Məhkəmə qərarları › İş №3(3-1)-68/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-68/2026

21.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-68/2026 21.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatətinə dair inzibati xəta haqqında iş üzrə Açar sözlər: Inzibati xəta haqqında işlər üzrə qərardan şikayət vermə müddətinin bərpa edilməsi üçün vəsatət verilmiş, birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpasından imtina edilmiş, apellyasiya icraatında qərardad dəyişdirilmədən saxlanılmış. Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu, Seyidova Mehriban Mehdi qızının katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta haqqında iş üzrə qərarlardan şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatətlərinə dair inzibati xəta haqqında iş üzrə Kəngərli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İ. Birinci instansiya məhkəməsində icraat

1. Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında qərarlardan verilmiş şikayətlərə dair 3(5-87)-47/2026, 3(5-87)-48/2026, 3(5-87)-49/2026, 3(5-87)-50/2026, 3(5-87)-51/2026, 3(5-87)-52/2026, 3(5-87)-53/2026, 3(5-87)-54/2026, 3(5-87)-55/2026, 3(5- 87)-56/2026, 3(5-87)-57/2026, 3(5-87)-58/2026, 3(5-87)-59/2026, 3(5-87)-60/2026, 3(5-87)- 61/2026, 3(5-87)-63/2026, 3(5-87)-64/2026, 3(5-87)-65/2026, 3(5-87)-66/2026, 3(5-87)- 67/2026, 3(5-87)-68/2026, 3(5-87)-69/2026, 3(5-87)-70/2026, 3(5-87)-71/2026, *(*-**)-**/**** nömrəli işlər eyni vaxtda baxılması üçün Kəngərli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə *(*-**)-**/**** nömrəli işlə birləşdirilmiş, Qərardan şikayət verən orqan (şəxs) həmin qərarlardan şikayət vermək üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatətlər vermişdir.

2. Kəngərli Rayon Məhkəməsinin (hakim İ.Ibrahimov) ## ###### 2026-cı il tarixli, *(*- **)-**/**** nömrəli qərardadı ilə şikayətçi Qərardan şikayət verən orqan (şəxs) EQ seriyalı, ******** nömrəli protokol üzrə qəbul edilmiş ##.##.2024-cü il tarixli qərardan və icraatı birləşdirilmiş digər işlər üzrə qərarlardan şikayət vermə müddətinin bərpa olunmasına dair vəsatətləri rədd edilmiş və qərarlardan şikayət vermək üçün buraxılmış müddət bərpa edilməmiş, həmin qərarlardan verilmiş şikayətlərin məhkəmənin icraatına qəbulundan və məhkəmə baxışının keçirilməsindən imtina edilmişdir.

3. Qərardaddan Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək, Kəngərli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərardadının tamamilə ləğv edilməsini, Qərardan şikayət verən orqan (şəxs) qərarlardan şikayət verməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunmasını və inzibati xəta haqqında işlər üzrə şikayətlərin məhkəmə icraatına qəbul edilməsi və avtomobilin başqası tərəfindən qanunsuz mənimsənilməsi hallarının, habelə xətanın subyekti olmamaq faktının hərtərəfli araşdırılması və inzibati xətanın bilavasitə subyekti olmuş Ravil Musayevin əməlinə hüquqi qiymət verilməsini xahiş etmişdir. II. Şikayətin dəlilləri və izahatlar a) Şikayətin dəlilləri

4. Qərardan şikayət verən orqan (şəxs) şikayəti onunla əsaslandırmışdır ki, Kəngərli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı tamamilə qanunsuz, əsassızdır, maddi və prosessual hüquq normalarının kobud pozulması ilə qəbul edilmişdir və Naxçıvan MR Ali Məhkəməsinin əvvəlki qərarının göstərişlərinə ziddir. Belə ki, Naxçıvan MR Ali Məhkəməsinin əvvəlki qərarında açıq şəkildə göstərilmişdi ki, şikayət vermə müddətinin ötürülməsinin üzrlü olub-olmaması məsələsi yalnız iş üzrə bütün materiallar, o cümlədən inzibati xəta törədilməmişdən əvvəl və sonra baş verən obyektiv halları təsdiq edən sənədlər araşdırıldıqdan sonra müəyyən edilə bilər. Lakin Kəngərli Rayon Məhkəməsi yenə də formal yanaşaraq, sadəcə DYP-nin SMS məlumatlandırmasını əsas götürmüş, məsələnin mahiyyətinə - avtomobilin mülkiyyətçinin iradəsindən kənar qaçırılmasına və bu səbəbdən qərarlardan vaxtında xəbərdar olub-olmamaq məsələsinə hüquqi qiymət verməmişdir. Məhkəmə qeyd etmişdir ki, 2 il ərzində şəxsin bu qərarlardan xəbərsiz olması qeyrimümkündür. Lakin məhkəmə nəzərə almır ki, sözügedən avtomobil 2024-cü ilin mart ayından etibarən mülkiyyətçinin iradəsindən kənar, başqa şəxs - Ravil Musayev tərəfindən qanunsuz olaraq mənimsənilmiş, gizlədilmiş və idarə olunmuşdur. Avtomobil yalnız uzunmüddətli axtarışlardan sonra ##.##.2025-ci il tarixində Goranboy rayonu ərazisində aşkar edilmişdir. Gəncə şəhər Baş Polis Idarəsinin təhqiqatçısı tərəfindən aparılan araşdırma və qəbul edilən rəsmi sənədlərlə bu fakt tam sübuta yetirilmişdir. Avtomobil başqasının illegal istifadəsində və gizlədilmiş vəziyyətdə olduğu müddətdə, həmin avtomobillə törədilmiş guya "inzibati xətalara" dair elektron qərarların gəldiyi nömrələrdən və ya bildirişlərdən dərhal xəbərdar olmaq texniki və faktiki olaraq qeyri-mümkün olmuşdur. Şəxs əlində avtomobilin başqası tərəfindən qaçırıldığını və onun idarə edilməsində olmadığını təsdiq edən rəsmi hüquqi sənəd (Gəncə şəhər BPI-nin qərarı) formalaşdıqdan dərhal sonra hüquqlarını müdafiə etmək üçün məhkəmələrə müraciət etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin tələblərinə görə, şəxs törətmədiyi və iradəsindən kənar istifadə edilən nəqliyyat vasitəsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilə bilməz. Məhkəmənin şikayəti icraata qəbul etməməsi Qərardan şikayət verən orqan (şəxs) Konstitusiya ilə tanınan ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarını kobud şəkildə pozur, ona əsassız maliyyə yüklərinin (cərimələrin) və sürücülük hüququ məhdudiyyətlərinin tətbiq olunmasına göz yumur. Hazırkı işdə avtomobilin 2024-cü ilin mart ayından etibarən mülkiyyətçinin iradəsindən kənar başqa şəxs (Ravil Musayev) tərəfindən mənimsənildiyi və idarə olunduğu, radarların qeydə aldığı tarixlərdə şikayətçi Qərardan şikayət verən orqan (şəxs) həmin yerlərdə ümumiyyətlə olmaması, əksinə Bakı şəhərindəki iş yerində xidməti vəzifələrini yerinə yetirdiyi Gəncə şəhər BPI-nin rəsmi sənədləri ilə aydın görünür. Şəxsin törətmədiyi, idarə etmədiyi nəqliyyat vasitəsi ilə başqası tərəfindən törədilən xətalara görə avtomatik olaraq təqsirli bilinməsi, ona cərimələrin yüklənməsi və sürücülük hüququnun məhdudlaşdırılması birbaşa təqsirsizlik prezumpsiyası prinsipinin kökündən pozulmasıdır. Məhkəmə formal müddət bəhanəsi ilə işin mahiyyətinə baxmaqdan imtina etməklə, faktiki olaraq təqsiri sübut olunmayan və əksinə, xətanın subyekti olmadığını sənədlərlə sübut edən şəxsin hüquqlarının pozulmasına şərait yaradır. Prosessual müddətlərin bərpa olunmasından imtina edilməsi üçün əsaslar qiymətləndirilərkən şəxsin iradəsindən asılı olmayan obyektiv maneələr (avtomobilin başqası tərəfindən qaçırılması və araşdırma dövrü) nəzərə alınmalıdır. III. Hüquqi məsələlər b) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi

5. Maddə 130.1. Bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər.

6. Maddə 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər.

7. Maddə 130.2. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir.

8. Maddə 130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir.

9. Maddə 57.5-1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar aşağıdakı vaxtdan da rəsmi qaydada verilmiş hesab olunur: 57.5-1.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.5-1.2. inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda).

10. Maddə 57.6 Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə elektron qərar, habelə bu Məcəllənin 124.4-1-ci maddəsində qeyd olunan yuxarı səlahiyyətli orqan tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar və bu Məcəllənin 124.5-ci və 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada tərtib olunan inzibati tənbeh vermə haqqında qərar nəqliyyat vasitəsinin istifadəçisi (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) üçün internet informasiya ehtiyatında yaradılmış elektron kabinetə yerləşdirilməklə rəsmi qaydada verilir. Həmin qərarlar aşağıdakı vaxtdan rəsmi qaydada verilmiş hesab edilir: 57.6.3. bu Məcəllənin 57.5-1.1-ci və 57.5-1.2-ci maddələrində nəzərdə tutulmuş vaxtdan.

11. Maddə 134.1.1. Inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. IV. Məhkəmənin hüquqi mövqeyi

12. Məhkəmə işin materiallarını, tərəflərin izahatlarını və tətbiq edilən hüquq normalarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, sübutlara obyektiv və hərtərəfli qiymət vermişdir.

13. Belə ki, Kəngərli Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinə sorğu verilərək Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarların ona rəsmi qaydada hansı tarixdə təqdim edilməsi və ya göndərilməsi barədə məlumat verilməsi xahiş edilmiş, sorğuya verilmiş cavabda Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarlar barədə məlumatların Asan SMS sistemi vasitəsilə çatdırıldığı qeyd edilmiş və bu barədə çıxarışlar məhkəməyə göndərilmişdir.

14. Qeyd olunan çıxarışlara nəzər saldıqda görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş ##.##.2024-cü il tarixli, EQ seriyalı, ******** nömrəli; ##.##.2024-cü il tarixli, EQ seriyalı, ******** nömrəli; ##.##.2024-cü il tarixli, EQ seriyalı, ******** nömrəli; ##.##.2024-cü il tarixli, EQ seriyalı, ******** nömrəli; ##.##.2024-cü il tarixli, EQ seriyalı, ******** nömrəli; ##.##.2024-cü il tarixli, EQ seriyalı, ******** nömrəli; ##.##.2024-cü il tarixli, EQ seriyalı, ******** nömrəli; ##.##.2024-cü il tarixli, EQ seriyalı, ******** nömrəli; ##.##.2024-cü il tarixli, EQ seriyalı, ******** nömrəli; ##.##.2024-cü il tarixli, EQ seriyalı, ******** nömrəli; ##.##.2024-cü il tarixli, EQ seriyalı, ******** nömrəli; ##.##.2024-cü il tarixli, EQ seriyalı, ******** nömrəli; ##.##.2024-cü il tarixli, EQ seriyalı, ******** nömrəli; ##.##.2024-cü il tarixli, EQ seriyalı, ******** nömrəli; ##.##.2024-cü il tarixli, EQ seriyalı, ******** nömrəli; ##.##.2024-cü il tarixli, EQ seriyalı, ******** nömrəli; ##.##.2024-cü il tarixli, EQ seriyalı, ******** nömrəli; ##.##.2024-cü il tarixli, EQ seriyalı, ******** nömrəli; ##.##.2024-cü il tarixli, EQ seriyalı, ******** nömrəli; ##.##.2024-cü il tarixli, EQ seriyalı, ******** nömrəli; ##.##.2024-cü il tarixli, EQ seriyalı, ******** nömrəli; ##.##.2024-cü il tarixli, EQ seriyalı, ******** nömrəli; ##.##.2024-cü il tarixli, EQ seriyalı, ******** nömrəli; ##.##.2024-cü il tarixli, EQ seriyalı, ******** nömrəli; ##.##.2024-cü il tarixli, EQ seriyalı, ******** nömrəli və ##.##.2024-cü il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarlar qəbul edildiyi tarixlərdə Qərardan şikayət verən orqan (şəxs) məxsus “994552533521” mobil telefon nömrəsinə SMS məlumatları çatdırılmışdır.

15. Qanunvericiliyin tələbinə əsasən isə inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə SMS məlumatı çatdırıldığı vaxtdan elektron qərarlar rəsmi qaydada verilmiş hesab olunduğundan məhkəmə belə hesab edir ki, elə həmin qərarlar qəbul edildiyi tarixlərdə Qərardan şikayət verən orqan (şəxs) rəsmi qaydada verilmişdir. Həmçinin qeyd edilməlidir ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə məhkəməyə ünvanlandığı şikayət ərizəsində də mobil telefon nömrəsi olaraq “055-253-35-21” nömrəsini göstərmişdir ki, qeyd edilən hal da özlüyündə həmin mobil nömrənin Qərardan şikayət verən orqan (şəxs) faktiki istifadəsində olduğunu da təsdiq edir.

16. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 126.1, 130.1 və 130.2-ci maddələrinin tələblərinə görə inzibati tənbeh haqqında qərardan şikayət qanunda müəyyən edilmiş müddətdə verilməlidir. Müddət yalnız üzrlü səbəb olduqda bərpa edilə bilər. Iş materiallarından müəyyən edilmişdir ki, mübahisəli elektron qərarlar şikayətçinin elektron kabinetində qeydiyyatda olan mobil telefon nömrəsinə SMS vasitəsilə çatdırılmış və IXM-in 57.5-1.1 və 57.6.3-cü maddələrinə əsasən həmin tarixlərdə rəsmi qaydada verilmiş hesab edilmişdir.

17. Qərardan şikayət verən orqan (şəxs) qərarlardan şikayət verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti buraxmasının səbəbi kimi sübutların yeni aşkar olunmasını, yəni onun təqsirsizliyini və xətaların subyektinin başqa şəxs olduğunu sübut edən rəsmi sənəd olan Gəncə şəhər Baş Polis Idarəsinin ## ##### 2026-cı il tarixli, HK-*/*** saylı qərarı tərtib olunana qədər hüquqlarını müdafiə etmək üçün əlində heç bir rəsmi dövlət sənədi olmamasını və 2024-cü ilin mart ayından etibarən avtomobilin onun və mülkiyyətçinin iradəsindən kənar üçüncü şəxslər tərəfindən idarə edilərək onlardan gizlədilməsini, avtomobilin faktiki olaraq “itkin” vəziyyətində olduğu üçün həm idarə edən şəxsi, həm də törədilmiş xətaların ona aid olmadığını sübut etməyin mümkün olmamasını qeyd etmişdir.

18. Qərardan şikayət verən orqan (şəxs) qərarlardan şikayət verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətləri buraxmasının səbəbi kimi göstərdiyi yuxarıda qeyd edilmiş hallar məhkəmə tərəfindən üzrlü səbəb hesab edilə bilməz. Çünki həmin hallar Qərardan şikayət verən orqan (şəxs) qərarlardan şikayət vermək hüququnu məhdudlaşdıran və mümkünsüz edən hallar deyil. Belə ki, qanunvericiliyin tələblərinə əsasən şəxsin qərardan şikayət verməsi üçün əsas tələblərdən biri şəxsin həmin qərarı rəsmi qaydada aldığı vaxtdan nəzərdə tutulmuş müddət ərzində şikayət verməsidir. Şəxsin istər buraxılmış şikayət müddətinin bərpası haqqında vəsatətdə, istərsə də apellyasiya şikayətində əsaslandığı əsas fakt avtomobilin başqası tərəfindən qaçırılması olmuşdur ki, həmin hal Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh vermə haqqında qərarlardan məlumatlı olmadığı və ya şikayət vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti üzrlü səbəbdən buraxması qənaətinə gəlmək üçün əsas hesab edilə bilməz.

19. Avtomobilin üçüncü şəxs tərəfindən qanunsuz istifadə edilməsi və sonradan bununla bağlı rəsmi sənədlərin əldə olunması isə şikayət müddətinin ötürülməsinə obyektiv və qarşısıalınmaz maneə kimi qiymətləndirilə bilməz. Çünki bu hallar qərarların rəsmi qaydada təqdim edilməsi faktını və həmin qərarlardan qanuni müddətdə şikayət vermək imkanını aradan qaldırmır. Buna görə də məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinin tətbiqi üçün üzrlü səbəb mövcud deyil və müddətin bərpasından imtina qanunidir.

20. Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində Kəngərli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının Naxçıvan MR Ali Məhkəməsinin əvvəlki qərarının göstərişlərinə zidd olmasını qeyd etməsinə münasibətdə isə qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qərarında şikayət vermə müddətinin ötürülməsinin üzrlü olub-olmaması məsələsi yalnız iş üzrə bütün materiallar araşdırıldıqdan sonra müəyyən edilə biləcəyi qeyd edilmişdir. Iş materiallarına nəzər saldıqda isə görünür ki, Kəngərli Rayon Məhkəməsi tərəfindən işə yenidən baxılarkən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinə sorğu verilərək materiallar tələb edilmiş və həmin materiallar əsasında qərar qəbul edilmişdir.

21. Məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinə verilən şikayətdə göstərilən dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir və həmin qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsas yaratmadığından, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı isə qüvvədə saxlanılmalıdır.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilməsin. Kəngərli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Hakim Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar