Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-55/2026 14.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Mirzəyev Ilqar Məhərrəm oğlu, X6 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X1 iştirakları ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Protokolu tərtib edən orqan tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Protokolu tərtib edən orqan tərəfindən ünvan 1 ünvanında yerləşən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər, eyni zamandan Protokolu tərtib edən orqan tərəfindən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Naxçıvan Şəhər Məhkəməsinə daxil olmuş, Naxçıvan Şəhər Məhkəməsinin (hakim G.K.Əliyeva) ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından narazı qalan Protokolu tərtib edən orqan rəisi Elnar Hüseynov ## ###### 2026-cı il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv olunması və işin yenidən araşdırılması üçün Naxçıvan Şəhər Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokolu tərtib edən orqan rəisi Elnar Hüseynov şikayətində işin hallarını qeyd edərək göstərmişdir ki, birinci instansiya məhkəməsinin qərarı işin faktiki halları və tətbiq edilməli olan huquq normaları düzgün qiymətləndirilmədiyindən qanunsuz və əsassızdır. iş materialları ilə müəyyən olunur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-də baş mexanik vəzifəsində çalışan X3 ## ###### 2026-cı il tarixdə xəsarət alması faktı ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsının (bundan sonra - Məcəllə) tələblərinə uyğun olaraq Xidmət tərəfindən araşdırma aparılmışdır. Araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması məqsədilə Xidmət tərəfindən işəgötürəndən hadisənin başvermə səbəblərinin müəyyən edilməsi üçun zəruri əhəmiyyət kəsb edən sənədlərin və məlumatların təqdim edilməsi tələb edilmişdir. Xüsusilə zərərçəkmış şəxsin qaynaq işlərini yerinə yetirmək hüququ verən sənədinin mövcudluğu, istifadə edilən qaynaq avadanlığına dair texniki sənədlər, hadisə zamanı təmir olunan avadanlıq barədə məlumatlar, eləcə də görülən işə nəzarəti həyata keçirən məsul şəxslər barədə məlumatların təqdim olunması tələb edilmişdir. Lakin iş materiallarından göründüyü kimi, işəgötürən tərəfindən həmin məlumat və sənədlər Xidmətə təqdim edilməmiş, bununla da bədbəxt hadisənin araşdırılmasına maneə yaradılmışdır. Apellyasiya şikayətinin hüquqi əsası kimi Inzibati Xətalar Məcəlləsinin 2-ci, 21-ci və 539-cu maddələrinə istinad edilmişdir. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 məhkəməyə apellyasiya şikayətinə dair etiraz təqdim edərək etirazında göstərmişdir ki, inzibati orqanın apellyasiya şikayəti tamamilə əsassızdır. Işin faktiki hallarına ziddir və aşağıdakı hüquqi və faktiki əsaslara görə təmin edilməməlidir: Zəruri olmayan və artıq təqdim edilmiş sənədlərin təkrar tələb edilməsi IXM-nin 539.3cü maddəsi üzrə xəta tərkibini yaratmır. IXM-nin 539.3-cü maddəsinə əsasən, məsuliyyət yalnız əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın tələbi ilə zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə görə yaranır. Sənədlər əvvəlcədən təqdim edilmişdir. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən dəqiq müəyyən edilmişdir ki, ## ###### 2026-cı il tarixdə baş vermiş bədbəxt hadisənin təhqiq edilməsi ilə bağlı DƏMX rəisinin ##.##.2026- cı il tarixli sorğusuna cavab olaraq, Cəmiyyət tərəfindən hələ ## ###### 2026-cı il tarixində rəsmi cavab məktubu və tələb olunan zəruri sənədlər (əmək müqavilələri, tabel çıxarışları, sığorta sənədləri və s.) təqdim olunmuşdur. Komissiya rəyində sənədlərə istinad olunub. Inzibati orqanın ## ##### 2026-cı il tarixli əmri ilə yaradılmış komissiyanın yekun rəyində hüquqi şəxs tərəfindən təqdim olunmuş həmin sənədlərə birbaşa istinad edilmişdir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyində düzgün qeyd edildiyi kimi, araşdırma aparıldıqdan və sənədlər təqdim edildikdən sonra, yenidən zərurət olmadan eyni sənədlərin hüquqi şəxsdən təkrar istənilməsi düzgün deyildir. Zərurət olmayan sənədin yenidən təqdim edilməməsi IXMnin 539.3-cü maddəsində nəzərdə tutulmuş xəta tərkibini formalaşdırmır. Məhkəmə baxışı iclasında Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X1 çıxışında Xidmət tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdiyini bildirərək şikayətin təmin olunması Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv olunması və işin yenidən araşdırılması üçün Naxçıvan Şəhər Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 apellyasiya şikayətini qəbul etmədiyini, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- **)-***/**** nömrəli qərarının qanuni və əsaslı olduğunu bildirərək qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Inzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işin materiallarını şikayətin dəlilləri və proses iştirakçılarının izahatı ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, mübahisə olunan qərardan görünür ki, inzibati xəta haqqında işə baxan birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərin izahatları, işin bütün hallarının məcmusu hərtərəfli, tam və obyektiv araşdırılmaqla iş üzrə sübutlar düzgün qiymətləndirilmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edirəm ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən protokollar tərtib edilərkən düzgün araşdırma aparılmamış, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin sorğusuna cavab olaraq hüquqi şəxsdə olan sənədlər onlara təqdim edilmiş, yaradılmış komissiyaya lazım olan sənədlər göndərilmiş, komissiyanın rəyində hüquqi şəxsin sənədlərinə istinad edilmişdir. Qanunvericiliyin tələbinə əsasən bədbəxt hadisə nəticəsində araşdırma aparıldıqdan sonra yenidən zərurət olmadan sənədlər hüquqi şəxsdən tələb edilmişdir. Hər hansı bir zərurət olmadan sənədlərin istənilməsinə əsasən həmin sənədin əvvəl göndərilməsinə baxmayaraq yenidən təqdim edilməməsi qeyd olunan maddənin tərkibini yaratmır. Qeyd olunanlara əsasən hesab edirəm ki, nə hüquqi şəxsin nə də vəzifəli şəxsin təqsiri sübuta yetirilə bilmədiyindən birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və iş üzrə icraata xitam verilmişdir. Həmçinin qeyd etməyi zəruri hesab edirəm ki, nə birinci instansiya məhkəməsində icraat zamanı nə də apellyasiya icraatı zamanı nə hüquqi şəxsin nə də vəzifəli şəxsin təqsirli olması bərədə hər hansı bir sübut təqdim edilməmişdir. Apellyasiya şikayətində qeyd olunan hallar şəxsi mülahizə xarakteri daşıyır və sübut əhəmiyyəti kəsb etməməklə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi üçün əsas təşkil etmir.. Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. - 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. - 134.1 və 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Protokolu tərtib edən orqan tərəfindən verilmiş şikayət əsaslı olmadığından təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Inzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136.1 və 136.2-ci maddələrini rəhbər tutaraq qərar verdim: barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Protokolu tərtib edən orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-1)-55/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-55/2026
14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver