Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-66/2026 16.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Quliyev Vüqar Kərim oğlu, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Babək Rayon Məhkəməsinə göndərmişdir. Babək Rayon Məhkəməsinin (hakim A.Ə.Əhmədova) ## ###### 2026-cı il tarixli, 3(5- **)- ***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından narazı qalan zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 ## ###### 2026-cı il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, Iş № *(5-85)- ***/**** nömrəli qərarının tamamilə ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini, yeni qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilib, barəsində işin hallarını, şəxsiyyətini və əməlinin sistemli xarakterini nəzərə alaraq, ən sərt cəza növü olan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini və borclunun məhkəmə qərarlarının icrasından davamlı və qəsdən yayınmasını nəzərə alaraq, “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1.1-ci maddəsinin tətbiqinin zəruriliyi barədə müvafiq icra qurumuna təqdimat verilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə tətbiq edilməsi işin faktiki hallarına, xətanı törədən şəxsin şəxsiyyətinə, onun qanunazidd davranışının xarakterinə və məqsədlərinə uyğun olmamış, tətbiq edilmiş inzibati tənbeh həddən artıq yüngül olmuşdur. Bildirmişdir ki, inzibati xəta haqqında işin əsasını Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş e-*-*(*-*)-***/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi təşkil etmişdir. Həmin qətnaməyə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun xeyrinə 25.000 manat əsas borc və 165 manat dövlət rüsumu tutulmalı olmuş, icra sənədi ## #### 2026-cı il tarixdə icra üçün Babək Rayon Icra və Probasiya Şöbəsinə daxil olmuş və icra məmuru tərəfindən icraata başlanılmışdır. Qeyd etdiyinə görə, icraata başlanıldığı gündən şikayətin verildiyi tarixədək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcun ödənilməsi istiqamətində real tədbir görməmiş, icra məmurunun dəfələrlə etdiyi xəbərdarlıqlara və könüllü icra üçün verilmiş müddətlərə baxmayaraq, məhkəmə qərarını qəsdən və üzrsüz səbəbdən icra etməkdən boyun qaçırmışdır. Onun məhkəmədə maddi imkansızlıq səbəbindən ödəniş edə bilməməsi barədə verdiyi izahatın həqiqətə uyğun olmadığını və məhkəməni yanıltmaq məqsədi daşıdığını bildirmişdir. Həmçinin göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun həyat yoldaşı X3 faktiki olaraq qızıl alqı-satqısı ilə məşğul olur və onların idarəçiliyində iki qızıl mağazası fəaliyyət göstərir. Bu halın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcun ödənilməsi üçün kifayət qədər gəlir və əmlaka malik olduğunu göstərdiyini, buna baxmayaraq həmin fəaliyyəti gizlədərək özünü işsiz kimi təqdim etməsinin qeyri-səmimi və qanunazidd davranış olduğunu qeyd etmişdir. Bundan başqa Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcun icrasından yayınmaq məqsədilə ona məxsus yaşayış evini icraat başlanmazdan əvvəl həyat yoldaşı X3 adına rəsmiləşdirmişdir. Həmin əqdin əmlakın üzərinə həbs qoyulmasının və tələbin əmlaka yönəldilməsinin qarşısını almaq məqsədi daşıdığını bildirmişdir. Həmçinin borclunun atası Əbülfəz Kərimovun da bu prosesdə iştirak edərək borcun tezliklə ödəniləcəyi barədə vədlər verməklə vaxt qazanmağa çalışdığını qeyd etmişdir. Zərərçəkən şəxs birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “xxxx” MMC-yə olan borcu üzrə qismən ödəniş etməsini yüngülləşdirici hal kimi nəzərə almasını da mübahisələndirərək bildirir ki, borclunun hüquqi şəxsə nisbətən kiçik məbləğdə ödəniş etməsi onun digər kreditorlar qarşısında olan daha böyük məbləğdə borclarını icra etməməsi fonunda qiymətləndirilməlidir. Belə ki, şikayət verən şəxsin qeyd etdiyi digər borclar nəzərə alınmaqla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ümumilikdə 39.095,14 manat məbləğində öhdəliyinin olduğu bildirilmişdir. Hesab etmişdir ki, borclunun ayrı-ayrı öhdəliklər üzrə seçmə qaydada ödənişlər etməsi, eyni zamanda onun qarşısında olan borcun icrasından yayınması qəsdən və sistemli şəkildə öhdəliklərdən yayınmasına dəlalət edir. Həmçinin bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunazidd əməlləri ilə bağlı dəfələrlə güzəşt və könüllü ödəmə təklifləri edilmiş, lakin həmin təkliflər qəbul edilməmişdir. Onun hərəkətləri ilə bağlı Sabunçu Rayon Polis Idarəsinin 13-cü Polis Bölməsinə müraciət edilmiş, müraciət əsasında ## ### 2025-ci il tarixli, **-*/*-m-**** nömrəli məktubla araşdırma aparılmış və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatı alınmışdır. Qeyd olunan hallar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs davranışının yalnız məhkəmə qərarının icra edilməməsindən ibarət olmadığını, onun borcun ödənilməsindən yayınmaq məqsədilə müxtəlif üsullardan istifadə etdiyini göstərir. Hesab etmişdir ki, birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və qismən ödəniş etməsini nəzərə alaraq 500 manat məbləğində cərimə tətbiq etməsi işin faktiki hallarına uyğun deyildir. Onun fikrincə, borclunun uzun müddət ərzində məhkəmə qərarını icra etməməsi, borcun ödənilməsi istiqamətində real tədbirlər görməməsi, gəlir və əmlakının gizlədilməsi barədə iddialar və digər halların məcmusu nəzərə alınmalı olmuşdur. Bu əsaslarla tətbiq edilmiş 500 manat məbləğində inzibati cərimənin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlinin xarakterinə və işin konkret hallarına uyğun olmadığını, kifayət qədər çəkindirici təsir göstərmədiyini və IXM-nin 528.1-ci maddəsinin məqsədlərinə cavab vermədiyini bildirmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilərək inzibati tənbeh tədbirinin ağırlaşdırılmasını, o cümlədən inzibati həbs tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Babək rayon Icra və Probasiya Şöbəsinin icra məmuru X1 rəsmi qaydada məlumat verilsə də, məhkəmə iclasında Babək rayon Icra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirak etməmiş, məhkəmə isə işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Iş üzrə keçirilən ##.##.2026-cı il tarixli məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından vermiş olduğu apellyasiya şikayətindən imtina etdiyini, ərizəsinin nəzərə alınaraq apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətə baxılması ilə əlaqədar keçirilən məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 apellyasiya şikayətindən imtina barədə ərizəsinin nəzərə apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il # ###### tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Şikayətin geri götürülməsi ilə bağlı məsələ inzibati xətalar qanunvericiliyi ilə tənzimlənmədiyindən cinayət-prosessual qanunvericiliyi analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 396-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya tələbindən imtina edilməsi barədə ərizə təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 396ci maddəsini rəhbər tutaraq qərar verdim: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-1)-66/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-66/2026
16.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver