Məhkəmə qərarları › İş №3(3-1)-53/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-53/2026

14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-53/2026 14.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Mirzəyev Ilqar Məhərrəm oğlu, X9 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X1 iştirakları ilə “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin ## ### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinib barəsində 1000 (bir min) manat miqdarında inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (hakim Aslan Heydərov) ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli sayılmasına dair Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin ## ### 2026- cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından narazı qalan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin rəisi Elnar Hüseynov ## #### 2026-cı il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv olunması və Xidmətin ## ### 2026- cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin rəisi Elnar Hüseynov şikayətində işin halları qeyd edərək göstərmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işin faktiki hallarını tam və obyektiv araşdırmamış, işdə olan sübutlara lazımi hüquqi qiymət verməmişdir. Nəticədə qəbul edilmiş qərar qanuni və əsaslı hesab edilə bilməz. Iş materiallarından müəyyən olunur ki, vətəndaşlar T.Niftəliyevin ## #### 2026-cı il tarixli, A.Həbibov və K.Quliyevin isə # ##### 2026-cı il tarixli əmək hüquqlarının pozulması ilə bağlı müraciətləri Xidmət tərəfindən araşdırılmışdır. Araşdırma zamanı "xxxx" MMC-yə təqdim edilmiş sorğu ilə araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Lakin müəssisənin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən tələb edilən sənədlər tam həcmdə təqdim edilməmiş, nəticədə müraciətlərin tam və obyektiv araşdırılması mümkünsüz olmuşdur. Iş materiallarında olan ## ##### 2026-cı il və ## ##### 2026-cı il tarixli sənədlərlə təsdiq edilir ki, müəssisəyə sənədlərin təqdim olunması barədə iki sorğu göndərilməsinə baxmayaraq, sorğuda tələb olunan bankomat cədvəlləri, ödəniş tapşırıqları və iş vaxtının uçot tabeli Xidmətə təqdim edilməmişdir. Bu hal IXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Birinci instansiya məhkəməsi isə yalnız T.Niftəliyevin əmək müqaviləsinə # #### 2021-ci il tarixində xitam verilməsi faktına istinad etməklə inzibati məsuliyyətə cəlbetmə müddətinin keçdiyi qənaətinə gəlmiş və həmin əsasla inzibati tənbeh tədbirini qanunsuz hesab etmişdir. Lakin məhkəmə işin faktiki hallarını düzgün müəyyən etməmiş və müxtəlif hüquqi əsaslara malik müraciətləri bir-biri ilə eyniləşdirmişdir. Belə ki, inzibati xəta haqqında qərar yalnız 2021-ci ildə baş vermiş hadisələrlə bağlı deyil, həmçinin A.Həbibov və K.Quliyevin # ##### 2026-cı il tarixli kollektiv müraciəti əsasında aparılan araşdırma zamanı müəssisənin qanuni tələb olunan sənədləri təqdim etməməsi faktına əsaslanmışdır. Həmin kollektiv müraciət 2026-cı ilin fevral və mart ayları üzrə əməkhaqlarının ödənilməməsinə aid olduğundan, bu epizod üzrə nə iddia müddəti, nə də inzibati məsuliyyətə cəlbetmə müddəti keçmişdir. Buna görə də məhkəmənin yalnız 2021-ci il hadisələrinə istinad etməklə bütün inzibati icraatı müddət keçməsi əsası ilə qanunsuz hesab etməsi işin faktiki hallarına və qanunun tələblərinə uyğun deyildir. Bundan əlavə inzibati məsuliyyətin əsası işçilərin əmək hüquqlarının pozulması deyil, Xidmətin qanuni tələbinin yerinə yetirilməməsi, yəni araşdırma üçün tələb olunan sənədlərin natamam təqdim edilməsidir. Bu inzibati xəta sənədlərin təqdim edilməli olduğu müddətdə onların təqdim edilməməsi ilə başa çatmış müstəqil inzibati xəta hesab olunur və əvvəlki əmək münasibətlərindən hüquqi cəhətdən fərqlənir. Məhkəmə bu hüquqi fərqi nəzərə almamışdır. Iş materiallarında Xidmətin qəbul etdiyi qərarlar, sorğular və digər rəsmi sənədlərlə hansı sənədlərin təqdim edilmədiyi dəqiq göstərilmiş, həmin hallar məhkəmə baxışı zamanı da öz təsdiqini tapmışdır. Buna baxmayaraq məhkəmə həmin sübutlara hüquqi qiymət verməmiş, onların hansı səbəbdən qəbul edilmədiyini qərarında əsaslandırmamışdır. Apellyasiya şikayətinin hüquqi əsası kimi Inzibati Xətalar Məcəlləsinin 2-ci, 21-ci və 539-cu maddələrinə istinad edilmişdir. Məhkəmə baxışı iclasında Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 çıxışında Xidmət tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdiyini bildirərək şikayətin təmin olunması, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv olunması və Xidmətin ## ### 2026- cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini qəbul etmədiyini, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının qanuni və əsaslı olduğunu bildirərək, sözügedən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Inzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işin materiallarını şikayətin dəlilləri, proses iştirakçılarının izahatları ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, mübahisə olunan qərardan görünür ki, inzibati xəta haqqında işə baxan birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərin izahatları, işin bütün hallarının məcmusu hərtərəfli, tam və obyektiv araşdırılmaqla iş üzrə sübutlar düzgün qiymətləndirilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edirəm ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən protokol tərtib edilərkən düzgün araşdırma aparılmamışdır. X5 müraciəti üzrə aparılan araşdırma ilə bağlı qeyd edirəm ki, əmək qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyətə cəlb etmə müddəti 1 il müəyyən edilməsinə baxmayaraq qeyd olunan müddət keçdikdən sonra bu barədə məcburi göstəriş verilə bilməz və bu barədə göstəriş icra edilmədiyi üçün işəgötürən barəsində məcburi göstərişin yerinə yetirilməməsinə görə IXM-in 539.3-cü maddəsi ilə qərar qəbul edilə bilməz. X2 və X3 müraciəti üzrə aparılan araşdırma ilə bağlı qeyd edirəm ki, orqanın sorğusu əsasında lazımi sənədlərin təqdim edilməsinə baxmayaraq təqdim edilən sənədlər natamam təqdim olunmuş kimi qiymətləndirilmişdir. Lakin inzibati orqan tərəfindən natamamlığın nədən ibarət olması təsdiq edilməmişdir. Belə olan halda Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tərkibinin yaranması üçün əsaslar mövcud olmamışdır. Qeyd olunanlara əsasən hesab edirəm ki, vəzifəli şəxsin təqsiri sübuta yetirilə bilmədiyindən birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və iş üzrə icraata xitam verilmişdir. Həmçinin qeyd etməyi zəruri hesab edirəm ki, nə birinci instansiya məhkəməsində icraat zamanı nə də apellyasiya icraatı zamanı vəzifəli şəxsin təqsirli olması bərədə hər hansı bir sübut təqdim edilməmişdir. Apellyasiya şikayətində qeyd olunan hallar şəxsi mülahizə xarakteri daşıyır və sübut əhəmiyyəti kəsb etməməklə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi üçün əsas təşkil etmir.. Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 134.1 və 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş şikayət əsaslı olmadığından təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Inzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136.1 və 136.2-ci maddələrini rəhbər tutaraq qərar verdim: “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar