Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-35/2026 04.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Mirzəyev Ilqar Məhərrəm oğlu, məhkəmə iclas katibi Hüseynbəyli Məftunə Firəddin qızının katibliyi, Inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon Icra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi nümayəndə1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Şərur Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından protokolu tərtib etmiş şəxs Şərur rayon Icra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən verilmiş apellyasiya şikayətinə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: ## ##### 2026-cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinin MN ******* nömrəli ##.##.2025-ci il tarixli icra sənədi üzrə yaranmış 8380 manat inzibati cəriməni ödəməkdən yayınmışdır. Nəticədə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt icra məmurunun qanuni tələblərinin yerinə yetirməməsi ilə təsdiq edilir. Şərur Rayon Məhkəməsinin (hakim İ.C.Zeynalov) ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində icra sənədi üzrə məcburi icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Qərardan protokolu tərtib etmiş şəxs Şərur rayon Icra və Probasiya şöbəsinin icra məmuru X1 ## ### 2026-cı il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək, Şərur Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarının ləğv edilməklə inzibati protokol tərtib edilmiş şəxs - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Protokolu tərtib etmiş şəxs Şərur rayon Icra və Probasiya şöbəsinin icra məmuru X1 şikayətində qeyd etmişdir ki, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Xidməti tərəfindən verilmiş MN ******* nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 8380 (səkkiz min üç yüz səksən) manat inzibati cərimə alınaraq dövlət nəfinə ödənilməlidir. Icra sənədi ## ###### 2026-cı il tarixdə Şərur Rayon Icra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Icra sənədinin icraata qəbul edilməsinə dair “Icraata başlama haqqında” qərar “Tələbin könüllü icrası barədə” bildirişlə bərabər borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ogluna göndərilmişdir. Qərar və bildirişdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin 10 gün müddətinə könüllü təmin edilməsi təklif olunmuş, tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. ## #### 2026-cı iI tarixdə borclunun Şərur rayon, Maxta kəndində yerləşən yaşayış evinə tərəfimizdən baxış keçirilmiş və borclunun adına icra sənədi üzrə tələbin yönəldilə biləcəyi heç bir əmlak növü aşkar edilməmişdir. Borclu tələbi icra etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmışdır. Şərur Rayon Icra və Probasiya şöbəsi tərəfindən Inzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi iIə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində MN ******* nömrəli, ## ##### 2026-cı iI tarixli protokol tərtib edilərək Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Şərur Rayon Məhkəməsinin qərarı ilə inzibati protokola xitam verilmişdir. Məhkəmə qəbul etdiyi qərarını onunla əsaslandırmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumunda qeyd edilir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, məhz həmin müddət ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. X3 Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq inzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir. Hesab edirəm ki, Konstitusiya Məhkəməsinin Plenum qararında qeyd olunan hissəyə dair heç bir müddət pozuntusu ötürülməmişdir və IXM 150.9-cu maddəsinə uyğun olaraq fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, dövlət icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Əlavə olunan sənədlərdən görünür ki, sözügedən icra sənədi ## ###### 2026-cı iI tarixdə Şərur Rayon Icra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Icra məmuru icra sənədini qanunauyğun olaraq məcburi icraya yönəltdikdən 2 ay müddət bitdikdan sonra IXM-nin 529.1-ci maddəsi iIə protokol tərtib etmişdir. IXM-nin 38.1-ci maddəsində qeyd olunur ki, Inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Inzibati xətanın törədildiyi gün - icra sənədinin məcburi icraya yönəldildiyi gündən 2 ay müddət keçdikdən sonra yaranmışdır, yəni ## #### 2026-cı ildən. Məhz ## #### 2026-cı ildən sonra 4 ay müddət keçmədiyi üçün protokola xitam verilməsi tamamilə qanunaziddir. Məhkəmənin qəbul etdiyi qərar iIə razı deyiləm, hesab edirəm ki, məhkəmə qarar qəbul edərkən işin faktiki hallarını hər tərəfli araşdırmamı və gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 129-cu və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 129.1.1-ci maddələrinə istinad edilmişdir. Şikayətə baxılması ilə əlaqədar keçirilən məhkəmə baxışı iclasında protokolu tərtib etmiş şəxs Şərur rayon Icra və Probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarının ləğv edilməklə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Şikayətə baxılması ilə əlaqədar keçirilən məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Şikayətə baxılması ilə əlaqədar keçirilən məhkəmə baxışı iclasında Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi nümayəndə1 birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Inzibati xəta haqqında işin materiallarını şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, mübahisə olunan qərardan görünür ki, inzibati xəta haqqında işə baxan hakim inzibati materialı araşdıraraq və toplanmış sübutlara məcmu halda qiymət verərək iş üzrə icraatı aparan icra məmuru tərəfindən zəruri icra tədbirləri aparılmaması və icra sənədinin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş məcburi icra tədbirləri görülməməsi qənaətinə gələrək başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində icra sənədi üzrə məcburi icra tədbirlərinin davam etdirilməsinə dair yekun nəticəyə gəlmişdir. Iş materiallarında olan: - ##.##.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixdə saat 23:50-də Şərur rayon Zeyvə kəndinin magistral avtomobil yolunun mühafizə zolağında yerləşən yaşıllıq sahəsində 7 (yeddi) ədəd çinar, 2 (iki) ədəd tuya ağacını sındıraraq məhv etmişdir. -##.##.2025-ci il tarixli “inzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 253.3.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab edilərək törətdiyi inzibati xətaya görə 5000 (beş min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. - ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra məmuru tərəfindən iş üzrə icraata başlanılmışdır. - ##.##.2026-cı il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrası haqqında bildiriş borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanına göndərilmişdir. Məhkəmə işin materiallarını və tətbiq edilən hüquq normalarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, sübutlara obyektiv və hərtərəfli qiymət vermişdir. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə, məhkəmə baxışı zamanı inzibati işin materiallarını təhlil edərək qeyd edir ki, Inzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Inzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinə əsasən, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.9-cu maddəsinə müvafiq olaraq, fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 150.9 və 529.1-ci maddələrinə uyğun olaraq, müvafiq inzibati xəta haqqında protokol qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilmədikdə və nəticədə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdə, həmin Məcəllənin 38.1, 53 və 109.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilir. Şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1 və ya 529.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilə bilmədikdə onun barəsində qəbul edilmiş inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərar üzrə məcburi icra tədbirləri davam etdirilir. Şəxsin inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb edilməsi istisna olunur. Inzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti və əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir. Inzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsi bir qayda olaraq inzibati xəta haqqında protokolun inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra tərtib edilməsini tələb edir. Işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Inzibati araşdırma aparıldığı hallarda isə inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir (Inzibati Xətalar Məcəlləsinin 101.2 və 101.3cü maddələri). Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin II hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2022-ci il # #### tarixli Qərar). Sadalanan maddələrdən göründüyü kimi, qanunverici inzibati cərimənin tətbiqi haqqında qərarın icrasını təmin etmək üçün müxtəlif qanuni vasitələr nəzərdə tutmuş və icra məmurlarının üzərinə bu vasitələrdən istifadə etməklə qərarların vaxtında icrasının təmin edilməsi vəzifəsini qoymuşdur. Dövlət orqanlarının üzərinə qoyulmuş vəzifələrin vaxtında və layiqincə icrası isə cəmiyyətin hər bir üzvünün maraqlarının qorunmasına xidmət etməklə yanaşı, ictimai qaydanın mühafizəsini də təmin etmiş olur. Əks hal barəsində inzibati tənbeh tətbiq edilmiş şəxslərdə tənbehin icrasından yayınmağın mümkünlüyü düşüncəsini yaratmaqla, inzibati xətalar qanunvericiliyinin qarşısında duran vəzifələrin həyata keçirilməsinə xələl gətirmiş olar. Qanunverici məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı məsələləri tənzimləyərkən icra məmurlarına müvafiq qərarın icrasının təmin olunması ilə bağlı hərəkətlərin həyata keçirilməsində mülahizə sərbəstliyi verməkdən çəkinməklə, icra məmurları tərəfindən görülə biləcək tədbirlərin dairəsini, icra müddətlərini, o cümlədən digər prosessual məsələləri dəqiq müəyyən etmişdir. Inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidir. Beləliklə, inzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, məhz həmin müddət ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. X3 Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq inzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir. (Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2023-cü il tarixli qərar). Cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarın qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə Inzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə dair protokol icra məmuru tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilmədikdə və nəticədə həmin xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi halda, məhkəmə tərəfindən Inzibati Xətalar Məcəlləsinin 38.1, 53 və 109.2-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi işi yetərincə və obyektiv şəkildə araşdırmış və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində icra sənədi üzrə məcburi icra tədbirlərinin davam etdirilməsi qənaətinə gəlməkdə qanuni, ədalətli və haqlı olmuşdur. Belə ki, şikayətin dəlilləri əsassız olmaqla birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin hüquqi əsasını təşkil etmir. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, protokolu tərtib etmiş şəxs Şərur rayon Icra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizə xarakteri daşıdığından əsassızdır, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12-ci mаddəsinə əsasən bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. - 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. - 134.1 və 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı inzibati iş üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, iş üçün əhəmiyyət kəsb edən halların araşdırılmaması iş materialları ilə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Şərur Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından protokolu tərtib etmiş şəxs Şərur rayon Icra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən verilmiş şikayət təmin edilməməli, Şərur Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənləri və Inzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136.1, 136.2-ci maddələrini rəhbər tutaraq qərar verdim: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Şərur Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından protokolu tərtib etmiş şəxs Şərur rayon Icra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-1)-35/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-35/2026
04.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver