Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-67/2026 22.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Mirzəyev Ilqar Məhərrəm oğlu, məhkəmə iclas katibi X8 Mehti qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X7 iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*- **)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Protokolu tərtib edən orqan tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 19500.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## #### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüş və ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 19500.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## #### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokolu tərtib edən orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ## ###### 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (hakim G.K.Əliyeva) ## ###### 2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və inzibati xətanın bilavasitə obyekti olmuş 19500 (on doqquz min beş yüz) ABŞ dolları məbləğində valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi məbləğində, yəni 3900 (üç min doqquz yüz) ABŞ dolları məbləğində (ödəniş gününə manatın dollara nisbətdə rəsmi məzənnəsinə uyğun olaraq) cərimə edilmiş, qərarın icrası Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin qanuni təmsilçisi X5 ## ######## 2026-cı il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək şikayətin təmin edilməsi və Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsi və işin ilkin instansiya məhkəməsinə yenidən araşdırılması üçün geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin qanuni təmsilçisi X5 şikayətində göstərmişdir ki, məhkəmə işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış sübutları təqdim etməyimiz üçün şərait yaratmamış və nəticədə iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. X12 MMC-i ## ###### 2023-cü il tarixli * saylı alqı-satqı müqaviləsinə əsasən Türkiyə Respublikasında fəaliyyət göstərən X1 Ithal Ihracat LTD STI şirkətindən mallar almış, həmin şirkətə vəsait köçürmüşdür. 2026-cı ilin iyun ayından yəni mərkəzi bankın protokolları MMC-yə daxil olandan sonra aparılan təhlil və araşdırmadan sonra müəyyən edilmişdir ki, 2024 və 2025-ci illərdə adı çəkilən şirkətə [202570+49500] cəmi 252070 dollar vəsait köçürüldüyü halda, yük gömrük bəyannamələrinə əsasən 2024 və 2025-ci illərdə [439230.01+182714.5] 621944.5 dollarlıq yük idxal edilmişdir. Nəticədə həmin şirkətdən 369874.5 dollarlıq mal və məhsul artıq idxal olunmuşdur. Bu bank çıxarışları və gömrük bəyannamələri ilə sübut olunur. Bank çıxarışları və yük gömrük bəyannamələri apellyasiya şikayətinə əlavə olunur. Bu isə sübut edir ki, X12 MMC tərəfindən X2 Ithal Ihracat şirkətinə köçürülən vəsaitdən 369874.5 min dollarlıq mal və məhsul idxal etmişdir. 2026-cı ildə MMCdə istintaq işinin aparılması ilə əlaqədar heç bir xarici iqtisadi fəaliyyət və xaricə pul köçürməsi olmamışdır. Naxçıvan Şəhər Məhkəməsində işin mürəkkəbliyi və tərəfimizdən çoxlu yük bəyannamələrinin olması nəzərə alınaraq təklif edilmişdir ki məsələni qaldıran Mərkəzi Bankın nümayəndəsi və ya ekspert dəvət edilsin . Beləki X2 Ithal Ihracat şirkətinə köçürülən vəsaitdən dəfələrlə çox mal və məhsul idxal edən müəssisənin bu sahədə inzibati xəta törətməsi inandırıcı deyil və həqiqəti əks etdirmir. Işə baxan hakim növbəti iclasa Mərkəzi Bankın nümayəndəsi və ya ekspert dəvət ediləcəyini bildirərək birinci iclası bağlı elan etdi. Avqust ayının 27-də keçirilən iclasda hakim bankın nümayəndəsi və ekspertin iştirak etməyəcəyini bildirdi. Çox təəssüf ki, Mərkəzi Bank və ya bu sahədə məşğul olan ekspertlərin iştirakı təmin edilmədi. Eyni zamanda hakim cavabdeh tərəfdən təqdim olunan bəyannamələrin və bank çıxarışlarını qəbul etməkdən imtina etdi. Nəticədə heç bir araşdırma aparılmadan qərar qəbul etdi. Məhkəmə qəbul etdiyi qərarda 5-ci səhifədə qeyd edir ki, məhkəmə aparılan araşdırma nəticəsində malların ölkə ərazisinə gətirilmədiyi öz təsdiqini tapır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi sərbəst dövriyyə üçün malların idxalını təsdiq edən sənəd gömrük bəyannaməsidir. Yuxarıda qeyd etdiyimiz kimi 2024-2025-ci illərdə bank çıxarışları və Gömrük bəyannamələrin müqayisə etdikdə ölkəyə X2 Ithal və Ihracat Şirkətindən 369876.4 dollar müqabilində artıq mal və yükün idxalı təsdiqini tapır. Gömrük bəyannamələri tərəfimizdən Mərkəzi Banka və xxxxa göndərilmiş və X9 filialına şəxsən təqdim olunmuşdur. Hakim işə aid sübut və faktları araşdırmadan Mərkəzi bankın tərtib etdiyi protokolu və daxili inamını nəzərə alaraq qərar qəbul etdi. Halbuki Məhkəmələrin vəzifələri ədalət mühakiməsini həyata keçirmək qanun əsasında mübahisələri və hüquq pozuntuları araşdırıb qərar qəbul etmək, hüquqi mübahisələri həll etmək təşkilatlar və dövlət orqanları arasında mübahisələrə baxmaqdan ibarətdir. Məhkəmələr qərarlarının qanuni və əsaslandırılmış olmasını təmin etməlidir. Məhkəmənin qərarı heç bir fakta əsaslanmır və reallığı əks etdirmir. Beləliklə hakim cavabdeh tərəfindən təqdim olunan bəyannamələri qəbul etməkdən belə imtina etdi. Nəticədə isə məhkəmə heç bir məsələni araşdırmadan mərkəzi bankın tərtib etdiyi protokolu əsas tutaraq məsələyə aid qərar qəbul etdi. Halbuki məsələ qanunvericilikdə olduğu kimi araşdırılsa idi fərqli mənzərə ortaya çıxa bilərdi. 2024- 2025-ci illərdə bank çıxarışları və təqdim edilən yük gömrük bəyannamələri təhlil edilsə idi aydın olardı ki, ölkədən təchizatçılara göndərilən vəsaitlərindən dəfələrlə çox məhsul idxal edilmişdir. Bank çıxarışları xxxxın sistemindən Yük gömrük bəyannamələri isə Dövlət Gömrük Komitəsinin rəsmi sistemindən çıxarışlarla təsdiq olunur. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128,129, 130 və 131-ci maddələrinə istinad edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Protokolu tərtib edən orqan rəsmi qaydada məlumat verilsə də, məhkəmə iclasında Protokolu tərtib edən orqan nümayəndəsi iştirak etməmiş, məhkəmə isə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətə baxılması ilə əlaqədar keçirilən məhkəmə baxışı iclasında Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X7 şikayətin təmin edilməsi və Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsi və işin ilkin instansiya məhkəməsinə yenidən araşdırılması üçün geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Inzibati xəta haqqında işin materiallarını şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, ## #### 2024-cü il tarixdə 19500.00 ABŞ dolları məbləğində pul “X3 Ithalat Ihracat Limited” Şirkətinin hesabına köçürülmüşdür. Həmçinin iş materiallarına əlavə edilmiş “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə müvafiq olaraq ##.##.2024 və ##.##.2024-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərdən biri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətidir. Protokol və ona əlavə edilən sənədlər inzibati xəta haqqında iş üzrə digər materiallarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırmaqla müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 19500.00 ABŞ dolları məbləğində vəsaiti ## #### 2024-cü il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və bunun müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Buna görə də inzibati xətalar haqqında qanunvericiliyin tələbinə müvafiq olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin inzibati xəta tərkibi vardır və həmin əməli törətməkdə təqsirlidir. Belə ki, sözügedən maddəyə əsasən isə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasından da göründüyü kimi, bu maddə, ilk növbədə, Azərbaycan Respublikasının iqtisadi fəaliyyət subyektləri tərəfindən xarici ölkələrə (xarici iqtisadi fəaliyyət subyektlərinin bank hesablarına) malların alınması, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün avans yolu ilə ödənilmiş (köçürülmüş) valyuta vəsaitlərinin düzgün (təyinatı üzrə) istifadəsinə nəzarət, bu sahədə maliyyə intizamını möhkəmləndirmək və müəyyən olunmuş maliyyə qaydalarının pozulmasına görə hüquqi məsuliyyətin tətbiqi məqsədini daşıyır. “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2019-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin (hərəkətin) inzibati xəta kimi müəyyən edilməsi valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə cavab verdiyindən, məhkəmələr bu kimi işlərin hallarını hərtərəfli, tam və obyektiv araşdırmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr, Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini Inzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, süründürməçiliyə yol vermədən, həmin işlərə qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar. Azərbaycan Respublikası Mərkəzi X11 ##.##.2016-cı il tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. Məhkəmə apellyasiya şikayətində göstərilənlərə əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi işi yetərincə və obyektiv şəkildə araşdıraraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən IXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinin tam sübuta yetirilməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edirəm ki, aparılan araşdırma nəticəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən malların ölkə ərazisinə gətirilmədiyi öz təsdiqini tapır. Belə ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaların” 4.3.1.3-cü yarımbəndində də qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalı ilə bağlı yalnız gömrük bəyannaməsinin banklara təqdim edilməli olduğu qeyd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 19500.00 ABŞ dolları məbləğində pul vəsaiti hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi banka təqdim edilməmişdir. Beləliklə, yuxarıda göstərilənləri ümumiləşdirərək qeyd edirəm ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qərarın ləğvi üçün əsas təşkil etmədiyindən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12-ci mаddəsinə əsasən bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. - 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. - 134.1 və 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət əsaslı olmadığından təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Inzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136.1 və 136.2-ci maddələrini rəhbər tutaraq qərar verdim: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*- **)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-1)-67/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-67/2026
22.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver