Məhkəmə qərarları › İş №3(3-1)-63/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-63/2026

03.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-63/2026 03.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Quliyev Vüqar Kərim oğlu, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarından Protokolu tərtib edən orqan sədr müavini Gülər Paşayeva tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Protokolu tərtib edən orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ## #### 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. ## #### 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 38281.35 avro məbləğində vəsait bank vasitəsilə ## ### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüş və ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 9936.85 avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## ### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (hakim G.X.Səfərəliyeva) ## ###### 2026-cı il tarixli, *(*- **)-***/**** nömrəli qərarı ilə Protokolu tərtib edən orqan tərəfindən tərtib olunmuş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmışdır. Həmin qərardan Protokolu tərtib edən orqan sədr müavini Gülər Paşayeva ## ###### 2026-cı il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində ##.##.2026-cı il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə 38281.35 (otuz səkkiz min iki yüz səksən bir avro otuz beş sent) avro məbləğində avans köçürməsindən açıqda qalan 9936.85 (doqquz min doqquz yüz otuz altı avro səksən beş sent) avro məbləğində köçürməyə münasibətdə inzibati cərimə növündə tənbehin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokolu tərtib edən orqan sədr müavini Gülər Paşayeva şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən MMC barəsində ##.##.2024-cü il tarixli köçürmə üzrə idxalı həyata keçirilməyən və ya geri qaytarılmayan 9936.85 (doqquz min doqquz yüz otuz altı avro səksən beş sent) avro məbləğində vəsaitə münasibətdə inzibati cərimə tətbiq edilməli idi. Belə ki, həmin vəsait üzrə müvafiq malların ölkəyə idxalına, yaxud vəsaitin geri qaytarılmasına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mərkəzi X5 2016-cı il ## ###### tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 5.1-ci yarımbəndinə əsasən rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatları bu Qaydalarda nəzərdə tutulan sənədlər banka təqdim edilməklə həyata keçirilir. Qaydaların 5.2-ci yarımbəndinə əsasən idxal olunan mal və xidmətləri təsdiq edən sənədlərdə bank tərəfindən əməliyyatın həyata keçirilməsi (sənəddə göstərilən məbləğ tam icra edilmədikdə həyata keçirilən əməliyyatın məbləği göstərilməklə) barədə qeyd aparılır, bankın məsul işçisinin imzası, ştampı ilə təsdiq edilir və sənədin surəti bankda saxlanılır. Beləliklə, iş üzrə icraata xitam verilməsinə dair məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun gəlməmiş və əsassız olaraq iş üzrə icraata xitam verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Nümayəndə ## ######## 2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərdiyi apellyasiya şikayətinə etirazda qeyd etmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının apellyasiya şikayəti ilə bağlı mövqeyimizi bildirərək ilk növbədə qeyd etmək istəyirəm ki, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*- **)-***/**** saylı qərarı qanuni və əsaslıdır və dəyişdirilmədən saxlanılmalıdır. Çünki birinci instansiya məhkəməsi iş üzrə yalnız inzibati xəta haqqında protokolu deyil, həm də tərəfimizdən təqdim edilmiş müqavilələri, əlavə razılaşmaları, ödəniş sənədlərini, gömrük sənədlərini və digər sübutları araşdıraraq düzgün nəticəyə gəlmişdir. Məhkəmənin gəldiyi əsas nəticə ondan ibarətdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin IXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyi sübuta yetirilməyib. Məhkəmə həmçinin müəyyən etmişdir ki, pulun qaytarılmaması və malların ölkəyə gətirilməməsi şirkətin təqsiri nəticəsində baş verməmişdir. Mən hesab edirəm ki, apellyasiya şikayətinə baxılarkən əsas məsələ məhz budur: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC formal olaraq müəyyən müddət ərzində müəyyən məbləği bağlamayıbmı?”xxxx“bu hal inzibati xəta tərkibini və xüsusilə şirkətin təqsirini sübut edirmi?” sualına cavab verilməlidir. Və iş materialları göstərir ki, bu sualın cavabı mənfidir. IXM-in 430.4-cü maddəsi avtomatik məsuliyyət nəzərdə tutmur. Mərkəzi Bankın mövqeyinin əsas problemi budur ki, ##.##.2024-cü il tarixində 38.281,35 EUR avans ödənişinin həyata keçirilməsi faktı ilə ##.##.2026-cı il tarixində inzibati xətanın törədildiyi nəticəsini faktiki olaraq eyniləşdirir. Konstitusiya Məhkəməsi də məhz 430.4-cü maddə ilə bağlı hüquqi mövqeyində xüsusi olaraq bildirib ki, belə işlər üzrə məhkəmələr şəxsin təqsirini müəyyən etməli və işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmalıdır. Yəni burada sadəcə “müddət keçdi” demək kifayət etmir. Mütləq müəyyən edilməlidir ki, həmin nəticənin yaranmasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təqsiri varmı və bu təqsir hansı formada ifadə olunub. Bu işdə söhbət birdəfəlik ödənişdən deyil, uzunmüddətli kommersiya münasibətindən gedir. Iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə Döhler Gıda Sanayi A.Ş. arasında ##.##.2023cü il tarixli ********* nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilə müxtəlif partiyalar üzrə malların sifarişini və tədarükünü nəzərdə tutan çərçivə müqaviləsi olmuşdur. Daha sonra: ##.##.2023-cü il tarixində Əlavə Razılaşma №*; ##.##.2023-cü il tarixində Əlavə Razılaşma №* imzalanmışdır. Eyni zamanda X1 Sanayi A.Ş. ilə də ayrıca ********* nömrəli müqavilə və ona əlavə razılaşmalar mövcud olmuşdur. Birinci instansiya məhkəməsi də məhz bu halları müəyyən etmiş və həmin müqavilələrin tərəflər arasında münasibətlərin davamlı və real kommersiya xarakteri daşıdığını nəzərə almışdır. Bu nəyi göstərir? Göstərir ki, ## ### 2024-cü il tarixli ödənişi tərəflər arasındakı bütün münasibətlərdən təcrid edib ayrıca “qaytarılmamış avans” kimi qiymətləndirmək işin real iqtisadi mahiyyətini əks etdirmir. 38.281,35 EUR məbləğində ödəniş üzrə faktiki vəziyyət Mərkəzi Bankın protokolunda göstərildiyindən fərqlidir. Məhkəməyə təqdim etdiyimiz izahatda göstərilmişdir ki, ********* nömrəli proforma üzrə 38.281,35 EUR ödəniş edilmişdir. Lakin malların yüklənməsi mərhələsində Döhler Gıda Sanayi A.Ş. sifariş edilmiş malın bir hissəsini özünün digər şirkəti – X1 Sanayi A.Ş. vasitəsilə təmin etmişdir. Nəticədə: bir tərəfdən 9.936,85 EUR artıq ödəniş yaranmış; digər tərəfdən 7.854 EUR məbləğində mal digər Döhler şirkəti tərəfindən təmin edilmiş; gömrük rəsmiləşdirilməsi zamanı bu məbləğin hansı hüquqi şəxsin hesabına aid edilməsi ilə bağlı texniki uyğunsuzluq yaranmışdır. Bu məsələ sırf formal xarakter daşımır. Çünki söhbət vəsaitin mənimsənilməsindən, məqsəddənkənar istifadəsindən və ya xarici kontragentə əsassız köçürülməsindən getmir. Əksinə, təqdim etdiyimiz sənədlər göstərir ki, ödəniş real mal alışına, real xarici iqtisadi müqaviləyə və real kommersiya münasibətinə əsaslanmışdır. Ən mühüm hal – 9.936,85 EUR vəsait faktiki olaraq geri qaytarılmışdır. Bu işdə xüsusi diqqət yetirilməsini xahiş etdiyim əsas məsələ budur. Protokolda və Mərkəzi Bankın mövqeyində əsas iddialardan biri ondan ibarətdir ki, istifadə olunmamış vəsait geri qaytarılmayıb. Lakin təqdim etdiyimiz sənədlərə əsasən 9.936,85 EUR məbləğində artıq ödənilmiş vəsait Döhler Gıda Sanayi A.Ş. tərəfindən ##.##.2026-cı ildə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hesabına göndərilmiş, ##.##.2026-cı ildə isə hesabda qeydə alınmışdır. Bu barədə banka da məlumat verilmişdir. Bu faktın hüquqi əhəmiyyəti çox böyükdür. Mən demirəm ki, vəsaitin ## #### 2026-cı ildə qaytarılması avtomatik olaraq ## ### 2026-cı il tarixində bitmiş müddəti geriyə dönük şəkildə “bərpa edir”. Bizim mövqeyimiz bundan daha əsaslıdır. Bu fakt göstərir ki: 1. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəsaiti gizlətməyib; 2. xarici kontragentlə əlaqəni kəsməyib; 3. vəsaitin qaytarılması üçün tədbir görüb; 4. bankla əlaqə saxlayıb; 5. yaranmış texniki problemi aradan qaldırmağa çalışıb;

6. nəticədə artıq vəsait faktiki olaraq ölkəyə geri qayıdıb. Deməli, işdə təqsirli davranışı deyil, əksinə, problemin aradan qaldırılmasına yönəlmiş davranışı təsdiq edən sübutlar mövcuddur. 2026-cı ilin iyun və iyul aylarına aid yeni sənədlər Mərkəzi Bankın ilkin yanaşmasını daha da zəiflədir. Bu məsələ ilə bağlı xüsusilə yeni təqdim etdiyimiz sənədlərə diqqət yetirmək istəyirəm. Bizim təqdim etdiyimiz “xxxx BƏYANNAMƏ VƏ ÖDƏMƏLƏR” sənədində 2026-cı ilin may ayından sonrakı əməliyyatlar da mövcuddur. Bu sənədlər çox mühüm bir faktı ortaya qoyur. ##.##.2026-cı il Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Döhler Gıda Sanayi A.Ş.-yə 5.953,50 EUR ödəniş edilmişdir. Ödəniş təyinatında: “CON NO 202105231 INV 300868299 DD ##.##.2026 PRE PAYMENT FOR FRUIT BASE FOR FRUIT JUICE” göstərilmişdir. Yəni burada yenə həmin ********* nömrəli müqaviləyə istinad edilir və ödəniş meyvə şirəsi üçün xammalın avans ödənişi kimi rəsmiləşdirilmişdir. SWIFT sənədi də eyni əməliyyatı təsdiqləyir: 5.953,50 EUR, ödəyici “xxxx LLC”, benefisiar isə “DOHLER GIDA SANAYI AS”. 17–##.##.2026-cı il. Daha sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən yenidən Döhler Gıda Sanayi A.Ş.-yə 8.703 EUR ödəniş edilmişdir. Burada da: CON NO 202105231 INV 300900960 PRE PAYMENT FOR FRUIT BASE FOR FRUIT JUICE göstərilir. SWIFT sənədində də bu ödənişin məbləği 8.703 EUR kimi təsdiqlənir. Bu ödənişlər nəyi sübut edir? Bu sənədləri ona görə təqdim etmirik ki, 2024-cü ildəki öhdəliyin müddətini formal olaraq uzatmış hesab edilsin. Bu sənədlərin başqa – daha mühüm sübut əhəmiyyəti var. Iddia edilən inzibati xətanın baş verdiyi tarixdən dərhal sonra: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xarici kontragentlə əlaqəni davam etdirib; yeni sifarişlər verib; yeni avans ödənişləri edib; Döhler həmin sifarişləri qəbul edib; malların faktiki tədarükü davam edib. Bu isə bir daha təsdiqləyir ki, tərəflər arasında real və davam edən kommersiya münasibəti mövcud olub. Əgər məqsəd valyuta vəsaitini xaricə çıxarmaq, onu təyinatından kənar istifadə etmək və ya geri qaytarmamaq olsaydı, niyə eyni kontragentlə yeni müqavilə münasibətləri qurulsun, yeni ödənişlər edilsin və yeni mallar idxal olunsun? Bu sualın cavabı iş üzrə təqsir məsələsinin qiymətləndirilməsi üçün əhəmiyyətlidir. VII. ##.##.2026-cı il tarixli gömrük sənədi də sonrakı faktiki icranı təsdiq edir. Sənədlər içərisində ##.##.2026-cı il tarixli gömrük rəsmiləşdirilməsi də vardır. Bu bəyannamədə Döhler məhsulu – CE Carot E160a – göstərilmiş, ********* nömrəli müqavilə, ##.##.2025-ci il tarixli №**P/**** müqaviləsi və invoys məlumatları qeyd edilmişdir. Bəyannamədə 125 kq məhsul, invoys və digər gömrük identifikasiya məlumatları göstərilir. Burada bir daha vurğulayıram: Biz bu gömrük bəyannaməsini avtomatik olaraq ##.##.2024-cü il tarixli 38.281,35 EUR ödənişin tam qarşılığı kimi təqdim etmirik. Lakin bu sənəd həmin dövrdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə Döhler arasında kommersiya münasibətlərinin real olaraq davam etdiyini, yeni ödənişlərin real malların idxalı ilə müşayiət olunduğunu təsdiqləyən əlavə sübutdur. Bu səbəbdən həmin sənədlərin işdən kənarda saxlanılması və ya yalnız “##.##.2024-cü il ödənişinə aid deyil” arqumenti ilə qiymətləndirilməməsi düzgün olmazdı. Mərkəzi Bank işin yalnız bir hissəsini qiymətləndirib. Işin əsas problemi məhz budur. Mərkəzi Bank: 38.281,35 EUR ödəniş → 2 il keçdi → 9.936,85 EUR bağlanmadı → inzibati xəta kimi sadələşdirilmiş bir məntiq qurur. Halbuki real sənədlər belə bir mənzərə yaradır: müqavilə → əlavə razılaşmalar → avans ödənişi → malların müxtəlif partiyalarla tədarükü → gömrük rəsmiləşdirilməsi → texniki konsiqnasiya uyğunsuzluğu → artıq ödəniş → xarici kontragentdən 9.936,85 EUR geri ödəniş → bankla yazışmalar → sonrakı yeni ödənişlər → yeni malların idxalı. Bunların hamısı birlikdə qiymətləndirilməlidir. IXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, təqsiri və işin düzgün həlli üçün əhəmiyyətli digər halları müəyyən etmək üçün hər cür faktiki məlumat sübut ola bilər. Ona görə də bir bank köçürməsini digər bütün sənədlərdən təcrid etməklə təqsir nəticəsinə gəlmək olmaz. Konstitusiya Məhkəməsinin 430.4-cü maddə üzrə hüquqi mövqeyi bizim iş üçün birbaşa əhəmiyyət daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu məhz 430.4-cü maddə ilə bağlı qərarında qeyd etmişdir ki, belə işlərdə məhkəmələr şəxsin təqsirini dəqiq müəyyən etməli, malların gətirilməsinin və ya xidmətlərin göstərilməsinin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikə biləcəyini nəzərə almalıdır. Qərarda fors-major, qəza, gömrük nəzarəti və baxışı kimi halların təqsiri istisna edən hallar kimi qiymətləndirilə biləcəyi də vurğulanır. Bizim işdə isə söhbət sadəcə “xxxx” iddiasından getmir. Burada konkret olaraq: iki Döhler şirkəti arasında mal təminatının bölüşdürülməsi; malların hansı şirkət tərəfindən təqdim edilməsinin gömrük sənədlərində uyğunsuz göstərilməsi; konsiqnasiya fərqinin yaranması; bankın sənədləri bağlamaması; artıq ödənişin müəyyən edilməsi; sonradan artıq vəsaitin geri qaytarılması kimi konkret faktlar vardır. Bunlar ən azı təqsir məsələsində əsaslı şübhə yaradan və araşdırılmalı hallardır. Təqsir sübuta yetirilmədiyi halda məsuliyyət tətbiq edilə bilməz. Bu işdə isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin: qəsdən hərəkət etdiyi; ehtiyatsızlıq göstərdiyi; valyuta vəsaitini məqsədindən kənar istifadə etdiyi; vəsaiti gizlətdiyi; xarici kontragentdən pulun qaytarılmasını istəmədiyi; malların idxalından yayınmaq məqsədi güddüyü barədə heç bir mötəbər və birbaşa sübut yoxdur. Əksinə, sənədlər şirkətin müqaviləni icra etməyə çalışdığını göstərir. Məhkəmənin qərarı yalnız Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin mövqeyinə deyil, hüquqi standartlara əsaslanır Mərkəzi Bank apellyasiya şikayətində birinci instansiya məhkəməsinin nəticəsini dəyişdirmək istəyirsə, bunun üçün IXM-in 135-ci maddəsində nəzərdə tutulan əsaslardan birini ortaya qoymalıdır. Həmin maddəyə görə qərarın ləğvi və ya dəyişdirilməsi üçün, o cümlədən: mühüm faktiki halların araşdırılmaması; nəticələrin işin faktiki hallarına uyğun olmaması; əhəmiyyətli halların sübuta yetirilməməsi; maddi hüquq normasının düzgün tətbiq edilməməsi; yaxud işin hərtərəfli, tam və obyektiv araşdırılmasına mane olan ciddi prosessual pozuntu olmalıdır. Mən hesab edirəm ki, hazırkı işdə bu əsaslardan heç biri mövcud deyil. Əksinə, birinci instansiya məhkəməsi Mərkəzi Bankın nəzərdən keçirmədiyi mühüm halları araşdırmışdır. Məhkəmə: müqavilələri; əlavə razılaşmaları; tərəflərin uzunmüddətli münasibətlərini; malların idxalı ilə bağlı sənədləri; geri qaytarılmış vəsaiti; təqsirsizlik prezumpsiyasını; Konstitusiya Məhkəməsinin 430.4-cü maddə üzrə hüquqi mövqeyini nəzərə almışdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarı qanunun tələb etdiyi araşdırmanın nəticəsidir. Apellyasiya instansiyasının qarşısında yeni sübutlar da vardır. Bu norma hazırkı iş üçün xüsusilə əhəmiyyətlidir. Çünki birinci instansiyada mövcud olan sənədlərlə yanaşı, indi Kollegiyanın qarşısında: ##.##.2026-cı il tarixli 5.953,50 EUR ödəniş; 17/##.##.2026-cı il tarixli 8.703 EUR ödəniş; həmin ödənişlərin ********* nömrəli müqaviləyə istinad etməsi; sonrakı gömrük rəsmiləşdirilməsi; yeni idxal əməliyyatları barədə sənədlər də mövcuddur. Bu sənədlər işin faktiki mənzərəsini daha da aydınlaşdırır. Birinci instansiya məhkəməsinin nəticəsi tam olaraq iş materialları ilə uzlaşır. Naxçıvan Şəhər Məhkəməsi açıq şəkildə belə nəticəyə gəlmişdir: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin IXM-in 430.4-cü maddəsində nəzərdə tutulan əməlin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Məhkəmə əlavə olaraq müəyyən etmişdir ki, pulun qaytarılmaması və malların ölkəyə gətirilməməsi şirkətin təqsiri nəticəsində baş verməyib. Bu nəticə təsadüfi nəticə deyil. Məhkəmə həmçinin qeyd edib ki, tərəflər arasında uzunmüddətli müqavilə münasibətləri olmuş, müqavilələrə əlavə razılaşmalar edilmiş və bu hallar şirkətin təqsirini istisna edir. Bu işdə dövlətin valyuta nəzarətinin əhəmiyyətini heç bir şəkildə inkar etmirik. Əksinə, biz də hesab edirik ki, valyuta əməliyyatlarına nəzarət qanunla nəzərdə tutulmuş mühüm mexanizmdir. Lakin valyuta nəzarətinin məqsədi real kommersiya fəaliyyətini inzibati məsuliyyətə cəlb etmək deyil. Inzibati məsuliyyət yalnız qanunun müəyyən etdiyi bütün şərtlər mövcud olduqda tətbiq edilə bilər. Bu işdə isə: birincisi, real və uzunmüddətli xarici iqtisadi müqavilə mövcuddur; ikincisi, müqavilə üzrə faktiki mal tədarükü və idxalı həyata keçirilib; üçüncüsü, ödənişlərin real kommersiya məqsədi olub; dördüncüsü, yaranmış uyğunsuzluq malların Döhler qrupuna daxil olan iki ayrı hüquqi şəxs tərəfindən təmin edilməsi və gömrük-bank sənədləşməsində yaranmış texniki məsələlərlə bağlı olub; beşincisi, 9.936,85 EUR məbləğində istifadə olunmamış vəsait faktiki olaraq geri qaytarılıb; altıncısı, həmin dövrdən sonra belə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə Döhler arasında real kommersiya fəaliyyəti davam edib və yeni ödənişlər həyata keçirilib; yeddincisi, yeni malların idxalını təsdiq edən gömrük sənədləri mövcuddur; və ən əsası, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin qəsdən və ya ehtiyatsızlıqdan IXM-in 430.4-cü maddəsini pozduğunu təsdiq edən mötəbər sübut yoxdur. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsini, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3, 8, 12, 18, 53, 75, 76, 114, 128, 133, 134 və 135-ci maddələrini, habelə Konstitusiya Məhkəməsinin 430.4cü maddə ilə bağlı formalaşdırdığı hüquqi mövqeləri rəhbər tutaraq, xahiş edirəm: 1. Azərbaycan Respublikası Mərkəzi Bankının apellyasiya şikayəti təmin edilməsin; 2. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın; 3. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qüvvədə saxlanılsın. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Protokolu tərtib edən orqan rəsmi qaydada məlumat verilsə də, məhkəmə iclasında Protokolu tərtib edən orqan nümayəndəsi iştirak etməmiş, məhkəmə isə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətə baxılması ilə əlaqədar keçirilən məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Nümayəndə Protokolu tərtib edən orqan tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Inzibati xəta haqqında işin materiallarını şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş vəsatətdə qeyd edilmişdir ki, ##.##.2024-cü il tarixdə ********* nömrəli proformaya əsasən X3 Şirkətinə 38281.35 avro ödəniş edilmişdir. Sifariş olunan mal yüklənən zaman Döhler Gıda Sanayi A.Ş. malı tam təmin edilə bilmədiyi üçün malın bir qismini digər şirkətdən X1 Sanayi A.Ş.dən təmin etmişdir. Nəticə etibarilə Döhlerin bir bölməsinə 9936.85 avro artıq ödəniş edilmiş, digər bölməsinə isə təmin edilmiş 7854 avro dəyər qədər borc öhdəliyi yaranmışdır. Mal rəsmiləşən zaman Gömrük tərəfindən yalnışlıqla 7854 Avro X1 Sanayi A.Ş. tərəfindən təmin edilən mal Döhler Gıda Sanayi A.Ş. adından bağlanılmışdır. Nəticədə gömrük və bank arasında kansiqnasiya fərqi 2082.85 avro yaranmasına baxmayaraq 7854 avro ödenişi gömrük tərəfindən doğru bağlanılmadığı üçün bank qəbul etməmişdir. Yaranmış texniki xətanın aradan qaldırılması üçün Kapitalbank ASC ilə korpartiv şirkət mail adresi vasitəsilə ilə danışıqlar aparılmış avansın bağlanılması üçün Döhler Gıda Sanayi A.Ş. firmasına texniki problem izah olunaraq vəsait istənilmiş, artıq ödənilmiş 9936.85 avro vəsait Döhler Gıda Sanayi A.Ş. tərəfindən ##.##.2026-cı il tarixdə hesabımıza göndərilmiş və ##.##.2026-cı il tarixdə hesabımızda qeydə alınmışdır. Bu barədə Kapitalbank ASC-yə məlumat verilmişdir. Lakin ##.##.2026-cı il tarixdə tarixdə Kapitalbank ASC məsələ ilə əlaqədar Azərbaycan Mərkəzi Bankına müraciət etmişdir. Daha sonra Mərkəzi Bank heç bir araşdırma aparmadan sözügedən protokolu tərtib etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, vəsatətdə göstərilmiş anlaşılmazlıq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə ünvanlandığı apellyasiya şikayətinə etirazda da göstərilmiş və bununla əlaqədar gömrük sənədləri və yazışmalar təqdim edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, vəsatətdə və etirazda göstərilən hallar inzibati xəta haqqında protokolda qeyd olunan inzibati xəta tərkibi ilə bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təqsirini əhatə etmir. Belə ki, inzibati xəta haqqında protokolda xətanın tarixi kimi qeyd olunan ## ### 2026-cı il tarixdən sonra qısa müddət ərzində 9936.85 avro məbləğində vəsaitin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hesabına geri qaytarılması təmin olunmuş və vəsaitin vaxtında geri qaytarılmamasına səbəb müqavilə üzrə qarşı tərəfin öhdəliklərinin yerinə yetirilməsi zamanı texniki anlaşılmazlıqdan irəli gəlmişdir. Beləliklə də, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edirəm ki, müqavilə münasibətləri davam etdirildiyi zaman mal mübadiləsi və ödəmələrlə bağlı mühasibatlıq və gömrük sənədlərindəBarəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təqsiri ilə əhatə olunmayan uyğunsuzluq yaranmış və faktiki olaraq vəsaitin geri qaytarılmasında gecikmə baş vermişdir. “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2019-cu il tarixli Qərarında əsasən Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin (hərəkətin) inzibati xəta kimi müəyyən edilməsi valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə cavab verdiyindən, məhkəmələr bu kimi işlərin hallarını hərtərəfli, tam və obyektiv araşdırmalıdır. Məhkəmə baxışı zamanı inzibati işin materiallarını apellyasiya şikayətinin dəlilləri ilə təhlil edərək bir daha qeyd edirəm ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Beləliklə, yuxarıda göstərilənləri ümumiləşdirərək qeyd edirəm ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan, Protokolu tərtib edən orqan sədr müavini Gülər Paşayeva tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qərarın ləğvi üçün əsas təşkil etmədiyindən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12-ci mаddəsinə əsasən bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. - 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. - 134.1 və 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Protokolu tərtib edən orqan sədr müavini Gülər Paşayeva tərəfindən verilmiş şikayət əsaslı olmadığından təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Inzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136.1 və 136.2-ci maddələrini rəhbər tutaraq qərar verdim:

Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarından Protokolu tərtib edən orqan sədr müavini Gülər Paşayeva tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar