Məhkəmə qərarları › İş №3(3-1)-70/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-70/2026

17.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-70/2026 17.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Quliyev Vüqar Kərim oğlu X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Culfa Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Culfa Rayon Icra və Probasiya Bölməsi tərəfindən tərtib edilmiş ## ######## 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə Culfa Rayon Məhkəməsinin 2(089)- 171/18, 15.11.18-ci il tarixli icra sənədi üzrə tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt barəsində inzibati xəta haqqında icraat materialları və özünün izahatı ilə təsdiq edilir. Culfa Rayon Icra və Probasiya Bölməsinin ## ######## 2026-cı il tarixli, *-**-**-*-*/*-***/**** nömrəli məktubla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib olunmuş MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Culfa Rayon Məhkəməsinin (hakim M.F.Məmmədov) ## ######## 2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi, onun 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsi, qərarın dərhal icra edilməsi, inzibati həbsin əvvəlinin ## ######## 2026-cı il, saat 15:45 dəqiqədən hesablanması, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili Işlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılması qərara alınmışdır. Culfa Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ######## 2026-cı il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək, Culfa Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməklə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini Culfa Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli, *(***)-***/**** saylı icra sənədi ilə müəyyən edilmiş pul məbləğinin bir qismini artıq ödəməsini, ona görə də, barəsində olan Culfa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini, ədalətin təmin edilməsi üçün şikayətinə qanunla müəyyən edilmiş qaydada baxaraq qanunamüvafiq qərar qəbul edilməsini qeyd edərək əsaslandırmışdır. Şikayətin hüquqi əsası kimi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.2, 128.1, 128.2, 134.1.3 və 135.1.5-1-ci maddələrinə istinad edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokol tərtib etmiş orqan – Culfa Rayon Icra və Probasiya Bölməsinə rəsmi qaydada məlumat verilsə də, məhkəmə iclasında Bölmənin nümayəndəsinin iştirakı təmin edilməmiş, məhkəmə isə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çıxışında Culfa Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməklə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Inzibati xəta haqqında işin materiallarını şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət əsaslı olmadığından təmin edilməməlidir. Mübahisə olunan qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması – barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, Culfa Rayon Icra və Probasiya Bölməsinin rəisi X2 izahatı, həmçinin## ######## 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol, habelə işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş və apellyasiya icraatı zamanı məhkəməyə təqdim edilmiş ## ######## 2026-cı il tarixli, ** nömrəli ödəniş tapşırıqlarından görünür ki, “xxxx” ASC-nin hesabına 1000 (bir min) manat və 3000 (üç min) manat olmaqla, cəmi 4000 (dörd min) manat məbləğində pul köçürülmüşdür. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri onun təmin edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsas təşkil etməsə də, birinci instansiya məhkəməsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati həbs növündə tənbeh tədbiri törətdiyi inzibati xətanın xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə münasibətdə ədalətli olmamışdır. Belə ki, Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasından da görünür ki, inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbeh növü kimi inzibati cərimə nəzərdə tutulmuş, işin hallarından asılı olaraq pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla şəxsə bir ayadək müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi nəzərdə tutulmuşdur. Sözügedən Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati xəta törətməsini, həmçinin əməlində ağırlaşdırıcı halların olmamasını, icra sənədi üzrə borcun qismən ödənildiyini nəzərə alaraq hesab edirəm ki, hazırkı vəziyyətdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati cərimənin tətbiq edilməsi onun tənbeh edilməsi üçün məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. - 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. - 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. - 134.1.2-cimaddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edir. - 135.1.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması əsasdır. Beləliklə hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Culfa Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Culfa Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilməli, ona Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təyin edilmiş 8 (səkkiz) gün müddətində inzibati həbs tənbehi inzibati cərimə ilə əvəz edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası IXM-in 134.1.2, 135.1.5, 136.1, 136.2-ci maddələrini rəhbər tutaraq qərar verdim: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Culfa Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Culfa Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilsin, ona Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təyin edilmiş 8 (səkkiz) gün müddətində inzibati həbs tənbehi inzibati cərimə ilə əvəz edilsin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar