Məhkəmə qərarları › İş №3(3-1)-32/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-32/2026

23.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-32/2026 23.05.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş Açar sözlər: Aliment tələbinə dair icra sənədindəki tələbin valideyn (ata) tərəfindən üzrsüz səbəbdən icra edilməməsinə görə protokol tərtib olunmuş, 10 gün müdətində inzibati həbs edilmiş, aliment borcu tam şəkildə ödənilərək apellyasiya şikayəti verilmiş, apellyasiya icraatında icraata xitam verilmiş Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu, Seyidova Mehriban Mehdi qızının katibliyi, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçi Vəkil iştirakı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Babək Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İ. Birinci instansiya məhkəməsində icraat

1. Babək Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2014-cü il tarixli icra sənədinə əsasən alimentin tutulmasının əvvəli ## ####### 2014-cü il tarixdən hesablanmaqla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin alınıb ## ###### 2012-ci il tarixdə doğulmuş X2 və ## ####### 2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün X4 ödənilməli olması qeyd olunmuş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən, Babək Rayon Məhkəməsinin 2(079)- ***/**** nömrəli, ##.##.2014-cü il tarixli məhkəmə əmrinə əsasən aliment borcunu ödəməkdən yayındığı müəyyən olunmuş, Probasiya Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ## ### 2026-cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında tərtib edilərək baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilmişdir.

2. Babək Rayon Məhkəməsinin (hakim G.İsmayıl) ## ### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsi, onun barəsində 10 gün müddətinə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsi, inzibati həbsin müddətinin ## ### 2026-cı il tarixdən hesablanması qərara alınmışdır. II. Şikayətin dəlilləri və izahatlar a) Şikayət və şikayətin dəlilləri

3. Babək Rayon Məhkəməsinin (hakim G.İsmayıl) ## ### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək, Babək Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarının ləğv edilməklə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

4. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil şikayəti onunla əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Babək Rayon Məhkəməsinin ##.##.2014-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsilə müəyyən edilmiş alimentlə üzrə yaranmış 19134 manat borc məbləğini artıq tamamilə ödəmişdir. Borcun ödənilməsi barədə akt və zərərçəkmiş şəxsin borcun ödənilməsi və hər hansı tələbinin olmadığına dair notarial ərizəsi şikayətə əlavə edilmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

5. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətində qeyd olunan dəlillərə uyğun izahat verərək icraata xitam verilməsini xahiş etmişdir.

6. Müdafiəçi Vəkil şikayətində qeyd olunan dəlillərə uyğun izahat verərək aliment borcunun tam şəkildə ödənilməsini və zərərçəkənin hər hansı şikayət və tələbinin olmadığını nəzərə alaraq icraata xitam verilməsini xahiş etmişdir.

7. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında aliment borcunun tam şəkildə ödənilməsini və hər hansı şikayət və tələbinin olmadığını bildirərək şəxsin həbsdən azad olunmasını xahiş etmişdir.

8. Babək Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi X1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. III. Hüquqi məsələlər c) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

9. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

10. Maddə 528.1. İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd. Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur.

11. Maddə 53.1.10. İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata isə xitam verilir.

12. Maddə 135.1.5-1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslara bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması aiddir. IV. Məhkəmənin hüquqi mövqeyi

13. Məhkəmə işin materiallarını, tərəflərin izahatlarını və tətbiq edilən hüquq normalarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, sübutlara obyektiv və hərtərəfli qiymət vermişdir.

14. Lakin birinci instansiya məhkəməsinin qərarı qəbul olunduqdan və barəsində icraat aparılan şəxs inzibati həbs olunduqdan sonra aliment borcu tamamilə ödənilmiş, zərərçəkmiş (icra işi ürə tələbkar) tərəfindən aliment borcunun tamamilə ödənilməsi və barəsində icraat aparılan şəxsdən (icra işi üzrə borcludan) hər hansı şikayət və tələbinin olmadığına dair notarial qaydada təsdiq olunmuş ərizə alınmış və apellyasiya şikayəti ilə müraciət edilmişdir.

15. İnzibati xətalar məcəlləsinin 528-ci maddəsinin Qeyd hissəsində barəsində icraat aparılan şəxsi inzibati məsuliyyətdən azad edən stimullaşdırıcı norma nəzərdə tutulmuşdur. Belə ki, həmin maddənin Qeyd hissəsinə görə borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Həmçinin İXM-in 53.1.10-cu madəsinə görə isə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir.

16. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində icraat aparılan şəxs tərəfindən aliment borcu tamamilə ödənildiyindən və zərərçəkmiş şəxsin hər hansı şikayət və tələbi olmadığından İXM-in yuxarıda qeyd olunan maddələrinə əsasən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.

17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135.1.5-1 və 136-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilsin. Babək Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Hakim Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar