Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-33/2026 01.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Quliyev X11 Surə Urfullah qızının məhkəmə iclas katibliyi, Naxçıvan MR Eklogiya və Təbii Sərvətlər Nazirliyi yanında X14 Xidmətinin nümayəndələri X1, X13, X3, X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin “15” aprel 2026cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X14 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq m ü ə y y ə n e t d i m: Naxçıvan MR Eklogiya və Təbii Sərvətlər Nazirliyi yanında X14 Xidmətinin ##.##.2026-cı il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat miqdarında inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (hakim X4) “15” aprel 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə Naxçıvan MR ETSN-nin yanında X14 Xidmətinin ## #### 2026-cı il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X14 Xidməti ## ### 2026-cı il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X14 Xidmətinin ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibatı cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilərək inzibatı xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Naxçıvan şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixlf, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X14 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və X12 yanında X14 Xidməti tərəfindən Naxçıvan şəhərində yerləşən “ipək yolu’ restoranının sahibkarı Qərardan şikayət verən orqan (şəxs) həmin restoranın dövlət ekoloji ekspertiza rəyi olmadığına görə ## ###### 2025-ci il tarixli, *** nömrəli ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması barədə tələb sənədi göndərilmiş və pozuntunun aradan qaldırılması üçün 45 gün müddət verilmişdir. Pozuntunun aradan qaldırılması üçün verilmiş 45 gün müddətin başa çatmasına baxmayaraq Qərardan şikayət verən orqan (şəxs) tərəfindən dövlət ekoloji ekspertiza rəyinin alınması üçün Nazirliyə müraciət daxil olmamışdır. ## #### 2026-cı il tarixdə dövlət ekoloji ekspertiza rəyini almadığına görə Naxçıvan şəhərində yerləşən “ipək yolu" restoranının sahibkarı Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə həmin tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında işə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X14 Xidmətinin rəisi X2 tərəfindən ##.##.2026-cı il tarixdə baxılaraq inzibati xəta törətmiş şəxs Ipək yolu restoranının sahibkarı Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən MN ******* nömrəli inzibatı cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmış və 3000 (üç mm) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq olunmuşdur. Həmin qərardan narazı qalan xəta törətmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) Naxçıvan şəhər Məhkməsinə şikayət ərizəsi vermişdir. Naxçıvan şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarına əsasən xəta törətmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilmiş, sözügedən qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata TOC \o "1-5" \h \z xitam verilmişdir. Naxçıvan şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı aşağıdakılarla əsaslandırılmışdır. Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmamışdır. Belə ki, iş materiallarından görünür ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X14 Xidməti tərəfindən Naxçıvan şəhəri Topçubaşov küçəsində yerləşən “ipək yolu" restoranında reyd yoxlamalar keçirilən zaman yoxlama barədə heç bir sənəd təqdim edilməmiş, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestrindən çıxarış, o cümlədən, keçirilən yoxlamanın planlı və ya plandankənar olmasını təsdiqləyən sənədlər sahibkara təqdim edilməmişdir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən sahibkarlar barəsində aparılan yoxlamaların mütləq şəkildə vahid məlumat reyestrində qeydiyyata alınması tələb olunur. Həmin qanunun 3.2-ci maddəsinə görə reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur və belə yoxlamaların nəticələrinə əsaslanaraq inzibati məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycam Respublikası Prezidentinin ## ###### 2011-ci IS tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Aşağıda göstərilən səbəblərə görə Naxçıvan şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə razılaşmır. Bildiririk ki, sözügedən müəssisəyə sahibkarlıq sahəsində tərəfimizdən heç bir yoxlama aparılmamış, "ipək yolu" restoranının sahibkarı Qərardan şikayət verən orqan (şəxs) həmin restoranın dövlət ekoloji ekspertiza rəyi olmadığına görə ## ###### 2025-cı il tarixli *** nömrəli ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması barədə tələb sənədi göndərilmiş və pozuntunun aradan qaldırılması üçün 45 gün müddət verilmişdir. Pozuntunun aradan qaldırılması üçün verilmiş 45 gün müddətin başa çatmasına baxmayaraq Qərardan şikayət verən orqan (şəxs) tərəfindən dövlət ekoloji ekspertiza rəyinin alınması üçün Nazirliyə müraciət daxıl olmamışdır. ## #### 2026-cı il tarixdə dövlət ekoloji ekspertiza rəyi almadığına görə Naxçıvan şəhərində yerləşən “ipək yolu” restoranının sahibkarı Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 541 -ci maddəsi ilə həmin tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və ##.##.2026-cı il tarixdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmışdır. Eyni zamanda "Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 71 -ci maddəsinin 2.6-cı bəndinə əsasən ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasına dair fiziki və hüquqi şəxslərə tələblər irəli sürülə bilər. Həmin qanunun 13-cü maddəsinin 1.4 -cü bəndinə əsasən ətraf mühitin mühafizə sahəsində dövlət nəzarətini həyata keçirən orqanların tələbi ilə lazımi məlumatlar təqdim edilməlidir Naxçıvan MR Eklogiya və Təbii Sərvətlər Nazirliyi yanında X14 Xidmətinin nümayəndələri X1, X13, X3, X7 şikayəti müdafiə edərək, şikayətdə göstərilənlərə istinad edib şikayətin təmin edilməsini və Naxçıvan şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində göstərilənləri qəbul etmədiklərini, Naxçıvan şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının qanuni və əsaslı olduğunu bildirərək şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Inzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işin materiallarını şikayətin dəlilləri və proses iştirakçılarının izahatı ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-*)-*/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti təmin edilərək Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qərarı ləğv edilmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, o inzibati məsuliyyətdən azad edilmişdir. Qərardan aydın olur ki, inzibati xətaya dair məlumat sahibkarlıq fəaliyyətinin qanunsuz yoxlanılması nəticəsində əldə edilmişdir. Hazırkı iş materiallarından da aydın olur ki, həmin məlumat bir daha dəqiqləşdirilməklə həmin inzibati xətanın törədilməsində Qərardan şikayət verən orqan (şəxs) təkrar təqsirləndirilmişdir. Hüquqi müəyyənlik prinsipinin təmin edilməsi baxımından birinci imstansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında* Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə görə reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur və belə yoxlamaların nəticələrinə əsaslanaraq inzibati məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Iş materiallarını, tərəflərin məhkəmə iclasında vermiş olduqları izahatları və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək qeyd edirəm ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X14 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi üçün əsas təşkil etmir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Inzibati Xətalar Məcəlləsinin: - 134.1 və 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin “15” aprel 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X14 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası IXM-in 134.1.1, 136.1, 136.2-ci maddələrini rəhbər tutaraq qərar verdim: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin “15” aprel 2026cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X14 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-1)-33/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-33/2026
01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver