Məhkəmə qərarları › İş №3(3-1)-36/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-36/2026

05.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-36/2026 05.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Quliyev Vüqar Kərim oğlu X3 məhkəmə iclas katibliyi, Naxçıvan MR Eklogiya və Təbii Sərvətlər Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə Şərur Rayon Məhkəməsinin “01” may 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq m ü ə y y ə n e t d i m: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş ##.##.2026cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Şərur Rayon Məhkəməsinin (hakim Zeynalov İlkin Cəlal oğlu) “01” may 2026-cı il tarixli, *(*- **)-**/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində icra sənədi üzrə məcburi icra tədbirləri davam etdirilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 ## ### 2026-cı il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarı ləğv edilməklə inzibati protokol tərtib edilmiş şəxs - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Həsən oğlunun İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbi Sərvətlər Nazirliyinin X8 Xidməti tərəfindən verilmiş MN ******* saylı, ## ####### 2025-ci il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Həsən oğlundan 8460 (səkkiz min dörd yüz altmış) manat inzibati cərimə alınaraq dövlət nəfinə ödənilməlidir. İcra sənədi ## ###### 2026-cı il tarixdə Şərur Rayon icra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədinin icraata qəbul edilməsinə dair “icraata başlama haqında” qərar “Tələbin könüllü icrası barədə” bildirişlə bərabər borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Həsən oğluna göndərilmişdir. Qərar və bildirişdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Həsən oğluna tələbin 10 gün müddətinə könüllü təmin edilməsi təklif olunmuş, tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. ## #### 2026-cı il tarixdə borclunun Şərur rayon, Maxta kəndində yerləşən yaşayış evinə tərəflərindən baxış keçirilmiş və borclunun adına icra sənədi üzrə tələbin yönəldilə biləcəyi heç bir əmlak növü aşkar edilməmişdir. Borclu tələbi icra etməmiş icra hərəkətlərinin həyata keçirilməsindən yayınmışdır. Şərur Rayon İcra və Probasiya şöbəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.1 -ci maddəsi ilə - Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan İnzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Həsən oğlu barəsində MN ******* nömrəli, ## ##### 2026-cı il tarixli protokol tərtib edilərək Şərur rayon Məhkəməsinə göndərilmişdir. Şərur rayon Məhkəməsinin qərarı ilə inzibati protokola xitam verilmişdir. Məhkəmə qəbul etdiyi qərarını onunla əsaslandırmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, məhz həmin müddət ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. Həmçinin inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq inzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir. Hesab edirəm ki, Konstitusiya Məhkəməsinin Plenum qərarında qeyd olunan hissəyə dair heç bir müddət pozuntusu ötürülməmişdir və İXM 150.9-cu maddəsinə uyğun olaraq fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, dövlət icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Əlavə olunan sənədlərdən də görünür ki, sözügedən icra sənədi ## ###### 2026-cı il tarixdə Şərur Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. İcra məmuru icra sənədini qanunauyğun olaraq məcburi icraya yönəltdikdən 2 ay müddət bitdikdən sonra İXM-nin 529.1 -ci maddəsi ilə protokol tərtib etmişdir. İXM-nin 38.1-ci maddəsində qeyd olunur ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. İnzibati xətanın törədildiyi gün - icra sənədinin məcburi icraya yönəldildiyi gündən 2 ay müddət keçdikdən sonra yaranmışdır, yəni ## #### 2026-cı ildən. Məhz ## #### 2026-cı ildən sonra 4 ay müddət keçmədiyi üçün protokola xitam verilməsi tamamilə qanunaziddir. Məhkəmənin qəbul etdiyi qərar ilə razı deyil, hesab edir ki, məhkəmə qərar qəbul edərkən işin faktiki hallarını hərtərəfli araşdırmamış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 şikayəti müdafiə edərək göstərilənlərə istinad edib Şərur Rayon Məhkəməsinin “01” may 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarının ləğv edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 529.1ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Naxçıvan MR Eklogiya və Təbii Sərvətlər Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi nümayəndə1 şikayətdə göstərilənləri qəbul etməyərək Şərur Rayon Məhkəməsinin “01” may 2026cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarının qanuni və əsaslı olduğunu qeyd edib sözügedən qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində göstərilənləri qəbul etdiyini, qeyd olunan məbləği ödəməsi üçün imkanının olmadığını göstərərək qanuni qərar qəbul edilməsini xahiş etdi. İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işin materiallarını şikayətin dəlilləri və proses iştirakçılarının izahatı ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9 və 529.1-ci maddələrinə uyğun olaraq, müvafiq inzibati xəta haqqında protokol qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilmədikdə və nəticədə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdə, həmin Məcəllənin 38.1, 53 və 109.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1 və ya 529.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilə bilmədikdə onun barəsində qəbul edilmiş inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərar üzrə məcburi icra tədbirləri davam etdirilir. Şəxsin inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb edilməsi istisna olunur. İş materiallarını, tərəflərin məhkəmə iclasında vermiş olduqları izahatları və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək qeyd edirəm ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi üçün əsas təşkil etmir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. İnzibati Xətalar Məcəlləsinin: - 134.1 və 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə Şərur Rayon Məhkəməsinin “01” may 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şərur Rayon Məhkəməsinin “01” may 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-in 134.1.1, 136.1, 136.2-ci maddələrini rəhbər tutaraq qərar verdim: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə Şərur Rayon Məhkəməsinin “01” may 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin “01” may 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət verilə bilməz. Hakim: Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar