Məhkəmə qərarları › İş №3(3-1)-69/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-69/2026

23.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-69/2026 23.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş Açar sözlər: Ünsiyyət tələbinə dair icra sənədindəki tələbin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsinə görə protokol tərtib olunmuş, birinci instansiya məhkəməsində icraata xitam verilmiş, zərərçəkmiş (tələbkar) tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya icraatında inzibati cərimə növündə təhbeh tədbiri tətbiq edilmiş. Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu, Seyidova Mehriban Mehdi qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndələri X7 və Nümayəndə və inzibati xəta haqqında protokol tərtib etmiş Kəngərli rayon Icra və Probasiya bölməsinin rəisi X1 iştirakları ilə, ##.##.1994-cü il tarixdə Babək rayon, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FIN kod: *******), evli, 1 uşaq atası, orta təhsilli, gözətçi işləyən, Kəngərli rayonu Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Kəngərli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli icraata xitam verilməsinə dair qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İ. Birinci instansiya məhkəməsində icraat

1. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, e-**(*-*)-*/**** nömrəli qərardadı əsasında verilmiş ## #### 2026-cı il tarixli icra sənədinə əsasən Kəngərli Rayon Məhkəməsinin icraatında olan *(*-**)-**/**** nömrəli “nikahın pozulması, uşağın atadan alınıb anaya verilməsi və aliment” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, iddiaçı Zərərçəkmiş şəxs övladı, ## ###### 2025-ci il təvəllüdlü X3 ilə atanın (Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) iştirakı olmadan hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 18:00-dək (gecəni ana ilə qalmaqla), habelə hər il Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən rəsmi dövlət və dini bayram günlərində - bayram günü bir gündürsə, həmin gündən öncəki gün saat 10:00-dan bayram günü saat 18:00-dək, bayram günü bir neçə gündürsə, bayramın ikinci günü saat 10:00-dan ertəsi gün saat 18:00-dək ünsiyyət hüququ müəyyən edilməsi, müəyyən edilmiş şənbə-bazar günləri ilə rəsmi dövlət və dini bayram günləri ardıcıl gəldiyi və ya üst-üstə düşdüyü hallarda, tərəflər arasında əlavə təhvil-təslim icra edilmədən ünsiyyət müddətlərinin fasiləsiz olaraq birləşdirilməsi və azyaşlı X3 qeyri-iş (istirahət və ya bayram) günü saat 18:00da atasına qaytarılması, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yuxarıda göstərilən vaxtlarda iddiaçı Zərərçəkmiş şəxs övladı X3 ilə görüşməsinə və ünsiyyətdə olmasına maneçilik yaradan hər hansı hərəkətləri etməyin qadağan edilməsi, ünsiyyətin baş tutması üçün cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs azyaşlı X3 müəyyən edilmiş günlərdə saat 10:00-da iddiaçı Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında ona təhvil verməsi, müəyyən edilmiş ünsiyyət müddəti başa çatdıqda (saat 18:00da) iddiaçı Zərərçəkmiş şəxs körpəni cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kəngərli rayonu, Təzəkənd kəndindəki yaşayış ünvanında ona təhvil verməsi qərara alınmış, icra sənədi ## #### 2026-cı il tarixdə icraya yönəldilmiş, tələb icra olunmadığı üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Kəngərli rayon Icra və Probasiya bölməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir.

2. Kəngərli Rayon Məhkəməsinin (hakim İ.Ibrahimov) ## ###### 2026-cı il tarixli, *(*-**)- **/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.

3. Kəngərli Rayon Məhkəməsinin (hakim İ.Ibrahimov) ## ###### 2026-cı il tarixli, *(*-**)- **/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək, Kəngərli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilərək borclunun inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Şikayətin dəlilləri və izahatlar a) Şikayət və şikayətin dəlilləri

4. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayəti onunla əsaslandırmışdır ki, Kəngərli Rayon Məhkəməsinin icraatında olan *(*-**)-**/**** nömrəli "nikahın pozulması, uşağın atadan alınıb anaya verilməsi və aliment" tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, övladı ## ###### 2025-ci il təvəllüdlü X3 ilə ünsiyyət hüququnun təmin edilməsinə dair Naxçıvan MR Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-*/**** nömrəli qərardadı əsasında ##.##.2026-cı il tarixdə Kəngərli Rayon Icra və Probasiya Bölməsində icraata başlama haqqında qərar qəbul edilmişdir. Qərar qəbul olunduğu tarixdən ##.##.2026cı il tarixədək borclu barəsində hər hansı icra tədbirləri həyata keçirilməmişdir. Kəngərli Rayon Icra və Probasiya Bölməsinin əməkdaşları ilə əlaqə saxladıqları zaman müxtəlif bəhanələrlə işin icrası gecikdirilmişdir. Neçə müddət uşağın Naxçıvanda olmadığını və ya borclunu tapa bilmədiklərini bildirmişlər. Halbuki hər hansı axtarış tədbirləri həyata keçirilməmişdir. Sonrakı günlərdə ata ilə əlaqə saxladıqlarını izahatını aldıqlarını və ünsiyyəti təmin edəcəklərini bildirmişlər. Ünsiyyət üçün müəyyən olunmuş vaxt gələndə Bölmənin əməkdaşları ilə əlaqə saxladıqda uşağın xəstə olduğunu və görüşün baş tutmayacağını bildirmişlər. Növbəti həftə də eyni qaydada uşağın "dizenteriya" xəstəliyinə tutulduğunu, borclu tərəfindən müvafiq tibbi arayışın təqdim olunduğunu və buna görə görüşün baş tutmayacağını bildirmişlər. Növbəti ünsiyyət vaxtı gəldikdə bu dəfə isə uşağın "suçiçəyi” xəstəliyinə tutulduğunu və ünsiyyətin mümkün olmayacağını bildirdilər. O da Bölmənin rəisindən uşağın xəstəliyinə dair arayışların ona təqdim olunmasını istəmişdir. Bölmənin rəisi Oktay müəllim “indi göndərirəm, birazdan göndərirəm” deyərək ünsiyyətin baş tutmasına səbəb olan tibbi sənədləri göndərməmişdir. Bununla bağlı Naxçıvan MR Ədliyyə Nazirliyinin Icra və Probasiya Xidmətinə müraciət etmişlər. Xidmətin rəisi Oktay müəllimlə əlaqə saxlamış və həmin sənədləri tələbkara təqdim etməyini istəmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Bölmə öz işini icra etmədiyi üçün aidiyyəti qurumlara şikayətlər edilmişdir. Nəhayət ##.##.2026-cı il tarixdə Bölmə tərəfindən borclu barəsində Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Protokolun tərtib edilməsi və işin məhkəməyə göndərilməsi barədə bölmə tərəfindən ona heç bir məlumat verilməmişdir. Nəticədə Kəngərli Rayon Məhkəməsində işə baxılaraq Inzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verillmişdir. Işin məhkəmədə baxılması zamanı da hər hansı məlumat verilmədiyi üçün işin gedişindən xəbəri olmamışdır. Icra vəziyyəti ilə maraqlanmaq üçün Bölmənin rəisinə zəng edən zaman protokol tərtib olunduğunu və məhkəmənin işə baxaraq icraata xitam verdiyini bilmişdir. Bölmənin rəisindən onlara niyə məlumat verilmədiyini soruşduqda, “sizə məlumat verilməli deyil, əgər hər hansı məlumat almaq istəyirsinzisə məhkəməyə müraciət edin” demişdir. Məhkəmənin nömrəsi ilə əlaqə saxladıqda isə “qərar sizə verilməli deyil, sizə aidiyyəti yoxdur” demişdirlər. Məhkəmənin qərarı ilə razılaşmır və hakimin gəldiyi nəticəni qanunauyğun hesab etmir. Belə ki, uşağı 3 aylığından ondan alınmışdır. Mart ayından uşağını görə bilmir. Ana südü ilə qidalanan körpəni suni qidalarla qidalandırırlar. Əgər uşağı həqiqətən deyildiyi kimi hər həftə xəstələnirsə bunun ilk səbəbi uşağın təməl qida haqqından və ana şəfqətindən məhrum olmasından qaynaqlanır. Qərarda qeyd olunan xəstəliklərin heç biri ünsiyyətə mane olacaq bir vəziyyət yaratmır. Tibbi arayışın olması ünsiyyətə hansı maneəni yaradır? Hakim heç bir tibbi rəyə, mötəbər müayinə sənədlərinə əsaslanmadan, işi araşdırmadan, əlavə məlumatlar tələb etmədən qərar qəbul etmişdir. Hakim öz qərarında tələbin üzrlü səbəbdən icra edilməməsinə heç bir hüquqi əsaslandırma edə bilməmişdir. Əksinə körpə uşağın ilk ana qayğısına ehtiyacı var. Hər bir halda uşağın sağlamlığı və inkişafı baxımından ünsiyyət təmin edilməlidir. Hakim uşağın deyildiyi kimi tez-tez xəstələnməsini uşağın baxımsızlığı ilə də əlaqələndirməli idi. Bölməyə və məhkəməyə təqdim olunan arayışların həqiqiliyi belə şübhəlidir. Naxçıvan MR Ali Məhkəməsinin qərardadından sonra uşaq hər həftə xəstələnməyə başladı? Bunun bir məqsədi var, ana ilə uşağın ünsiyyət bağlarının qopmasını təmin etmək. Məhkəmənin qərarında da müvafiq tibbi arayışa istinadən qeyd olunmuşdur ki, uşaq ambulator müalicə olunur. Formal əsaslarla çıxarılmış qərar qanuni hesab edilə bilməz. Borclu tərəfindən ünsiyyətə yardılan maneə cəzasız qalmamalıdır. Kəngərli Rayon Məhkəməsi inzibati xəta haqqında işə baxan zaman Azərbaycan Respublikasının qanunlarının müddəalarını nəzərə almamış, uşaqla ananın ünsiyyət hüququnun borclu tərəfindən qəsdən pozulmasına layiqli hüquqi qiyməti verməmişdir. Həmçinin həmin işdə iştirakı təmin edilməmiş, şikayət vermək hüququ kobud şəkildə pozulmuşdur. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

5. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətdə qeyd olunan dəlillərə uyğun izahat verərək uşaqla ünsiyyətə dair icra sənədinin icra edilmədiyini, ## #### 2026-cı il tarixdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə ayrı yaşadıqlarını, həmin tarixdən etibarən uşağını nə gördüyünü, nə də səsini eşitdiyini, dəfələrlə uşağı ilə görüşmək və ünsiyyət qurmaq istədiyini, lakin qarşı tərəfin buna imkan vermədiyini, icra sənədinin icrası ilə bağlı icra məmuru ilə dəfələrlə əlaqə saxladığını, buna baxmayaraq uşaqla ünsiyyətinin təmin edilmədiyini, birinci instansiya məhkəməsində işə baxılarkən prosesə çağırılmadığını və məhkəmə qərarını sonradan aldığını bildirərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir.

6. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Kəngərli Rayon Məhkəməsinin uşaqla ünsiyyətə dair qərardadı ilə ana ilə uşağın ayda 1 dəfə 1 saat müddətində ünsiyyət hüququnun müəyyən edildiyini, həmin qərardaddan apellyasiya şikayəti verildiyini və apellyasiya instansiyası məhkəməsi tərəfindən tələbin qismən təmin edilərək ünsiyyət müddətinin müəyyən edildiyini, lakin həmin məhkəmə aktının bu günədək Kəngərli rayon Icra və Probasiya bölməsi tərəfindən icra edilmədiyini və ana ilə uşağın ünsiyyətinin təmin olunmadığını, uşağın xəstə olması səbəbinin əsas gətirildiyini, uşağın xəstə olmasının ana ilə ünsiyyətinə maneə təşkil etmədiyini, müvafiq sorğular nəticəsində uşağın suçiçəyi xəstəliyi ilə bağlı tibb müəssisəsinə müraciət edilmədiyinin müəyyən edildiyini və bu barədə formal xarakterli arayışların təqdim edildiyini, həmin arayışların dəfələrlə müraciət edilməsinə baxmayaraq tələbkara təqdim olunmadığını, icra sənədinin icrası ilə bağlı dəfələrlə icra məmuruna müraciət edildiyini, icra sənədinin icra edilməməsinin səbəbi kimi borclunun həmin ərazidə olmadığının bildirildiyini, buna baxmayaraq borclunun axtarışının elan edilmədiyini, nəticədə məhkəmə aktının icrasının təmin edilmədiyini, hətta apellyasiya şikayəti ilə müraciət etdikdən sonra keçən həftə ərzində də uşaqla ananın görüşünün baş tutmadığını və borclunun icra sənədini icra etmək niyyətində olmadığını bildirərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir.

7. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünün ## #### 2026-cı il tarixdən ## ###### 2026-cı il tarixədək Ağdamda işlədiyini, uşağı da özü ilə ora apardığını, uşağın iyul ayının 26-da bacısı tərəfindən Naxçıvana gətirildiyini, Naxçıvana qayıtdıqdan sonra uşağın xəstələndiyini, daha sonra özünün də xəstələnərək 15 gün yataq xəstəsi olduğunu, xəstəliyi səbəbindən həmin müddətdə uşaqla görüşün təmin edilmədiyini, xəstə olduğu müddətdə şikayətçinin icra məmuru ilə birlikdə uşağı tələb etməsi halında uşağı təqdim edəcəklərini, uşağın xəstə olması səbəbindən onu sağlam vəziyyətdə təqdim edib qəbul etməyi düşündüklərini, həmin müddətdə qarşı tərəfin uşağı tələb etmək üçün gəlmədiyini bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

8. Protokol tərtib etmiş Kəngərli rayon Icra və Probasiya bölməsinin rəisi X1 MR Ali Məhkəməsinin ## #### 2026-cı il tarixli icra sənədinin icra bölməsinə daxil olduğunu, icra məmuru tərəfindən borcluya tələbin könüllü icrası barədə bildiriş göndərildiyini və tələbin icrası ilə bağlı ondan iltizam alındığını, tələbkar tərəfindən hər dəfə müraciət daxil olduqda borclu ilə əlaqə saxlanıldığını, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədində nəzərdə tutulmuş tələbin borclu tərəfindən yerinə yetirilmədiyini, bununla əlaqədar inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərildiyini və həmin iş üzrə məhkəmə tərəfindən icraata xitam verildiyini bildirərək onun inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. III. Hüquqi məsələlər c) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi

9. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

10. Maddə 76.1. Inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

11. Maddə 528.1. Icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd. Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur.

12. Maddə 135.1.4. Inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslara inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi aiddir. IV. Məhkəmənin hüquqi mövqeyi

13. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini və tətbiq edilən hüquq normalarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq etməmişdir.

14. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Naxçıvan MR Ali Məhkəməsinin e-**(*-*)-*/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədinin icra olunmaması Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iradəsindən asılı olmamışdır. Həmçinin onun təqsirliliyi sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatına və Kəngərli Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş ## #### 2026-cı il tarixli arayışa əsasən iş üzrə icraata xitam verilməsi nəticəsinə gəldiyini qeyd etmişdir.

15. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət həmin əməl üzrlü səbəbdən törədildikdə istisna edilə bilər. Birinci instansiya məhkəməsinin qərarına nəzər saldıqda isə borclunun hansı səbəbdən icra sənədini icra etmədiyini və məhkəmənin həmin halı üzrlü səbəb olaraq qəbul etməsinin əsaslandırılması müəyyən edilmir. Birinci instansiya məhkəməsi qərarda sadəcə olaraq barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, iş materiallarına əlavə edilmiş sənədləri və qanunvericilik normalarını sadalamaqla kifayətlənmiş, qərarda qeyd etdiyi “icra sənədinin icra olunmaması Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iradəsindən asılı olmamışdır” qənaətinə gəlməsinə səbəb olan halları əsaslandırmamış, həmçinin uşaqla ünsiyyət kimi zəruri bir icra sənədi üzrə zərərçəkmiş şəxsin inzibati xəta haqqında iş üzrə icraatda iştirakını təmin etməmiş, yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatına əsaslanmış və iş üzrə icraata xitam vermişdir.

16. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə üzrlü səbəb anlayışının qapalı siyahısı olmasa da, məhkəmə təcrübəsinə görə icra prosesində hər hansı bir halın üzrlü hesab edilməsi üçün həmin hal mütləq şəkildə obyektiv, şəxsin iradəsindən kənar xarakter daşımalıdır. Qarşısıalınmaz qüvvə, yəni fors-major hallar, şəxsin qəfil və ağır xəstəliyi, əmək qabiliyyətinin itirilməsi və ya iradəsindən kənar baş verən kəskin fəlakətlər nəticəsində əmlakın məhvi və.s kimi hallar obyektiv üzrlü hallar kimi çıxış edə bilər. Digər hallarda borclunun davranışında vicdanlılıq meyarı əsas götürülməlidir.

17. Hazırkı işin materiallarından müəyyən edilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının ## #### 2026-cı il tarixli qərardadına əsasən Zərərçəkmiş şəxs övladı ## ###### 2025-ci il təvəllüdlü X3 ilə ünsiyyət hüququ müəyyən edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs övladı X3 ilə görüşməsinə və ünsiyyətdə olmasına maneçilik yaradan hər hansı hərəkətləri etməsi qadağan edilmiş və ünsiyyətin baş tutması üçün cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs azyaşlı X3 müəyyən edilmiş günlərdə saat 10:00-da iddiaçı Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında ona təhvil verməsi qərara alınmışdır. Icra sənədi icraya yönəldildikdən sonra borcluya xəbərdarlıq edilmişdir.

18. Bundan əlavə, borclunun uşağın, daha sonra da özünün xəstə olması, bu səbəbdən icra sənədini icra edə bilməməsini qeyd etməsinə münasibətdə məhkəmə hesab edir ki, qeyd olunan hallar icra sənədinin 40 gündən artıq bir müddət ərzində icra edilməməsi üçün üzrlü səbəb hesab edilə bilməz. Hələ bir yaşı belə tamam olmamış, ## ###### 2025-ci il təvəllüdlü uşağın xəstə olmasını əsas gətirərək anası ilə ünsiyyət hüququnun məhdudlaşdırılması və əsassız bəhanələrlə həmin hüququn həyata keçirilməsinə maneələr törədilməsi yolverilməzdir. Əksinə hətta körpə uşağın xəstələnməsi belə onun ana qayğısına və nəvazişinə daha çox ehtiyacının olmasını labüd edir. Həmçinin icra sənədindən də görünür ki, uşağın müəyyən edilmiş günlərdə və saatda anaya təhvil verilməsi vəzifəsi birbaşa borclunun üzərinə qoyulmuşdur. Bu səbəbdən borclunun izahatında tələbkarın icra məmuru ilə gəlib uşağı tələb etməli və aparmalı olduğunu qeyd etməsi də heç bir hüquqi əsasa söykənmir.

19. Məhkəmə araşdırması zamanı borclunun icra sənədinin icrasından heç bir üzrlü səbəb olmadan, yalnız formal bəhanələrlə yayınmaq niyyətində olduğu müəyyən edilmişdir. Qeyd olunan hallar dövlət adından çıxarılmış məhkəmə aktının icra edilməməsi üçün üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Qərarların süni bəhanələrlə icra edilməməsi məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhz icra sənədindəki tələbin belə üzrsüz səbəblərdən müəyyən olunmuş müddətdə icra edilməməsinə görə hüquqi məsuliyyəti nəzərdə tutur.

20. Yuxarıda göstərilənləri, borclunun öhdəliyin icrası istiqamətində vicdanlı davranış nümayiş etdirməməsini və gətirdiyi səbəblərin obyektiv xarakter daşımamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur.

21. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

22. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı.

23. Inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və həmçinin tərəflərin arasında nikahın pozulması tələbinə dair iş olmasını, tərəflərə barışıq üçün verilmiş müddətin başa çatmadığını, tərəflərin gələcəkdə barışmaq ehtimalının da olduğunu və işin bütün digər hallarını məcmu halında nəzərə alaraq belə nəticəyə gəlir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir.

24. Beləliklə, məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Kəngərli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ləğv olunmalı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməlidir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 133, 134, 135.1.4 və 136-cı maddəsini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilsin. Kəngərli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Kəngərli rayon Icra və Probasiya bölməsinə həvalə edilsin. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Hakim Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar