Məhkəmə qərarları › İş №3(3-1)-71/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-71/2026

17.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-71/2026 17.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Quliyev Vüqar Kərim oğlu X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil, Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsini icra məmuru X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş ## ######## 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 03 (üç) icra sənədləri üzrə tələbi təmin etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt iş materialları ilə təsdiq edilir. Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin ## ######## 2026-cı il tarixli, ********** nömrəli məktubla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (hakim G.X.Səfərəliyeva) ## ######## 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsi, inzibati həbsin əvvəlinin ##.##.2026-cı il tarixdən hesablanması, qərarın icrasının Naxçıvan Muxtar Respublikası Daxili Işlər Nazirliyinin X3 həvalə edilməsi qərara alınmışdır. Qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli inzibati tənbeh vermə haqqında qərarını ləğv etməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil apellyasiya şikayətini Naxçıvan şəhər * saylı Notariat Ofisinin *i-**** saylı ##.##.2025-ci il tarixli icra sənədli üzrə Kapital Bank ASC-nin xeyrinə ödənilməli olan 1506.05 manat, Naxçıvan şəhər * saylı Notariat Ofisinin *i-**** saylı, ##.##.2026-cı il tarixli icra sənədli üzrə Kapital Bank ASC-nin xeyrinə ödənilməli olan 924.8 manat və Naxçıvan şəhər * saylı Notariat Ofisinin *i-**** saylı, ##.##.2026-cı il tarixli icra sənədləri üzrə ALLALLFINANCE ASC-nin xeyrinə ödənilməli olan 625 manat borc məbləğlərini tamamilə ödəməsini, hətta 310 manat icra xərcinin belə tərəfindən ödənilməsini, ona görə də barəsində olan Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinin məhkəmədən xahiş etməsini qeyd edərək əsaslandırmışdır. Şikayətin hüquqi əsası kimi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.2, 128.1, 128.2, 134.1.3 və 135.1.5-1-ci maddələrinə istinad edilmişdir. Məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil çıxışlarında Naxçıvan Şəhər Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli inzibati tənbeh vermə haqqında qərarını ləğv etməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə baxışı iclasında Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsini icra məmuru X1 çıxışında borcun tam ödənildiyini və icraatında heç bir öhdəliyin olmadığını bildirib ədalətli qərar qəbul edilməsini xahiş etdi. Inzibati xəta haqqında işin materiallarını şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Mübahisə olunan qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması – onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir Apellyasiya şikayətinə əlavə edilmiş Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin ## ######## 2026-cı il tarixli, ******/**** nömrəli arayışından görünür ki, Naxçıvan şəhər * saylı Notariat Ofisinin *i-**** saylı ##.##.2025-ci il tarixli, Naxçıvan şəhər * saylı Notariat Ofisinin *i-**** saylı, ##.##.2026-cı il tarixli və Naxçıvan şəhər * saylı Notariat Ofisinin *i-**** saylı, ##.##.2026-cı il tarixli icra sənədləri üzrə borc və həmin icra sənədləri üzrə icra ödənişi borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ## ######## 2026-cı il tarixdə tam şəkildə ödənilmişdir. Borclunun borc öhdəliyi hazırda mövcud deyildir. Apellyasiya məhkəməsi şikayətin həmin dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi bu maddə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ## ######## 2026-cı il tarixdə icra sənədləri üzrə borc və həmin icra sənədləri üzrə icra ödənişi tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. - 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. - 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edir. - 135.1.5-1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması əsasdır. Beləliklə hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalında həbsdən dərhal azad edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası IXM-in 134.1.3, 136.1, 136.2-ci maddələrini rəhbər tutaraq qərar verdim: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar