Məhkəmə qərarları › İş №3(3-1)-72/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-72/2026

25.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-72/2026 25.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Quliyev Vüqar Kərim oğlu, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR baş idarəsinin Naxçıvan şəhər idarəsinin nümayəndəsi X1 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Naxçıvan Şəhər Məhkəməsinin (hakim G.K.Əliyeva) ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə Baş Idarəsinin Naxçıvan şəhər idarəsinin ## ##### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 3(5-88)-404/2026nömrəli qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) ## ######## 2026-cı il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində inzibati xəta tərkibinin əlamətləri olmadığına görə Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, barəsində Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsi Naxçıvan Şəhər Şöbəsinin ## ##### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə ##.##.2025-ci il tarixli möhlət hüququmun bitməsinə baxmayaraq TTH komissiyasından yayınaraq Azərbaycan Respublikası Inzibati Xətalar məcəlləsinin 606.3 maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməyi əsas gətirilərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunmağı barədə qərar qəbul olunmuşdur. Aşağıdakı əsaslara görə qərarla razılaşmır. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsi Naxçıvan Şəhər Şöbəsinin ## ##### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə razılaşmayaraq Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Hakim Gülsüm xanım Əliyeva tərəfindən şikayəti təmin olunmuşdur. Bundan narazı qalan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsi şikayət vermiş nəticədə apellyaasiya icraatında birinci instansiya məhkəməsinin qərarı ləğv olunaraq iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmiş Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026cı il tarixli 3(5-88)- ***/**** saylı qərarı ilə şikayətin təmin olunmaması qərara alınmışdır. Məhkəmə əsaslandırmasında şikayət verən orqanın təqdim etdiyi sübutlarla kifayətlənib ədalətli məhkəmə araşdırması aparmamışdır. Məhkəməyə dair bütün bildirişlər də məktub vasitəsilə yəni poçt göndərişi ilə ona çatdığı halda nə üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsi Naxçıvan Şəhər Şöbəsi tərəfindən göndərilən məktublarda ünvanda yaşamır qeydi aparılmışdır. Halbuki ailə üzvlərindən heç olmazsa biri yaşadığı ünvanda gün ərzində evdə olur. X2 mütəmadi olaraq yaşadığı evdədir. Belə olan halda yaşadığı ünvan 1 ünvanına icra nümayəndəliyindən və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Döviət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsi Naxçıvan Şəhər Şöbəsinin əməkdaşlarının gəlməsi və onun həmin ünvanda yaşamamağı barədə akt tərtib olunması həqiqəti əks etdirmir. Hazırda böyrək çatışmazlığından əziyyət çəkir və N nömrəli hərbi hissədə bərbər işləyir. Smartfon telefon işlətmədiyi üçün Mygov platformasını görə bilməmiş, yalnız ##.##.2026-cı il tarixdə həmin platformadan məlumatlı olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayəti müdafiə edərək, şikayətdə göstərilənlərə istinad edib şikayətin təmin edilməsini və Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə Baş Idarəsinin nümayəndəsi X1 apellyasiya şikayətində göstərilənləri qəbul etmədiklərini, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının qanuni və əsaslı olduğunu bildirərək şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Inzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işin materiallarını şikayətin dəlilləri və proses iştirakçılarının izahatı ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Iş materiallarına əlavə olunmuş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsinin Naxçıvan Şəhər Şöbəsi tərəfindən tərtib olunmuş ## ##### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətindən, çağırış vərəqəsindən, Səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin zabiti Hilallı.H.H və * saylı Mənzil Istismar Idarəsinin rəisi Mirələsgər Seyidov tərəfindən ## ###### 2025-ci il tarixdə tərtib olunmuş aktdan və Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Naxçıvan MR Daxili Işlər Nazirliyinin Naxçıvan Şəhər Polis Idarəsinin 3-13-43-6/2- *****/**** nömrəli, ## ###### 2025-ci il tarixli məktubundan aydın olur ki, protokol tərtib edən orqan tərəfindən bütün qanuni tədbirlər yerinə yetirilmiş, Mygov tətbiqi vasitəsilə şəxsin məlumatlandırılması ilə bağlı lazımi prosessual hərəkətlər edilmişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq şikayətin təmin edilməməsi və Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə Baş Idarəsinin Naxçıvan şəhər idarəsinin ## ##### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Iş materiallarını, tərəflərin məhkəmə iclasında vermiş olduqları izahatları və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək qeyd edirəm ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi üçün əsas təşkil etmir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Inzibati Xətalar Məcəlləsinin: - 134.1 və 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası IXM-in 134.1.1, 136.1, 136.2-ci maddələrini rəhbər tutaraq qərar verdim: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar