Məhkəmə qərarları › İş №3(3-1)-51/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-51/2026

13.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-51/2026 13.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Mirzəyev İlqar Məhərrəm oğlu, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İntiqam qızı və icra məmuru X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İntiqam qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta üzrə ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xətanın tərkib əlaməti olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından narazı qalan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İntiqam qızı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə müraciət Naxçıvan şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərarını ləğv edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- ci maddəsi ilə inzibati tənbeh verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs İntiqam qızı şikayətində işin hallarını qeyd edərək göstərmişdir ki, məhkəmənin gəldiyi nəticə qanunvericiliyin tələblərinə və işin faktiki hallarına uyğun deyildir. Belə ki, iş uşaqlardan yalnız biri faktiki olaraq atanın yanında yaşamış, digər uşaq isə bu gün də onun yanında yaşayır və onun bütün saxlanılması, qidalanması, geyim, təhsil, tibbi xidmət və digər zəruri xərcləri tam şəkildə tərəfindən qarşılanır. Məhkəmə bu mühüm halı nəzərə almamış, bir uşağın onun himayəsində qalmasına baxmayaraq cavabdehin həmin uşağın saxlanılması üçün aliment ödəməməsinə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Ən mühüm məsələ isə ondan ibarətdir ki, alimentin tutulmasına dair məhkəmə qətnaməsi bu günədək qüvvədədir, qanuni qüvvəsini itirməmiş, dəyişdirilməmiş və ləğv edilməmişdir. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən yalnız məhkəmə qəbul etdiyi qətnaməni dəyişdirə və ya ləğv edə bilər. Cavabdeh uşaqlardan birinin onun yanında yaşamasını əsas gətirməklə aliment ödəməkdən birtərəfli qaydada imtina edə bilməzdi. Məhkəmə qərarında həmçinin nəzərə alınmamışdır ki, cavabdeh heç olmasa onun yanında yaşayan uşaq üçün də aliment ödəməmişdir. Bu fakt özü məhkəmə qətnaməsinin icra edilmədiyini və aliment öhdəliyinin qəsdən yerinə yetirilmədiyini təsdiq edir. Naxçıvan şəhər İcra və probasiya şöbəsinin ##.##.2026-c1 il tarixli, *****/**** nömrəli xəbərdarlıq məktubunda da 2026-cı ilin iyun ayı daxil olmaqla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 3175 manat borcu olduğu qeyd edilmişdir. Əlavə olaraq qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs atası ilə birlikdə Naxçıvan şəhərində yük avtomobillərinin (TIR-ların) çadırlarının təmiri və hazırlanması sahəsində şəxsi fəaliyyətlə məşğul olur. Onun bu fəaliyyətdən mütəmadi gəlir əldə etdiyi, aylıq təxminən 1.000 (bir min) manat məbləğində qazancının olduğu məlumdur. Belə olan halda, cavabdehin aliment öhdəliyini yerinə yetirmək üçün real maddi imkanı mövcuddur. O, əmək qabiliyyətli şəxs olmasına və daimi gəlir əldə etməsinə baxmayaraq, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və aliment ödəməkdən yayınmışdır. Yekun olaraq birinci instansiya məhkəməsi aliment öhdəliyinin tam və ya qismən icra olunub-olunmamasını araşdırmamış, aliment borcunun məbləğini qiymətləndirməmiş, icra məmurunun təqdimatında göstərilən hallara hüquqi qiymət verməmiş və nəticədə əsassız olaraq inzibati xəta tərkibinin olmadığı qənaətinə gəlmişdir. Məhkəmə həmçinin uşağın mənafeyinin üstünlüyü prinsipini də nəzərə almamışdır. Ailə qanunvericiliyinə görə uşağın saxlanılması valideynlərin hər ikisinin vəzifəsidir. Valideynlərdən birinin bu vəzifədən yayınması uşağın hüquqlarının pozulmasına səbəb olur. Belə olan halda, qüvvədə olan məhkəmə qətnaməsinin icra edilməməsi, aliment öhdəliyinin yerinə yetirilməməsi və ən azı onun yanında yaşayan uşaq üçün aliment ödənilməməsi şəraitində cavabdehín əməlində inzibati xəta tərkibinin olmadığı barədə nəticəyə gəlmək hüquqi cəhətdən əsaslı hesab edilə bilməz. Xüsusi ilə qeyd etmək istəyir ki, bir uşağın sonradan faktiki olaraq atanın yanında yaşaması aliment haqqında qüvvədə olan məhkəmə qətnaməsini avtomatik olaraq dəyişdirmir və ya ləğv etmir. Həmin qətnamə dəyişdirilmədiyi müddətdə borclu onun tələblərini icra etməyə borcludur. Bundan başqa, digər uşaq şikayətçinin yanında yaşadığından, heç olmasa həmin uşağın saxlanılması üçün aliment ödənilməli idi. Məhkəmə bu halı ümumiyyətlə araşdırmamış və hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İntiqam qızı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini Naxçıvan şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərarını ləğv edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- ci maddəsi ilə inzibati tənbeh verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 şikayətdə qeyd olunanlarla razılaşaraq şikayətin təmin edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti qəbul etməyərək şikayətin təmin edilməməsini, məhkəmə qərarlarının icrasından qərəzli olaraq boyun qaçırmadığını bildirərək birinci intstansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında iş materiallarını şikayətin dəlilləri və proses iştirakçılarının izahatı ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət əsaslı olmadığından təmin edilməməlidir. İş materiallarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı görünür. Həmçinin qeyd edilməlidir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu tərəfindən aliment borcundan müəyyən ödənişlər edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olur. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair # ######## 2018-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda qeyd olunan qanunvericiliyin tələbindən də görünür ki, məhkəmə qərarlarının icrası məcburidir və icra olunmaması müvafiq məsuliyyətə səbəb olur. Lakin hazırkı iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra sənədinin icra edilməməsi üzrlü səbəbdən mümkün olmamışdır. Buna görə də müvafiq hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmaqla gəldiyi nəticəni qanuni və əsaslı hesab edirəm. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbehin bu Məcəlləyə uyğun olaraq tətbiq edilməsi, 8.1-ci maddəsinə görə isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə onun təqsirsiz hesab edilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən belə hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta tərkibi yoxdur, belə ki, onun məhkəmə qərarlarının icrası ilə əlaqdədar icra məmurunun tələblərinin qəsdən yerinə yetirilməməsi sözügedən iş üzrə öz təsdiqini tapmır. Odur ki, göstərilənləri nəzərə alaraq hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İntiqam qızı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-in 134.1.1, 136.1, 136.2-ci maddələrini rəhbər tutaraq qərar verdim: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İntiqam qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar