Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-56/2026 14.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə Baş İdarəsinin Naxçıvan Şəhər İdarəsinin Qərardan şikayət verən orqan (şəxs) İXM-in 606.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair ##.##.2026-cı il tarixli MN-******* nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə dair inzibati xəta haqqında iş Açar sözlər: Çağırışçının tibbi müayinə ilə əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə (İXM 606.3) inzibati tənbeh tətbiq olunmuş, birinci instansiya məhkəməsində orqanın işə baxmağa səlahiyyəti olmaması əsası ilə inzibati tənbehvermə haqqında qərar ləğv olunmuş, apellyasiya icraatında birinci instansiya məhkəməsinin qərarı ləğv olunaraq iş yenidən baxılması üçün göndərilmiş. Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu, Seyidova Mehriban Mehdi qızının katibliyi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə Baş İdarəsinin Naxçıvan Şəhər İdarəsinin onun İXM-in 606.3-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair ##.##.2026cı il tarixli MN-******* nömrəli qərarından verilmiş şikayətə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə Baş İdarəsinin Naxçıvan Şəhər İdarəsinin rəisi vəzifəsini icra edən nümayəndə2 tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İ. Birinci instansiya məhkəməsində icraat
1. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Naxçıvan Şəhər Şöbəsi tərəfindən tərtib olunmuş ## ##### 2026-cı il tarixli, MN seriyalı, ******** nömrəli inzibati xəta haqqında protokola əsasən Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixli möhlət hüququnun bitməsinə baxmayaraq, Qərardan şikayət verən orqan (şəxs) TTH komissiyasından yayındığı müəyyən olunmuşdur. Naxçıvan Şəhər Şöbəsinin ## ##### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 606.3-cü maddəsinə əsasən 500 manat məbləğində inzibati cərimə olunmuşdur.
2. Naxçıvan Şəhər Məhkəməsinin (hakim G.Əliyeva) ## #### 2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə təqsirli sayılmasına dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən tərtib olunmuş ## ##### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.
3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə Baş İdarəsinin Naxçıvan Şəhər İdarəsinin rəisi vəzifəsini icra edən nümayəndə2 şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. II. Şikayətin dəlilləri və izahatlar a) Şikayətin dəlilləri
4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə Baş İdarəsinin Naxçıvan Şəhər İdarəsinin rəisi vəzifəsini icra edən nümayəndə2 şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*-**-*/*-****/**** nömrəli "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair işləra baxılmasının bəzi məsələləri haqqında" icmalına və İXM-nin 43.3-cü maddəsinə əsasən Naxçıvan Şəhər İdarəsi Allahvedi Əsgərov barəsində inzibati xəta haqqında qərar qəbul edərkən səlahiyyət həddini aşmamış, əksinə qanunda göstərildiyi kimi öz səlahiyyəti daxilində daha ağır tənbeh tədbirinin tətbiqi deyil, Qərardan şikayət verən orqan (şəxs) barəsində tənbeh növü olaraq cərimə cəzası tətbiq etmişdir. Məhkəmənin bu əsasla Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı ləğv etməsi qanunsuzdur. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
5. İnzibati xəta haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi nümayəndə1 apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verərək Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. III. Hüquqi məsələlər c) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
6. Maddə 606.3. Çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur.
7. Maddə 604. İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə yüz manat məbləğində cərimə edilir.
8. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
9. Maddə 6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. (Qanunçuluq prinsipi)
10. Maddə 40.0.3. İnzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar.
11. Maddə 42.2. İnzibati xətalar haqqında işlərə bu Məcəllənin 40.0.3-cü maddəsində nəzərdə tutulan orqanlar adından baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”-nın 12-ci bəndinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti adından bu Siyahının 10-cu və 10-1-ci hissələri nəzərə alınmaqla, Məcəllənin 604, 606.2, 606.3 və 607-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Xidmətin rəisi, onun müavinləri, Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin rəisi, onun müavini, Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələrinin rəisləri, onların müavinləri tərəfindən baxılır.)
12. Maddə 43.1. Rayon (şəhər) məhkəmələri bu Məcəllənin... 606.3-cü... maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar.
13. Maddə 43.3. Bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. d) Azərbaycan Respublikasının Ali Məhkəməsinin hüquqi mövqeyi
14. Nəzərə alınmalıdır ki, İXM-in 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması bu Məcəllənin 43.1-ci maddəsi ilə məhkəmələrə aid edilsə də, İXM-in 42.2ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın (bundan sonra - Siyahı) 12 və 12.0-cı bəndlərinə əsasən həmin inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyətinə həmçinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti adından Xidmətin rəisi, onun müavinləri, Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin rəisi, onun müavini, Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələrinin rəisləri, onların müavinləri malikdirlər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti adından, habelə Dövlət Təhlükəsizliyi Xidməti və ya Xarici Kəşfiyyat Xidməti adından bu orqanların səlahiyyətli vəzifəli şəxsləri tərəfindən baxılmış inzibati xətalara dair işlər üzrə qərarlardan məhkəmələrə İXM-in 128.2.3cü maddəsində nəzərdə tutulmuş qaydada şikayət (protest) verildikdə, Siyahıya əsasən (İXMin 43.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla) həmin dövlət orqanlarının (vəzifəli şəxslərin) də belə işlərə baxmaq səlahiyyətinə malik olduğu nəzərdən qaçırılmamalı və bu cür dəlillə, yəni göstərilən dövlət orqanlarının vəzifəli şəxslərinin İXM-in 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq səlahiyyətində olmaması (İXM-in 43.1-ci maddəsi ilə belə işlərə baxmaq səlahiyyətinin yalnız məhkəməyə aid edilməsi) kimi yanlış əsasla inzibati tənbehin tətbiq edilməsi haqqında səlahiyyətli orqanların (vəzifəli şəxslərin) qərarlarının ləğv edilməsinə yol verilməməlidir. ("Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair işləra baxılmasının bəzi məsələləri haqqında" Azərbaycan Respublikasının Ali Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*-**-*/*-****/**** nömrəli icmal məktubu) IV. Məhkəmənin hüquqi mövqeyi
15. Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ləğv edilməklə inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
16. Birinci instansiya məhkəməsi qərarını, əsasən, İXM-in 43.1-ci maddəsinə istinad etməklə əsaslandırmış və 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılmasının rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid olmasından çıxış edərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin həmin iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə səlahiyyət həddini aşdığı qənaətinə gəlmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmır.
17. İXM-nin 43.1-ci maddəsinə əsasən, həmin maddədə sadalanan, o cümlədən 606.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. Lakin bu müddəa həmin işlərə baxılması səlahiyyətinin yalnız məhkəmələrə məxsus olması kimi təfsir edilə bilməz. İXM-in 42.2-ci və 43.3-cü maddələrinə əsasən, bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlara (vəzifəli şəxslərə) də aid edilə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*-**-*/*- ****/**** nömrəli icmalının 1-ci bəndində göstərilmişdir ki, İXM-in 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması İXM-in 43.1-ci maddəsi ilə məhkəmələrə aid edilsə də, İXM-in 42.2-ci maddəsinə əsasən həmin inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti həmçinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti adından müvafiq vəzifəli şəxslərə verilmişdir. Həmçinin xüsusilə vurğulanmışdır ki, həmin dövlət orqanlarının vəzifəli şəxslərinin İXM-in 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq səlahiyyətində olmaması, yalnız İXM-in 43.1-ci maddəsinin məzmununa əsaslanmaqla belə işlərin məhkəmələrin səlahiyyətinə aid edilməsi barədə dəlil inzibati tənbehin tətbiq edilməsi haqqında səlahiyyətli orqanların qərarlarının ləğv edilməsinə əsas verən hal kimi qəbul edilməməlidir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən inzibati tənbeh tətbiq etmiş orqanın səlahiyyətinə dair məsələni düzgün müəyyən etməmiş, bunun nəticəsində isə işin mahiyyəti üzrə əhəmiyyətli olan digər halları tam araşdırmamışdır. Qərardan şikayət verən orqan (şəxs) çağırış vərəqəsinin ona qanunla müəyyən edilmiş qaydada çatdırılıbçatdırılmaması,
19. onun qeydiyyatda olduğu ünvanda yaşayıb-yaşamaması, habelə ## ####### 2025-ci il tarixdə tibbi müayinəyə gəlməməsinin səbəbləri və həmin səbəblərin üzrlü olubolmaması müəyyən edilməlidir. Bu səbəbdən iş üzrə toplanmış sübutların qarşılıqlı əlaqədə qiymətləndirilməsi və Qərardan şikayət verən orqan (şəxs) 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədib-törətməməsi barədə yekun nəticəyə gəlmək üçün işin yenidən araşdırılması zəruridir.
20. İşə yenidən baxılarkən birinci instansiya məhkəməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq vəzifəli şəxslərinin İXM-in 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq və inzibati cərimə tənbeh növü tətbiq etmək səlahiyyətinə malik olmasını nəzərə almalıdır.
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsini rəhbər tutaraq, qərara aldım: Şikayət qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ləğv edilsin və və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilsin. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Hakim Mehdi Əliyev