Məhkəmə qərarları › İş №3(3-1)-37/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-37/2026

23.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-37/2026 23.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib edilmiş protokola baxılmasına dair inzibati xəta haqqında iş Açar sözlər: İçməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, ...) təyinatsız axıdılması Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu, Seyidova Mehriban Mehdi qızının katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti ** saylı X2 nümayəndəsi nümayəndə1 və barəsində inzibati tənbeh tətbiq edilən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib edilmiş protokola baxılmasına dair inzibati xəta haqqında iş üzrə Babək Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İ. Birinci instansiya məhkəməsində icraat

1. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti ** saylı X2 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş ## ##### 2026cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Nehrəm kəndinin inzibati ərazisində yerləşən “Alaqapı” restoranında ##.##.2026-cı ildə restoranda formalaşan məişət, tullantı suları təyinatsız olaraq axıdılması fatkı aşkarlanaraq nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinin ## #### 2026-cı il tarixli, *-**-*-**-*/*-****/**** nömrəli məktubundan görünür ki, fiziki şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2004-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş vo ona ********** nömrəli VÖEN (Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) verilmiş, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2026-cı il tarixli, **/*** nömrəli məktubundan görünür ki, qeyd olunan torpaq sahəsi Babək rayon Nehrəm qəsəbə ərazi vahidinin sərhədləri daxilində yerləşən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istifadəsində, bələdiyyə mülkiyyətində olan, sənaye, nəqliyyat, rabitə, müdafiə ve digər təyinatlı torpaqlar kateqoriyasına aid torpaq sahəsidir. Babək rayon Nehrəm Bələdiyyəsinin ##.##.2026-cı il tarixli, ** nömrəli məktubundan görünür ki, Nehrəm Bələdiyyəsinin ##.##.1999-cu il tarixli, * nömrəli qərarı ilə 0,5 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi sahibkarlıq məqsədi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 99 il müddətinə icarəyə verilmişdir.

2. Babək Rayon Məhkəməsinin (hakim A.Əhmədova) ## ### 2026-cı il tarixli *(*-**)- **/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir.

3. Babək Rayon Məhkəməsinin (hakim A.Əhmədova) ## ### 2026-cı il tarixli *(*-**)- **/**** nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə şikayətlə müraciət edərək Babək Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarının bütövlükdə ləğv olunmasını və aparılmış inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Şikayətin dəlilləri və izahatlar a) Şikayətin dəlilləri

4. Barəsində inzibati tənbeh tətbiq edilən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, məhkəmə iclasında bildirdiyi kimi təqsirli deyil, gələn nümayəndələrdən hansı qurumdan gəldiklərini soruşduqda ona Nazirlər Kabinetinin qərarı əsasında gəldiklərini bildirmişlər. Daha sonra tanış olmaq üçün qərarı tələb etsə də, qərarı ona göstərməmişlər, bu hal məhkəmə tərəfindən araşdırılmamış və hüquqi qiymət verilməmişdir. "Alaqapı" restoranının sahibkarı o olmamasına baxmayaraq, məhkəmə həmin halı dəqiqləşdirmədən yalnız torpaq sahəsinin icarəçisi olmağını əsas götürərək onu məsuliyyətə cəlb etmiş, bundan başqa, sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların aparılması da qadağan olunmuş, həmçinin inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş yoxlama tədbirlərinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi sübuta yetirilməmişdir. Eyni zamanda fotoşəkillər və videogörüntülər tullantı sularının məhz onun tərəfindən təyinatsız axıdıldığını birmənalı şəkildə təsdiq etmir. Həmçinin məhkəmə iclasında nümayəndələrin özləri də bildirmişlər ki, ağacların dibinə axan su borularını videoya çəkməmişlər. Bundan əlavə, məhkəmə qərarında vəzifəli şəxs olmağı əsas götürülərək onun barəsində 800 manat məbləğində inzibati cərimə tətbiq edilmiş, qərarda onun vəzifəli şəxs statusunda olduğu müəyyən edilmədiyi halda vəzifəli şəxslər üçün nəzərdə tutulan məbləğdə cərimənin tətbiqi qanunvericiliyin tələblərinə ziddir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

5. Barəsində inzibati tənbeh tətbiq edilən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında çəkiliş edən şəxslərə yaxınlaşdığını, əməkdaşların ərazini kameraya çəkə-çəkə ona “bu su hara axır? dediklərini, onlara həmin yeri göstərərək “yer qazmışıq, yerə gedir” dediyini, əməkdaşların Nazirlər Kabinetinin qərarını ona göstərmədiklərini, orada su kranları çəkdiyini, bəzilərini yol idarəsinin ağaclarına qoyduğunu bildirərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Suallara cavabında qazdıqları yerin də özünə məxsus olan ərazi olduğunu, oranın küçə, bələdiyyə ərazisi olmadığını, orada yarım hektar yerinin olduğunu, öz mülkiyyətində olan ərazi olduğunu, hətta orada yerləşən qaz borusunun da onun ərazisindən keçdiyini, qaz borusundan əkin sahəsinə istiqamətdə 6 metrin onun ərazisinə daxil olduğunu, tullantı sularının öz ərazisindən keçdiyini, sadəcə olaraq həmin ərazinin hasarlanmağa icazə verilmədiyini, öz mülkiyyətində olan əraziyə su axıtdığına görə barəsində protokol tərtib edildiyini, əməkdaşların obyektin içərisinə girmədiklərini, kənarda olduqlarını, obyekti özünün işlətdiyini, protokol tərtib edən orqanın heç bir araşdırma aparmadan və heç bir sənəd təqdim etmədən onlara cərimə yazdığını, 30 ildir ki, quyunu qazdığını və suyun axıdıldığını, suyun yenədə həmin yerə axıdıldığını, həmin ərazidə kanalizasiya sisteminin olmadığını, elə olduğu təqdirdə obyektin sökülməli olduğunu, Nehrəm qəsəbəsində minlərlə elə quyunun qazıldığını, əməkdaşların ona izah etsələr və şərait yaratsaydılar problemi çox qısa zamanda aradan qaldıracağını, hal-hazırda o qaydada suyun həmin arxa axıdıldığını, məhkəmə prosesi davam etdiyi üçün hələ də düzəltmədiyini bildirdi.

6. İnzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi nümayəndə1 izahatında tullantı sularının çöldə arxa töküldüyünü, orada quyunun olmadığını, videodan da suyun arxa töküldüyünün göründüyünü, şəxsin özünün bələdiyyədən icarəyə götürdüyü ərazinin 0,5 hektar olduğunu, həmin ərazinin də restoranın yerləşdiyi ərazi olduğunu, həmin arxın yerləşdiyi yerin şəxsin mülkiyyətində olmadığını, bununla bağlı Əmlak komitəsinə də məktub ünvanladıqlarını, oradan sadəcə olaraq bir arxın getdiyini, həmin arxın da əkin sahələrini suvarmaq üçün olduğunu, həmin əraziyə Nazirlər Kabinetinin *** nömrəli qərarı əsasında getdiklərini, mərkəzi kanalizasiya sistemi olmayan yerlərdə şamboların qazılmasının standartlarının olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Suallara cavabında şəxsin obyektinin içərisinə ümumiyyətlə girmədiklərini, suyun axıdıldığı həmin yerin bələdiyyənin mülkiyyətində olduğunu, sırf suyun axıdıldığı yerin bələdiyyə mülkiyyətində olması ilə bağlı sənəd almadıqlarını, həmin ərazinin koordinatlarını götürərək kimin mülkiyyətində olmasını müəyyənləşdirmədiklərini, restoranın yerləşdiyi yerlə bağlı sənəd aldıqlarını bildirdi.

7. İş üzrə tərəflərin və mütəxəssisin iştirakı ilə tullantı suların axıdıldığı yerə baxış keçirilmiş, koordinatlar götürülmüş və Azərbaycan Respublikası Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nə tullantı sularının axıdıldığı torpaq sahəsinin kordinatının mülkiyyətçisinin və ya qanuni sahibinin müəyyən edilməsi məqsədilə sorğu verilmiş, Xidmət tərəfindən verilmiş ## #### 2026-cı il tarixli **/*** nömrəli məktuba əsasən Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən verilmiş ##.##.2004-cü il tarixli, *** qeydiyyat nömrəli “Mülkiyyət hüququ haqqında” Şəhadətnaməyə əsasən Naxçıvan-Culfa avtomobil yolunundan Nehrəm qəsəbəsinə ayrılan yolun sol tərəfində yerləşən, ümumi sahəsi 262,3 m2 olan iaşə obyekti Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xüsusi mülkiyyətinə verilmiş, Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin tabeliyində olan Texniki inventarlaşdırma şöbəsi tərəfindən tərtib olunmuş ##.##.2004-cü il tarixli 000351 inventar nömrəli texniki pasportda qeyd olunmuş torpaq sahəsinin sxeminə əsasən tullantı sularının axıdıldığı torpaq sahəsi xidmətin informasiya bazasında bələdiyyə mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid torpaq sahəsi kimi uçota alınmışdır. III. Hüquqi məsələlər c) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

8. Maddə 262.2.3. Su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

9. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

10. Maddə 6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. (Qanunçuluq prinsipi)

11. Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. (Təqsirsizlik prezumpsiyası prinsipi)

12. Maddə 17. Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. IV. Məhkəmənin hüquqi mövqeyi

13. Məhkəmə iş materiallarını, birinci instansiya məhkəməsinin qərarını, şikayətin dəlillərini və məhkəmə iclasında verilmiş izahatları araşdıraraq hesab edir ki, Babək Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti isə təmin edilməməlidir.

14. Belə nəticəyə gələrkən məhkəmə ilk növbədə nəzərə alır ki, İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar sübut hesab olunur.

15. İş materiallarından görünür ki, Xidmətin ** saylı X2 əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı Babək rayonu Nehrəm qəsəbəsində məişət və tullantı sularının təmizlənmədən və hər hansı xüsusi qurğu vasitəsilə zərərsizləşdirilmədən plastik boru vasitəsilə əkin sahələrinin suvarılması üçün istifadə olunan arxa axıdılması faktı aşkar edilmiş, həmin tullantı suların “Alaqapı” adı ilə fəaliyyət göstərən restoranda formalaşdığı müəyyən edilmiş, həmin fakt inzibati xəta haqqında protokol, akt və fotoşəkillər ilə təsdiq edilmişdir.

16. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tullantı sularının axıdıldığı yerin özünə məxsus torpaq sahəsinin hüdudlarında yerləşdiyini, həmin ərazinin küçə və ya bələdiyyə torpağı olmadığını bildirmiş, bununla əlaqədar olaraq məhkəmə tərəfindən yerində baxış keçirilmiş, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu verilmiş, sorğuya cavab olaraq Naxçıvan-Culfa avtomobil yolundan Nehrəm qəsəbəsinə ayrılan yolun sol tərəfində yerləşən ümumi sahəsi 262,3 kvadratmetr olan iaşə obyekti Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xüsusi mülkiyyətində olsa da, texniki pasport və torpaq sahəsinin sxemi əsasında aparılmış araşdırma nəticəsində tullantı sularının axıdıldığı torpaq sahəsinin Xidmətin informasiya bazasında bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi uçota alındığı müəyyən edilmişdir. Beləliklə, səlahiyyətli dövlət orqanının təqdim etdiyi rəsmi məlumatla tullantı sularının axıdıldığı ərazinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xüsusi mülkiyyətində və ya qanuni istifadəsində olan torpaq sahəsinə aid olmadığı, bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşdiyi təsdiq edilmiş, bu səbəbdən şikayətçinin tullantı sularını yalnız öz torpaq sahəsinə axıtması barədə izahatı iş materialları ilə təkzib olunmuşdur.

17. Şikayətdə göstərilən, yoxlama aparılarkən səlahiyyətli şəxslərin əsaslandırıcı sənədləri təqdim etməmələri barədə dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında ## ###### 2026-cı il tarixli ** nömrəli sərəncam mövcuddur və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin əməkdaşları tərəfindən nəzarət tədbirinin həmin sərəncam əsasında keçirildiyi müəyyən olunur. Bundan başqa, inzibati məsuliyyətin əsasını sahibkarlıq sahəsində yoxlamanın keçirilməsi nəticəsində əldə olunmuş faktlar deyil, bələdiyyə mülkiyyətində aşkar olunmuş çirkab sularla bağlı araşdırmanın nəticəsində əldə olunmuş faklar təşkil edir. Bu səbəbdən həmin dəlil qərarın ləğvi üçün əsas hesab edilə bilməz.

18. Şikayətdə "Alaqapı" restoranının sahibkarının özü deyil, həyat yoldaşı olması barədə göstərilən dəlilə gəldikdə isə, iş materiallarında olan Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məktubundan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vergi ödəyicisi kimi qeydiyyatda olduğu, bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpağın icarəyə verilməsi haqqında ##.##.1999-cu il tarixli * nömrəli müqavilədən isə Babək rayon Nehrəm Bələdiyyəsinin həmin obyektin yerləşdiyi torpaq sahəsini sahibkarlıq fəaliyyəti məqsədilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 99 il müddətinə icarəyə verdiyi müəyyən edilir. Həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmçinin məhkəmə iclasında nümayəndələr ona desə idilər, bu nöqsanı aradan qaldıracağını bildirmişdir. Bu baxımdan həmin dəlil də əsassız hesab edilir.

19. Məhkəmə qərarda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətində göstərdiyi onun vəzifəli şəxs statusunda olduğu müəyyən edilmədiyi halda vəzifəli şəxslər üçün nəzərdə tutulan məbləğdə cərimənin ona tətbiq olunması ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uzun müddətdir vergi ödəyicisi kimi qeydiyyatda olan sahibkarlıq fəaliyyəti subyektidir və ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilmişdir. Eyni zamanda iş materiallarında olan icarə müqaviləsindən görünür ki, sahibkarlıq fəaliyyəti məqsədilə 0,5 hektar torpaq sahəsi ona 99 il müddətinə icarəyə verilmiş, məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs da obyektin fəaliyyətini faktiki olaraq özünün həyata keçirdiyini, obyekti özünün işlətdiyini və həmin obyektlə bağlı məsələləri şəxsən həll etdiyini etiraf etmişdir. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xətanın törədildiyi zaman obyektin fəaliyyətinə rəhbərlik edən, onun istismarı ilə bağlı qərarlar qəbul edən və qanunvericiliyin tələblərinə riayət olunmasına cavabdeh şəxs kimi çıxış etmişdir. Buna görə də onun əməli vəzifəli şəxs qismində qiymətləndirilmiş və barəsində İXM-in 262.2.3-cü maddəsinin vəzifəli şəxslər üçün nəzərdə tutulan sanksiyası tətbiq edilmişdir.

20. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətində fotoşəkillərin və videogörüntülərin onun təqsirini təsdiq etməməsi barədə dəlili də iş materialları ilə təkzib olunur. Belə ki, fotoşəkillərdən obyektdən çıxan tullantı sularının təyinatı üzrə xüsusi qurğulara deyil, birbaşa ətraf əraziyə və suvarma arxına istiqamətləndirildiyi aydın görünür. Həmçinin Ə.Əliyev məhkəmə iclasında özü də sonradan çirkab sularının yığılması üçün quyu qazdırdığını etiraf etmiş, bu hal da tullantı sularının qanunvericiliyin tələblərinə uyğun qaydada utilizasiya edilmədiyini təsdiq edir.

21. İş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcuddur, onun təqsiri iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə tam təsdiq olunur. Şikayətdə göstərilən hallar isə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü şübhə altına almaq üçün kifayət etmir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilməsin. Babək Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Hakim Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar