Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-65/2026 16.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Quliyev Vüqar Kərim oğlu, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) və inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmiş orqanın səlahiyyətli nümayəndələri X12, Nümayəndə, X3 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 Xidmətinin ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli qərarı ilə o, 2.000 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 Xidmətinin ##.##.2026-cı il tarixli, MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarından Şərur Rayon Məhkəməsinə şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin (hakim A.E.Orucəliyev) ## ###### 2026-cı il tarixli, 3(5- **)-***/**** nömrəli qərarı ilə şikayət təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 Xidməti tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* №-li inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından narazı qalan Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 Xidməti ## ###### 2026-cı il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*- **)-***/**** nömrəli qərarının ləğv edilməsi və X13 Xidmətinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 Xidməti şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi əsasən ağacların faktiki olaraq X14 Istismarı Şöbəsinin texnikası vasitəsilə çıxarılmasını nəzərə alaraq, Qərardan şikayət verən orqan (şəxs) həmin əməli törətməsi və ya onun göstərişi ilə törədilməsi barədə kifayət qədər sübutun olmadığı qənaətinə gəlmişdir. Məhkəmənin bu nəticəsi iş üzrə mövcud olan sübutların qarşılıqlı əlaqədə və məcmu halında qiymətləndirilməsi əsasında deyil, ayrı-ayrı sübutlara təcrid olunmuş şəkildə yanaşılması nəticəsində formalaşmışdır. Iş materiallarından Qərardan şikayət verən orqan (şəxs) arxın təmizlənməsi işində birbaşa maraqlı olduğu görünür. Belə ki, su basması nəticəsində onun fermasına və təsərrüfatına zərər dəyməsi təhlükəsi yaranmış, o, arxın təmizlənməsi ilə bağlı aidiyyəti şəxslərə müraciətlər etmişdir. Bundan əlavə, iş materiallarında olan ilkin izahatlara əsasən, texnikanın harada işləməli olduğunu Qərardan şikayət verən orqan (şəxs) göstərməsi, iş üçün yanacağın onun tərəfindən verilməsi və arxın təmizlənməsi prosesində fəal iştirak etməsi barədə məlumatlar mövcuddur. Qeyd olunan hallar bir-birindən təcrid olunmuş şəkildə deyil, qarşılıqlı əlaqədə və vahid sübut sistemi kimi qiymətləndirilməli idi. Birinci instansiya məhkəməsi isə yalnız ağacların texnika vasitəsilə faktiki olaraq başqa şəxslər tərəfindən çıxarılması ilə kifayətlənmişdir. Halbuki, inzibati xəta üzrə məsuliyyət məsələsi həll edilərkən yalnız fiziki icraçının müəyyən edilməsi kifayət etmir, şəxsin əməlin təşkilində, ona göstəriş verilməsində və ya qanunsuz nəticənin əldə olunmasında təqsirli iştirakının olub-olmaması da araşdırılmalıdır. Iş üzrə müəyyən edilmiş hallara əsasən arxın təmizlənməsi Qərardan şikayət verən orqan (şəxs) şəxsi təsərrüfatının və fermasının su basmasının qarşısının alınması məqsədilə həyata keçirilmişdir. Bu baxımdan, həmin işlərin görülməsində birbaşa maraqlı olan şəxslərdən birinin məhz Qərardan şikayət verən orqan (şəxs) olduğu bildirilmişdir. Qərardan şikayət verən orqan (şəxs) arxın təmizlənməsi ilə bağlı aidiyyəti şəxslərə müraciət etməsi, işlərin aparılmasında maraqlı olması, texnikanın işləməsi üçün yanacaq təmin etməsi barədə məlumatların mövcudluğu, iş prosesindən məlumatlı olması, hadisədən sonra tərtib edilmiş aktı imzalaması və ilkin izahatında verdiyi məlumatlar onun baş vermiş əmələ münasibətinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin hallar birlikdə qiymətləndirildikdə, Qərardan şikayət verən orqan (şəxs) hadisədəki rolunun müəyyən edilməsi üçün əhəmiyyətli sübutlar təşkil edir. Məhkəmə bu halların hər birini ayrıca qiymətləndirmiş, lakin onların bir-biri ilə məntiqi əlaqəsini və vahid sübut sistemi yaratmasını lazımi qaydada araşdırmamışdır. Şəxsin ağacları birbaşa fiziki olaraq çıxaran şəxs olmaması həmin şəxsin inzibati xətanın törədilməsində hər hansı formada təqsirli iştirakını avtomatik olaraq istisna etmir. Iş materiallarında olan ilkin izahatlara da istinad edilmiş və bildirilmişdir ki, texnika sürücüsünün ağacların çıxarılması prosesində Qərardan şikayət verən orqan (şəxs) göstəriş verməsi və işlərin istiqamətinin onun tərəfindən müəyyənləşdirilməsi barədə məlumatları mövcuddur. Ilkin izahatların hadisədən vaxt baxımından daha yaxın müddətdə verilməsi nəzərə alınmaqla, həmin izahatların sonradan məhkəmə baxışı zamanı verilmiş ifadələrlə ziddiyyət təşkil etdiyi halda, bu ziddiyyətlərin səbəbləri məhkəmə tərəfindən ətraflı araşdırılmalı və ifadələrin hər birinə digər sübutlarla qarşılıqlı əlaqədə hüquqi qiymət verilməli idi. Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixli aktı və MN № ******* nömrəli inzibati xəta haqqında protokolu imzalamışdır. Qəbul edirlər ki, aktın və inzibati xəta haqqında protokolun imzalanması təkbaşına şəxsin təqsirini tam sübuta yetirmir. Lakin həmin fakt digər sübutlarla birlikdə qiymətləndirildikdə, hadisənin faktiki halları və Qərardan şikayət verən orqan (şəxs) baş vermiş proseslə əlaqəsi baxımından mühüm vasitəli sübut kimi nəzərə alınmalıdır. Məhkəmə isə aktın imzalanması faktına təcrid olunmuş şəkildə yanaşaraq onun digər sübutlarla qarşılıqlı əlaqəsini lazımi səviyyədə qiymətləndirməmişdir. Şikayət verən şəxs həmçinin bildirmişdir ki, iş materiallarından söhbətin meşə fonduna daxil olmayan ərazidə yerləşən yaş iydə ağaclarının kökündən çıxarılması və məhv edilməsindən getdiyi müəyyən olunur. IXM-in 253.2-ci maddəsinə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsi, götürülməsi və ya məhv edilməsi inzibati məsuliyyət yaradan əməl kimi müəyyən edilmişdir. Iş materiallarında ağacların kökündən çıxarıldığı və məhv edildiyi müəyyən olunmuşdur. Yaşıllıqların götürülməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosedura əməl olunub-olunmaması da iş üzrə mühüm əhəmiyyət kəsb edən məsələdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli, *** nömrəli “Yaşıllıqların götürülməsi Qaydasının təsdiq edilməsi haqqında” Qərarına əsasən, meşə fonduna daxil olmayan torpaqlarda yaşıllıqların götürülməsi və köçürülməsi, həmçinin su arxlarının, kollektor-drenaj şəbəkələrinin təmizlənməsi zərurəti yarandıqda yaşıllıqların götürülməsi və köçürülməsi üçün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi rəyinin alınması tələb olunur. Iş materiallarında ağacların götürülməsi ilə əlaqədar müvafiq səlahiyyətli orqana əvvəlcədən müraciət edilməsi və lazımi rəyin alınması barədə məlumat yoxdur. Bu baxımdan, arxın təmizlənməsi zərurətinin mövcudluğu öz-özlüyündə ağacların kökündən çıxarılmasının qanuniliyini müəyyən etmir. Onun fikrincə, məhkəmə arxın təmizlənməsi zərurəti ilə ağacların götürülməsinin hüquqi əsasını bir-birindən fərqləndirməli, ağacların götürülməsinə qanuni əsasın olub-olmamasını və Qərardan şikayət verən orqan (şəxs) bu prosesdə rolunu daha ətraflı araşdırmalı idi. Iş üzrə ## #### 2026-cı il tarixli akt; MN № ******* nömrəli inzibati xəta haqqında protokol; hadisə yerindən çəkilmiş fotoşəkillər; ağacların ölçülərinə dair məlumatlar; təbiətə dəymiş ziyanın hesablanmasına dair rəy; Qərardan şikayət verən orqan (şəxs) izahatı; Xidmət əməkdaşlarının izahatları; texnika sürücüsünün ilkin və sonrakı ifadələri; X14 Istismarı Şöbəsinin əməkdaşlarının izahatları; digər şahid ifadələri mövcuddur. Şikayət verən şəxsin mövqeyinə görə, qeyd olunan sübutların hər biri ayrıca deyil, onların qarşılıqlı əlaqəsi və iş üzrə ümumi faktiki vəziyyət nəzərə alınmaqla qiymətləndirilməli idi. Məhkəmə isə bir sıra sübutlara kifayət qədər əsaslandırma aparmadan az əhəmiyyət vermiş, digər sübutlara isə üstünlük vermişdir. Nəticədə, məhkəmənin gəldiyi nəticə iş üzrə mövcud olan bütün sübutların məcmusundan deyil, ayrı-ayrı sübutların seçici qiymətləndirilməsindən irəli gəlmişdir. Şərur Rayon Məhkəməsi iş üzrə icraata inzibati xəta tərkibinin olmaması əsası ilə xitam vermişdir. Lakin iş materiallarından ağacların kökündən çıxarılaraq məhv edilməsi faktının mövcudluğu, hadisənin sənədləşdirilməsi, fotoşəkillərin çəkilməsi və təbiətə dəymiş ziyanın hesablanması müəyyən olunur. Onun fikrincə, mübahisəli məsələ əsasən Qərardan şikayət verən orqan (şəxs) həmin əməlin törədilməsində iştirakının və təqsirinin olub-olmaması ilə bağlıdır. Bu məsələ ilə bağlı iş materiallarında Qərardan şikayət verən orqan (şəxs) arxın təmizlənməsinin təşəbbüskarı və nəticəsindən faydalanan şəxs olması, texnikanın işində iştirakı, yanacaq verməsi barədə ilkin məlumatların mövcudluğu, hadisə ilə əlaqədar sənədləri imzalaması və yaşıllıqların götürülməsi üçün qanuni prosedura əməl olunmaması kimi hallar öz əksini tapmışdır. Xüsusilə Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixdə hadisə yerində verdiyi və əl ilə yazaraq imzaladığı ilkin izahatına istinad etmişdir. Həmin izahatda “arxın təmizlənməsinə siz tapşırıq vermisiniz?” sualına “bəli, su arxının içi dolu olduğu üçün su hərəkət etmirdi və mənim xüsusi mülkiyyətimdə yerləşən tövləyə daxil olduğundan və əlavə olaraq tövlənin bir divarına zərər vermişdir və ot damının içinə su dolmuşdur, mənə maddi ziyan dəydiyindən təcili təmizlənməli idi” cavabını verdiyi qeyd olunmuşdur. Həmçinin “bu halla bağlı kimə müraciət etmisiniz?” sualına “Inzibati Ərazi Dairəsi üzrə nümayəndəyə və Siyaqut bələdiyyəsinin sədrinə məlumat vermişəm və hadisəyə özləri şahid oldular” cavabını verdiyi, “bələdiyyə mülkiyyətində yerləşən arxın içərisində yerləşən yaşıllıqların ekoloji ekspertiza rəyi olmadan köçürülməsi və kökündən çıxarılmasının qanunsuz olduğunu bilirdinizmi?” sualına isə “sözügedən arxın təmizlənməsi təcili olduğundan, yəni həmin tövlədə mal-qara olduğundan təcili təmizlənməli olduğundan müraciət edə bilməmişəm” cavabını verdiyi göstərilmişdir. Həmin izahatda Qərardan şikayət verən orqan (şəxs) verdiyi cavablardan onun hadisədə maraqlı tərəf olması, şəxsi mülkünə zərər dəydiyini əsas gətirərək arxın təmizlənməsinə özü tapşırıq verməsi və bələdiyyə mülkiyyətində olan ərazidə ağacların götürülməsi üçün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumundan ekoloji ekspertiza rəyi alınmalı olduğunu bilməsi, lakin bunun vaxt tələb etdiyini əsas gətirərək ağacların götürülməsinə dair tapşırıq verməsi nəticəsinə gəlmək mümkündür. Qərardan şikayət verən orqan (şəxs) ilkin izahatında yalnız Inzibati Ərazi Dairəsi üzrə nümayəndəyə və Siyaqut bələdiyyəsinin sədrinə məlumat verdiyini və onların hadisəyə şahid olduğunu bildirsə də, sonradan X14 Istismarı Şöbəsinə müraciət etdiyini göstərmişdir. Lakin Şərur Rayon Məhkəməsi tərəfindən X14 Istismarı Şöbəsinə verilmiş sorğuya cavab olaraq Qərardan şikayət verən orqan (şəxs) yalnız şifahi müraciətinin olduğu bildirilmişdir. Bu səbəbdən onun həmin şöbəyə rəsmi şəkildə müraciət etməsi və müraciətinə cavab verilməsi barədə iş materiallarında hər hansı sübut və ya digər sənədin olmadığı qeyd edilmişdir. Qeyd olunan hallar tam və qarşılıqlı əlaqədə qiymətləndirilmədən inzibati xəta tərkibinin tamamilə olmadığı barədə nəticəyə gəlmək əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) təqsirinin mövcudluğunu əsasən onun ağacları şəxsən çıxarıb-çıxarmaması məsələsi ilə məhdudlaşdırmışdır. Halbuki, iş üzrə arxın təmizlənməsi kimin təşəbbüsü ilə həyata keçirilmişdir?, Ağacların çıxarılacağı yer və istiqamət kim tərəfindən göstərilmişdir?, Qərardan şikayət verən orqan (şəxs) işlərin həyata keçirilməsində hansı formada iştirak etmişdir?, Ağacların götürülməsi üçün qanunla müəyyən edilmiş icazə proseduruna əməl edilmişdirmi?, Qərardan şikayət verən orqan (şəxs) hərəkətləri və ya hərəkətsizliyi ilə baş vermiş nəticə arasında hüquqi əhəmiyyətli əlaqə varmı? Kimi mühüm məsələlər də araşdırılmalı idi. Şikayət verən şəxsin mövqeyinə görə, qeyd olunan suallar tam cavablandırılmadan iş üzrə icraata xitam verilməsi barədə qərar vaxtından əvvəl qəbul edilmişdir. Beləliklə, hesab edirlər ki, Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*- **)-***/**** nömrəli qərarı iş üzrə mühüm əhəmiyyət kəsb edən halların tam araşdırılmaması, sübutların məcmu halında qiymətləndirilməməsi, ilkin yazılı izahatların və digər sübutların lazımi hüquqi qiymət almaması, Qərardan şikayət verən orqan (şəxs) hadisədə təşəbbüskar və maraqlı tərəf kimi rolunun tam araşdırılmaması, habelə ağacların götürülməsinin qanuniliyinə dair prosedur məsələlərinin kifayət qədər araşdırılmaması nəticəsində qəbul edilmişdir. Qeyd olunan hallar nəzərə alınmaqla, məhkəmə qərarı işin faktiki hallarına və iş üzrə toplanmış sübutların ümumi məzmununa uyğun hesab edilə bilməz. Şikayətə baxılması ilə əlaqədar keçirilən məhkəmə baxışı iclasında inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmiş orqanın səlahiyyətli nümayəndələri X12, Nümayəndə, X3 Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsi və X13 Xidmətinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şikayətə baxılması ilə əlaqədar keçirilən məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Iş materiallarına əlavə edilmiş -Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 Xidməti tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli aktdan görünür ki, Şərur rayonunun Siyaqut kəndində yoxlama aparılarkən bələdiyyə mülkiyyətində olan, meşə fonduna daxil olmayan sahədə iki ədəd yaş iydə ağacının kökündən çıxarılaraq məhv edildiyi müəyyən edilmiş və həmin əməl Qərardan şikayət verən orqan (şəxs) aid edilmişdir. Aktda ağacların diametrlərinin müvafiq olaraq 12–17 sm və 15–23 sm olduğu göstərilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli *** nömrəli qərarının tələblərinə istinad edilmiş və hadisə yerində fotoşəkillərin çəkildiyi qeyd olunmuşdur. X1 Təhlükəsizlik Xidmətinin əməkdaşları, Siyaqut Bələdiyyəsinin sədri şahid4 və Qərardan şikayət verən orqan (şəxs) tərəfindən imzalanmışdır. -Siyaqut Bələdiyyəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, ** nömrəli arayışdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) məxsus tövlənin qarşısında yerləşən arxın qazıntısı zamanı kökündən çıxarılmış, diametrləri 14 sm və 17 sm olan iki ədəd yaş iydə ağacının yerləşdiyi ərazi Siyaqut Bələdiyyəsinin mülkiyyətindədir. -X13 Xidmətinin aparıcı məsləhətçi-müfəttişi X2 tərəfindən ##.##.2026-cı il tarixdə tərtib edilmiş MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Şərur rayonunun Siyaqut kəndində bələdiyyə mülkiyyətində olan, meşə fonduna daxil olmayan sahədə iki ədəd yaş iydə ağacını kökündən çıxararaq məhv etməsi ona inzibati xəta kimi istinad edilmiş və əməl Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə tövsif edilmişdir. Iş materiallarına əlavə edilmiş hadisə yerindən çəkilmiş fotoşəkillərdə arxın və onun ətrafındakı ərazinin, eləcə də çıxarılmış ağac və bitki örtüyünün vəziyyəti əks olunmuşdur. -Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 Xidmətinin ##.##.2026-cı il tarixli, *-**-**-*/*-H-*-**/**** nömrəli məktubundan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında protokol tərtib edildiyi bildirilmiş, inzibati xəta haqqında işə baxılması və müvafiq qərarın qəbul edilməsi üçün ##.##.2026-cı il tarixdə saat 10:00da Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə gəlməsi təklif edilmiş, gəlmədiyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı qeyd edilmişdir. -Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 Xidmətinin ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) iki ədəd yaş iydə ağacını kökündən çıxararaq məhv etməsi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta kimi qiymətləndirilmiş və o, həmin maddə ilə 2.000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir. -X13 Xidmətinin ##.##.2026-cı il tarixli “Meşə fonduna daxil olmayan torpaq sahəsində yerləşən yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsinə dair” rəyindən görünür ki, ##.##.2026-cı il tarixdə keçirilmiş nəzarət tədbirləri zamanı Şərur rayonunun Siyaqut kəndində bələdiyyə mülkiyyətində, meşə fonduna daxil olmayan sahədə iki ədəd yaş iydə ağacının kökündən çıxarılaraq məhv edilməsi faktının aşkar olunduğu göstərilmişdir. Rəydə ağacların diametrlərinin 12,1–16 sm və 16,1–20 sm olduğu qeyd edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2016-cı il tarixli *** nömrəli qərarına uyğun olaraq təbiətə dəymiş ziyanın məbləği 330 (üç yüz otuz) manat müəyyən edilmişdir. -Siyaqut kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş arayışlardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Siyaqut kəndində yaşayır və qeydiyyatdadır, həmin kənddə ferması vardır və heyvandarlıqla məşğuldur. Digər arayışda isə ##.##.2026-cı il tarixdə yağıntıların çox olması nəticəsində kənd çaylarında suyun səviyyəsinin artdığı, bunun nəticəsində Qərardan şikayət verən orqan (şəxs) fermasına və şahid3 həyətyanı sahəsinə su dolaraq ziyan vurduğu təsdiq edilmişdir. -Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su X21 Su Meliorasiya Xidməti publik hüquqi şəxsin X7 Sistemlərinin Istismarı Idarəsi tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli, № *-**-*-**/*-****/**** nömrəli məktubdan görünür ki, 2026-cı ilin may ayında Siyaqut kəndində güclü yağıntılar nəticəsində kanalda daşqın hadisəsi baş vermiş, vətəndaşların həyətyanı sahələrinə və təsərrüfatlarına zərər dəyməsinin qarşısının alınması məqsədilə Siyaqut Bələdiyyəsi tərəfindən X4 X18 müraciət edilmişdir. Həmin müraciət əsasında əraziyə xüsusi texnika cəlb edilmiş, su axınının qarşısını kəsən maneələr aradan qaldırılmış, kanal lildən təmizlənərək vətəndaşlara dəyə biləcək zərərin qarşısı alınmış, işlərin icrası zamanı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və bələdiyyənin əməkdaşları da iştirak etmişlər. Həmin məktubda, həmçinin Siyaqut kəndi ərazisindən keçən sel və su kanallarının lildən və digər fiziki maneələrdən təmizlənməsinin, daşqınların qarşısının alınması üçün tədbirlərin görülməsinin X7 Sistemlərinin Istismarı Idarəsinin və onun X4 X22 xidmət və səlahiyyət dairəsinə daxil olduğu, kənd ərazisində daşqın təhlükəsi yarandıqda su kanallarının açılması, təmizlənməsi, bu məqsədlə xüsusi texnikanın ayrılması və işlərin təşkil edilməsinin idarənin vəzifələrinə aid olduğu, eləcə də 2026-cı ilin may ayında baş vermiş daşqınla əlaqədar həmin ərazidə su kanalının təmizlənməsi və digər meliorativ işlərin idarənin texnikası və əməkdaşları tərəfindən həyata keçirildiyi göstərilmişdir Iş materiallarına əlavə edilmiş hadisə yerindən çəkilmiş fotoşəkillərdə arxın və onun ətrafındakı ərazinin, eləcə də çıxarılmış ağac və bitki örtüyünün vəziyyəti əks olunmuşdur. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, iş materiallarını, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və həmin nəticənin əsaslandırıldığı sübutları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin normanın dispozisiyasından göründüyü kimi, hazırkı iş üzrə ağacların götürülməsinin qanunvericiliyin tələblərinə zidd olubolmaması ilə yanaşı, həmin əmələ görə inzibati məsuliyyətə cəlb edilən şəxsin konkret olaraq müəyyən edilməsi və onun təqsirinin sübuta yetirilməsi zəruridir. Hazırkı iş üzrə iki ədəd yaş iydə ağacının kökündən çıxarılması faktı ## #### 2026-cı il tarixli akt, inzibati xəta haqqında protokol, hadisə yerindən çəkilmiş fotoşəkillər və təbiətə dəymiş ziyanın hesablanmasına dair rəy ilə təsdiq edilir. Lakin ağacların götürülməsi faktının mövcudluğu özüözlüyündə həmin əməlin Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədildiyini təsdiq etmir. Iş materiallarından müəyyən olunur ki, 2026-cı ilin may ayında güclü yağıntılar nəticəsində Siyaqut kəndində su kanallarında daşqın yaranmış, nəticədə Qərardan şikayət verən orqan (şəxs) fermasına və digər təsərrüfatlara su dolmuşdur. Bu hal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin arayışları, şahid ifadələri və Azərbaycan Dövlət Su X21 Su Meliorasiya Xidməti publik hüquqi şəxsin X7 Sistemlərinin Istismarı Idarəsinin ## ###### 2026-cı il tarixli məktubu ilə təsdiq edilmişdir. Həmin məktubdan görünür ki, daşqın təhlükəsinin aradan qaldırılması məqsədilə Siyaqut Bələdiyyəsinin müraciəti əsasında əraziyə xüsusi texnika cəlb edilmiş, su axınının qarşısını kəsən maneələr aradan qaldırılmış və kanal lildən təmizlənmişdir. Eyni zamanda, su kanallarının təmizlənməsi, daşqın təhlükəsi zamanı kanalların açılması, xüsusi texnikanın ayrılması və müvafiq işlərin təşkil edilməsi həmin idarənin xidmət və səlahiyyət dairəsinə aid edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid1 ağacları bilavasitə texnika vasitəsilə çıxaran şəxs kimi hadisənin başvermə şəraiti barədə birbaşa məlumat vermiş və onun hadisə yerinə Qərardan şikayət verən orqan (şəxs) göstərişi ilə deyil, X4 X22 müdiri şahid2 göstərişi ilə göndərildiyini bildirmişdir. Həmin şahid, həmçinin iki ədəd iydə kolunun suyun axınına mane olduğu üçün kanalın təmizlənməsi zamanı texnika vasitəsilə özü tərəfindən çıxarıldığını göstərmişdir. şahid1 bu ifadəsi birinci instansiya məhkəməsində şahid şahid2 məhkəmə iclasında verdiyi ifadə ilə uyğunluq təşkil edir. Belə ki, şahid şahid2 arxın təmizlənməsinin zəruri olduğunu, iydə kollarının suyun hərəkətinə mane olduğunu və təmizləmə işlərinin rəhbərlik etdiyi şöbə tərəfindən təşkil edildiyini bildirmişdir. Həmçinin Qərardan şikayət verən orqan (şəxs) müraciətindən asılı olmayaraq, arxın mövcud vəziyyətinə görə təmizlənəcəyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsində dindirilmiş digər şahidlərin ifadələri də arxın suyun hərəkətinə mane olan bitki və digər fiziki maneələrdən təmizləndiyini təsdiq edir. Siyaqut Bələdiyyəsinin sədri şahid4 ifadəsindən də müəyyən olunur ki, vətəndaşların müraciətləri əsasında Su Idarəsinə məlumat verilmiş və onun tərəfindən xüsusi texnika cəlb edilərək arxın təmizlənməsi həyata keçirilmişdir. Bu sübutların məcmusu göstərir ki, ağacların kökündən çıxarılması su kanalının təmizlənməsi zamanı, X14 Istismarı Şöbəsi tərəfindən təşkil edilmiş işlər çərçivəsində baş vermişdir. Apellyasiya şikayətində Qərardan şikayət verən orqan (şəxs) arxın təmizlənməsi ilə bağlı aidiyyəti şəxslərə müraciət etməsi, hadisənin nəticəsində onun təsərrüfatına zərər dəyməsi və arxın təmizlənməsində maraqlı olması onun təqsirini təsdiq edən hallar kimi göstərilsə də məhkəmə bu dəlilləri əsaslı hesab etməyərək qeyd edir ki, şəxsin müəyyən işin görülməsində maraqlı olması və həmin işin görülməsi üçün aidiyyəti orqanlara müraciət etməsi onun həmin iş çərçivəsində həyata keçirilmiş konkret hərəkətlərə görə inzibati məsuliyyət daşıması nəticəsini doğurmur. Bunun üçün şəxsin konkret hərəkəti törətməsi və ya həmin hərəkətin törədilməsi barədə göstəriş verməsi mötəbər sübutlarla müəyyən edilməlidir. Apellyasiya şikayətində Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixli izahatında arxın təmizlənməsinə tapşırıq verdiyini bildirməsi xüsusi olaraq vurğulansa da, həmin ifadənin məzmunundan onun konkret olaraq iki ədəd iydə ağacının kökündən çıxarılması barədə göstəriş verdiyi nəticəsi çıxmır. Əksinə, izahatın kontekstindən onun tapşırığının daşqın nəticəsində yaranmış təhlükənin aradan qaldırılması və arxın təmizlənməsi ilə bağlı olduğu görünür. Ağacların bilavasitə çıxarılmasını həyata keçirən şahid1 məhkəmə iclasında verdiyi ifadədə göstərişi X14 Istismarı Şöbəsinin rəhbərindən aldığını bildirmişdir. ## #### 2026-cı il tarixli aktın Qərardan şikayət verən orqan (şəxs) tərəfindən imzalanmasına ilə bağlı məhkəmə qeyd edir ki, bu fakt onun hadisə yerindəki faktiki vəziyyətlə tanışlığını təsdiq edə bilər, lakin ağacların onun tərəfindən çıxarılması və ya onun göstərişi ilə çıxarılması barədə etiraf kimi qiymətləndirilə bilməz. Aktın özündə də ağacların məhz Qərardan şikayət verən orqan (şəxs) göstərişi ilə çıxarılmasını təsdiq edən konkret sübut göstərilməmişdir. Apellyasiya şikayətində həmçinin ağacların götürülməsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli, *** nömrəli qərarı ilə müəyyən edilmiş prosedurun pozulmasına da istinad edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ağacların götürülməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosedura əməl olunub-olunmaması ayrıca hüquqi əhəmiyyət daşısa da, mümkün prosedur pozuntusunun mövcudluğu həmin pozuntunun Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədildiyini göstərmir. Məhkəmə əlavə olaraq bildirir ki, iş materiallarında Qərardan şikayət verən orqan (şəxs) ağacların götürülməsi üçün müvafiq rəy və ya razılığın alınmasına cavabdeh şəxs olması, bu barədə qərar qəbul etmək səlahiyyətinə malik olması və ya X14 Istismarı Şöbəsinin əməkdaşlarına həmin prosedurdan kənar hərəkət etmək barədə göstəriş verməsi müəyyən edilməmişdir. Əksinə, X7 Sistemlərinin Istismarı Idarəsinin rəsmi məktubundan və şahid2 ifadəsindən kanalın təmizlənməsi, xüsusi texnikanın ayrılması və işlərin təşkilinin həmin idarənin vəzifə və səlahiyyətlərinə aid olduğu müəyyən edilir. Bu halda ağacların çıxarılması ilə bağlı mümkün prosedur pozuntusuna görə məsuliyyətin həmin işlərin təşkilində və icrasında səlahiyyətli şəxslərin hərəkətləri araşdırılmadan Qərardan şikayət verən orqan (şəxs) üzərinə qoyulması üçün kifayət qədər hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən yalnız inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; -8.1-ci maddəsinə əsasən şəxsin təqsiri Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə o, təqsirsiz hesab edilir. - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; -8.3-cü maddəsinə görə isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. -12-ci mаddəsinə əsasən bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. -76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qanunvericiliyə uyğun olaraq sübutları qiymətləndirərək, qanuni qərar qəbul etmişdir. Məhkəmə ağacların çıxarılması faktını təsdiq edən sənədləri Qərardan şikayət verən orqan (şəxs) təqsirini təsdiq edən sübutlardan fərqləndirmiş, ağacların faktiki olaraq kimin tərəfindən və kimin göstərişi ilə çıxarıldığını müəyyən edən sübutlara hüquqi qiymət vermişdir. Nəticədə düzgün olaraq müəyyən edilmişdir ki, ağacların kökündən çıxarılması faktı mövcud olsa da, bu hərəkətin Qərardan şikayət verən orqan (şəxs) tərəfindən şəxsən və ya onun göstərişi əsasında törədilməsi mötəbər və kifayət qədər sübutlarla təsdiq olunmur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, “Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 Xidməti tərəfindən verilmiş şikayət əsaslı olmadığından təmin edilməməli, Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Inzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136.1 və 136.2-ci maddələrini rəhbər tutaraq qərar verdim: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-1)-65/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-65/2026
16.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver