Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-52/2026 19.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədr müavini X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxılması ilə əlaqədar işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığına dair məsələyə baxaraq, müəyyən etdim: Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli “inzibati xəta haqqında protokol” baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadına əsasən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş ## #### 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli “inzibati xəta haqqında protokol” əsasında toplanmış material baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən daxil olmuş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilmişdir. Ərazi aidiyyəti ilə bağlı birinci instansiya məhkəmələri arasındakı fikir ayrılığına əsas olan halları iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib aşağıdakıların qeyd edilməsini məqsədəuyğun hesab edirəm. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il # ###### tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin, qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. İXM-də məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosessual qaydası nəzərdə tutulmamışdır. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarından irəli gələn hüquqi mövqeyi nəzərə almaqla hesab edirəm ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 77.1-ci maddəsinə istinad olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilmişdir ki, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən, inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Qeyd olunanlardan da göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta hərəkətsizliklə törədildiyindən fiziki şəxsin yaşayış yeri inzibati xətanın törədildiyi yer hesab olunur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X1 tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşayış ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Şimal küçəsi, ev 52V ünvanı göstərilsə də, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan aydın olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Sədərək kəndində qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *-*/*-****/**** nömrəli vahid məhkəmə təcrübəsini müəyyən edən Qərarında qeyd olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsində “şəxsin yaşayış yeri” anlayışına aid edilən yerlər özü-özlüyündə, yəni şəxsiyyət vəsiqəsində yaşayış yeri qismində göstərilib-göstərilməməsindən (şəxsin həmin yaşayış yeri üzrə qeydiyyata alınıbalınmamasından) asılı olmayaraq, yalnız bu qisimdə şəxsiyyət vəsiqəsində göstərilmiş yer olduğu halda sözügedən qanunun məqsədləri baxımından şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Yəni bu və ya digər yerin həmin müddəada “şəxsin yaşayış yeri” anlayışı ilə ehtiva olunanlara sadəcə aid edilməsi deyil, məhz şəxsiyyət vəsiqəsində yaşayış yeri (yaşayış yeri üzrə qeydiyyata alındığı ünvan) olaraq göstərilməsi həmin yerin şəxsin yaşayış yeri olaraq qiymətləndirilməsini şərtləndirir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeydiyyat yeri “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən Naxçıvan şəhəri, Sədərək kəndi olaraq göstərilsə də, Sədərək kəndi Naxçıvan şəhərinin inzibati ərazi bölgüsünə daxil olmadığından və iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi zərurəti yarandığından Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə ## ###### 2026-cı il tarixli, *-*/*-***/**** nömrəli sorğu ünvanlanaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeydiyyat ünvanı barəsində rəsmi məlumat verilməsi xahiş olunmuşdur. Həmin sorğuya cavab olaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ## ###### 2026-cı il tarixli, *-**-**/*-*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, ##.##.1977-ci il təvəllüdlü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2003-cü il tarixdə verilmiş “AZE- 00318970” nömrəli, ##.##.2015-ci il tarixdə verilmiş “AZE-15875915” nömrəli şəxsiyyət vəsiqələrində yaşayış yeri üzrə qeydiyyat ünvanı “Sədərək rayonu, Sədərək kəndi” göstərilmişdir. Vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sonuncu dəfə ##.##.2024-cü il tarixdə * saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən yaşayış yeri üzrə qeydiyyat ünvanı müvafiq informasiya sisteminə daxil edilərkən “Sədərək rayonu, Sədərək kəndi” əvəzinə “Naxçıvan şəhər, Sədərək kəndi” kimi göstərilməklə “AA*******” nömrəli biometrik şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 77-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X1 tərəfindən tərtib edilmiş ## #### 2026cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola baxılması üzrə material ərazi aidiyyəti üzrə Sədərək Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №3(3-1)-52/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-52/2026
19.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver