Məhkəmə qərarları › İş №3(3-1)-42/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-42/2026

10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-42/2026 10.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş Açar sözlər: Birinci instansiya məhkəməsində şikayət təmin olunmamış, apellyasiya icraatında apellyasiya şikayətindən imtina edilmiş, apellyasiya şikayətinin baxılmasına xitam verilmiş. Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu, Seyidova Mehriban Mehdi qızının katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə Şahbuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim:

1. Şahbuz Rayon Məhkəməsinin (hakim D.Səfərov) ## #### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Şahbuz Rayon Polis Şöbəsinin yol patrul xidməti inspektoru, R X1 ##.##.2026-cı il tarixli, İXP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsi və ##.##.2026-cı il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməmişdir.

2. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək, Şahbuz Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, barəsində qəbul edilmiş TP******* nömrəli ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində aparılan inzibati icraata xitam verilməsini xahiş etmişdir.

3. Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixdə "Elektron Məhkəmə" şəxsi kabinet vasitəsilə ərizə ilə müraciət edərək Şahbuz Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli *(*-**)-**/**** nömrəli qərarından verdiyi şikayətə dair tərəflə razılıq əldə etdiyini, gələcəkdə bu barədə şikayət və tələbinin olmayacağını bildirərək apellyasiya şikayətinə xitam verilməsini xahiş etmişdir.

4. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il # ###### tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin.

5. Şikayətdən imtina ilə bağlı məsələ inzibati xətalar qanunvericiliyi ilə tənzimlənmədiyindən cinayət-prosessual qanunvericiliyi analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiq edilməlidir.

6. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 396-cı maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır.

7. Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətindən imtina etməsi könüllü xarakter daşıyır və bu barədə iradəsi məhkəməyə yazılı şəkildə təqdim edilmiş ərizədə aydın ifadə olunmuşdur.

8. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya tələbindən imtina edilməsi barədə ərizə təmin edilməli, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə Şahbuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) apellyasiya tələblərindən imtina etdiyindən apellyasiya şikayətində irəli sürülmüş dəlillərin mahiyyəti üzrə araşdırılmasına zərurət qalmamışdır.

9. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 396-cı maddəsini rəhbər tutaraq, qərara aldım: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya tələbindən imtina edilməsi barədə ərizə təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə Şahbuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Hakim Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar