Məhkəmə qərarları › İş №3(3-1)-43/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-43/2026

13.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-43/2026 13.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Qərardan şikayət verən orqan (şəxs) Çölü oğlunun inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatətinə dair inzibati xəta haqqında iş üzrə Açar sözlər: İnzibati xəta haqqında işlər üzrə qərardan şikayət vermə müddətinin bərpa edilməsi üçün vəsatət verilmiş, birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpasından imtina edilmiş, apellyasiya icraatında qərardad ləğv edilmiş və yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmiş. Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu, Seyidova Mehriban Mehdi qızının katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) Çölü oğlunun inzibati xəta haqqında iş üzrə qərarlardan şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatətlərinə dair inzibati xəta haqqında iş üzrə Kəngərli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərardadından Qərardan şikayət verən orqan (şəxs) Çölü oğlu tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İ. Birinci instansiya məhkəməsində icraat

1. Qərardan şikayət verən orqan (şəxs) Çölü oğlunun barəsində inzibati xəta haqqında qərarlardan verilmiş şikayətlərə dair 3(5-87)-47/2026, 3(5-87)-48/2026, 3(5-87)-49/2026, 3(5- 87)-50/2026, 3(5-87)-51/2026, 3(5-87)- 52/2026, 3(5-87)-53/2026, 3(5-87)-54/2026, 3(5-87)- 55/2026, 3(5-87)-56/2026, 3(5-87)- 57/2026, 3(5-87)-58/2026, 3(5-87)-59/2026, 3(5-87)- 60/2026, 3(5-87)-61/2026, 3(5-87)- 63/2026, 3(5-87)-64/2026, 3(5-87)-65/2026, 3(5-87)- 66/2026, 3(5-87)-67/2026, 3(5-87)- 68/2026, 3(5-87)-69/2026, 3(5-87)-70/2026, 3(5-87)- 71/2026, *(*-**)-**/**** nömrəli işlər eyni vaxtda baxılması üçün Kəngərli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə *(*-**)-**/**** nömrəli işlə birləşdirilmiş, Qərardan şikayət verən orqan (şəxs) Çölü oğlu həmin qərarlardan şikayət vermək üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatətlər vermişdir.

2. Kəngərli Rayon Məhkəməsinin (hakim İ.İbrahimov) ## #### 2026-cı il tarixli, *(*-**)- **/**** nömrəli qərardadı ilə şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Çölü oğlunun EQ ******** nömrəli protokol üzrə qəbul edilmiş ##.##.2024-cü il tarixli qərardan və icraatı birləşdirilmiş digər işlər üzrə qərarlardan şikayət vermə müddətinin bərpa olunmasına dair vəsatətləri rədd edilmiş və qərarlardan şikayət vermək üçün buraxılmış müddətlər bərpa edilməmiş, həmin qərarlardan verilmiş şikayətlərin məhkəmənin icraatına qəbulundan və məhkəmə baxışının keçirilməsindən imtina edilmişdir.

3. Qərardaddan Qərardan şikayət verən orqan (şəxs) Çölü oğlu şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək, Kəngərli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərardadının tamamilə ləğv edilməsini, EQ ******** nömrəli protokol və birləşdirilmiş digər inzibati xəta işləri üzrə qərarlardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunmasını və inzibati xəta haqqında işlər üzrə şikayətlərin məhkəmə icraatına qəbul edilməsi və obyektiv halların, o cümlədən (Qərardan şikayət verən orqan (şəxs) xətanın subyekti olmaması faktının) araşdırılması məqsədilə mahiyyəti üzrə baxılması üçün işin Kəngərli Rayon Məhkəməsinə geri göndərilməsini xahiş etmişdir. II. Şikayətin dəlilləri və izahatlar a) Şikayətin dəlilləri

4. Qərardan şikayət verən orqan (şəxs) Çölü oğlu şikayəti onunla əsaslandırmışdır ki, Kəngərli Rayon Məhkəməsi şikayət müddətinin ötürülməsini üzürsüz hesab edərkən əsas mülahizə kimi göstərmişdir ki, onun tərəfindən obyektiv reallığı və avtomobilin iradəsindən kənar gizlədilməsini təsdiq edən Gəncə şəhər Baş Polis İdarəsinin təhqiqatçısı tərəfindən qəbul edilən qərar imzalanmamışdır. Hal-hazırda həmin dövlət sənədinin - Gəncə şəhər BPİ-nin ## ##### 2026-cı il tarixli HK */*** saylı təhqiqat qərarının rəsmi qaydada imzalanmış əsli (orijinalı) onun tərəfindən hazırkı şikayətə əlavə olunur. Sənədin əslinin təqdim edilməsi birinci instansiya məhkəməsinin yeganə imtina arqumentini tamamilə əsassız edir və müddətin bərpası üçün qanuni zəmin yaradır. Şikayətə əlavə olunmuş Gəncə şəhər BPİ-nin HK */*** saylı rəsmi qərarı ilə hüquqi və subyektiv baxımdan tam təsdiq olunmuşdur ki, sözügedən avtomobil 2024-cü ilin mart ayından etibarən mülkiyyətçinin və onun iradəsindən kənar, tamamilə başqa bir şəxs - Ravil Musayev tərəfindən qanunsuz mənimsənilmiş, gizlədilmiş və idarə olunmuşdur. Mülkiyyətçinin uzunmüddətli fərdi axtarışlarından sonra avtomobil yalnız ##.##.2025-ci il tarixində Goranboy rayonu ərazisində təkrar hərəkət edərkən aşkar edilmişdir. Ən əsası və təkzibolunmaz fakt: inzibati xətaların (radarların) qeydə alındığı tarixlərdə və saatlarda o, xətaların baş verdiyi rayonların ərazisində ümumiyyətlə olmamış, həmin vaxtlarda o rəsmi olaraq Bakı şəhərində yerləşən iş yerində olmuş, funksional əmək vəzifələrini icra etmiş və Bakı şəhərinin hüdudlarını tərk etməmişdir. Şəxsin Bakı şəhərində iş başında olduğu bir vaxtda, onun iradəsindən kənar qaçırılmış avtomobillə digər bölgələrdə törədilən xətalara görə məsuliyyətə cəlb edilməsi qanunçuluq prinsipinə kökündən ziddir. Xətanın subyekti olmayan şəxsin müraciətinə formal müddət bəhanəsi ilə baxmaqdan imtina edilməsi maddi hüquq normalarının pozulmasıdır. Birinci instansiya məhkəməsi iddia edir ki, 2 il əvvəl qəbul edilmiş qərarlardan şəxsin xəbərsiz olması qeyri-mümkündür. Lakin məhkəmə nəzərə almamışdır ki, avtomobil gizlədildiyi üçün elektron qərarlar barədə məlumatlar vaxtında ona çatmamış, əlində avtomobilin başqası tərəfindən qanunsuz idarə olunduğunun təsdiq edəcək heç bir rəsmi dövlət sənədi olmamışdır. Gəncə şəhər BPİ-nin rəsmi qərarı ## ##### 2026-cı il tarixində çıxarıldıqdan dərhal sonra məhkəməyə müraciət edilmişdir. Bu səbəbdən müddətin ötürülməsi tamamilə obyektiv və ondan asılı olmayan (üzrlü) səbəblərdən baş vermişdir. III. Hüquqi məsələlər b) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

5. Maddə 130.1. Bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər.

6. Maddə 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər.

7. Maddə 130.2. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir.

8. Maddə 130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir.

9. Maddə 134.1.4. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir.

10. Maddə 135.1.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır.

11. Maddə 135.1.6. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasıdır. IV. Məhkəmənin hüquqi mövqeyi

12. Məhkəmə iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni yoxlayaraq hesab edir ki, şikayət qismən təmin edilməli, Kəngərli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ləğv edilməli, inzibati xəta haqqında qərarlardan verilən şikayətə dair iş üzrə müddətin bərpası məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

13. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin icraatında Qərardan şikayət verən orqan (şəxs) Çölü oğlunun barəsində qəbul edilmiş bir neçə inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayətlər eyni vaxtda baxılması məqsədilə bir icraatda birləşdirilmişdir. Lakin həmin qərarların qanuniliyinin, eləcə də şikayət vermə müddətinin bərpası məsələsinin həlli üçün zəruri olan inzibati xəta haqqında iş materialları məhkəmə tərəfindən tələb edilərək işə əlavə edilməmişdir.

14. Hazırkı iş materiallarında yalnız ## ###### 2024-cü il tarixli elektron inzibati tənbeh vermə haqqında qərarın surəti və Gəncə Şəhər Baş Polis İdarəsinin ## ##### 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı mövcuddur. Halbuki birinci instansiya məhkəməsi tərəfindən bir icraatda birləşdirilmiş digər inzibati xəta işləri üzrə protokollar, inzibati xəta haqqında qərarlar, həmin qərarların şəxsə qanunla müəyyən edilmiş qaydada təqdim olunmasını təsdiq edən sənədlər, habelə inzibati icraatın digər materialları işə əlavə edilməmişdir.

15. Məhkəmə qeyd edir ki, şikayət vermə müddətinin ötürülməsinin üzrlü olub-olmaması məsələsi yalnız iş üzrə bütün materiallar araşdırıldıqdan sonra müəyyən edilə bilər. Bunun üçün, ilk növbədə, qərarların hansı tarixdə və hansı qaydada barəsində qərar qəbul edilmiş şəxsə təqdim olunması iş materialları əsasında yoxlanılmalıdır. Lakin birinci instansiya məhkəməsi həmin halları müəyyən etmədən, zəruri sənədləri tələb etmədən, yalnız işdə olan məhdud materiallar əsasında şikayət vermə müddətinin bərpasından imtina etmişdir.

16. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş materialları məhkəməyə təqdim edilmədiyi halda, həmin materiallar tələb olunmadan və bu çatışmazlıqlar aradan qaldırılmadan şikayət vermə müddətinin bərpası barədə vəsatətə mahiyyəti üzrə hüquqi qiymət verilməsi mümkün deyildir. Bundan əlavə, birinci instansiya məhkəməsi eyni xarakterli iyirmi beş inzibati xəta işini bir icraatda birləşdirməsinə baxmayaraq, həmin işlərin hər biri üzrə inzibati icraat materiallarının tamlığını təmin etməmiş, nəticədə qəbul etdiyi qərarın faktiki əsaslarını yoxlamaq mümkün olmamış və iş üzrə düzgün qərarın qəbul edilməsinə mane olmuşdur.

17. Məhkəmə hesab edir ki, iş yenidən baxılması zamanı qeyd edilən nöqsanların aradan qaldırılması, şikayət vermə müddətinin bərpası barədə vəsatətə qanunun tələblərinə uyğun hüquqi qiymət verilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir.

18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4, 135.1.1 və 135.1.6-cı maddələrini rəhbər tutaraq, qərara aldım: Şikayət qismən təmin edilsin. Kəngərli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərardadı ləğv edilsin və və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Kəngərli Rayon Məhkəməsinə göndərilsin. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Hakim Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar