Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-49/2026 05.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Mirzəyev Ilqar Məhərrəm oğlu X8 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 510.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DIN Naxçıvan MR DIN Naxçıvan Şəhər Polis Idarəsində tərtib olunmuş material ##.##.2026-cı il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş X1 tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (hakim G.Səfərəliyeva) ## #### 2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsi, inzibati həbsin əvvəlinin ##.##.2026-cı il tarixdən hesablanması, qərarın icrasının Naxçıvan Muxtar Respublikası Daxili Işlər Nazirliyinin X3 həvalə edilməsi qərara alınmışdır. Qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının dəyişdirilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati həbs tənbeh növünün dəyişdirilərək azadlığa buraxılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Naxçıvan şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edildiyini, hazırda Naxçıvan Muxtar Respublikası Daxili Işlər Nazirliyinin X5 saxlanıldığını, məhkəmənin qərarı ilə razılaşmdıqlarını, hüquqlarını müdafiə etdiyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətaya görə səmimi peşman olduğunu, bir daha bu kimi əməllərə yol vermiyəciyinə məhkəmə qarşısında söz verdiyini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2 azyaşlı övladı olduğunu, “## ###### 2016-cı təvəllüdlü Məmmədli Etibar Allahverdi oğlu və ## ###### 2018-ci il təvəllüdlü X4” Məmmədli Etibar Allahverdi oğlunun atası ilə ünvan 1 ünvanında, kiçik oğlu X4 isə anası X2 ilə Babək rayon Şıxmahmud kəndində yaşadığını, məhkəmənin iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslansada, ədalətli inzibati tənbeh təyin edilməsinə nail olmadığını, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati həbs təyin edərkən törədilmiş xətanın xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən inzibati xətanı yüngülləşdirən, habelə təyin olunmuş cəzanın onun həyat şəraitinə təsirini faktiki olaraq nəzərə almayaraq 15 (on beş) gün inzibati həbs təyin etdiyini, Naxçıvan Şəhər Məhkəməsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında işə baxılarkən subay olduğunu, oğlu Etibar Məmmədlinin onun himayəsində qalması barədə Məhkəməyə heç bir məlumat verə bilmədiyini, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər barəsində inzibati həbs tətbiq edilə bilməyəcəyini, birinci instansiya məhkəməsi 510.2-ci maddə üzrə tənbeh növünü seçərkən, Inzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan imperativ normanı nəzərə almadan, qanunla bu şəxs kateqoriyasına tətbiqi qadağan olunmuş inzibati həbs növünü seçdiyini, belə ki, 510.2-ci maddənin sanksiyası cərimə formasında alternativ tənbeh nəzərdə tutduğunu, bu səbəbdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanuni yeganə həll cərimənin tətbiqi olnması olduğunu, bundan əlavə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdən inzibati qaydada həbs edildiyini, belə olan halda yenidən inzibati tənbeh növü kimi cərimənin tətbiqinin də əsassız olduğunu, oğlu Etibar Məmmədlinin epilepsiya xəstəsi olduğunu, onun atasına hər zaman hər dəqiqə ehtiyacı olduğunu, atası olmayanda yatmadığını, X5n telefonla əlaqə saxladıqda səsini eşidərək ağlamağa başladıını, buna görə də Məhkəməyə müraciət etmək qərarına gəldiklərini qeyd etmişlər. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Inzibati Xətalar Məcəllənin 4, 5, 9 və 30-cu maddələrinə, istinad edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil apellyasiya şikayətini müdafiə etməklə şikayətin təmin edilməsini Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının dəyişdirilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati həbs tənbeh növünün dəyişdirilərək azadlığa buraxılmasına dair qərar qəbul edilməsini xahiş etdilər. Inzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işin materiallarını şikayətin dəlilləri və proses iştirakçılarının izahatı ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, şikayətdə göstərilən məhkəmənin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati həbs təyin edərkən törədilmiş xətanın xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən inzibati xətanı yüngülləşdirən, habelə təyin olunmuş cəzanın onun həyat şəraitinə təsirini faktiki olaraq nəzərə almayaraq 15 (on beş) gün inzibati həbs təyin etdiyi, Naxçıvan Şəhər Məhkəməsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında işə baxılarkən subay olduğu, oğlu Etibar Məmmədlinin onun himayəsində qalması barədə məhkəməyə heç bir məlumat verə bilmədiyi, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər barəsində inzibati həbs tətbiq edilə bilməyəcəyi barədə dəlilləri əsassız hesab etməklə qeyd etməyi zəruri hesab edirəm ki, nə işə birinci instansiya məhkəməsində baxılarkən nədə apellyasiya icraatı zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağı təkbaşına böyütməsi ilə bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Apellyasiya şikayətində qeyd olunan digər dəilləri də əsassız hesab etməklə qeyd edirəm ki, göstərilənlər şəxsi mülahizə xarakteri daşımaqla Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının dəyişdirilməsi üçün əsas təşkil etmir. Iş materiallarını, tərəflərin məhkəmə iclasında vermiş olduqları izahatları və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək qeyd edirəm ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, verilmiş apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi üçün əsas təşkil etmir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Inzibati Xətalar Məcəlləsinin: - 134.1 və 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- **)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası IXM-in 134.1.1, 136.1, 136.2-ci maddələrini rəhbər tutaraq qərar verdim: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət verilə bilməz. Hakim: Ilqar Mirzəyev
Məhkəmə qərarları › İş №3(3-1)-49/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-49/2026
05.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver