Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-62/2026 02.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Quliyev Vüqar Kərim oğlu, məhkəmə iclas katibi Qurbanova Surə Urfullah qızının katibliyi, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə X1 və digərlərinin ## ### 2026-cı il tarixli müraciəti DƏMX-də araşdırılarkən ##.##.2026, ##.##.2026 və ##.##.2026-cı il tarixlərində müəssisədən daxil olan məlumat və sənədlərdən işçilərin normal əmək və istirahət rejiminə riayət edilməməsinə, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozularaq işçilərin iş vaxtından artıq işlərə cəlb edildiyi müəyyən edildi. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt DƏMX-ə ##.##.2026, ##.##.2026 və ##.##.2026-cı il tarixlərində müəssisə tərəfindən daxil olan məlumat və sənədlər ilə təsdiq edilir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixli şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri Naxçıvan Şəhər Məhkəməsinə göndərərək Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini, barəsində Azərbaycan Respublikası IXM-in 198.1.5-ci maddəsi ilə müəyyən edilmiş cərimə cəzasının əsassız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (hakim G.X.Səfərəliyeva) ## ###### 2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməsi, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin rəisi Elnar Hüseynov ## ###### 2026-cı il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv olunması və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli “Inzibati tənbeh vermə haqqında Qərar”ın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin rəisi Elnar Hüseynov şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar işin faktiki halları tam və hərtərəfli araşdırılmadan, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verilmədən və maddi hüquq normaları düzgün tətbiq edilmədən qəbul edildiyindən qanunsuz və əsassızdır. Iş materiallarından müəyyən olunur ki, vətəndaş X1 və digər işçilərin əmək hüquqlarının pozulması ilə bağlı # ### 2026-cı il tarixli kollektiv müraciəti əsasında Xidmət tərəfindən araşdırma aparılmış, araşdırma çərçivəsində müəssisədən ## ### 2026-cı il və ## ### 2026-cı il tarixlərdə təqdim edilmiş məlumat və sənədlər, o cümlədən iş vaxtının uçotuna dair tabel cədvəlləri tələb edilərək araşdırılmışdır. Müəssisə tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı işçilərin 2026-cı ilin mart ayında istehsalat təqvimi üzrə müəyyən edilmiş iş vaxtı normasından artıq müddətdə işə cəlb edildikləri müəyyən edilmiş və həmin hal əmək qanunvericiliyinin tələblərinin pozulması kimi qiymətləndirilərək Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 198.1.5-ci maddəsi ilə təqsirli bilinərək barəsində “Inzibati tənbeh vermə haqqında Qərar” qəbul edilmişdir. Belə ki, 2026cı ilin rəsmi istehsalat təqviminə əsasən 40 saatlıq beşgünlük iş həftəsi üzrə mart ayı üçün iş vaxtı norması 111 saat müəyyən edilmişdir. Lakin müəssisə tərəfindən Xidmətə təqdim edilmiş 2026-cı ilin mart ayına aid tabel cədvəllərinə əsasən işçilərin həmin ay ərzində 144 saat işə cəlb edildiyi müəyyən edilmişdir. Beləliklə, işçilərin faktiki işə cəlb edildiyi müddət həmin ay üzrə müəyyən edilmiş iş vaxtı normasını 33 saat aşmışdır. Bu hal Xidmət tərəfindən hər hansı ehtimala əsasən deyil, birbaşa müəssisə tərəfindən təqdim edilmiş və iş vaxtının uçotunu əks etdirən sənədlər əsasında müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Məcəllə) 99-cu maddəsinin birinci hissəsinə əsasən iş vaxtından artıq iş – işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Həmin normanın məzmunundan göründüyü kimi, işçinin iş vaxtından artıq işə cəlb edilməsi əmək münasibətlərində xüsusi hüquqi rejimə tabedir və belə işlərin görülməsi işəgötürənin iradəsi və işçinin razılığı ilə həyata keçirilən əmək fəaliyyəti kimi müəyyən edilir. Iş materiallarında əks olunan və müəssisənin özü tərəfindən təqdim edilmiş tabel cədvəlləri işçilərin mart ayında 144 saat işlədiklərini təsdiq edir. Bu isə həmin ay üçün müəyyən edilmiş 111 saatlıq iş vaxtı normasından 33 saat artıqdır. Başqa sözlə, işçilərin faktiki olaraq müəyyən edilmiş iş vaxtı normasından artıq müddətdə işə cəlb edilməsi sənədlə təsdiq olunmuşdur. Burada xüsusilə nəzərə alınmalı hal ondan ibarətdir ki, iş vaxtından artıq işə cəlb edilmənin qanunauyğunluğunun müəyyən edilməsi üçün yalnız işçinin razılığının mövcudluğu kifayət etmir. Məcəllənin 99-cu maddəsində nəzərdə tutulmuş bütün şərtlərin məcmu şəkildə mövcudluğu və iş vaxtından artıq işin qanunvericiliyin müəyyən etdiyi qaydada həyata keçirilməsi tələb olunur. Əgər işçilərin iş vaxtından artıq işlədilməsi üçün qanuni əsaslar mövcud olmuşdursa, həmin əsaslar və işçinin razılığı müvafiq qaydada sənədləşdirilməlidir. Xidmət tərəfindən araşdırma zamanı məhz müəssisənin təqdim etdiyi sənədlər əsasında işçilərin faktiki iş vaxtı müəyyən edilmiş və həmin məlumatlar istehsalat təqvimi üzrə müəyyən edilmiş iş vaxtı norması ilə müqayisə edilmişdir. Bu baxımdan Xidmətin gəldiyi nəticə yalnız kollektiv müraciətdə göstərilən iddialara əsaslanmamış, həmin iddialar müəssisədən alınmış sənədlərlə yoxlanılmış və nəticədə işçilərin iş vaxtından artıq müddətdə işə cəlb edilməsi faktı müəyyən edilmişdir. IXM-nin 198.1.5-ci maddəsində əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsi inzibati məsuliyyət yaradan əməl kimi müəyyən edilmişdir. Hazırkı işdə isə işçilərin müəyyən edilmiş iş vaxtı normasından artıq müddətdə işlədilməsi faktı müəssisənin özünün təqdim etdiyi tabel cədvəlləri ilə təsdiq olunduğundan, Xidmət tərəfindən həmin hala IXM-nin 198.1.5-ci maddəsi ilə hüquqi qiymət verilməsi əsaslı olmuşdur. Bu baxımdan Xidmət tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində “Inzibati tənbeh vermə haqqında Qərar” qəbul edilərkən işin faktiki halları düzgün müəyyən edilmiş, müəssisədən tələb olunan sənədlər alınaraq araşdırılmış və aşkar edilmiş pozuntuya müvafiq hüquqi qiymət verilmişdir. Birinci instansiya məhkəməsinin həmin halları nəzərə almadan Xidmətin qərarını əsassız hesab etməsi ilə razılaşmaq mümkün deyildir. Iş materiallarında mövcud olan sübutların məcmusu işçilərin müəyyən edilmiş iş vaxtı normasından artıq müddətdə işə cəlb edildiyini təsdiq edir və həmin fakt Xidmətin qəbul etdiyi qərarın qanuni və əsaslı olduğunu göstərir. Odur ki, Xidmət tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş “Inzibati tənbeh vermə haqqında Qərar”ın qanuni və əsaslı olduğu nəzərə alınmalı, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərar ləğv edilməli və iş üzrə Xidmətin mövqeyinə uyğun hüquqi nəticə çıxarılmalıdır. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2 və 21-ci maddələrinə istinad edilmişdir. Şikayətə baxılması ilə əlaqədar keçirilən məhkəmə baxışı iclasında Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi Nümayəndə çıxışında Xidmət tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdiyini bildirərək şikayətin təmin olunması və Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şikayətə baxılması ilə əlaqədar keçirilən məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) çıxışında apellyasiya şikayətinin təmin edilməməsini və Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*- **)-***/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Inzibati xəta haqqında işin materiallarını şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Icra Hakimiyyəti Istilik Təsərrüfatı Idarəsinin ## ###### 2025-ci il tarixli, *** saylı Əmrində qeyd edilmişdir ki, Istilik Təsərrüfatı idarəsində zərurətlə əlaqədar olaraq axşam (saat 18:00–22:00), gecə (saat 22:00–06:00) və qanunvericiliklə müəyyən edilmiş iş vaxtından artıq (əlavə) iş saatlarında çalışmış işçilərə müvafiq ödənişlər həyata keçirilməsi, axşam və gecə vaxtı görülən işlərə görə ödənişlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq: axşam vaxtı görülən işlərə görə saatlıq tarif (vəzifə maaşı) ən azı 20 faiz artırılmaqla; Gecə vaxtı görülən işlərə görə saatlıq tarif (vəzifə maaşı) ən azı 40 faiz artırılmaqla; Əlavə iş saatlarına görə isə hər saat üçün ən azı ikiqat məbləğdə hesablanaraq ödənilməsi; Istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının iş materiallarına əlavə edilmiş ödənilməsi hər saat üçün ən azı ikiqat məbləğdə hesablanaraq ödənilməsi, idarənin mühəndisinə, sahə rəislərinə və sahə ustalarına axşam, gecə və əlavə iş saatlarında işləmiş işçilərin iş vaxtını təsdiq edən cədvəlləri mühasibatlığa təqdim etmələri, baş mühasib təqdim edilmiş sənədlər əsasında hesablamaları ödənişlərin əməkhaqqı aparılması və ödənişlərin əməkhaqqı fondu çərçivəsində vaxtında verilməsinin təmin edilməsini, əmrin ##.##.2026-cı il tarixdən icra olunmalıdır. Iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Istilik Təsərrüfatı Idarəsinin Naxçıvan Şəhər Icra Hakimiyyətinə ünvanladığı ## ##### 2026-cı il tarixli, *-*-**/*-**/**** nömrəli məktubunda axşam, gecə və əlavə iş saatlarında işləmiş işçilərin iş vaxtını təsdiq edən cədvəllər mühasibatlıqda hazırlanıb və # ###### 2026-cı il tarixdə sistem üzərindən yüklənməsinə baxmayaraq şəhər maliyyə Idarəsinin rəisi tərəfindən ödənişlərin olunmasına razılıq verilməmişdir və yenidən əlavələrsiz ödənişlərin sistemə yüklənməsini xahiş edərək əlavələrin Maliyyə Nazirliyi ilə razılaşdırıldıqdan sonra hər iki ayın (yanvar-fevral) birlikdə veriləcəyini bildirmişdir. Hal-hazırda yanvar ayından bu günədək olan əlavə ödənişlər işçilərə ödənilmədiyindən ciddi narazılıqlar olduğu bildirilmişdir. Iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Istilik Təsərrüfatı Idarəsinin Naxçıvan Şəhər Maliyyə Idarəsinə ünvanladığı ## ##### 2026-cı il tarixli, *-*-**/*-**/**** nömrəli məktubunda axşam, gecə və əlavə iş saatlarında işləmiş işçilərin iş vaxtını təsdiq edən cədvəllər mühasibatlıqda hazırlanıb və # ###### 2026-cı il tarixdə sistem üzərindən yüklənməsinə baxmayaraq şəhər maliyyə Idarəsinin rəisi tərəfindən ödənişlərin olunmasına razılıq verilməmişdir və yenidən əlavələrsiz ödənişlərin sistemə yüklənməsini xahiş edərək əlavələrin Maliyyə Nazirliyi ilə razılaşdırıldıqdan sonra hər iki ayın (yanvar-fevral) birlikdə veriləcəyini bildirmişdir. Hal-hazırda yanvar ayından bu günədək olan əlavə ödənişlər işçilərə ödənilmədiyindən ciddi narazılıqlar olduğu bildirilmişdir. Iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Istilik Təsərrüfatı Idarəsinin Naxçıvan Şəhər Maliyyə Idarəsinə ünvanladığı ## #### 2026-cı il tarixli, *-*-**/*-**/**** nömrəli məktubunda ödəniləcək vəsaitin dəfələrlə Idarənin mühasibatlığı tərəfindən sistem üzərindən yüklənməsinə baxmayaraq heçbir hüquqi əsas olmadan Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi, Naxçıvan şəhər maliyyə idarəsi tərəfindən ödənişlərin olunması təsdiqlənməmişdir və bununla əlaqədar rəsmi olaraq təqdim olunan məktublara cavab verilməmişdir. Növbəli işləyən işçilərə veriləcək əlavə ödənişlərin dərhal verilməsi tələb edilmiş, əks təqdirdə inzibati məhkəməyə müraciət olunacağı bildirilmişdir. Iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Istilik Təsərrüfatı Idarəsinin Naxçıvan Şəhər Icra Hakimiyyətinə ünvanladığı ## #### 2026-cı il tarixli, *-*-**/*-**/**** nömrəli məktubunda ödəniləcək vəsaitin dəfələrlə Idarənin mühasibatlığı tərəfindən sistem üzərindən yüklənməsinə baxmayaraq heçbir hüquqi əsas olmadan Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi, Naxçıvan şəhər maliyyə idarəsi tərəfindən ödənişlərin olunması təsdiqlənməmişdir və bununla əlaqədar rəsmi olaraq təqdim olunan məktublara cavab verilməmişdir. Əlavə ödənişlərin işçilərə verilməsini təmin etmək və heç bir əsas olmadan idarə rəisinə tərtib olunmuş protokolların ləğv edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Icra Hakimiyyətinin ## #### 2026-cı il tarixli, *-*/*-*-**/**** saylı Sərəncamına əsasən, Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixdən əmək müqaviləsinə xitam verilməklə Naxçıvan Şəhər Istilik Təsərrüfatı Idarəsinin rəisi vəzifəsindən azad edilmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarında da göstərildiyi kimi barəsində icraat aparılan şəxs işçilərin əmək hüquqlarının təmin edilməsi məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri həyata keçirmiş, əlavə ödənişlərin hesablanması üçün müvafiq əmrlər vermiş, iş qrafiklərini təsdiq etmiş, zəruri sənədləri hazırlayaraq aidiyyəti maliyyə orqanlarına təqdim etmiş, həmçinin ödənişlərin həyata keçirilməsi məqsədilə dəfələrlə səlahiyyətli dövlət orqanlarına rəsmi qaydada müraciətlər etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək bir daha qeyd edirəm ki, işçilərə əlavə ödənişlərin faktiki həyata keçirilməsi barəsində icraat aparılan şəxsin səlahiyyətlərinə aid olmamış, həmin ödənişlərin maliyyələşdirilməsi və təsdiqi aidiyyəti maliyyə orqanlarının səlahiyyətində olmuşdur. Ödənişlərin gecikdirilməsi Qərardan şikayət verən orqan (şəxs) iradəsindən asılı olmayan xarici maliyyə faktorları ilə şərtləndiyindən onun əməlində təqsir sübuta yetirilməmişdir. Ona görə də Qərardan şikayət verən orqan (şəxs) əməlində IXM-in 198.1.5ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Məhkəmə baxışı zamanı inzibati işin materiallarını apellyasiya şikayətinin dəlilləri ilə təhlil edərək bir daha qeyd edirəm ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Həmçinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi ilə bağlı işə apellyasiya qaydasında baxılarkən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən yeni sübutlar təqdim edilməmişdir. Beləliklə, yuxarıda göstərilənləri ümumiləşdirərək qeyd edirəm ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizə xarakteri daşıdığından əsassızdır, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12-ci mаddəsinə əsasən bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. - 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. - 134.1 və 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən verilmiş şikayət əsaslı olmadığından təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Inzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136.1 və 136.2-ci maddələrini rəhbər tutaraq qərar verdim: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-1)-62/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-62/2026
02.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver