Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-58/2026 26.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Mirzəyev Ilqar Məhərrəm oğlu, məhkəmə iclas katibi Hüseynbəyli Məftunə Firəddin qızının katibliyi, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə vətəndaş X2 və digərlərinin ## ### 2026-cı il tarixli müraciəti DƏMX-də araşdırılarkən ##.##.2026-cı il və ##.##.2026-cı il tarixlərində müəssisədən daxil olan məlumat və sənədlərdən işçilərin 2026-cı ilin ## ###### Ümumxalq Hüzn günü, bayram günlərində görülən işə görə əməkhaqqılarına əlavənin, istehsalat təqvimi üzrə aylıq iş vaxtı normasından artıq vaxtda görülən işə görə həmçinin gecə və axşam saatlarında görülən işə görə əməkhaqqılarına əlavənin ödənilmədiyi müəyyən edildi. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt DƏMX-ə ##.##.2026 və ##.##.2026-cı il tarixində müəssisə tərəfindən daxil olan məlumat və sənədlər ilə təsdiq edilir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 700 (yeddi yüz) manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 25 (iyirmi beş) gün müddət müəyyən olunması qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixli şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri Naxçıvan Şəhər Məhkəməsinə göndərərək Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini, barəsində Azərbaycan Respublikası IXM-in 192.4-cü maddəsi ilə müəyyən edilmiş cərimə cəzasının əsassız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (hakim A.N.Heydarov) ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmiş, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarları ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin rəisi Elnar Hüseynov ## ###### 2026-cı il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv olunması və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli “Inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar”ın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin rəisi Elnar Hüseynov şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar işin faktiki halları tam və hərtərəfli araşdırılmadan, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verilmədən və maddi hüquq normaları düzgün tətbiq edilmədən qəbul edildiyindən qanunsuz və əsassızdır. Iş materiallarından müəyyən olunur ki, vətəndaş X2 və digər işçilərin əmək hüquqlarının pozulması ilə bağlı # ### 2026-cı il tarixli kollektiv müraciəti əsasında Xidmət tərəfindən araşdırma aparılmış, müəssisədən ## ### 2026-cı il və ## ### 2026-cı il tarixlərdə təqdim edilmiş məlumat və sənədlər, o cümlədən iş vaxtının uçotuna dair sənədlər araşdırılmışdır. Araşdırma nəticəsində işçilərin ümumxalq hüzn günü, iş günü hesab edilməyən bayram günlərində, iş vaxtı normasından artıq müddətdə və gecə (axşam) saatlarında görülmüş işə görə qanunvericiliklə nəzərdə tutulmuş əməkhaqqı əlavələrinin ödənilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra – Məcəllə) 164-cü maddəsinin 1-ci hissəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı müəyyən edilmiş yüksək məbləğdə ödənilməlidir. Aylıq maaş alan işçilər aylıq iş vaxtı normasından artıq vaxtda işlədikdə isə onlara maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşının ikiqat məbləğindən aşağı olmayan ödəniş verilməlidir. Bundan əlavə, Məcəllənin 165-ci maddəsinin 1-ci hissəsinə əsasən iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əməkhaqqı vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilməlidir. Həmin normanın məqsədi işçinin qanunla müəyyən edilmiş normal iş vaxtından artıq əməyə cəlb edilməsi halında onun əməyinin artırılmış məbləğdə kompensasiya edilməsini təmin etməkdir. 2026-cı ilin rəsmi istehsalat təqviminə əsasən 40 saatlıq beşgünlük iş həftəsi üzrə illik iş vaxtı norması 1922 saat müəyyən edilmiş, mart ayı üzrə isə çoxsaylı iş günü hesab edilməyən bayram və istirahət günləri nəzərə alınmaqla iş vaxtı norması 111 saat təşkil etmişdir. Beləliklə, müəssisə tərəfindən Xidmətə təqdim edilmiş 2026-cı ilin mart ayına aid tabel cədvəllərinə əsasən işçilərin həmin ay ərzində 144 saat işə cəlb edildiyi halda, müvafiq ay üzrə müəyyən edilmiş iş vaxtı norması 111 saat olmuşdur. Başqa sözlə, işçilərin faktiki işə cəlb edildiyi müddət aylıq iş vaxtı normasını 33 saat aşmışdır. Bu halın hüquqi qiymətləndirilməsi zamanı yalnız işçilərin faktiki olaraq işə cəlb edildiyi saatların mövcudluğu deyil, həmin işin qanunvericiliklə müəyyən edilmiş normal iş vaxtı çərçivəsindən kənara çıxıb-çıxmadığı və bunun müqabilində qanunla nəzərdə tutulmuş əlavə əməkhaqqının hesablanaraq ödənilib-ödənilmədiyi nəzərə alınmalıdır. Əgər işəgötürən tərəfindən iş vaxtının cəmlənmiş uçotunun tətbiq edilməsi barədə qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilmiş rejim müəyyən edilməyibsə, ayrı-ayrı aylarda işçilərin qanunla müəyyən edilmiş aylıq iş vaxtı normasından artıq işə cəlb edilməsi iş vaxtından artıq işin yaranması baxımından hüquqi əhəmiyyət daşıyır. Məcəllənin 96-cı maddəsinə əsasən iş vaxtının cəmlənmiş uçotunun tətbiqi müvafiq qaydada müəyyən edilməli və həmin uçot zamanı müvafiq uçot dövrü üzrə qanunvericiliklə müəyyən edilmiş iş vaxtı normasına riayət olunmalıdır. Odur ki, müəssisənin tabel cədvəllərində işçilərin mart ayı ərzində 144 saat işlədilməsi faktı, həmin ay üçün müəyyən edilmiş 111 saatlıq iş vaxtı norması ilə müqayisədə 33 saat artıq işə cəlb edilməni göstərir. Bu artıq iş saatlarına görə Əmək Məcəlləsinin 165-ci maddəsinin tələblərinə uyğun əlavə əməkhaqqının hesablanması və ödənilməsi işəgötürənin qanuni vəzifəsidir. Bununla yanaşı, işçilərin ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işə cəlb edilməsi ayrıca olaraq Məcəllənin 164-cü maddəsinin tətbiqini şərtləndirir. Həmin günlərdə görülən işə görə əməkhaqqının qanunla müəyyən edilmiş artırılmış məbləğdə ödənilməsi işəgötürənin seçimindən və ya daxili uçot praktikasından asılı deyil, imperativ qanun normasından irəli gələn öhdəlikdir. Eyni zamanda, işçilərin gecə vaxtında işə cəlb edilməsi halında Məcəllənin 97 və 166-cı maddələrinin tələbləri nəzərə alınmalıdır. Məcəllənin 97-ci maddəsinə əsasən saat 22:00-dan səhər saat 06:00-dək olan müddət gecə vaxtı hesab edilir. Buna görə də işçilərin həmin vaxt intervalında işlədilməsi və bu işə görə qanunvericiliklə müəyyən edilmiş əlavə ödənişlərin həyata keçirilməməsi ayrıca əmək qanunvericiliyinin pozuntusu kimi qiymətləndirilməlidir. Qeyd olunan pozuntuların hüquqi məsuliyyət baxımından nəticəsi IXM-nin 192.4-cü maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilirlər. Bu baxımdan, Xidmət tərəfindən müəssisədən tələb edilmiş sənədlərin, tabel cədvəllərinin və təqdim edilmiş digər məlumatların əsasında müəyyən edilmiş faktiki hallar inzibati xəta tərkibinin obyektiv tərəfini təsdiq edir. Belə ki, işçilərin xüsusi hüquqi rejimə malik günlərdə və iş vaxtı normasından artıq müddətdə işlədilməsi ilə yanaşı, həmin işə görə qanunvericilikdə nəzərdə tutulmuş artırılmış əməkhaqqının ödənilməməsi müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, inzibati xəta haqqında iş üzrə qərarın qəbul edilməsində Xidmət tərəfindən yalnız işçilərin artıq işə cəlb edilməsi deyil, həm də həmin işə görə qanuni ödənişlərin həyata keçirilməməsi əsas götürülmüşdür. Başqa sözlə, inzibati məsuliyyətin əsası işçilərin işləməsi faktının özü deyil, əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq həmin əməyin ödənilməməsidir. Bundan əlavə, iş materiallarında mövcud olan sənədlərin məcmu qiymətləndirilməsi göstərir ki, Xidmət tərəfindən müəyyən edilmiş pozuntular ehtimala deyil, müəssisənin özü tərəfindən təqdim edilmiş tabel cədvəllərinə və digər sənədlərə əsaslanmışdır. Bu sənədlərdə əks olunan iş saatları işçilərin faktiki olaraq işə cəlb edildiyini təsdiq etdiyindən, onların hüquqi nəticələrinin işəgötürənin üzərinə qoyulması qanuni və əsaslıdır. Beləliklə, Xidmət tərəfindən müəyyən edilmiş hallar Məcəllənin 164, 165 və 166-cı maddələrinin tələbləri ilə uzlaşır və həmin pozuntulara görə IXM-nin 192.4-cü maddəsinin tətbiqi üçün hüquqi əsaslar mövcud olmuşdur. Bu səbəbdən, Xidmətin qəbul etdiyi “Inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar”ın qəbul edilməsinin hüquqi və faktiki əsasları mövcud olduğu halda, həmin qərarın qanunsuz və ya əsassız hesab edilməsi üçün əsas yoxdur. Əksinə, qərar iş materiallarında olan sübutların, müəssisə tərəfindən təqdim edilmiş sənədlərin və əmək qanunvericiliyinin imperativ tələblərinin tətbiqi nəticəsində qəbul edilmişdir. Nəticə etibarilə, birinci instansiya məhkəməsinin Xidmətin mövqeyini nəzərə almayan və iş materiallarında olan sübutlara lazımi hüquqi qiymət verməyən nəticəsi əsaslı hesab edilə bilməz. Iş üzrə müəyyən edilmiş faktiki hallar və tətbiq edilməli maddi hüquq normaları Xidmət tərəfindən qəbul edilmiş qərarın qanuni və əsaslı olduğunu təsdiq edir. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2 və 21-ci maddələrinə istinad edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) rəsmi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə isə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətə baxılması ilə əlaqədar keçirilən məhkəmə baxışı iclasında Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 çıxışında Xidmət tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdiyini bildirərək Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv olunması və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli “Inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar”ın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Inzibati xəta haqqında işin materiallarını şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Icra Hakimiyyəti Istilik Təsərrüfatı Idarəsinin ## ###### 2025-ci il tarixli, *** saylı Əmrində qeyd edilmişdir ki, Istilik Təsərrüfatı idarəsində zərurətlə əlaqədar olaraq axşam (saat 18:00–22:00), gecə (saat 22:00–06:00) və qanunvericiliklə müəyyən edilmiş iş vaxtından artıq (əlavə) iş saatlarında çalışmış işçilərə müvafiq ödənişlər həyata keçirilməsi, axşam və gecə vaxtı görülən işlərə görə ödənişlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq: axşam vaxtı görülən işlərə görə saatlıq tarif (vəzifə maaşı) ən azı 20 faiz artırılmaqla; Gecə vaxtı görülən işlərə görə saatlıq tarif (vəzifə maaşı) ən azı 40 faiz artırılmaqla; Əlavə iş saatlarına görə isə hər saat üçün ən azı ikiqat məbləğdə hesablanaraq ödənilməsi, Istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının iş materiallarına əlavə edilmiş ödənilməsi hər saat üçün ən azı ikiqat məbləğdə hesablanaraq ödənilməsi, idarənin mühəndisinə, sahə rəislərinə və sahə ustalarına axşam, gecə və əlavə iş saatlarında işləmiş işçilərin iş vaxtını təsdiq edən cədvəlləri mühasibatlığa təqdim etmələri, baş mühasib təqdim edilmiş sənədlər əsasında hesablamaları ödənişlərin əməkhaqqı aparılması və ödənişlərin əməkhaqqı fondu çərçivəsində vaxtında verilməsinin təmin edilməsini, əmrin ##.##.2026-cı il tarixdən icra olunmalıdır. Iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Istilik Təsərrüfatı Idarəsinin Naxçıvan Şəhər Icra Hakimiyyətinə ünvanladığı ## ##### 2026-cı il tarixli, *-*-**/*-**/**** nömrəli məktubunda axşam, gecə və əlavə iş saatlarında işləmiş işçilərin iş vaxtını təsdiq edən cədvəllər mühasibatlıqda hazırlanıb və # ###### 2026-cı il tarixdə sistem üzərindən yüklənməsinə baxmayaraq şəhər maliyyə Idarəsinin rəisi tərəfindən ödənişlərin olunmasına razılıq verilməmişdir və yenidən əlavələrsiz ödənişlərin sistemə yüklənməsini xahiş edərək əlavələrin Maliyyə Nazirliyi ilə razılaşdırıldıqdan sonra hər iki ayın (yanvar-fevral) birlikdə veriləcəyini bildirmişdir. Hal-hazırda yanvar ayından bu günədək olan əlavə ödənişlər işçilərə ödənilmədiyindən ciddi narazılıqlar olduğu bildirilmişdir. Iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Istilik Təsərrüfatı Idarəsinin Naxçıvan Şəhər Maliyyə Idarəsinə ünvanladığı ## ##### 2026-cı il tarixli, *-*-**/*-**/**** nömrəli məktubunda axşam, gecə və əlavə iş saatlarında işləmiş işçilərin iş vaxtını təsdiq edən cədvəllər mühasibatlıqda hazırlanıb və # ###### 2026-cı il tarixdə sistem üzərindən yüklənməsinə baxmayaraq şəhər maliyyə Idarəsinin rəisi tərəfindən ödənişlərin olunmasına razılıq verilməmişdir və yenidən əlavələrsiz ödənişlərin sistemə yüklənməsini xahiş edərək əlavələrin Maliyyə Nazirliyi ilə razılaşdırıldıqdan sonra hər iki ayın (yanvar-fevral) birlikdə veriləcəyini bildirmişdir. Hal-hazırda yanvar ayından bu günədək olan əlavə ödənişlər işçilərə ödənilmədiyindən ciddi narazılıqlar olduğu bildirilmişdir. Iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Istilik Təsərrüfatı Idarəsinin Naxçıvan Şəhər Maliyyə Idarəsinə ünvanladığı ## #### 2026-cı il tarixli, *-*-**/*-**/**** nömrəli məktubunda ödəniləcək vəsaitin dəfələrlə Idarənin mühasibatlığı tərəfindən sistem üzərindən yüklənməsinə baxmayaraq heçbir hüquqi əsas olmadan Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi, Naxçıvan şəhər maliyyə idarəsi tərəfindən ödənişlərin olunması təsdiqlənməmişdir və bununla əlaqədar rəsmi olaraq təqdim olunan məktublara cavab verilməmişdir. Növbəli işləyən işçilərə veriləcək əlavə ödənişlərin dərhal verilməsi tələb edilmiş, əks təqdirdə inzibati məhkəməyə müraciət olunacağı bildirilmişdir. Iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Istilik Təsərrüfatı Idarəsinin Naxçıvan Şəhər Icra Hakimiyyətinə ünvanladığı ## #### 2026-cı il tarixli, *-*-**/*-**/**** nömrəli məktubunda ödəniləcək vəsaitin dəfələrlə Idarənin mühasibatlığı tərəfindən sistem üzərindən yüklənməsinə baxmayaraq heçbir hüquqi əsas olmadan Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi, Naxçıvan şəhər maliyyə idarəsi tərəfindən ödənişlərin olunması təsdiqlənməmişdir və bununla əlaqədar rəsmi olaraq təqdim olunan məktublara cavab verilməmişdir. Əlavə ödənişlərin işçilərə verilməsini təmin etmək və heç bir əsas olmadan idarə rəisinə tərtib olunmuş protokolların ləğv edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Icra Hakimiyyətinin ## #### 2026-cı il tarixli, *-*/*-*-**/**** saylı Sərəncamına əsasən, Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixdən əmək müqaviləsinə xitam verilməklə Naxçıvan Şəhər Istilik Təsərrüfatı Idarəsinin rəisi vəzifəsindən azad edilmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarında da göstərildiyi kimi Qərardan şikayət verən orqan (şəxs) vəzifəyə təyin olunduqdan sonra idarədə uzun illər ərzində yığılıb qalmış problemi aradan qaldırmaq üçün öz səlahiyyətləri çərçivəsində bütün zəruri və mütləq təşkilati-hüquqi tədbirləri görmüşdür. Belə ki, o, axşam, gecə, bayram və iş vaxtından artıq saatlarda görülən işlərə görə haqqın ödənilməsi üçün müvafiq hesablama cədvəllərini hazırlatmış, sistemi yükləmiş və vəsaitin ayrılması üçün aidiyyəti maliyyə orqanlarına dəfələrlə rəsmi müraciətlər etmişdir. Lakin büdcə vəsaitlərinin ayrılması və ödəniş tapşırıqlarının təsdiqlənməsi işəgötürənin birbaşa sərəncamverici səlahiyyətlərinə aid olmadığından, ödənişlərin faktiki icrası müvafiq maliyyə qurumlarının hərəkətsizliyi səbəbindən mümkün olmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək bir daha qeyd edirəm ki, ödənişlərin gecikdirilməsi Qərardan şikayət verən orqan (şəxs) iradəsindən asılı olmayan xarici maliyyə faktorları ilə şərtləndiyindən onun əməlində təqsir sübuta yetirilməmişdir. Ona görə də Qərardan şikayət verən orqan (şəxs) əməlində IXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Məhkəmə baxışı zamanı inzibati işin materiallarını apellyasiya şikayətinin dəlilləri ilə təhlil edərək bir daha qeyd edirəm ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Həmçinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi ilə bağlı işə apellyasiya qaydasında baxılarkən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən yeni sübutlar təqdim edilməmişdir. Beləliklə, yuxarıda göstərilənləri ümumiləşdirərək qeyd edirəm ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizə xarakteri daşıdığından əsassızdır, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12-ci mаddəsinə əsasən bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. - 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. - 134.1 və 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən verilmiş şikayət əsaslı olmadığından təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Inzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136.1 və 136.2-ci maddələrini rəhbər tutaraq qərar verdim: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-1)-58/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-58/2026
26.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver