Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-64/2026 10.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Mirzəyev Ilqar Məhərrəm oğlu, məhkəmə iclas katibi X3 Mehti qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi Nümayəndə və X1 iştirakları ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin rəisi Elnar Hüseynov tərəfindən verilmiş apellyasiya şikayətinə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə vətəndaş O.E.Bədəlovun və digərlərinin DƏMX-nə ünvanlandığı ##.##.2026-cı il tarixli müraciətinin araşdırılması zamanı Xəstəxana tərəfindən təqdim olunan ##.##.2026-cı il tarixli sənədlərdən və “ƏMAS”-a baxış zamanı əldə olan məlumatdan O.Bədəlovun və digərlərinin müddətli əmək müqaviləsinə ##.##.2026-cı il tarixində əmək qanunvericiliyinin tələbi pozularaq xitam verildiyi müəyyən edildi. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Xəstəxana tərəfindən Xidmətə təqdim olunan ##.##.2026-cı il tarixli sənədlər və Azərbaycan Respublikası ƏSMN-nin MEIS-nə məxsus “ƏMAS”-a keçirilən baxış zamanı əldə olunan məlumatlar ilə təsdiq edilir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 25 (iyirmi beş) gün müddət müəyyən olunması qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixli şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri Naxçıvan Şəhər Məhkəməsinə göndərərək Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarının ləğv edilməsini, barəsində Azərbaycan Respublikası IXM-in 192.6-cı maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi və ya tərkibi olmadığından xitam verilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (hakim G.X.Səfərəliyeva) ## ###### 2026-cı il tarixli, *(*- **)-***/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilmiş, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin rəisi Elnar Hüseynov ## ###### 2026-cı il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv olunması və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin ## #### 2026-cı il tarixli MN******* nömrəli “Inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar”ın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin rəisi Elnar Hüseynov şikayətində göstərmişdir ki, vətəndaş X2 və digərlərinin Xəstəxanada mühafizəçi vəzifəsində çalışarkən əmək müqavilələrinə xəbərdarlıq edilmədən xitam verilməsi və əvvəlki vəzifələrinə bərpa olunmalarına köməklik göstərilməsi barədə ## #### 2026-cı il tarixli kollektiv müraciəti Xidmətdə araşdırılmışdır. Müraciətin araşdırılması zamanı əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının müəyyən edilməsi məqsədilə Xəstəxanaya sorğu göndərilmiş, sorğuya cavab olaraq təqdim edilmiş sənədlər araşdırılmış, həmçinin Əmək və Məşğulluq Altsistemində (ƏMAS) olan məlumatlara baxış keçirilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, bir sıra işçilərlə bağlanmış müddətli əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Məcəllə) 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinə müddəti qurtardıqda xitam verilir. Lakin işçilərlə bağlanmış əmək müqavilələrinin müddətinin bitdiyi tarix ilə əmək müqavilələrinə xitam verilməsi tarixi arasında uyğunsuzluq olmuş, əmək müqavilələrinə müqavilədə müəyyən edilmiş müddətin bitdiyi gündə deyil, iki gün sonra xitam verilmişdir. Bu hal əmək müqaviləsinə xitam verilməsinin qanunla müəyyən edilmiş qaydada həyata keçirilmədiyini göstərir. Məcəllənin 73-cü maddəsinin tələblərinə əsasən müddətli əmək müqaviləsinin müddəti bitdikdən sonra əmək münasibətlərinin davam etdirilməsi müəyyən hüquqi nəticələr doğurur və bu hal işəgötürənin əmək müqaviləsinə xitam verməsinin vaxtında və qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsini zəruri edir. Birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin normaları düzgün tətbiq edilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Işəgötürən tərəfindən məhkəməyə təqdim edilmiş izahatda, həmçinin, məhkəmə qərarının əsaslandırmasında işçiyə xəbərdarlıq edilməsinin işəgötürənin əmək müqaviləsinin uzadılmaması barədə niyyətini göstərdiyi, bu səbəbdən əmək müqaviləsinə xitam verilməli olduğu qeyd olunmuşdur. Nəzərinizə çatdırırıq ki, Məcəllədə əmək müqaviləsinə xitam verilməsinin əsasları ilə yanaşı qaydası da dəqiq müəyyən edilmişdir. Işəgötürənin əmək münasibətlərinin davam etdirməməklə bağlı niyyəti Məcəllədə nəzərdə tutulmuş işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinin müəyyən edilmiş bütün əsaslarında müşahidə edilə bilər. Bu özlüyündə əmək müqaviləsinə istənilən zaman xitam verilməsi üçün kifayət deyil. Xüsusilə vurğulamaq lazımdır ki, müddətli əmək müqaviləsinə xitam verilməsi tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmə deyil, müstəqil xitam əsasıdır. Qanunla qorunan məhz seçildiyi halda hər bir xitam əsası üzrə Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl edilməsi və qanunvericiliyin tələblərinin gözlənilməsidir. Təsadüfi deyil ki, sözügedən inzibati xətanın müəyyən edildiyi maddənin dispozisiyasında əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması müəyyən edilmişdir. Aydındır ki, qanunvericiliyin tələbləri deyildikdə hazırkı iş üzrə əmək müqaviləsinin xitam verilmə əsası üzrə qanunla müəyyən edilmiş qaydalardır. Belə ki, tərəflər arasında bağlanılmış müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qanunla nəzərdə tutulmuş xəbərdarlıq müddətinin gözlənilməsi ilə yanaşı əmək müqaviləsinə müddəti bitdikdə xitam verilməsi qaydası müəyyən edilmişdir. Işəgötürən müqavilənin müstəqil tərəfi kimi müddətin yekununda bu barədə işçini qanunla nəzərdə tutulmuş müddətdə qabaqcadan xəbərdar etməklə əmək müqaviləsini uzatmaya bilər, lakin əmək müqaviləsinə xitam verilməsi zamanı qanunun tələblərinə əməl etmək onun vəzifəsidir. Işəgötürən əmək müqaviləsinə xitam verilməsini məhkəmədə sadə “rəsmiləşdirmə” prosesi olaraq təqdim etsə də, əmək müqaviləsinə xitam verilməsi hər hansı faktın sənədləşdirilməsi deyil. Məcəllənin 49-cu maddəsinin 5-ci bəndinə əsasən Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Göründüyü kimi müqaviləyə xitam verilmə anı onun imzalandığı tarixlə şərtləndirilmişdir. Bu halda müddətli əmək müqaviləsinə onun müddəti bitdiyi tarixdən sonrakı tarixdə xitam verilməsi faktiki olaraq əmək münasibətlərinin davam etdirilməsi deməkdir və belə münasibətlərin davam etdirilməsi müəyyən hüquqi nəticə yaradır. Bu halda əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verildiyi tarixdə faktiki olaraq müqavilədən nəzərdə tutulandan artıq müddətdə davam edən əmək münasibətləri mövcud olur. Odur ki, müvafiq inzibati tənbeh vermə haqqında qərar əmək müqaviləsinin uzadılmamasına görə yox, əmək müqaviləsinin müddətin bitməsi əsası ilə xitam verildiyi halda nəzərdə tutulmuş qaydaya əməl edilməməsi əsasında qəbul edilmişdir. Xüsusilə nəzərinizə çatdırırıq ki, müvafiq inzibati xətaya münasibətdə Məcəllədə inzibati məsuliyyətdən azad edilmə əsasları müəyyən edilməmişdir. Bu halda istənilən səbəbdən (işin hallarından və məhkəməyə verilmiş izahatlardan həmçinin, görünür ki, işəgötürən tərəfindən hər hansı səbəb təqdim edilməmişdir) müddətli əmək müqaviləsinə müddət bitdikdə qanunvericiliyin tələbləri gözlənilmədən xitam verilməsi hüquq pozuntusudur. Məhkəmə tərəfindən hüquq pozuntusuna hüquqi qiymət verilməməsi, qanunvericiliyin normalarının səthi şərh edilməsi və nəticədə işəgötürənin niyyəti əsas götürülməklə əmək müqaviləsinə müddəti bitdiyi halda qeyri müəyyən müddətdə xitam verilməsi üçün imkan verilməsi geniş sui-istifadə hallarına gətirib çıxara bilər. Müvafiq maddənin dispozisiyasında xəbərdarlıq təkcə işəgötürənə aid edilməmişdir. Tərəflərdən hər hansı birinin xəbərdarlıq təqdim etməsi ilə kifayətlənilməsi əmək müqaviləsinə xitam verilməsinin başa çatması deyil. Həmçinin, əmək müqaviləsi üzrə münasibətlərin davam etdirilməsi özlüyündə işəgötürənin iradə ifadəsi olduğundan və bu iradə ifadəsi xəbərdarlıqdan sonrakı tarixdə həyata keçirildiyindən əsas iradə ifadəsi kimi nəzərə alınmalıdır. Məhkəmə tərəfindən işə baxılarkən qərarın qəbul edilməsinə əsas olmuş işin halları nəzərə alınmamış və hüquqi qiymət verilməmişdir. Beləliklə Xidmət tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli MN******* nömrəli “Inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar” qanuni və əsaslıdır. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2, 6 və 21-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2021-ci il tarixli Qərarına istinad edilmişdir. Şikayətə baxılması ilə əlaqədar keçirilən məhkəmə baxışı iclasında Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi Nümayəndə və X1 çıxışında Xidmət tərəfindən verilmiş apellyasiya şikayətini təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını məhkəmədən xahiş etdilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) çıxışında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə qalmasını məhkəmədən xahiş etdi. Inzibati xəta haqqında işin materiallarını şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş yazılı elektron xəbərdarlıqdan görünür ki, “xxxx” publik hüquqi şəxsi tərəfindən X2 ##.##.2026-cı il tarixdə məlumat göndərilərək “Sizinlə bağlanmış əmək müqaviləsinin müddətini bitməsilə əlaqədar ##.##.2026-cı il tarixdə müqavilənizə xitam veriləcəkdir” məlumatı qeyd edilmişdir. Iş materiallarına əlavə edilmiş “xxxx” publik hüquqi şəxsin ## #### 2026-cı il tarixli, *** nömrəli əmrindən görünür ki, “xxxx” publik hüquqi şəxsin Təhlükəsizlik bölməsinin 1,00 ştat vahid mühafizəçisi X2 ##.##.2026-cı il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndində qeyd edilmişdir ki, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Belə ki, birinci instansiya məhkəməsinin qərarında da göstərildiyi kimi, qeyd edilən normanın məzmunundan görünür ki, əmək müqaviləsinin uzadılmış hesab edilməsinin qanuni şərti müqavilənin müddətinin bitməsinə azı bir həftə qalmış yazılı xəbərdarlığın verilməməsidir. Iş materiallarından da görünür ki, “xxxx” publik hüquqi tərəfindən Bədəlov Oruca ## #### 2026-cı ildə yazılı elektron xəbərdarlıq verilmiş, qanunda nəzərdə tutulan minimum bir həftəlik müddətə əməl olunmuşdur. Birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək bir daha qeyd edirəm ki, Xidmət tərəfindən inzibati araşdırma əmək müqaviləsinin ## #### 2026-cı il tarixində başa çatması və əmək münasibətlərinə xitam verilməsinin ## #### 2026-cı il tarixində rəsmiləşdirilməsi faktları üzərində qurulmuş, müqavilənin müddətinin başa çatmasından səkkiz gün əvvəl verilmiş yazılı xəbərdarlığın hüquqi nəticələri və həmin xəbərdarlığın əmək müqaviləsinin müddətinin uzadılmasına təsiri hərtərəfli araşdırılmamışdır. Halbuki yuxarıda qeyd edilən normanın tələbinin əsas şərti məhz yazılı elektron xəbərdarlıqdır. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) əməlində IXM-in 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Məhkəmə baxışı zamanı inzibati işin materiallarını apellyasiya şikayətinin dəlilləri ilə təhlil edərək bir daha qeyd edirəm ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Beləliklə, yuxarıda göstərilənləri ümumiləşdirərək qeyd edirəm ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin rəisi Elnar Hüseynov tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizə xarakteri daşıdığından əsassızdır, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12-ci mаddəsinə əsasən bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. - 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. - 134.1 və 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin rəisi Elnar Hüseynov tərəfindən verilmiş şikayət əsaslı olmadığından təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Inzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136.1 və 136.2-ci maddələrini rəhbər tutaraq qərar verdim: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin rəisi Elnar Hüseynov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-1)-64/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-64/2026
10.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver