyhimə yozula bilməzdi. Bundan əlavə ov etmək üçün qanunvericiliyə əsasən xüsusi yerlər ayrılmalı bunun üçün xüsusi şərait yaradılmalı idi. Bununla bağlı bildirmək istəyirəm ki, qarşı tərəf bununla bağlı Naxçıvan Muxtar Respublikasında hər hansı şərait yaratmamışdır. Əksinə məhkəmədə də Naxçıvan Muxtar Respublikasında ovun qadağan edildiyini bildirmişdir, bu hallar da, qarşı tərəfin qərəzli olduğunu, qanunvericiliyin tələblərini bilmədiyini göstərir. Göründüyü kimi, təsirliliyim sübuta yetirilməmiş, qanuna zidd sübutlardan istifadə edilərək, mənim inzibati xəta törətdiyim qənaətinə gəlinmişdir, buna görə də, hesab edirəm ki, şikayətim təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya şikayətinin hüquqi əsası kimi “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1, 12.2, 12.3.18, 13, 14, 16-cı maddələrinə, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 53, 134, 135-ci maddələrinə istinad edilmişdir. Şikayətə baxılması ilə əlaqədar keçirilən məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) çıxışında apellyasiya şikayətinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Şikayətə baxılması ilə əlaqədar keçirilən məhkəmə baxışı iclasında Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidmətinin nümayəndələri X1 və X3 çıxışlarında Naxçıvan Muxtar Respublikası ərazisində xüsusi mühafizə olunan ərazilər artdığından hələki ovçuluq təsərrüfatının yaranmadığını, Naxçıvanda ovçuluq təsərrüfatı olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) ovçuluq təsərrüfatının üzvü olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdilər. Inzibati xəta haqqında işin materiallarını şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ## ###### 2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X2 və Qərardan şikayət verən orqan (şəxs) əməllərində cinayət tərkibi olmadığı nəzərə alınaraq cinayət işinin başlanması rədd olunmuş, X2 və Qərardan şikayət verən orqan (şəxs) əməllərində ov etmə qaydalarını kobud surətdə pozmalarına münasibətdə Azərbycan Respublikası IXM-nin 271-ci maddəsinin tərkib əlamətləri olduğundan X2 və Qərardan şikayət verən orqan (şəxs) Azərbycan Respublikası IXM-nin 271-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il ## ###### tarixli, *** nömrəli Fərmanının 5.11-ci maddəsinə əsasən Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidmətinə göndərilməsi qərara alınmışdır. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidmətinin ## ###### 2026-cı il tarixli “Qeyri-qanuni vəhşi heyvan ovuna görə təbiətə dəymiş ziyanın hesablanmasına dair rəy”dən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2004-cü il tarixli *** nömrəli “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları”, “Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin məbləği, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna görə ödənişlərin və qeyri-qanuni vəhşi heyvan ovuna görə təbiətə dəymiş ziyanın məbləğinin istifadəsinə dair Təlimat”ın təsdiq edilməsi haqqında Qərarına uyğun olaraq 1(bir) baş qaz cinsinə aid quş növü olan boz qazın qanunsuz olaraq ovlanması nəticəsində dəymiş ziyan 22 (iyirmi iki) manat məbləğində müəyyən edilmişdir. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidmətinin ## #### 2026-cı il tarixli “Qeyri-qanuni vəhşi heyvan ovuna görə təbiətə dəymiş ziyanın hesablanmasına dair rəy”dən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2004-cü il tarixli *** nömrəli “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları”, “Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin məbləği, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna görə ödənişlərin və qeyri-qanuni vəhşi heyvan ovuna görə təbiətə dəymiş ziyanın məbləğinin istifadəsinə dair Təlimat”ın təsdiq edilməsi haqqında Qərarına uyğun olaraq 4 (dörd) baş qaz cinsinə aid quş növü olan boz qazın qanunsuz olaraq ovlanması nəticəsində dəymiş ziyan 88 (səksən səkkiz) manat məbləğində müəyyən edilmişdir. Belə ki, məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilərini iş materialları ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırmaqla qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) Babək rayon Nehrəm qəsəbəsindən Arazkənd kəndinə gedən avtomobil yolunun yanında, çöllük ərazidə ## ###### 2026-cı il tarixdə lazımi icazə olmadan 4 (dörd) ədəd qaz cinsinə aid quş növü olan boz qaz ovlamışdır. Buna görə də inzibati xətalar haqqında qanunvericiliyin tələbinə müvafiq olaraq Qərardan şikayət verən orqan (şəxs) əməlində Inzibati Xətalar Məcəlləsinin 272-1ci maddəsinin inzibati xəta tərkibi vardır və həmin əməli törətməkdə təqsirlidir. Bu faktı təsdiq edən sübutlar və müvafiq fotolar iş materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası IXM-nin 272-1-ci maddəsinə əsasən bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə qeyd edir ki, mübahisə olunan qərardan görünür ki, inzibati xəta haqqında işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq səlahiyyətli orqan tərəfindən şəxsin əməlində yüngülləşdirən halların nəzərə alınmadığı, şəxsin şəxsiyyətini xarakterizə edən halların, onun əmlak vəziyyətinin və sair halların aydınlaşdırılmadığı qənaətinə gələrək, şəxs barəsində yüngülləşdirən halları nəzərə alaraq Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilməsi və yeni qərar qəbul edilərək, inzibati tənbeh vermə haqqında qərarda müəyyən edilmiş 2000 (iki min) manat cərimə məbləği dəyişdirilərək 1000 (bir min) manat məbləğində müəyyənləşdirilməsinə dair yekun nəticəyə gəlmişdir. “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanunun: - 1.0.1-ci maddəsinə əsasən ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. 1.0.7-ci maddəsinə əsasən ov aləti - həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov silahları, ov itləri, ovçu quşları və başqa ov vasitələridir. - 12-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. - 13-cü maddəsinə əsasən ovçuluq bileti ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquq verən sənəddir. Ovçuluq bileti müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Ovçuluq biletinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Ovçuluq biletinin forması, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 14-cü maddəsinə əsasən ov etmək üçün icazə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir. Icazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün fiziki və hüquqi şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Icazədə ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Ov etmək üçün icazənin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Ovçuluq bileti təqdim edilmədən ovçuya ov etmək üçün icazənin verilməsinə yol verilmir. "Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları"nın və "Ovçuluq təsərrüfatları haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması” Qaydalarının 1.2-ci hissəsinə əsasən ovçuluğun həyata keçirilməsinə və ovçuluq təsərrüfatlarının aparılmasına aid edilən, təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvanların məskunlaşdığı torpaq sahələri, meşə, digər bitki və su ilə örtülü olan təbiət əraziləri ov yerləridir. Həmin Qaydaların 1.5-ci hissəsinə əsasən ovçuluq fəaliyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində ovçuluq bileti əsasında verilmiş ov etmək üçün icazəyə müvafiq olaraq həyata keçirilir. Ovçuluq bileti ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquqi sənəddir. Ovçuluq fəaliyyətini həyata keçirmək üçün ovçuluq bileti və ov etmək üçün icazəsi olan fiziki şəxs ovçu sayılır. Həmin Qaydaların 2.1-ci hissəsinə əsasən quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü ov sayılır. “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, ov etmək hüququnun xüsusi hüquq kimi yaranması ovçuluq bileti, üzvlük bileti və ov etmək üçün icazə kimi sənədlərin (hüquqi faktların) mövcud olması ilə şərtləndirilmişdir. Inzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində qanunverici müvafiq məsuliyyəti müəyyən edərkən lazımi icazə olmadan müddəası ilə ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquq verən sənədin (ovçuluq biletinin) və ya həmin fəaliyyətə icazə verən hüquqi sənədin (ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtlərini müəyyən edən) olmamasını nəzərdə tutmuşdur. Istinad edilən qərarda vurğulanır ki, “...Inzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsinin normaları həmin Məcəllənin Ümumi hissəsinin normaları nəzərə alınmaqla tətbiq edilməli olduğundan, ov etmək hüququ olmayan şəxsin törətdiyi inzibati xətaya görə ona xüsusi hüququn (ov hüququnun) məhdudlaşdırılması növündə tənbehin tətbiqinin mümkün olub-olmaması məsələsinin həlli zamanı Ümumi hissənin norması kimi Məcəllənin məhz 27.1-ci maddəsinin məzmunu rəhbər tutulmalıdır. Iş materialından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixdə heç bir hüquqi sənədi olmadan “Ovçuluq haqqında” Azərbaycan Respublikası qanunun tələblərini pozmuş, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində qeyd etdiyi xüsusatları özünümüdafiə xarakterli hesab edir. Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. - 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. - 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. - 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; - 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. - 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. - 134.1 və 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) şikayətdə göstərdiyi xüsusatlar birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyil. Ona görə də, məhkəmə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı inzibati iş üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, iş üçün əhəmiyyət kəsb edən halların araşdırılmaması iş materialları ilə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənlərə ümumiləşdirərək belə nəticəyə gəlirəm ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Babək Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət əsaslı olmadığından təmin edilməməli, Babək Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Inzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136.1 və 136.2-ci maddələrini rəhbər tutaraq qərar verdim: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Babək Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Babək Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar