Məhkəmə qərarları › İş №3(3-1)-60/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-60/2026

27.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-60/2026 27.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Mirzəyev Ilqar Məhərrəm oğlu, X2 məhkəmə iclas katibliyi, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə Şahbuz Rayon Məhkəməsinin “06” avqust 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından Qərarından şikayət verilən orqan yanında X3 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Qərarından şikayət verilən orqan yanında X3 Xidməti tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə Şahbuz rayonu, Daylaqlı kənd ərazisində dövlət mülkiyyətində olan Naxçıvançay vadisindən mineral xammal növü - 25 m3 qum heç bir icazə sənədi olmadan çıxarılıb istismar edilərək inzibati xəta əməlini törədilmişdir. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt fotoşəkillər ilə təsdiq edilir. Qərarından şikayət verilən orqan yanında X3 Xidməti tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Şahbuz rayonu, Daylaqlı kənd ərazisində “Şahbuz İ” qum-çınqıl yatağından mineral xammal növü 25 m3 qum heç bir icazə sənədi olmadan yerin təkindən çıxarılıb istismar edilərək inzibati xəta törətdiyindən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra Inzibati Xətalar Məcəlləsi) 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 600 (altı yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Şahbuz Rayon Məhkəməsinin (hakim D.Y.Səfərov) “06” avqust 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ilə şikayətin qismən təmin edilməsi, Azərbaycan Respublikası Qərarından şikayət verilən orqan yanında X3 Xidmətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 228-ci maddəsi ilə cərimə olunmasına dair ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işə yenidən baxılması Azərbaycan Respublikası Qərarından şikayət verilən orqan yanında X3 Xidmətinə tapşırılması qərara alınmışdır. Həmin qərardan Qərarından şikayət verilən orqan yanında X3 Xidməti ## ###### 2026-cı il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasına müraciət edərək Şahbuz Rayon Məhkəməsinin “06” avqust 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarının ləğv edilərək X3 Xidmətinin ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan yanında X3 Xidməti tərəfindən verilmiş şikayətdə işin halları və birinci instansiya məhkəməsinin qərarının əsaslandırma hissəsi qeyd edilərək göstərilmişdir ki, aşağıda göstərilən səbəblərə görə Şahbuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə razılaşmırlar. Iş üzrə mübahisənin əsasını təşkil edən məsələ Qərardan şikayət verən orqan (şəxs) ümumiyyətlə qum-çınqıl götürüb-götürməməsi deyil, verilmiş müvəqqəti razılığın hansı müddəti əhatə etməsi və həmin razılıq dayandırıldıqdan sonra onun qum-çınqıl çıxarma fəaliyyətini davam etdirib-etdirməməsidir. Birinci instansiya məhkəməsi bu mühüm fərqləndirməyə lazımi hüquqi qiymət verməmişdir. Şahbuz Rayon Məhkəməsinin qərarının əsas hüquqi arqumentlərindən biri ##.##.2026-cı il tarixli, MN-******* saylı protokolun guya inzibati xətanın aşkar edildiyi vaxtdan qanunda müəyyən edilmiş müddət pozulmaqla tərtib edilməsidir. Məhkəmə IXM-in 101.1 və 101.2ci maddələrinə istinad edərək inzibati xəta aşkar edildikdən dərhal sonra, əlavə aydınlaşdırma tələb olunduqda isə iki gün müddətində protokol tərtib edilməli olduğunu göstərmişdir. Lakin məhkəmə bununla IXM-in 101.3-cü maddəsinin hüquqi əhəmiyyətini nəzərə almamışdır. Nəticə etibarilə, məhkəmənin 101.1 və 101.2-ci maddələrə əsaslanaraq protokolun tərtib edilməsini avtomatik olaraq qanunsuz hesab etməsi 101.3 və 102-ci maddələrin məzmunu ilə uzlaşmır. Bu hüquqi mexanizm ona görə nəzərdə tutulmuşdur ki, ətraf mühitə dair mürəkkəb inzibati xətalar üzrə faktların toplanması yalnız hadisə yerində birbaşa müşahidə ilə məhdudlaşmasın. Hazırkı işdə də: • əraziyə baxış keçirilmiş; • qum-çınqıl götürülməsi ilə bağlı faktiki hallar araşdırılmış; • dəymiş ziyanın hesablanması aparılmış; • şəxsdən izahat alınmış; • qum-çınqılın götürüldüyü ərazi və materialın həcmi ilə bağlı məlumatlar toplanmışdır. Məhkəmə qərarının özündə bu materialların mövcudluğu təsdiq edilir. Belə şəraitdə inzibati araşdırmanın aparılması qanunun məqsədinə tam uyğundur. Məhkəmənin yanaşması qəbul edilərsə, ətraf mühit sahəsində hər hansı mürəkkəb inzibati xətanın araşdırılması faktiki olaraq mümkün olmayacaq, çünki hadisənin aşkar edildiyi anda dərhal bütün ölçmələrin, ziyan hesablamalarının, foto-fiksasiyanın və digər prosessual hərəkətlərin yekunlaşdırılması tələb olunacaqdır. Bu isə IXM-in 102-ci maddəsində nəzərdə tutulan xüsusi hüquqi institutun praktiki əhəmiyyətini aradan qaldırır. Məhkəmə əsaslandırmasında N.Mehdizadənin Qərardan şikayət verən orqan (şəxs) icazə dayandırıldıqdan sonra ərazidə qum götürməsini şəxsən müşahidə etmədiyini bildirməsinə xüsusi əhəmiyyət vermişdir. Lakin inzibati xəta haqqında iş üzrə sübutetmə yalnız vəzifəli şəxsin hadisəni şəxsən müşahidə etməsi ilə məhdudlaşmır. Inzibati xəta haqqında iş üzrə qərarın qəbul edilməsinin məqsədi hadisənin bütün faktiki hallarının müxtəlif sübutlarla müəyyən edilməsidir. Hazırkı işdə ziyan hesablaması, izahat və digər sənədlər mövcuddur. Məhkəmə isə həmin sübutların hər birinin ayrıca və məcmu halında sübutedici əhəmiyyətini araşdırmaq əvəzinə əsasən protokol tərtib edən şəxsin məhkəmədə verdiyi sonrakı izahına üstünlük vermişdir. Halbuki IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Deməli, məhkəmənin vəzifəsi yalnız bir şahidin və ya vəzifəli şəxsin izahatını təcrid olunmuş şəkildə qiymətləndirmək deyil, iş üzrə bütün sübutların məcmusundan irəli gələn faktiki nəticəni müəyyən etməkdir. Qərardan şikayət verən orqan (şəxs) məhkəmədə özü bildirmişdir ki, müəyyən müddət ərzində həmin ərazidə fəaliyyət göstərmiş və həmin müddətdə oradan maşınla qum aparmışdır. O, 18 gün orada işlədiyini və sonuncu dəfə 6 may tarixində qum apardığını bildirmişdir. Bu izahat tamamilə nəzərə alınmalı mühüm sübutdur. Çünki həmin izahat:

1. şəxsin ərazidə faktiki fəaliyyət göstərməsini; 2. qum-çınqıl materialının götürülməsini; 3. həmin fəaliyyətin müəyyən müddət davam etməsini təsdiq edir. Mübahisə yalnız həmin fəaliyyətin hansı tarixədək icazəli olması və icazə dayandırıldıqdan sonra fəaliyyətin davam etdirilib-etdirilməməsi ilə bağlıdır. Bu isə əlavə sübutların - əraziyə baxış materiallarının, ziyan hesablamasının, digər şəxslərin izahatlarının və dövlət qurumlarının sənədlərinin - birlikdə qiymətləndirilməsini tələb edirdi. Birinci instansiya məhkəməsi isə bu sübutların qarşılıqlı əlaqəsini tam təhlil etməmişdir. Qərardan şikayət verən orqan (şəxs) əsas müdafiə arqumenti ondan ibarət olmuşdur ki, müəyyən dövlət qurumlarının iştirakı ilə qum-çınqıl götürülməsinə müvəqqəti razılıq verilmişdir. Xidmət nümayəndəsinin məhkəmədə verdiyi izahatda da müəyyən müddət ərzində belə müvəqqəti razılığın mövcudluğu təsdiq edilmişdir. Lakin həmin izahatda eyni zamanda razılığın sonradan dayandırıldığı və işin dayandırılmasının bildirildiyi göstərilmişdir. Bu fakt hüquqi baxımdan mühüm fərq yaradır. Ilkin razılığın olması; həmin razılığın müddətsiz olması; sonrakı dövrdə qüvvədə qalması; icazənin dayandırılması barədə göstərişdən sonra da fəaliyyətin davam etdirilməsini qanuniləşdirməsi demək deyildir. Ona görə də məhkəmə ilk növbədə icazənin başlanma və bitmə tarixlərini, onun hansı əraziyə və hansı fəaliyyətə şamil edildiyini və Qərardan şikayət verən orqan (şəxs) fəaliyyətinin həmin şərtlərə uyğun olub-olmadığını müəyyən etməli idi. Bu məsələlər tam araşdırılmadan Xidmətin qərarının ləğv edilməsi iş üzrə faktiki halların tam müəyyən edilməməsi ilə nəticələnmişdir. Şahbuz Rayon Məhkəməsi IXM-in 8.1-8.3-cü maddələrinə istinad edərək şəxsin təqsiri sübuta yetirilmədikdə onun təqsirsiz hesab edilməli olduğunu göstərmişdir. Xidmət təqsirsizlik prezumpsiyasının tətbiq edilməsinin özünə etiraz etmir. Lakin bu prinsipin tətbiqi iş üzrə mövcud sübutların ümumiyyətlə nəzərə alınmaması və ya onların yalnız bir hissəsinin qiymətləndirilməsi demək deyildir. Təqsirin sübuta yetirilib-yetirilməməsi iş üzrə bütün sübutların məcmusunun qiymətləndirilməsi nəticəsində müəyyən edilməlidir. Hazırkı işdə isə: şəxsin ərazidə qum götürdüyü onun öz izahatından görünür; müvəqqəti razılığın verilməsi və sonradan dayandırılması barədə izahat mövcuddur; dəymiş ziyan hesablanmışdır; protokol tərtib edilmişdir; digər materiallar toplanmışdır. Bu materialların hər biri ayrı-ayrılıqda və məcmu şəkildə qiymətləndirilməli olduğu halda, məhkəmə onların hüquqi əhəmiyyətini kifayət qədər əsaslandırmadan Xidmətin qərarını ləğv etmişdir. Məhkəmə qərarında Xidmət tərəfindən IXM-in tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğu qənaətinə gəlmişdir. IXM-in 135.1.6-cı maddəsi həqiqətən belə pozuntunu qərarın ləğvi üçün əsas kimi nəzərdə tutur. Lakin həmin normanın tətbiqi üçün hər hansı formal və ya əhəmiyyətsiz prosessual uyğunsuzluq kifayət etmir; pozuntu işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olmalıdır. Hazırkı işdə isə əksinə, Xidmət tərəfindən müxtəlif sübutlar toplanmışdır. Məhkəmə öz qərarında da həmin sübutların mövcudluğunu təsdiq etmişdir. Bu səbəbdən məhkəmənin “araşdırma səthi aparılmışdır" nəticəsi konkret olaraq hansı sübutun toplanmadığı, hansı prosessual hərəkətin həyata keçirilmədiyi və bunun nəticədə işin düzgün həllinə necə mane olduğu göstərilmədən irəli sürülmüşdür. Belə ümumi nəticə IXM-in 135.1.6-cı maddəsinin tətbiqi üçün kifayət hesab edilə bilməz. Paradoksal olaraq, məhkəmə Xidməti işin hallarını tam araşdırmamaqda təqsirləndirdiyi halda, özü də iş üzrə həlledici məsələləri tam müəyyən etməmişdir. Belə ki, məhkəmə: müvəqqəti razılığın dəqiq hüquqi məzmununu; razılığın konkret müddətini; razılığın hansı əraziyə aid olduğunu; razılığın hansı şəxslərə şamil edildiyini; razılığın hansı dövlət orqanı tərəfindən və hansı səlahiyyət əsasında verildiyini; razılığın hansı tarixdə dayandırıldığını; Qərardan şikayət verən orqan (şəxs) fəaliyyətinin razılığın dayandırılmasından sonra davam edib-etmədiyini; dəymiş ziyanın hansı faktiki məlumatlar əsasında hesablandığını tam və sistemli şəkildə müəyyən etməmişdir. Halbuki məhz bu hallar iş üzrə inzibati xəta tərkibinin olub-olmamasının müəyyən edilməsi üçün həlledicidir. IXM-in 135.1.1ci maddəsinə əsasən qərarın ləğvi üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması əsaslardan biridir. Eyni normativ yanaşma apellyasiya baxışında da işin bütün əhəmiyyətli faktlarının yoxlanılmasını tələb edir. IXM-in 135.1-ci maddəsində yalnız prosessual pozuntular deyil, həmçinin məhkəmənin və ya səlahiyyətli orqanın gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və müəyyən edilmiş halların sübuta yetirilməməsi də qərarın ləğvi üçün əsas kimi nəzərdə tutulmuşdur. Hazırkı halda birinci instansiya məhkəməsi faktiki olaraq yalnız bir suala cavab vermişdir: Qərardan şikayət verən orqan (şəxs) protokol tərtib edilən anda ərazidə qum götürməsi Xidmət əməkdaşı tərəfindən şəxsən müşahidə edilmişdirmi? Lakin işin predmetini təşkil edən hüquqi məsələ bundan daha genişdir. Araşdırılmalı məsələ şəxsin icazə verilmiş fəaliyyət həddini keçib-keçməməsi və icazə dayandırıldıqdan sonra qanunsuz istifadəni davam etdirib-etdirməməsidir. Bu isə yalnız birbaşa müşahidə ilə deyil, sübutların məcmusu ilə müəyyən edilə bilər. Bu baxımdan apellyasiya instansiyası tərəfindən iş materiallarının tam şəkildə araşdırılması, Xidmətin qərarının əsasını təşkil edən sübutların qiymətləndirilməsi və birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin faktiki hallara uyğun olub-olmamasının yoxlanılması zəruridir. Yuxarıda göstərilənlərdən görünür ki, Şahbuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı aşağıdakı əsas səbəblərə görə ləğv edilməlidir: 1. Məhkəmə IXM-in 101.3-cü maddəsini nəzərə almadan 101.1 və 101.2-ci maddələrə əsaslanmışdır. 2. Ətraf mühitin mühafizəsi sahəsində inzibati araşdırma aparılmasına dair IXM-in 102-ci maddəsinin xüsusi hüquqi rejimi nəzərə alınmamışdır. 3. Iş materiallarında olan ziyan hesablaması, izahat və digər sübutlar tam və məcmu şəkildə qiymətləndirilməmişdir. 4. Qərardan şikayət verən orqan (şəxs) öz izahatında ərazidə qum götürdüyünü təsdiq etməsi lazımi hüquqi qiymət almamışdır. 5. Ilkin müvəqqəti razılığın sonrakı dövrə şamil edilib-edilmədiyi müəyyən edilməmişdir. 6. IXM-in 135.1.6cı maddəsinin tətbiqi üçün tələb olunan səviyyədə, yəni işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına real maneə törədən prosessual pozuntu konkret şəkildə müəyyən edilməmişdir. 7. Məhkəmə Xidmətin qərarını ləğv etməklə kifayətlənərək işin həllində həlledici əhəmiyyət daşıyan faktiki halları özü də tam müəyyən etməmişdir. Bu səbəbdən Şahbuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı hesab edilə bilməz. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 çıxışında şikayətdə göstərilənlərə istinad edib şikayətin təmin edilməsini və Şahbuz Rayon Məhkəməsinin “06” avqust 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarının ləğv edilərək X3 Xidmətinin ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində göstərilənləri qəbul etmədiyini, Şahbuz Rayon Məhkəməsinin “06” avqust 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarının qanuni və əsaslı olduğunu bildirərək şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Inzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işin materiallarını şikayətin dəlilləri və proses iştirakçılarının izahatı ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Şahbuz Rayon Məhkəməsinin “06” avqust 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ləğv edilməli, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlanılmalıdır. Belə ki, iş üzrə toplanmış sübutlarla (sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə hazırkı qərarda həmin sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür) müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) qeyd olunan ərazidə qanunsuz qumçınqıl götürülməsi fəaliyyəti ilə məşğul olmuşdur. Bu hal iş materialları və onun vermiş olduğu ifadəsi ilə tam təsdiq olunur. Bununla belə birinci instansiya məhkəməsinin qərarında göstərilən iş materiallarına əlavə edilmiş Şahbuz Rayon Icra Hakimiyyətinin Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi-Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoru tərəfindən Qərardan şikayət verən orqan (şəxs) ünvanlanmış Qərardan şikayət verən orqan (şəxs) qum-çınqıl götürülməsi ilə bağlı müvəqqəti razılığın verilməsi barədə məktub rəsmi icazə kimi qiymətləndirilə bilməz və göstərilən ərazidə qum-çınqıl götürülməsi ilə bağlı qanuni əsas ola bilməz. Inzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq onu da qeyd edir ki, Inzibati Xətalar Məcəlləsinin: - 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. - 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. - 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. - 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. Icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. - 102.6-cı maddəsinə əsasən inzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. Həmçinin məhkəmə onu da qeyd edir ki, ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokol tərtib edilən zaman artıq dəymiş ziyan müəyyən edilmiş, bundan sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi IXM-nə görə ətraf mühitin mühafizəsi əleyhinə inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır, daha sonra isə inzibati xəta törədilməsi barədə protokol tərtib edilir. Azərbaycan Respublikası IXM-in 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Beləliklə, qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, Şahbuz Rayon Məhkəməsinin “06” avqust 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ləğv edilməli, Qərarından şikayət verilən orqan yanında X3 Xidmətinin ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq

qərar verdim:

Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə Şahbuz Rayon Məhkəməsinin “06” avqust 2026cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından Qərarından şikayət verilən orqan yanında X3 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şahbuz Rayon Məhkəməsinin “06” avqust 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ləğv edilsin. Qərarından şikayət verilən orqan yanında X3 Xidmətinin ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət verilə bilməz.

Hakim: Ilqar Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar