Məhkəmə qərarları › İş №3(3-1)-57/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-57/2026

14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-57/2026 14.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş Açar sözlər: Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə zəruri məlumatların (sənədlərin) təqdim edilməməsinə görə protokol tərtib edilmiş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilmiş, apellyasiya şikayəti təmin olunmamış. Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu, Seyidova Mehriban Mehdi qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin nümayəndəsi nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X1 iştirakı ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin və həmin MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin rəisi Elnar Hüseynov tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İ. Birinci instansiya məhkəməsində icraat

1. X16, X2, X3, X9, X10, X6, X7, X4 Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə ünvanlandıqları şikayətdən görünür ki, “X17” MMC-də işlədikləri müddətdə ödənilməyən məzuniyyət pullarını və əməkhaqlarını ala bilməmiş, bununla bağlı müraciətlərinə baxılmasını xahiş etmişlər, Xidmət tərəfindən “X17” MMC-yə ünvanlanmış ## ### 2026-cı il tarixli, *-**-*-*/*-****/**** nömrəli, ## ### 2026-cı il tarixli, *-**-*-*/*-***/**** nömrəli məktublarından görünür ki, vətəndaşlara aid əmək müqavilələrinin surəti (elektron əmək müqavilələri olmadığı təqdirdə), işəgirmə əmrləri, işçilərin aylıq əməkhaqlarının hesablanıb ödənilməsinə dair sənədlər (son bir il üzrə hesablama cədvəli, ödəniş tapşırığı və bankomat cədvəli), işçilərin iş illəri üzrə əmək məzuniyyətindən istifadə etməsinə dair müvafiq sənədlər (işçilərin ərizəsi, əmrlər, məzuniyyət pullarının hesablanıb ödənilməsi üzrə cədvəllər, ödəniş tapşırıqları və bankomat cədvəli), iş vaxtının uçotu cədvəllərinin surəti (son bir il üzrə), vətəndaşların müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu 7 iş günü ərzində Xidmətə təqdim edilməsi xahiş olunmuş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən Xidmətə ünvanlanmış ## ### 2026-cı il tarixli, ** nömrəli məktubundan görünür ki, işçilərin etdiyi kollektiv şikayətin sənədlərini MMCdə baş prokurorluq tərəfindən aparılan istintaq prosesinə görə təqdim edə bilməmişlər, çünki istintaq prosesi zamanı 2023-cü ildən bəri bütün sənədlər proses başa çatana qədər yoxlamaq məqsədi ilə prokurorluq tərəfindən götürülmüş, tələb olunan işçilərin işə giriş əmrləri əvvəlki MMC-nin fəaliyyət dövründə qeydə alınmış və buna görə də bəzi işçilərin sənədləri arxivdə olmadığı üçün təqdim edilə bilməmişdir.

2. Naxçıvan Şəhər Məhkəməsinin (hakim G.Əliyeva) ## #### 2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyin sübuta yetirilməməsi əsası ilə xitam verilmişdir.

3. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin rəisi Elnar Hüseynov şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv olunmasını və işin yenidən araşdırılması üçün Naxçıvan Şəhər Məhkəməsinə geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Şikayətin dəlilləri və izahatlar a) Şikayətin dəlilləri

4. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin rəisi Elnar Hüseynov şikayəti onunla əsaslandırmışdır ki, iş materiallarından müəyyən olunur ki, vətəndaş X11 və digər şəxslərin kollektiv müraciətinin tam, obyektiv və hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə cavabdeh inzibati orqan tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-yə müvafiq sorğu göndərilmiş və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin müəssisə sorğuda tələb olunan sənədlərin heç birini təqdim etməmiş, bunu həmin sənədlərin Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan cinayət işi üzrə istintaq materiallarına əlavə olunması ilə əsaslandırmışdır. Məhkəmə bu izahatı əsaslı hesab etsə də, həmin nəticə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinə əsaslanır. CPM-nin 136.2-ci maddəsi sənədlərin cinayət işi üzrə götürülməsi faktını həmin sənədlərin digər dövlət orqanına təqdim edilməməsi üçün mütləq və qeyd-şərtsiz əsas kimi nəzərdə tutmur. Əksinə, sənədlərin qanuni sahibinə onların surətlərini almaq və uyğun məqsədlər üçün istifadə etmək imkanı verilməsini təmin edir. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC tərəfindən cinayət prosesini həyata keçirən orqana müraciət edilərək sənədlərin surətlərinin alınması və ya onlardan müvəqqəti istifadə hüququnun təmin olunması istiqamətində hər hansı tədbirin görüldüyünü təsdiq edən sübut Xidmətə təqdim edilməmişdir. Belə olan halda, müəssisənin sənədləri təqdim etməməsini yalnız onların istintaq orqanında olması ilə əsaslandırması qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Birinci instansiya məhkəməsi də bu halı lazımi qaydada qiymətləndirməmiş, iş üzrə əhəmiyyət kəsb edən halları tam araşdırmadan nəticəyə gəlmiş və bununla da işin faktiki hallarına və qanunun tələblərinə uyğun olmayan qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə etiraz

5. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti ## ###### 2026-cı il tarixdə etiraz göndərərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 təsisçinin müvafiq qərarına uyğun olaraq ##.##.2026-cı ildə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin qanuni təmsilçisi-direktoru vəzifəsinə təyin olunduğunu bildirmiş, DƏMX-in sənədlərin təqdim olunması tələbi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 işə başlamasından əvvəl olmuş, DƏMX-in # ### 2026-cı ildə “X17” MMC-yə ünvanladığı məktubda göstərilir ki, bir qrup işçinin əmək məzuniyyəti haqlarının, həmçinin kapitallarının ödənilməməsinə dair kollektiv müraciətə baxılmışdır. Buradan aydın olur ki, söhbət “X17” MMC-dən gedir. Bu məsələnin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC ilə heç bir əlaqəsi yoxdur. “X17” MMC ləğv olunarkən heç bir arxiv sənədlərini təhvil verməmiş, eyni zamanda müəyyən olunmuşdur ki, DƏMX-in Dövlət Vergi Xidmətinə inteqrasiya edilmiş çıxışı mövcuddur. İstənilən şəxsin əməkhaqqı ödənişləri barədə məlumatları əldə edə bilər. DƏMX apellyasiya şikayətini belə əsaslandırır ki, vətəndaşların şikayətini araşdırmaq üçün barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-yə sorğu göndərərək araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsini tələb etmişdir. İş materiallarına əlavə olunan DƏMX-in # ### 2026-cı il tarixli, *-**-*-*/*-***/**** nömrəli məktubu “X17” MMC-yə ünvanlanmışdır. DƏMX-in başqa təşkilatın əməkdaşlarının müraciətini başqa təşkilata qarşı istifadə etməsi düzgün deyil. DƏMX-in tələb etdiyi sənədlər əsasən ƏMAS sistemində mövcuddur. Əməkhaqları barədə məlumatları, kapitalların ödənilib-ödənilməməsini isə Dövlət Vergi Xidmətinin inteqrasiya edilmiş vasitəsi ilə aydınlaşdırmaq mümkün idi. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-yə gəldikdə, həqiqətən də, istintaq aparan orqan tərəfindən 2026-cı ilin mart ayının 4-dən MMC-də məhsul istehsalı və satışına qadağa qoyulduğu üçün yanvar və fevral aylarında istehsal olunmuş məhsullar satılmadığı üçün maliyyə çətinlikləri yaranmış və əməkhaqları ödənilməmişdir. O, işə başladıqdan sonra Azərbaycan Respublikasının Prokurorluğuna müraciətindən sonra, may ayının 16-da Azərbaycan Respublikası Prokurorluğunun İstintaq idarəsi bəzi məhsulların satışına icazə vermişdir. İstintaq idarəsinin Naxçıvan MR DİN-ə və müəssisəyə ünvanlanmış məktubu işə əlavə edilmişdir. Məhz bundan sonra işçilərin əməkhaqları ödənilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun ##.##.2026-cı il tarixli, *-*-***/*-******/**** saylı məktubu işə əlavə edilmişdir. Apellyasiya şikayətində əsaslanan ikinci müddəa müəssisənin sorğuda tələb olunan sənədlərin heç birini təqdim etməməsi və bunu Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən aparılan istintaq işinə əlavə olunması ilə əsaslandırmasıdır. Məhkəmə işinə əlavə olunan sənədlərdə aydın görünür ki, DƏMX-in müraciətinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinə müraciət ünvanlanmış və rəsmi poçt qəbzi işə əlavə edilmişdir. İstintaq davam etdiyi üçün ## #### 2026-cı ildən sonra Naxçıvan MR Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Valeh Qasımov tərəfindən 1 ədəd kompüter, 1 ədəd hard disk və çoxlu sayda sənədlər götürülərək Bakı şəhərinə işə əlavə edilməsi üçün istintaq orqanına göndərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 136.1-ci maddəsinə əsasən, sənəd cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi icraatının materiallarına əlavə edilir və işin bütün saxlama müddəti ərzində işdə saxlanılır. Buradan isə aydın görünür ki, bu, işəgötürənin seçimi deyil, istintaq orqanının seçimidir. Eyni zamanda məhkəmə işin bütün hallarını tam və obyektiv araşdıraraq DƏMX tərəfindən protokol tərtib edilərkən çoxsaylı pozuntuların olduğunu və icraatda təqsirləndirilən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin vəzifəli şəxsi kimi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 inzibati xətasının sübut edilmədiyi qənaətinə gəlmişdir. Naxçıvan MR ƏSMN yanında DƏMX-in Naxçıvan Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından apellyasiya şikayətinin təmin edilməməsini və Naxçıvan Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X1 şikayətdə qeyd olunan dəlillərə uyğun izahat verərək əlavə olaraq Baş Prokurorluğa sənədlərin əldə edilməsi ilə bağlı məktubun ünvanlanmadığını, ünvanlansa belə onlara bu barədə məlumatın verilmədiyini, sadəcə olaraq onlara məktub ünvanlanaraq Baş Prokurorluqda istintaq aparıldığı üçün sənədlərin təqdim edilə bilməməsinin qeyd edildiyini, etirazda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin “X17” MMC-nin hüquqi varisi olmadığının qeyd edildiyini, onlara məktubu münasibət bildirilməsi üçün göndərdiklərini, onların işçiləri olduğu üçün barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-in münasibət bildirdiyini bildirərək Naxçıvan Şəhər Məhkəməsinin qərarının ləğv olunmasını və işin yenidən araşdırılması üçün Naxçıvan Şəhər Məhkəməsinə geri qaytarılması xahiş etmişdir. Suallara cavabında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC əgər Baş Prokurorluğa məktub ünvanlasaydılar və həmin məktubun göndərilməsinə dair sənədləri X8 Xidmətinə təqdim etsəydilər İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə protokolun tərtib olunmayacağını, lakin qeyd olunan sənədlərin X8 Xidmətinə təqdim edilmədiyini bildirdi.

7. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 etiraza uyğun izahat verərək əlavə olaraq “X17” MMC-in 2023-cü ildə ləğv olunduğunu, məhsul sata bilmədikləri üçün işçilərin əmək haqqlarını ödəyə bilmədiklərini, X8 Xidmətinin isə real səbəb ilə maraqlanmadığını, Baş Prokurorluğun İstintaq idarəsinə X8 Xidmətinin sənədləri onlardan tələb etməsi barədə müraciət ünvanladıqlarını, lakin Baş Prokurorluq tərəfindən bu müraciətə cavab verilmədiyini bildirərək şikayətin təmin edilməməsini və Naxçıvan Şəhər Məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.

8. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi nümayəndə2 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 qeyd etdiklərinə əlavəsinin olmadığını bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. III. Hüquqi məsələlər d) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

9. Maddə 539.3. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

10. Maddə 539.1-1. Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.

11. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

12. Maddə 6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. (Qanunçuluq prinsipi)

13. Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. (Təqsirsizlik prezumpsiyası prinsipi)

14. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

15. Maddə 18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.

16. Maddə 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. e) Azərbaycan Respublikasının Əmək Məcəlləsi

17. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. IV. Məhkəmənin hüquqi mövqeyi

18. Məhkəmə işin materiallarını, tərəflərin izahatlarını və tətbiq edilən hüquq normalarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, sübutlara obyektiv və hərtərəfli qiymət vermişdir.

19. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri məlumatların və sənədlərin təqdim edilməməsini, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsini inzibati xəta kimi müəyyən edir. Lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün tələb olunan sənədlərin təqdim edilməməsi faktı, yəni obyektiv tərəfi ilə yanaşı, həmin sənədlərin təqdim edilməməsinin təqsirli əməl nəticəsində baş verməsi, yəni subyektiv tərəfi də müəyyən edilməlidir. Çünki, İXM-in yuxarıda göstərilən 12.1-ci maddəsinin məzmunundan da aydın olur ki, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. İş materiallarında isə bu MMC-nin direktorunun təqsirli olması ilə hallar mötəbər sübutlarla təsdiq olunmur. Belə ki, iş materiallarında nə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin, nə də onun direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tələb olunan sənədləri qəsdən və ya ehtiyatsızlıqdan təqdim etmədiyini, habelə sənədlərin təqdim edilməməsinin onların iradəsindən asılı olan səbəbdən baş verdiyini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Əksinə, tələb olunan sənədlərin istintaq orqanı tərəfindən götürüldüyü, həmin dövrdə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin faktiki sərəncamında olmadığı və bu barədə həm X8 Xidmətinə, həm də istintaq orqanına müvafiq məlumat və müraciətlərin verildiyi iş materialları ilə təsdiq olunur. Belə olan halda, sənədlərin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin və onun direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 faktiki sərəncamında olmadığı və onların təqdim edilməməsinin iradələrindən asılı olmayan obyektiv səbəblərlə bağlı olduğu halda, yalnız sənədlərin X8 Xidmətinə təqdim edilməməsi faktına əsasən həm barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin, həm də barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 təqsirli olması barədə nəticəyə gəlmək mümkün deyildir.

20. Bundan əlavə, iş materiallarından görünür ki, X8 Xidmətinin ilkin müraciəti və sənədlərin təqdim edilməsi tələbi “X17” MMC-yə ünvanlanmışdır. Lakin inzibati məsuliyyətə cəlb olunan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-dir. İş materiallarında isə “X17” MMC ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMCnin eyni hüquqi şəxs olması, yaxud birinin digərinin hüquqi varisi olması, eyni ünvanda olması barədə mötəbər sübutlar olması müəyyən edilməmişdir. Əksinə sonrakı yazışmalardan (iş.m. səh 7-9) görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin poçt ünvanı “X17” MMC-nin poçt ünvanından fərqlidir. Bu baxımdan, “X17” MMC-yə ünvanlanmış sənədlərin təqdim edilməsi tələbinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC üçün icrası məcburi tələb kimi qəbul edilməsinə hüquqi əsasın mövcudluğu da müəyyən edilməmişdir. Belə hüquqi əlaqə və ya hüquqi varisliyin olmasının təsdiq olunmaması şəraitində həmin tələbin icra edilməməsinə görə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin və onun direktorunun İXM-in 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi əsaslı hesab edilə bilməz.

21. Beləliklə, iş üzrə sənədlərin X8 Xidmətinə təqdim edilməməsi faktı müəyyən edilsə də, həmin sənədlərin təqdim edilməməsinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 təqsirli hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdiyi, habelə onlara ünvanlanmış, icrası məcburi olan qanuni tələbin mövcudluğu sübuta yetirilməmişdir. Əksinə, iş materiallarından sənədlərin onların faktiki sərəncamında olmadığı və təqdim edilməməsinin obyektiv, iradələrindən asılı olmayan səbəblərlə bağlı olduğu, eləcə də ilkin sənəd tələbinin başqa hüquqi şəxsə – “X17” MMC-yə ünvanlandığı müəyyən olunur. Bu hallarda yalnız sənədlərin X8 Xidmətinə təqdim edilməməsi faktına əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 inzibati xəta törətməkdə təqsirli olduqları barədə nəticəyə gəlmək mümkün deyildir.

22. İş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirəm ki, İXM-in 134.1.1-cı maddəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin rəisi Elnar Hüseynovun şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar