Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-59/2026 26.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Mirzəyev Ilqar Məhərrəm oğlu, məhkəmə iclas katibi Hüseynbəyli Məftunə Firəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə vətəndaşlar X8 və digərlərinin eyni məzmunlu müraciətləri DƏMX-də araşdırılarkən ƏMAS-a baxış keçirən zaman 6 nəfər işçinin əmək müqavilələrinə Əmək Məcəlləsinin 75.2ç maddəsinə əsasən xitam verilən zaman əmək qanunvericiliyinin pozulması halı müəyyən edildi. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemi Əmək və X3 ilə təsdiq edilir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 (iyirmi) gün müddət müəyyən olunması qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixli şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri Naxçıvan Şəhər Məhkəməsinə göndərərək DƏMX-in ## #### 2026-cı il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (hakim A.N.Heydarov) ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmiş, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarları ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin rəisi Elnar Hüseynov ## ###### 2026-cı il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərarının ləğv olunması və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin ## #### 2026-cı il tarixli MN ******* nömrəli “Inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar”ın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin rəisi Elnar Hüseynov şikayətində göstərmişdir ki, vətəndaş X9 və digərlərinin “X10” Məhdud Məsuliyyətli Cəmiyyətində əmək hüquqlarının pozulmasına dair ## ##### 2026-cı il tarixli kollektiv müraciətinə Xidmətdə baxılmışdır. Bununla əlaqədar müraciətə aydınlıq gətirilməsi və vətəndaşa aid Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra – Məcəllə) üzrə təsbit olunmuş sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təqdim olunması üçün MMC-yə sorğu məktubu ünvanlanmışdır. MMC tərəfindən sorğuya cavab olaraq Xidmətə təqdim olunan sənədlərə və eyni zamanda ƏMAS-a (Əmək və Məşğulluq altsistemi) baxış keçirilərkən onların əmək müqaviləsinə Məcəllənin 75-ci maddəsinin 2ci hissəsinin “ç” bəndinə (işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məcburi öhdəlik götürdükdə) əsasən xitam verildiyi, lakin onlarla MMC arasında bağlanılmış əmək müqavilələrinin 9-cu hissəsinin 5-ci bəndində həmin maddənin bu halı ilə bağlı tərəflər arasında hər hansı razılaşdırmanın qeyd olunmadığı müəyyən edilmişdir. Əmək müqaviləsində işin həcminin azalması ilə bağlı hər hansı qeyd yoxdursa, bu, işçinin əmək şəraitində mühüm dəyişiklik kimi müqavilədə yer almadığı üçün, bu əsasa istinad edərək əmək münasibətlərinə xitam verilə bilməz. Işəgötürənin yazılı öhdəlik götürməsini və bunu təsdiq edən sənədi məhkəməyə təqdim etməmiş və sübuta əsaslanmayan qərar çıxarmışdır. Işəgötürən müəyyən müddət sonra işçini yenidən işə götürmək niyyətində olduğunu iddia etsə də, bu barədə əmək müqaviləsində qeyd göstərilməmiş, ayrıca yazılı öhdəlik sənədi də mövcud deyil. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarı qanunsuz, əsassız və sübutlara söykənmədən çıxarılmışdır. Qərardan şikayət verən orqan (şəxs) ümumi şəkildə Məcəllənin 75-ci maddəsinə istinad etməsi hüquqi cəhətdən qeyri-dəqiqdir, çünki 75.2 və 75.3-ci maddələri ayrılıqda konkret hüquqi yükə malikdir. Əgər xitam Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinin əsaslandırılırsa belə, bu halda da xitamın əsaslılığı, müvafiq əmrin verilməsi, işçiyə yazılı bildirişin təqdim olunması, öhdəlik ərizəsinin mövcudluğu, MMC olduğu üçün işin həcminin azalması barədə cəmiyyətin direktorlar şurasının qərarı və s. kimi mütləq prosedur qaydaları yerinə yetirilməlidir Əgər işəgötürən işin həcminin azalmasını sübut edə bilmirsə, bu, əmək müqaviləsinə xitam vermək üçün əsas kimi qəbul edilə bilməz. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2 və 21-ci maddələrinə, Əmək Məcəlləsinin 75-ci maddəsinin 3-ci hissəsinə istinad edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə ünvanlanmış apellyasiya şikayətinə etirazda Naxçıvan MR ƏSMN yanında DƏMX-in Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından verdiyi apellyasiya şikayətinin təmin edilməməsini, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinə etirazında göstərmişdir ki, “Mən Qərardan şikayət verən orqan (şəxs) təsisçinin müvafiq qərarına uyğun X10 MMC–qanuni təmsilçisi direktoru vəzifəsinə təyin olunmuşam. Mənə qarşı DƏMX-in ## #### 2026-cı il tarixli, MN 0026149 qərarı ilə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə inzibati cəza müəyyən edilmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edirəm. Çünki qərar qəbul edilərkən işin faktiki halları tam və obyektiv araşdırılmamışdır. Sübutları təqdim etmə imkanı yaradılmamış qanunvericiliyin tələbləri tam nəzərə alınmamışdır. Belə ki, 2026-cı ilin # #### tarixindən Naxçıvan Taxıl MMC-də istintaq aparılması ilə əlaqədar bütün işlər dayandırılmışdır. Təsisçi eyni zamanda direktor olan şəxs həbs edilmişdir. Müəssisədə istehsal və emal dayandırılmışdır. Hətta müəssisədə 2026-cı ilin yanvar və fevral ayında istehsal olunan məhsulların satışına qadağalar qoyulmuşdur. MMC-nin heç bir fəaliyyəti heç bir gəliri olmadığı üçün ciddi maliyyə çətinlikləri ilə üzləşmişdir. Aprel və may 2026cı ildə dəfələrlə müəssisənin yeməkxanasında bütün kollektivin iştirakı ilə geniş iclas keçirilərək mövcud vəziyyət onlara izah edilmişdir. MMC qısa müddət ərzində öz fəaliyyətini bərpa edə bilməyəcək. MMC-də istehsal və emala məhdudiyyətlər olduğu üçün işçilər heç bir iş görmürlər, bu vəziyyət uzun müddət davam edə bilməyəcək. Məhz bundan sonra mənim rəsmi müraciətim əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğun ## ### 2026cı il tarixli icazəsi ilə yanvar və fevral aylarında istehsal və emal edilmiş bəzi məhsulların satıışına icazə verilmişdir. Işçilərin əmək haqqı ödənildikdən sonra işçilərə təklif edildiki işçilər ya özlərinə yeni iş yeri axtarmalı ya da MMC fəaliyyətini bərpa edənədək ödənişsiz məzuniyyətə çıxa bilərlər. Bəzi işçilər vəziyyəti düzgün qiymətləndirərək öz ərizələri ilə işdən azad edildilər. Bir qrup şəxs isə MMC fəaliyyətini bərpa edənədək ödənişsiz məzuniyyətə çıxdılar. Bir qrup şəxs o cümlədən şikayət edən şəxslər əsasən Zeynalabdın Bağırov və digərləri edilən heç bir təklifi qəbul etməyərək müəssisənin vəziyyətinin onlara aid olmadığını hər ay əmək haqqını alacaqlarını bildirdilər. Məhz bundan sonra bağlanmış əmək müqavilələrinin 9.1 bəndinə uyğun olaraq Əmək Məcəlləsinin 75.2ç maddəsini nəzərə alaraq hər bir işçi ilə gələcəkdə işə qaytarılmaq şərti ilə əmək müqavilələrinə xitam verilmişdir. Son zərurət tədbiri kimi həyata keçirilən əmək müqavilələrinə xitam əmri müəssisənin düşdüyü ciddi maliyyə çətinlikləri ilə əlaqədar olmuşdur. Çünki müəssisənin fəaliyyəti olmadıği üçün heç bir gəliri yox idi. Hazırda müəssisə işləmir yalnız MMC-nin mühafizəsi fəaliyyət göstərir. Məhz işçilər işdən azad edidikdən sonra iddia edilən bir qrup işçi DƏMX-ə şikayət ərizəsi ilə müraciət etmişlər. Işçilərin şikayət ərizəsi bizə göndərilmədiyi üçün hansı tarixdə və kimlərin müraciət etdiyi bizə məlum deyil. Bu isə ciddi şübhələr yaradır. Belə ki işçiərin bir qrupu işdən azad edilən kimi iş axtarmaq adı ilə Türkiyəyə getdiyi məlumdur. DƏMX şikayət ərizəsində göstərir ki guya MMC–yə sorğu göndərərək sorğu əsasında MMC tərəfindən verilən cavaba əsasən belə qənaətə gəlmişdir. Bir daha tam məsuliyyətlə bəyan edirəm ki, DƏMX MMC-yə heç bir sorğu göndərməmiş və bu barədə MMC heç bir sorğuya cavab verməmişdir. DƏMX–in rəisi E.Hüseynov sadəcə olaraq məhkəməyə bilə-bilə yalan məlumat verərək MMC-nin direktorunu cəzalandırmaq istəyir. Naxçıvan Şəhər Məhkəməsində 27 iyul tarixli iclasında DƏMX nümayəndəsi X1 MMC-yə sorğu bildiriş göndərildiyini iddia edib sənəd təqdim etmək üçün vaxt istəsə də 29 iyul tarixində keçirilən iclasda bildiriş göndərildiyini təsdiq edən sənəd təqdim edə bilməmişdir. Bu barədə səhvini etiraf etmişdir. Yuxarıdakıları nəzərə alaraq DƏMX-i bu faktları sübut edəcək faktları təqdim etməlidir, sübut edə bilməsə DƏMX-nin rəisinin bu hərəkətinə yəni məhkəməyə bilə-bilə yalan məlumat verməsinə hüquqi qiymət verilməsi xahiş olunur. DƏMX işçilərin şikayəti barədə bizə heç məlumat verməmiş, araşdırma aparmamış, bildiriş göndərməmiş, protokol tərtib etmişdi. Bizə sübutları təqdim etmə və özünü müdafiə hüququ tanımamışlar. DƏMX işi araşdırmada ciddi şəkildə prosessual qaydaları pozmuşdur. Nəticədə mənim və digər MMC-in nümayəndəsinin iştirakı olmadan protokol tərtib edilmişdir. Halbuki mövcud qanunvericiliyə əsasən işə götürən araşdırmaya dəvət olunmalı idi. X6 şikayətləri bizə bildirməlidir. Protokolun tərtib olunması əvvəlcədən olan qərəzli yanaşmanı sübut edir. Buna görə protokolun əsaslılığı şübhə altındadır. Icraat işinin tam, obyektiv hərtərəfli aparılması prinsipi pozulmuşdur. Qərar bütün halların araşdırılmasına əsaslanmalı idi. Müdafiə hüquqları pozulmuşdur. Belə ki, işə götürənə sübut təqdim etmək, etiraz etmək imkanı verilməmişdir. Sübutlar tam toplanmamış, yalnız şikayətçinin ərizəsinə əsasən qəbul edilən qərarlar qərəzli yanaşmanı sübut edir. Eyni zamanda Naxçıvan Şəhər Məhkəməsində mənim tərəfimdən vəsatət verilmişdir ki, inzibati xəta törədilsə belə Inzibati Xətalar Məcəlləsinin əlli üçüncü maddəsinin 3-cü bəndinə əsasən icraata xitam verilməlidir. Belə ki MMC-də bütün iş yerləri bağlı olduğu üçün xammal olmadığı, heç bir iş olmadığından və ciddi maliyyə çətinliklərinə görə son zərurət kimi işçilərin əmək müqavilələrinə MMC fəaliyyətini bərpa etdikdə işə qaytarılmaq şərti ilə xitam verilmişdir. Apellyasiya şikayətində DƏMX-in əsaslandığı ikinci müddəa Əmək müqaviləsində işin həcminin azalması ilə bağlı hər hansı qeyd yoxdursa, bu, işçinin əmək şəraitində mühüm dəyişiklik kimi müqavilədə yer almadığı üçün, bu əsasa istinad edərək əmək münasibətlərinə xitam verilə bilməz. Işəgötürənin yazılı öhdəlik götürməsini və bunu təsdiq edən sənədi məhkəməyə təqdim etməmiş və məhkəmə sübuta əsaslanmayan qərar çıxarmışdır. Işəgötürən müəyyən müddət sonra işçini yenidən işə götürmək niyyətində olduğunu iddia etsə də, bu barədə əmək müqaviləsində qeyd göstərilməmiş, ayrıca yazılı öhdəlik sənədi də mövcud deyil. Bununla əlaqədar bildirilir ki mart ayının 4-dən MMC-də bütün iş fəaliyyəti dayanmışdır. Bank hesabları dondurulmuşdur. Heç bir məhsul istehsal və emal edilməmişdir. MMC-də işin həcmi azalmamış faktiki olaraq tamamilə dayanmışdır. Bu Azərbaycan Respublikası Baş Prokurorluğunun ## ### 2026-cı il tarixli məktubundan aydın görülür. 75.2 ç maddəsi ilə işdən azad olunan hər bir işçinin əmrində MMC fəaliyyətə başlayan kimi hər bir işçinin işə qaytarılması barədə öhdəlik götürülmüşdür və ayrıca öhdəlik barədə sənəd hazırlanaraq hər bir işçiyə təqdim olunmuşdur. Bu sənədlər yəni Azərbaycan Respublikası Baş Prokurorluğunun ## ### 2026-cı il tarixli məktubu xitam əmrindən çıxarış və öhdəlik barədə saziş işə əlavə olunur. Eyni zamanda birinci instansiya məhkəməsi işin bütün hallarını tam və obyektiv araşdıraraq DƏMX tərəfindən protokol tərtib edilərkən çox saylı pozuntuları və icraatda təqsirləndirilən vəzifəli şəxs kimi Qərardan şikayət verən orqan (şəxs) inzibati xətasının sübut edilmədiyi qənaətinə gəlmişdir.” Şikayətə baxılması ilə əlaqədar keçirilən məhkəmə baxışı iclasında Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X1 çıxışında Xidmət tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdiyini bildirərək Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərarının ləğv olunması və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin ## #### 2026-cı il tarixli MN ******* nömrəli “Inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar”ın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Şikayətə baxılması ilə əlaqədar keçirilən məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) çıxışında apellyasiya şikayətinin təmin edilməməsini və Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarının qüvvədə saxlanmasını xahiş etdi. Inzibati xəta haqqında işin materiallarını şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğunun ##.##.2026-cı il tarixli, *-*-***/*-******/**** nömrəli “X10” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) ünvanladığı məktubunda qeyd olunmuşdur ki, Baş Prokurorluğun Istintaq idarəsində Naxçıvan Muxtar Respublikası X12 tərəfindən "X10" MMC-yə saxlanca verilmiş X2 məxsus 10.077 ton ərzaqlıq buğdanın 9.466 tonunun həmin MMC-nin direktoru X4 tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə qanunsuz satılaraq mənimsənilməsi faktına görə ********* nömrəli cinayət işinin ibtidai istintaqı aparılır. Müəyyən edilmişdir ki, X2 məxsus 611 ton ərzaqlıq buğda hazırda "X10" MMC-nin anbarında saxlanılır. Müraciətdə qeyd olunan 85 ton un, 100 ton qarğıdalı və 10 ton kənd quşu yeminin X2 aid məhsullar olmaması, eləcə də uzun müddət saxlanılması nəticəsində keyfiyyətinin pisləşməsi ehtimalı nəzərə alınaraq, həmin məhsulların qanunvericiliyin tələblərinə uyğun qaydada realizə olunmasına (satılmasına) Baş Prokurorluğun Istintaq idarəsi tərəfindən etiraz edilmir. Iş materiallarına əlavə edilmiş “X10” MMC-nin ## #### 2026-cı il tarixli, B-** nömrəli əmrinə əsasən Qərardan şikayət verən orqan (şəxs) əmək müqaviləsinə xitam verilmişdir Iş materiallarına əlavə olunmuş əmək müqavilələrindən görünür ki, əmək müqavilələrinin 9.1ci bəndində tərəflərdən birinin təşəbbüsü ilə müqavilənin ləğv edilməsi üçün Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara ciddi əməl olunması qeyd edilmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarında da göstərildiyi kimi işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin 9.1-ci bəndində tərəflərdən birinin təşəbbüsü ilə müqavilənin ləğv edilməsi üçün Əmək Məcəlləsinin digər maddələri ilə yanaşı 75-ci maddəsi də sadalanmışdır. Işçi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2ç bəndinə əsasən işəgötürən tərəfindən işdən azad edilmişdir. Məhkəmə belə hesab edir ki, tərəflərin bağladıqları əmək müqaviləsində Əmək Məcəlləsinin 75-ci maddəsinin qeyd edilməsi onun bütün bəndlərini ehtiva edir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2ç bəndinin əsas tutulması müqavilədə mütləq və zəruri olaraq həmin bəndi xüsusi qeyd edilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək bir daha qeyd edirəm ki, Qərardan şikayət verən orqan (şəxs) əməlində IXM-in 192.6-cı maddəsinin tərkibi olmamışdır. Məhkəmə baxışı zamanı inzibati işin materiallarını apellyasiya şikayətinin dəlilləri ilə təhlil edərək bir daha qeyd edirəm ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Həmçinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi ilə bağlı işə apellyasiya qaydasında baxılarkən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən yeni sübutlar təqdim edilməmişdir. Beləliklə, yuxarıda göstərilənləri ümumiləşdirərək qeyd edirəm ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizə xarakteri daşıdığından əsassızdır, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12-ci mаddəsinə əsasən bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. - 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. - 134.1 və 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olmadığından təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Inzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136.1 və 136.2-ci maddələrini rəhbər tutaraq qərar verdim: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-1)-59/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-59/2026
26.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver