Məhkəmə qərarları › İş №3(3-1)-44/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-44/2026

30.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-44/2026 30.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş Açar sözlər: Mühasibat uçotu subyekti tərəfindən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə rəsmi internet səhifəsi və ya mətbu orqanda dərc edilməməsinə görə inzibati cərimə tənbeh növü tətbiq edilmiş, verilmiş apellyasiya şikayəti təmin edilməmiş. Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu, Seyidova Mehriban Mehdi qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə Kəngərli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin vəkili Vəkil tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İ. Birinci instansiya məhkəməsində icraat

1. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib edilmiş ## ### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 2024-cü il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları, auditor rəyi ilə birlikdə 2025-ci ildə internet səhifəsində və ya mətbu orqanda dərc olunmadığından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən İXMnin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi göstərilmişdir.

2. Kəngərli Rayon Məhkəməsinin (hakim İ.İbrahimov) ## #### 2026-cı il tarixli *(*-**)- **/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir.

3. Qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin vəkili Vəkil şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək, Kəngərli Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. II. Şikayətin dəlilləri və izahatlar a) Şikayətin dəlilləri

4. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin vəkili Vəkil şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində maliyyə qaydaları əleyhinə olan inzibati xətalar üçün inzibati tənbehin, inzibati xətanın törədildiyi gündən ən geci bir il müddətində tətbiq edilə biləcəyi nəzərdə tutulmuş, “Mu hasibat uçotu haqqında” AR Qanununun 12.3.1-ci maddəsində, həmçinin AR Nazirlər Kabinetinin təsdiq etdiyi “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 5.1.1-ci bəndində illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc olunması barədə öhdəlik nəzərdə tutulsa da, bu öhdəliyin hansı konkret müddət ərzində yerinə yetirilməli olduğu sözügedən normalarda göstərilməmiş, AR Auditorlar Palatasının rəsmi səhifəsində də paylaşılmış olan AR Maliyyə Nazirliyinin məcburi audit subyekti olan kommersiya qurumlarına rəsmi müraciətində isə sözügedən hesabatların dərc edilməsi üçün son tarix kimi hesabat ilindən sonrakı ilin 31 may tarixi göstərilmiş, beləliklə, 2024-cü il üzrə maliyyə hesabatlarının dərc edilməsi üçün son tarix ## ### 2025-ci il olduğundan, iddia edilən inzibati xəta həmin tarixdən sonra yaranmış hesab edilməlidir. Bu halda, Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsində maliyyə qaydaları əleyhinə olan inzibati xətalar üçün müəyyən edilən bir illik inzibati məsuliyyətə cəlbetmə müddəti nəzərə alınmaqla, inzibati tənbehin tətbiq edilə biləcəyi son tarix ## #### 2026-cı il kimi müəyyən edilməlidir. Lakin məhkəmə tərəfindən ##.##.2026cı il tarixində qəbul edilmiş qərarla inzibati tənbeh tədbiri qanunla müəyyən edilmiş bir illik inzibati məsuliyyətə cəlbetmə müddəti başa çatdıqdan sonra tətbiq edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinin tələbləri nəzərə alınmadan inzibati tənbeh tətbiq edilmiş, bununla da hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət tələbi pozulmuşdur.

5. Məhkəmə lazımi qaydada məlumatlandırılmış tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. III. Hüquqi məsələlər b) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

6. Maddə 462.1. Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

7. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

8. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IV. Məhkəmənin hüquqi mövqeyi

9. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuniliyini yoxlayaraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

10. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti başa çatdıqdan sonra inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə kollegiyası həmin dəlili əsaslı hesab etmir.

11. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən maliyyə qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il müddətində tətbiq edilə bilər.

12. İş materiallarından müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 2024-cü il üzrə maliyyə hesabatları və qanunla tələb olunan auditor rəyi ilə birlikdə həmin hesabatların internet səhifəsində və ya mətbu orqanda dərc edilməsi ilə bağlı "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun 12.3.1-ci maddəsinin tələbləri yerinə yetirilməmişdir. Bu hal Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Protokolu tərtib edən orqan ünvanladığı ##.##.2025-ci il tarixli məktub (iş.m. səh 6), Maliyyə Nazirliyi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə göndərilmiş ## ### 2026-cı il tarixli bildiriş (iş.m. səh 8), inzibati xəta haqqında protokol (iş.m. səh 3) və işdə olan digər yazılı sübutlarla öz təsdiqini tapmışdır.

13. "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun 12.3.1-ci maddəsində maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə dərc edilməsi vəzifəsi müəyyən edilsə də, həmin öhdəliyin icrası ilə bağlı müddət Nazirlər Kabinetinin ## ### 2010-cu il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları"nın 3.1-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin normaya əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını hesabat ilindən sonrakı ilin yəni 2025-ci ilin ## #####, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını isə 30 iyun tarixindən gec olmayaraq təqdim etməlidirlər. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ## ##### 2024-cü il tarixli "İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim və dərc edilməsi barədə" rəsmi məlumatında (iş.m. səh 5) da həmin müddətlər qeyd olunmuşdur ki, kommersiya təşkilatları göstərilən hesabatları qanunvericilikdə müəyyən edilmiş son müddətlərədək təqdim və qanunla nəzərdə tutulduğu hallarda auditor rəyi ilə birlikdə dərc etməlidirlər. Belə olan halda, hüquqi şəxsin üzərinə qoyulmuş vəzifənin tam həcmdə icrası üçün qanunvericiliklə nəzərdə tutulan son müddət (## #### 2025-ci il) başa çatdıqdan sonra inzibati xəta törədilmiş hesab edilə bilər. Buna görə də apellyasiya şikayətində istinad edilən ## ### 2025-ci il tarixinin inzibati xətanın törədildiyi gün kimi qəbul edilməsi iş materialları və normativ tənzimləmə ilə uzlaşmır.

14. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən inzibati xəta haqqında protokol ## ### 2026-cı ildə məhkəməyə göndərilmiş, Kəngərli Rayon Məhkəməsi isə ## #### 2026-cı il tarixli qərarı ilə hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq etmişdir. Beləliklə, inzibati tənbeh qanunla müəyyən edilmiş bir illik müddət başa çatmadan tətbiq edilmişdir.

15. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə əhəmiyyət kəsb edən bütün halları tam araşdırmış və sübutlara düzgün hüquqi qiymət vermişdir.

16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilməsin. Kəngərli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar