Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-50/2026 13.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Mirzəyev Ilqar Məhərrəm oğlu, X1 məhkəmə iclas katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixdə, saat 07:19-da radələrində idarə etdiyi BYD DESTROYER 05 PLUG-IN HIBRID minik markalı, **MQ*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Z.Bünyadov pr, Qızlar YDM-nin yaxınlığı, Koroğlu metro ist2 yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinin tələbinə əsasən ##.##.2025- ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati xəta əməlini törətdiyinə görə 20 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin qərar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan qərarı icra etmədiyindən barəsində ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası DIN Bakı şəhəri Xətai Rayon DYPŞ tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol digər sənədlərlə birlikdə ##.##.2026-cı il tarixdə baxılması üçün aidiyyatı üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi ##.##.2026-cı il tarixdə *(*-**)-****/**** nömrəli qərardadı ilə inzibati xəta haqqında material Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir Naxçıvan Şəhər Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.3- cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə müraciət etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətində ##.##.2026 cı ildə keçirilən məhkəmənin qərarı ilə razılaşmayıb yenidən işə baxılmasını, özünün iştirak edib Azərbaycan Respublikasının vətəndaşlarına göstərdiyi qayğı ilə öz hüquqlarının müdafiəsində durmasını xahiş etmişdir. Məhkəmə baxışı iclası ##.##.2026-cı il tarixə təyin edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bu barədə rəsmi qaydada məlumat verilərək məhkəməyə dəvət olunmuş, həmçinin telefonoqram vasitəsilə əlaqə saxlanılmış, lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhərində yaşadığından məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Inzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edirəm ki, şikayət əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli IXP ******* nömrəli inzibati xəta haqqında protokolla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli tam sübuta yetirilmiş və birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.3- cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılmışdır. Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 134.1 və 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilənlərə əsasən belə hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin *(*-**)- ***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin *(*-**)- ***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası IXM-in 134.1.1, 136.1, 136.2-ci maddələrini rəhbər tutaraq qərar verdim: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan şikayət verilə bilməz. Hakim: Ilqar Mirzəyev
Məhkəmə qərarları › İş №3(3-1)-50/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-50/2026
13.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver