Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-48/2026 11.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Mirzəyev Ilqar Məhərrəm oğlu, X9 məhkəmə iclas katibliyi, Inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X1 iştirakı ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Protokolu tərtib edən orqan tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Protokolu tərtib edən orqan tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli və ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, vətəndaş H.V.X4 Müfəttişliyi Xidmətinə ünvanlandığı # ### 2026-cı il tarixli müraciətinin araşdırılması məqsədilə X5 Xidməti tərəfindən ”X2” MMC-yə ## ### 2026-cı il tarixli verilən sorğuya X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X5 Xidmətinə sənədlərin natamam və düzgün olmayan formada təqdim edildiyi müəyyən olunmuşdur. Bununla da ”X2” Məhdud Məsuliyyətli Cəmiyyəti və ”X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədildiyi qeyd edilmişdir. ## #### 2026-cı il tarixdə Azərbaycan Respublikası Protokolu tərtib edən orqan tərəfindən ünvan 1 ünvanında yerləşən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər, eyni zamandan Protokolu tərtib edən orqan tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Naxçıvan Şəhər Məhkəməsinə daxil olmuş, Naxçıvan Şəhər Məhkəməsinin (hakim G.K.Əliyeva) ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından narazı qalan Protokolu tərtib edən orqan rəisi Elnar Hüseynov ## #### 2026-cı il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv olunması və işin yenidən araşdırılması üçün Naxçıvan Şəhər Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokolu tərtib edən orqan rəisi Elnar Hüseynov şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsinin qərarı işin faktiki halları və tətbiq edilməli olan hüquq normaları düzgün qiymətləndirilmədiyindən qanunsuz və əsassızdır. Iş materiallarından müəyyən olunur ki, vətəndaş H.V.Hacızadənin Xidmətə daxil olmuş # ### 2026-cı il tarixli müraciətinin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə Xidmət tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-yə sorğu göndərilərək araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmişdir. Lakin müəssisə tərəfindən sorğuda tələb edilən sənədlər tam həcmdə təqdim edilməmişdir. Belə ki, işçinin ezamiyyətə göndərilməsi ilə bağlı ödəniş tapşırıqları, bank hesabından çıxarışlar (bank əməliyyatlarını təsdiq edən sənədlər), ezamiyyət vəsiqəsi, habelə əmək məzuniyyətindən istifadəyə dair ödəniş tapşırıqları və müvafiq bank sənədləri Xidmətə təqdim edilməmişdir. Müəssisənin Xidmətə ünvanladığı ## ### 2026-cı il tarixli ** nömrəli müşayiət məktubundan da görünür ki, hansı sənədlərin təqdim edildiyi ayrıca göstərilmişdir. Həmin məktubun qoşmasında ödəniş tapşırıqları və bank sənədlərinin göndərildiyi qeyd edilsə də, faktiki olaraq həmin sənədlər məktuba əlavə edilməmiş, nəticədə Xidmət tərəfindən tələb olunan məlumatlar tam şəkildə təqdim olunmamışdır. Məhz həmin sənədlərin təqdim edilməməsi müraciətin tam, hərtərəfli və obyektiv araşdırılmasını mümkünsüz etmiş, inzibati nəzarət tədbirlərinin həyata keçirilməsinə maneə yaratmışdır. Birinci instansiya məhkəməsi qərarında göstərmişdir ki, inzibati xəta haqqında protokollar tərtib edilərkən Xidmət tərəfindən kifayət qədər araşdırma aparılmamış, hüquqi şəxsin nümayəndəsinin və barəsində protokol tərtib edilən vəzifəli şəxsin izahatı alınmamış, həmçinin tələb olunan sənədlərin hansı səbəbdən təqdim edilmədiyi aydınlaşdırılmamışdır. Lakin məhkəmənin bu nəticəsi iş materialları ilə təkzib olunur. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru Koroğlu Turqay şəxsən iştirak etmiş, ona Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bu barədə protokolda müvafiq qeydlər aparılmış və protokol onun tərəfindən imzalanmışdır. Bu hal protokolun özündən və iş materiallarından açıq şəkildə görünür. Bundan əlavə, protokolun tərtibi zamanı müəssisə nümayəndəsinə tələb olunan sənədlərin təqdim edilməməsinin səbəblərini bildirmək və izahat vermək üçün real imkan yaradılmışdır. Buna baxmayaraq, təqdim edilməyən sənədlərin mövcud olmaması və ya onların təqdim edilməsinin qeyrimümkünlüyünü təsdiq edən hər hansı mötəbər sübut Xidmətə təqdim edilməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin araşdırmanın aparılmaması və ya natamam aparılması barədə gəldiyi nəticə işin faktiki hallarına və toplanmış sübutlara uyğun deyildir. Məhkəmə sübutları tam, obyektiv və qarşılıqlı əlaqədə qiymətləndirmədiyindən, qəbul edilmiş qərar qanuni və əsaslı hesab edilə bilməz. Apellyasiya şikayətinin hüquqi əsası kimi Inzibati Xətalar Məcəlləsinin 2-ci, 21-ci və 539-cu maddələrinə istinad edilmişdir. Məhkəmə baxışı iclasında Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 çıxışında Xidmət tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdiyini bildirərək şikayətin təmin olunması Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv olunması və işin yenidən araşdırılması üçün Naxçıvan Şəhər Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Inzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işin materiallarını şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, mübahisə olunan qərardan görünür ki, inzibati xəta haqqında işə baxan birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərin izahatları, işin bütün hallarının məcmusu hərtərəfli, tam və obyektiv araşdırılmaqla iş üzrə sübutlar düzgün qiymətləndirilmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edirəm ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən protokollar tərtib edilərkən düzgün araşdırma aparılmamış, protokollar tərtib edilərkən hansı səbəbdən qeyd olunan sənədlərin onlara təqdim edilə bilməməsi aydınlaşdırılmamışdır. Inizibati xəta haqqında işin məhkəmədə araşdırması zamanı müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin sorğusuna cavab olaraq hüquqi şəxsdə mövcud olan bütün sənədlər onlara vaxtında göndərilmişdir. Lakin ezamiyyə ilə bağlı ödənişləri əks etdirən sənədlər mövcud olmadığından onların göndərilməsi mümkün olmamışdır. Belə olan halda hesab edirəm ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tərkibinin yaranması üçün əsaslar mövcud olmamışdır. Qeyd olunanlara əsasən hesab edirəm ki, nə hüquqi şəxsin nə də vəzifəli şəxsin təqsiri sübuta yetirilə bilmədiyindən birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və iş üzrə icraata xitam verilmişdir. Həmçinin qeyd etməyi zəruri hesab edirəm ki, nə birinci instansiya məhkəməsində icraat zamanı nə də apellyasiya icraatı zamanı nə hüquqi şəxsin nə də vəzifəli şəxsin təqsirli olması bərədə hər hansı bir sübut təqdim edilməmişdir. Apellyasiya şikayətində qeyd olunan hallar şəxsi mülahizə xarakteri daşıyır və sübut əhəmiyyəti kəsb etməməklə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi üçün əsas təşkil etmir.. Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. - 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. - 134.1 və 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Protokolu tərtib edən orqan tərəfindən verilmiş şikayət əsaslı olmadığından təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Inzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136.1 və 136.2-ci maddələrini rəhbər tutaraq qərar verdim: barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Protokolu tərtib edən orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-1)-48/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-48/2026
11.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver