Məhkəmə qərarları › İş №3(3-1)-47/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-47/2026

11.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-47/2026 11.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Mirzəyev Ilqar Məhərrəm oğlu, X4 məhkəmə iclas katibliyi, Naxçıvan MR Eklogiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidmətinin nümayəndələri X3, X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə Şahbuz Rayon Məhkəməsinin “21” iyul 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından Qərarından şikayət verilən orqan yanında X5 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Naxçıvan MR Eklogiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidmətinin ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinib barəsində 600 (altı yüz) manat miqdarında inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şahbuz Rayon Məhkəməsinin (hakim Daşqın Səfərov) “21” iyul 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ilə şikayətin qismən təmin edilməsi, Azərbaycan Respublikası Qərarından şikayət verilən orqan yanında X5 Xidmətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 228-ci maddəsi ilə cərimə olunmasına dair ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işə yenidən baxılması Azərbaycan Respublikası Qərarından şikayət verilən orqan yanında X5 Xidmətinə tapşırılması qərara alınmışdır. Həmin qərardan narazı qalan Qərarından şikayət verilən orqan yanında X5 Xidməti ## #### 2026-cı il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasına müraciət edərək Şahbuz Rayon Məhkəməsinin “21” iyul 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarının ləğv edilərək X5 Xidmətinin ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan yanında X5 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətində işin halları və birinci instansiya məhkəməsinin qərarının əsaslandırma hissəsi qeyd edilərək göstərilmişdir ki, aşağıda göstərilən səbəblərə görə Şahbuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə razılaşmırlar. Məhkəmə qərarında qeyd etmişdir ki, ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunarkən inzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur və protokolun inzibati xəta aşkar edildikdən dərhal sonra tərtib edilməli olduğu nəticəsinə gəlmişdir. Lakin işin mahiyyəti nəzərə alınaraq bu nəticə əsaslı deyildir. Hazırkı iş ətraf mühitin mühafizəsi sahəsində baş vermiş inzibati xətaya aiddir. Belə hallarda inzibati xətanın faktiki hallarının, çıxarılmış mineral xammalın həcminin, dəymiş ziyanın və həmin əməli törədən şəxsin müəyyənləşdirilməsi üçün ölçmə, hesablamalar, fotoşəkillərin əldə edilməsi və digər prosessual tədbirlərin həyata keçirilməsi zəruridir. Inzibati Xətalar Məcəlləsinin 102-ci maddəsi məhz ətraf mühitin mühafizəsi sahəsində müəyyən hallarda inzibati araşdırma aparılmasını nəzərdə tutur və inzibati araşdırma başa çatdıqdan sonra protokol tərtib edilməsinə imkan verir. Beləliklə, protokolun ##.##.2026-cı ildə tərtib edilməsi öz-özlüyündə onun qanunsuzluğu barədə nəticəyə gəlmək üçün kifayət etmir. Iş materiallarında da göstərildiyi kimi, ##.##.2026-cı il tarixədək çıxarılmış qum-çınqılın həcminin müəyyən edilməsi, ölçmə işlərinin aparılması və faktiki halların sənədləşdirilməsi həyata keçirilmişdir. Məhkəmə isə həmin hərəkətlərin inzibati araşdırma çərçivəsində aparılmasının mümkünlüyünü və zəruriliyini lazımi qaydada qiymətləndirməmişdir. Məhkəmə protokol tərtib edilərkən Qərardan şikayət verən orqan (şəxs) hadisə yerində olmadığını və protokolun onun iştirakı olmadan tərtib edildiyini əsas iradlardan biri kimi qəbul etmişdir. X2 Məcəlləsinin 100.4-cü maddəsi protokolun barəsində icraat aparılan şəxsin imzasını nəzərdə tutsa da, şəxsin protokolu imzalamaqdan imtina etməsi halını da ayrıca tənzimləyir. Həmin normanın məqsədi şəxsin prosessual hüquqlarını təmin etməkdir. Protokolun tərtib edilməsi üçün şəxsin fiziki olaraq hadisə yerində olmasının mütləq şərt olması barədə ayrıca qadağa nəzərdə tutulmur. Hazırkı işdə X5 Xidmətinin nümayəndəsi məhkəmədə bildirmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) və digər şəxslər protokolun tərtib edilməsi ilə bağlı dəvət edilmiş, lakin həmin əraziyə gəlməmişlər. Bu hal məhkəmə tərəfindən nəzərə alınsa da, protokolun tərtibinin hüquqi nəticələrini aradan qaldıran və qərarın tamamilə ləğv edilməsini tələb edən pozuntu kimi qiymətləndirilmişdir. Belə yanaşma yalnız o halda əsaslı ola bilərdi ki, şəxsin müdafiə və digər prosessual hüquqlarından faktiki olaraq istifadə etməsinin qarşısı alınmış olsun. Halbuki iş materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) izahat alınmış, o inzibati iş üzrə mövqeyini bildirmiş və sonradan məhkəmədə də bütün dəlillərini təqdim etmişdir. Hazırkı iş üzrə materiallarda ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol, fotoşəkillər, dəymiş ziyanla bağlı hesablamalar, çıxarılmış qum-çınqılın həcminin müəyyən edilməsinə dair ölçmə məlumatları, Qərardan şikayət verən orqan (şəxs) izahatı, X5 Xidmətinin əməkdaşlarının izahatları, hadisə yerində aparılmış araşdırmanın nəticələri mövcuddur. Məhkəmənin öz qərarında da həmin materialların bir qismi təsbit edilmişdir. Buna görə ayrı-ayrı sübutların hər birinin ayrıca olaraq kifayət etməməsi barədə ehtimaldan çıxış etməklə iş üzrə sübutların məcmusunun hüquqi nəticəsini aradan qaldırmaq düzgün deyildir. Xüsusilə qeyd edilməlidir ki, inzibati xəta ilə bağlı nəticəyə yalnız hüquqpozmanın əməkdaş tərəfindən həmin anda birbaşa müşahidə edilməsi yolu ilə deyil, qanunla nəzərdə tutulmuş digər sübutlarla da gəlmək mümkündür. IXM-in 76.1-ci maddəsi də sübut vasitələrini bununla məhdudlaşdırmır. Iş materiallarına əsasən Qərardan şikayət verən orqan (şəxs) çay yatağında qum götürdüyünü inkar etməmiş, əksinə, əvvəlki mərhələdə ona müəyyən müddət ərzində işləməyə icazə verildiyini bildirmişdir. O, həmin ərazidə qum götürmə fəaliyyəti həyata keçirdiyini, sonradan fəaliyyətin dayandırıldığını göstərmişdir. Bu izahatın hüquqi əhəmiyyəti ondan ibarətdir ki, mübahisə qum götürülüb- götürülməməsi faktından daha çox, həmin fəaliyyətin hansı müddət ərzində və hansı hüquqi əsasla həyata keçirilməsi məsələsinə yönəlmişdir. Eyni zamanda X5 Xidmətinin nümayəndəsinin izahatına görə şəxslərə işin dayandırılması barədə məlumat verildikdən sonra qum-çınqıl götürülməsi davam etdirilmişdir. Məhkəmə bu ziddiyyətli mövqeləri tam araşdırmaq, fotoşəkillərin və ölçmə materiallarının tarixlərini, ölçmələrin hansı dövr üzrə aparıldığını, daşınmanın kim tərəfindən və hansı texnika ilə həyata keçirildiyini müəyyən etmək əvəzinə, yalnız şübhənin mövcudluğuna əsaslanaraq qərarın ləğvinə gəlmişdir. Məhkəmə qərarında Şahbuz Rayon Icra Hakimiyyətinin cavab məktubuna istinad edərək ərazidən qum-çınqıl götürülməsinə müvafiq qurumlar tərəfindən müvəqqəti razılıq verildiyini qeyd etmişdir. Lakin bu halın hüquqi nəticələri məhkəmə tərəfindən düzgün fərqləndirilməmişdir. Müvəqqəti razılığın mövcud olması yalnız onun qüvvədə olduğu dövr ərzində fəaliyyətin hansı əsasla həyata keçirildiyini müəyyən edə bilər. Həmin razılığın müddətinin başa çatmasından və fəaliyyətin dayandırılması barədə şəxslərə məlumat verilməsindən sonra eyni fəaliyyəti davam etdirmək həmin əvvəlki razılığın avtomatik şəkildə qüvvədə qalması demək deyildir. Bu səbəbdən əsas məsələ məhz inzibati xəta predmetini təşkil edən 307,8 kubmetr mineral xammalın hansı tarixdə, hansı şəxs tərəfindən və hansı hüquqi əsas olmadan çıxarılmasının müəyyən edilməsidir. Məhkəmənin qərarında bir tərəfdən şəxslərə müvəqqəti olaraq qum-çınqıl götürülməsinə razılıq verildiyi, digər tərəfdən isə sonradan fəaliyyətin dayandırılması barədə göstəriş verildiyi qeyd olunur. Eyni zamanda iş materiallarında 307,8 kubmetr mineral xammalın çıxarılması və bununla bağlı ölçmə və foto materiallarının olduğu müəyyən edilir. Belə olan halda inzibati xəta haqqında qərarın tamamilə əsassız hesab edilməsi üçün yalnız protokolun tərtibi zamanı Qərardan şikayət verən orqan (şəxs) hadisə yerində olmaması kifayət edən əsas sayıla bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma inzibati xəta haqqında qərarın qanuniliyini və əsaslılığını yoxlamaq məqsədi daşısa da, faktiki halların hansı sübutlarla təsdiq və ya təkzib edildiyi bütünlüklə müəyyən edilməmişdir. Naxçıvan MR Eklogiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidmətinin nümayəndələri X3 və X1 şikayəti müdafiə edərək, şikayətdə göstərilənlərə istinad edib şikayətin təmin edilməsini və Şahbuz Rayon Məhkəməsinin “21” iyul 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarının ləğv edilərək Naxçıvan MR Eklogiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidmətinin ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində göstərilənləri qəbul etmədiyini, Şahbuz Rayon Məhkəməsinin “21” iyul 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarının qanuni və əsaslı olduğunu bildirərək şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Inzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işin materiallarını şikayətin dəlilləri və proses iştirakçılarının izahatı ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Şahbuz Rayon Məhkəməsinin “21” iyul 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ləğv edilməli, Naxçıvan MR Eklogiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidmətinin ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlanılmalıdır. Belə ki, iş üzrə toplanmış sübutlarla (sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə hazırkı qərarda həmin sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür) müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) qeyd olunan ərazidə qanunsuz qumçınqıl götürülməsi fəaliyyəti ilə məşğul olmuşdur. Bu hal iş materialları və onun vermiş olduğu ifadəsi ilə tam təsdiq olunur. Bununla belə birinci instansiya məhkəməsinin qərarında göstərilən iş materiallarına əlavə edilmiş Şahbuz Rayon Icra Hakimiyyətinin Sosialiqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi-Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoru tərəfindən Qərardan şikayət verən orqan (şəxs) ünvanlanmış Qərardan şikayət verən orqan (şəxs) qum-çınqıl götürülməsi ilə bağlı müvəqqəti razılığın verilməsi barədə məktub rəsmi icazə kimi qiymətləndirilə bilməz və göstərilən ərazidə qum-çınqıl götürülməsi ilə bağlı qanuni əsas ola bilməz. Azərbaycan Respublikası IXM-in 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Beləliklə, qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, Şahbuz Rayon Məhkəməsinin “21” iyul 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ləğv edilməli, Naxçıvan MR Eklogiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidmətinin ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq qərar verdim: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə Şahbuz Rayon Məhkəməsinin “21” iyul 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından Qərarından şikayət verilən orqan yanında X5 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şahbuz Rayon Məhkəməsinin “21” iyul 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ləğv edilsin. Naxçıvan MR Eklogiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidmətinin ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət verilə bilməz. Hakim: Ilqar Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar