Məhkəmə qərarları › İş №3(3-1)-61/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-61/2026

27.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-61/2026 27.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Mirzəyev Ilqar Məhərrəm oğlu, X3 məhkəmə iclas katibliyi, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi Nümayəndə, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Geologiya və X5 Istifadə Agentliyinin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə Ordubad Rayon Məhkəməsinin “04” avqust 2026cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidməti tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə Ordubad rayonu Aşağı Əylis kəndində Dəstə bələdiyyəsinə məxsus sahədə ##.##.2026-cı il tarixdə mineral xammal növü olan 75,68 kubmetr qum çınqılı heç bir icazə sənədi olmadan çıxarıb istismar edərək yer təkindən qanunsuz istifadə etməklə inzibati xəta törətmişdir. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt akt, izahat, fotoşəkil, təbiətə dəymiş ziyanla bağlı hesablama cədvəli ilə təsdiq edilir. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidməti tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Ordubad rayonu Aşağı Əylis kəndində Dəstə bələdiyyəsinə məxsus sahədə mineral xammal növü olan 75,68 kubmetr qum-çınqılı heç bir icazə sənədi olmadan çıxarıb istismar edərək yer təkindən qanunsuz istifadə etməklə inzibati xəta törətdiyindən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra Inzibati Xətalar Məcəlləsi) 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 600 (altı yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Ordubad Rayon Məhkəməsinin (hakim T.Z.Haqverdiyev) “04” avqust 2026-cı il tarixli, *(*-**)- **/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidməti ## ###### 2026-cı il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasına müraciət edərək Ordubad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarının ləğv edilərək X4 Xidmətinin ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş şikayətdə işin halları və birinci instansiya məhkəməsinin qərarının əsaslandırma hissəsi qeyd edilərək göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərarının əsas motivlərindən biri ## #### 2026-cı il tarixli, MN ******* nömrəli ilkin protokolun inzibati orqan tərəfindən sonradan düzgün hesab edilməməsi olmuşdur. Məhkəmə hesab etmişdir ki, ilkin protokolun düzgün tərtib edilmədiyi qəbul edildiyi halda həmin protokolun əsasını təşkil edən materialların sonrakı protokolda yenidən istifadə edilməsi onların mötəbərliyini şübhə altına alır. Lakin hesab edirik ki, məhkəmənin bu yanaşması sübutların hüquqi təbiətinin düzgün qiymətləndirilməsinə əsaslanmır. Qərardan şikayət verən orqan (şəxs) şəxsiyyəti təsdiq edən sənəd barədə məlumatları yanlış verdiyinə və əlavə araşdırma tələb olunduğuna görə tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol ləğv edilmiş və əlavə araşdırma başlanmışdır. Beləliklə, ## #### 2026-cı il tarixli ilkin protokolun ləğv edilməsi onun əsasını təşkil edən faktiki materialların avtomatik olaraq hüquqi qüvvədən düşməsi kimi qiymətləndirilə bilməz. Əksinə, ilkin protokolun ləğv edilməsindən sonra aparılmış əlavə araşdırma nəticəsində faktiki hallar dəqiqləşdirilmiş və yeni inzibati xəta haqqında protokol tərtib edilmişdir. Inzibati xəta haqqında protokol ilə protokolun tərtib edilməsi zamanı əldə edilmiş ilkin faktiki materialları eyniləşdirmək olmaz. Protokol prosessual sənəddir. Inzibati aktı, fotoşəkil, videoçəkiliş, faktiki ölçmə, topoqrafik plan, mütəxəssis tərəfindən hazırlanmış hesablama və digər sənədlər isə ayrıca sübut mənbələridir. Ilkin protokolun sonradan düzgün hesab edilməməsi həmin sənədlərin hər birinin ayrıca hüquqi qüvvəsini avtomatik olaraq aradan qaldırmır. Əks yanaşma faktiki olaraq o demək olardı ki, inzibati orqan ilkin protokolda texniki və ya prosessual çatışmazlıq aşkar etdikdə həmin fakt üzrə sonradan əlavə araşdırma aparmaq, faktiki ölçmə keçirmək və yeni protokol tərtib etmək imkanından məhrum olur. Halbuki hazırkı işdə məhz belə olmuşdur: ilkin protokolda faktiki istismar həcmi ilə bağlı dəqiqləşdirmə zərurəti yarandığından əlavə araşdırma və ölçmə aparılmış və nəticədə yeni protokol tərtib edilmişdir. Bu hal Xidmət nümayəndəsinin məhkəmədəki izahatında da açıq şəkildə göstərilmişdir. Ona görə də məhkəmənin ilkin protokolun taleyindən çıxış edərək sonrakı ölçmə və digər sübutların etibarlılığını şübhə altına alması əsassızdır. Məhkəmə qərarında ## #### 2026-cı il tarixli MN ******* nömrəli protokolun tərtib edilməsinin səbəbləri göstərilsə də, həmin protokolun əvvəlki protokoldan fərqləndirən mühüm faktiki əsaslar lazımi səviyyədə nəzərə alınmamışdır. Iş materiallarına əsasən ilkin protokolda göstərilən 7 kubmetr həcm yük avtomobilində olan qum-çınqılın həcmi olmuş, faktiki istismar həcmi isə sonrakı ölçmə nəticəsində müəyyən edilmişdir. Xidmət nümayəndəsi bunu məhkəmə iclasında da izah etmişdir. Sonrakı ölçmə nəticəsində isə faktiki istismar sahəsi, orta dərinlik və ümumi həcm müəyyən edilmişdir. Beləliklə, ## #### 2026-cı il tarixli protokolun tərtib edilməsi əvvəlki protokolun mexaniki təkrarı deyil, faktiki halların dəqiqləşdirilməsindən sonra yeni məlumatlara əsaslanan prosessual hərəkət olmuşdur. Məhkəmə bu fərqi nəzərə almalı idi. IXM-in 76.1-ci maddəsində inzibati xətanın olubolmamasını, şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməyə imkan verən faktik məlumatların sübut olduğu nəzərdə tutulur. Iş materiallarında mövcud olan sübutlar birlikdə qiymətləndirildikdə aşağıdakı hallar müəyyən olunur: 1. Qərardan şikayət verən orqan (şəxs) adı ilə bağlı yerin təkindən qum-çınqıl çıxarılması və daşınması faktı inzibati aktda qeydə alınmışdır; 2. hadisə foto və video materiallarla sənədləşdirilmişdir; 3. sonrakı araşdırma zamanı faktiki ölçmələr aparılmışdır; 4. istismar sahəsi və həcm müəyyən edilmişdir; 5. təbiətə dəymiş ziyanın məbləği hesablanmış və səlahiyyətli qurum tərəfindən təsdiq edilmişdir; 6. ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir; 7. həmin protokol əsasında ## #### 2026-cı il tarixli MN-******* nömrəli qərar qəbul edilmişdir. Bu sübutların hamısının birlikdə qiymətləndirilməsi şəxsin müvafiq icazə olmadan yerin təkindən istifadə etməsi barədə nəticəni əsaslandırır. Məhkəmə qərarında qeyd etmişdir ki, şəxsin izahatı özlüyündə onun təqsirinin qeyd-şərtsiz sübutu sayıla bilməz. Lakin Xidmətin mövqeyi də yalnız Qərardan şikayət verən orqan (şəxs) izahatına əsaslanmamışdır. Iş materiallarında ## #### 2026-cı il tarixli izahat mövcuddur və həmin izahatda Qərardan şikayət verən orqan (şəxs) qumçınqıl qarışığını götürdüyünü bildirmiş, yer təkinin istifadəsinin qanunvericiliklə tənzimləndiyini və ərazinin bələdiyyə mülkiyyətində olduğunu qeyd etmişdir. Bu izahat digər obyektiv materiallarla birlikdə qiymətləndirilməlidir. Xidmət də qərarı yalnız həmin izahat əsasında deyil, inzibati akt, ölçmə nəticələri, fotoşəkillər, topoqrafik plan və digər sənədlər əsasında qəbul etmişdir. Qərardan şikayət verən orqan (şəxs) işə baxılarkən iştirakının təmin edilmədiyini bildirmişdir. Lakin iş materiallarından görünür ki, ona ## #### 2026-cı il tarixli bildiriş göndərilmiş və işə ## #### 2026cı il tarixdə saat 10:00-da baxılacağı barədə məlumat verilmişdir. Bildirişdə onun gəlmədiyi halda işə iştirakı olmadan baxılacağı da göstərilmişdir. Xidmət nümayəndəsi isə məhkəmədə bildirmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) Nazirliyin binasına gəlmiş, lakin inzibati binaya daxil olmaq üçün müəyyən edilmiş təhlükəsizlik qaydasına əməl etməkdən imtina etmişdir. Bu hal məhkəmə tərəfindən yalnız şəxsin izahatına əsasən deyil, hər iki tərəfin izahatı və iş materialları əsasında araşdırılmalı idi. Əgər şəxsin inzibati orqanın binasına daxil olması ilə bağlı mübahisə varsa, bu məsələnin həlli üçün müşahidə kameralarının görüntüləri, giriş-çıxış məlumatları və digər obyektiv sübutlar tələb edilə bilərdi. Bu sübutlar araşdırılmadan müdafiə hüququnun pozulduğu barədə qəti nəticəyə gəlinməsi vaxtından əvvəl olmuşdur. Birinci instansiya məhkəməsinin qərarında Xidmətin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli qərarın surətinin Qərardan şikayət verən orqan (şəxs) təqdim edilməsini mötəbər sənədlə təsdiq edə bilmədiyi qeyd edilmişdir. Məhkəmə xüsusi olaraq göstərmişdir ki, qərarın şəxsə təqdim edilməsini təsdiq edən imza, qəbul barədə qeyd, təqdimetmə aktı və ya digər təsdiqedici sənəd iş materiallarında mövcud deyil. Lakin bu nəticə faktiki vəziyyətə uyğun deyildir. Qərardan şikayət verən orqan (şəxs) qərarın surətini şəxsən qəbul etmiş və qərarın surətini imzalayaraq təhvil almışdır. Həmin imzalı sənəd hazırkı apellyasiya şikayətinə əlavə edilir. Bu sənədin mövcudluğu birinci instansiya məhkəməsinin həmin məsələ üzrə gəldiyi nəticənin faktiki əsasını aradan qaldırır. Başqa sözlə, məhkəmənin “qərarın təqdim edilməsini təsdiq edən imza mövcud deyil” nəticəsi artıq iş materiallarına əlavə edilən sənədlə təkzib olunur. Bu səbəbdən həmin sənəd apellyasiya instansiyası tərəfindən qəbul edilməli, iş materiallarına əlavə edilməli və digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Inzibati xəta haqqında işlərdə əsas məsələ şəxsin təqsirinin qanuni və mötəbər sübutların məcmusu ilə müəyyən edilib-edilməməsidir. Hazırkı işdə isə sübutların məcmusu aşağıdakı ardıcıllığı göstərir: faktın aşkar edilməsi, baxışın keçirilməsi, foto/video qeydəalma ilkin protokol, əlavə araşdırma, faktiki, topoqrafik plan, ziyanın hesablanması, yeni inzibati xəta haqqında protokol, inzibati tənbehvermə haqqında qərar. Bu ardıcıllıq inzibati orqanın ilkin materialları sonradan olduğu kimi qəbul etməsindən deyil, aşkar edilmiş halı əlavə araşdırma ilə dəqiqləşdirməsindən xəbər verir. Birinci instansiya məhkəməsi isə bu prosesi bütövlükdə qiymətləndirmək əvəzinə ilkin protokolun prosessual vəziyyətini əsas götürərək digər sübutların da etibarlılığını şübhə altına almışdır. Hesab edirik ki, bu yanaşma iş üzrə sübutların obyektiv və hərtərəfli qiymətləndirilməsi prinsipinə uyğun deyildir. Inzibati tənbehvermə haqqında qərarda Qərardan şikayət verən orqan (şəxs) xüsusi icazə olmadan 75,68 kubmetr həcmində qumçınqıl hasil etməklə yer təkinin istifadəsi qaydalarını pozduğu göstərilmişdir. Bu fakt sonrakı ölçmə sənədləri ilə də təsdiqlənmişdir. Istismar sahəsinin 94,6 kvadratmetr, orta dərinliyinin 0,8 metr və ümumi həcmin 75,68 kubmetr olması konkret ölçmə nəticəsində müəyyən edilmişdir. Beləliklə, qərarda göstərilən faktiki halların təsadüfi və ya ehtimala əsaslanan məlumatlardan ibarət olduğu barədə nəticə çıxarmaq üçün əsas yoxdur. Iş materiallarında Qərardan şikayət verən orqan (şəxs) əməlinin IXM-in 228-ci maddəsi ilə tövsif edildiyi göstərilmişdir. Rəsmi qanunvericilik mənbəyində IXM-in 228-ci maddəsi “Icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə” kimi müəyyən edilir və həmin maddə üzrə fiziki şəxslər üçün 600 manatdan 800 manatadək cərimə nəzərdə tutulur. Bununla yanaşı, inzibati orqanın ## #### 2026-cı il tarixli qərarında 600 manat məbləğində cərimə tətbiq edilmişdir. Bu səbəbdən Xidmət hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən əməlin hüquqi tövsifini və tətbiq edilmiş inzibati tənbeh tədbirinin qanunvericiliyə uyğunluğunu ayrıca hüquqi qiymətləndirməlidir. Xidmətin əsas mövqeyi ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verməsi düzgün deyildir. Əgər apellyasiya instansiyası məhkəməsi tənbeh tədbirinin məbləği və ya tətbiqi ilə bağlı hüquqi uyğunsuzluq müəyyən edərsə, həmin məsələnin qanunvericiliyə uyğun qaydada həll edilməsi mümkün olduğu halda, şəxsin inzibati xəta törətməsi ilə bağlı sübutların mövcudluğunu nəzərə almalıdır. Birinci instansiya məhkəməsi IXM-in 53.2-ci maddəsinə istinad edərək şəxsin təqsirliliyinin sübuta yetirilmədiyini və aradan qaldırıla bilməyən şübhələrin mövcud olduğunu hesab etmişdir. Lakin yuxarıda göstərilən sübutlar birlikdə qiymətləndirildikdə belə nəticəyə gəlmək mümkün deyildir ki, iş üzrə şəxsin əməli barədə yalnız aradan qaldırılması mümkün olmayan şübhələr mövcuddur. Əksinə: hadisə faktları müxtəlif tarixlərdə sənədləşdirilmiş; foto və video materiallarla qeydə alınmış; faktiki ölçmə aparılmış; istismar həcmi müəyyən edilmiş; topoqrafik plan hazırlanmış; ziyanın məbləği hesablanmış və təsdiq edilmiş; inzibati xəta haqqında yeni protokol tərtib edilmişdir. Bu sübutlar məcmu halda inzibati xətanın obyektiv və subyektiv hallarının müəyyən edilməsinə imkan verir. Ona görə də icraata xitam verilməsi üçün əsasların mövcudluğu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı sayıla bilməz. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi Nümayəndə çıxışında şikayətdə göstərilənlərə istinad edib şikayətin təmin edilməsini və Ordubad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-89)-81 /**** nömrəli qərarının ləğv edilərək X4 Xidmətinin ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Naxçıvan MR Eklogiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Geologiya və X5 Istifadə Agentliyinin nümayəndəsi X1 çıxışında Ordubad Rayon Məhkəməsinin qərarının ləğv edilərək X4 Xidmətinin ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Inzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işin materiallarını şikayətin dəlilləri və proses iştirakçılarının izahatı ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Ordubad Rayon Məhkəməsinin “04” avqust 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ləğv edilməli, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidmətinin ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlanılmalıdır. Belə ki, iş üzrə toplanmış sübutlarla (sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə hazırkı qərarda həmin sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür) müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) qeyd olunan ərazidə qanunsuz qumçınqıl götürülməsi fəaliyyəti ilə məşğul olmuşdur. Bu hal iş materialları və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vermiş olduğu ifadəsi ilə tam təsdiq olunur. Həmçinin Qərardan şikayət verən orqan (şəxs) yerin təkindən qanunsuz istifadə etməsi inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərə, iş materiallarında olan aktlara, inzibati xəta haqqında protokola, izahata, fotoşəkillərə, Geologiya və X5 Istifadə Agentliyinin mütəxəssis rəyinə, təbiətə dəymiş ziyanın hesablanması cədvəlinə və topoqrafik plan-ölçüyə əsasən öz təsdiqini tapmışdır. Inzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmçinin, məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq onu da qeyd edir ki, Xidmət tərəfindən yenidən protokol tərtib edilməsi hər hansı ziddiyyət və ya şübhə ilə, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Inzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədib-törətməməsi ilə bağlı deyil, faktiki istismar həcmi ilə bağlı dəqiqləşdirmə zərurəti yarandığından əlavə araşdırma və ölçmə aparılmış və nəticədə yeni protokol tərtib edilmişdir. Azərbaycan Respublikası IXM-in 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Beləliklə, qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, Ordubad Rayon Məhkəməsinin “04” avqust 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ləğv edilməli, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidmətinin ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133, 134 və 136cı maddələrini rəhbər tutaraq qərar verdim: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə Ordubad Rayon Məhkəməsinin “04” avqust 2026cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ordubad Rayon Məhkəməsinin “04” avqust 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ləğv edilsin. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidmətinin ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət verilə bilməz. Hakim: Ilqar Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar